Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1416/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə ödənilməmiş 584.42 manat əsas borc, vəfat etdiyi tarixə 3.71 manat faiz borcu olmaqla, cəmi 588.13 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********50 saylı kredit müqaviləsinə əsasən ona illik 20 faizlə 60 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Ölüm haqqında 355482 nömrəli şəhadətnaməyə əsasən X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 1926 nömrəli məktubdan görünür ki, X2 mirasını qəbul etmiş vərəsəsinin Cavabdeh həmin notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən ona xx.xx.2023-cü il tarixində 2V/796 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X2 həmin tarixə banka ödənilməmiş 584.42 manat əsas borcu, vəfat etdiyi tarixə 3.71 manat faiz borcu olmaqla, cəmi 588.13 manat borcu qalmışdır. Cavabdehin mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-33604/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, o, öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
a) Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini ekspert rəyi və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. "xxxx" ASC ilə (borcverən) ilə X4 (borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 60 (altmış) ay müddətində (xx.xx.2024 tarixədək) 3000 (üç min) manat məbləğində, kreditdən istifadəyə görə illik 20 % (iyirmi faiz) ödəmək şərtilə kredit verməyi, Borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə həmin kreditdən şəxsi istehlak məqsədləri üçün istifadə etməyi öhdəsinə götürür. Kredit verilməsinə/rəsmiləşdirilməsinə görə borcalan borcverənə kreditin məbləğinin 1 %-i (minimal 20 manat) həcmində komissiya ödəyir. Müvafiq komissiya borcalanın borcverəndəki bank hesablarından borcverən tərəfindən akseptsiz qaydada tutulur.
7. xx.xx.2019-cu il tarixli, BPM**********50 nömrəli məxaric orderindən görünür ki, X4 2.970 manat məbləğində vəsaiti təhvil almışdır.
8. Ölüm haqqında AZ-İİ seriyalı 355482 nömrəli şəhadətnamədən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür.
9. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi – oğlu Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
10. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, X2 vərəsəsi Cavabdeh xx.xx.2019-cu il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsi üzrə X2 banka yaranan borcunun ödənilməsi barədə xəbərdar edilmişdir.
11. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat rüsum, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı ödənilmişdir.
12. 3 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş: - X3 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdə ölmüş anası X1 irs qalmış mirasın ona çatası hissəsindən Cavabdeh xeyrinə imtina etmişdir; - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli, 2V-796 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur və o, miras əmlakdan tam 1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121.12 kv.metr olan fərdi yaşayış evinin mərhuma məxsus 2/32 hissəsindən ibarətdir.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2047 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, X4 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 591.71 manat, faiz borcu üzrə 4.93 manat müəyyən olunur. Qeyd edilir ki, iş materiallarından göründüyü kimi, xx.xx.2023-cü il tarixdən sonra, xx.xx.2023-cü il tarixdə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 4.63 manat məbləğində ödəniş edilmişdir. Həmin məbləğ hazırki tədqiqatı ilə faiz borcuna silindiyi təqdirdə, faiz üzrə borc 0.30 manat təşkil edir.
14. Ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5739 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 03 iyul 2019-cu il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh X2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan borcu xx.xx.2023-cü il tarixə (ölüm tarixinə olan borc üzrə) əsas borc üzrə 561.69 manat, faiz borcu üzrə 4.68 manat, xx.xx.2024-cü il tarixə (ölümündən sonra əsas borca faiz hesablanmaması şərtilə) əsas borc üzrə 561.47 manat, faiz borcu üzrə 4.68 manat. Ekspert tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, xx.xx.2023-cü ildə 0,22 manat ödəniş edilmiş və həmin məbləğ əsas borcdan silinmişdir.
16. Ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edir.
17. İş materiallarına, həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzləri də əlavə edilmişdir. Həmin qəbzlər üzrə məbləğlərin cəmi 1.990 manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Hüseynova Kəbirəyə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 3.000 manat məbləğində kredit verilmişdir. Müqavilə qüvvədə olduğu müddətdə - xx.xx.2023-cü il tarixdə Hüseynova Kəbirə vəfat etmiş, onun mirasını oğlu – hazırkı iş üzrə Cavabdeh qəbul etdiyindən, ona qanun üzrə vərəsəlik haqqında müvafiq şəhadətnamə (mərhumun fərdi yaşayış evində olan payına dair) verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş göndərərək, mərhum anasının banka olan borcunu ödəməsini tələb etmiş, lakin ünvan bağlı olduğundan bildirişin cavabdehə təqdim edilməsi mümkün olmamışdır.
19. Hazırda iddiaçı cavabdehin mərhum anası ilə aralarında olan müqavilə üzrə mərhumun banka yaranmış 584.42 manat əsas, 3.71 manat faiz borcu və məhkəmə xərclərinin mirası qəbul etmiş vərəsə kimi cavabdehdən tutulmasını; cavabdeh isə kredit üzrə bütün ödənişlərin ödənildiyini, müqavilə üzrə heç bir borcun olmadığını bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər.
c) Məhkəmənin mövqeyi:
20. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı ilə X4 arasında kredit müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək, Hüseynova Kəbirəyə müəyyən müddətə qaytarılmaq və faiz ödəmək şərtilə müəyyən məbləğdə kredit verməsi, Hüseynova Kəbirənin borcunu tam ödəyə bilmədən müqavilə qüvvədə olduğu müddət ərzində vəfat etməsi, onun vəfatından sonra vərəsəliyi oğlu – hazırkı iş üzrə Cavabdeh qəbul etməsi və miras kütləsinə daxil olan əmlaka (fərdi yaşayış evində olan paya) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni almasına baxmayaraq, mərhum anasının banka olan qalıq borcunu ödəməməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallardır.
21. Məhkəmə araşdırmaları zamanı cavabdeh müqavilə üzrə borcun olmadığını mübahisələndirdiyindən, məhkəmənin müvafiq qərardadları ilə iş üzrə ilkin və təkrar məhkəməmühasibatlıq ekspertizaları təyin edilmiş və təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi (təkrar ekspertizanın nəticəsində verilmiş) əsasında müəyyən edilmişdir ki, Hüseynova Kəbirənin ölüm tarixinə (xx.xx.2023-cü il tarixə) iddiaçıya 561,69 manat əsas, 4,68 manat faiz borcu olmuşdur.
22. İlkin ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra cavabdeh ödəniş qəbzləri təqdim edərək yenə də borcun olmadığını mübahisələndirdiyindən, xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yaranmış və məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmişdir. Buna görə də ikinci ekspert rəyi işdə olan bütün sübutlar (həm iddiaçı, həm cavabdeh tərəfindən təqdim edilmiş) nəzərə alınmaqla verildiyindən, hazırkı qərarı qəbul edən zaman məhkəmə məhz təkrar ekspertiza nəticəsində verilmiş rəyə əsaslanmağı məqsədə müvafiq sayır.
23. Bununla belə, həmin rəydə mərhumun ölümündən sonra edilmiş ödəniş (xx.xx.2023-cü ildə 0,22 manat) ekspert tərəfindən yanlışlıqla faiz borcu əvəzinə əsas borcdan silinmişdir. Məhkəmə hesab edir ki, həmin yanlışlığı sadə hesablama nəticəsində aradan qaldırmaq mümkündür. Belə ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilməli olduğundan, məhkəmənin qənaətinə görə mərhumun ölümündən sonra edilmiş ödəniş 4,68 manat faiz borcundan silindikdən sonra iddiaçı tərəfindən tələb edilən tarixə (borcalanın ölüm tarixinə) mərhumun iddiaçıya 561,69 manat əsas, 4,46 manat faiz borcu qalır.
24. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində qismən (561,69 manat), faiz borcu hissəsində isə tam (3,71 manat – tələb edilən məbləğ) təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tələbin təmin edilən hissəsinin əsaslı olması mötəbər sübutlarla (kredit müqaviləsi və ona əlavə, məxaric orderi, hesabdan çıxarış, ödəniş qəbzləri, ekspert rəyləri) təsdiq edilir, lakin cavabdehin etirazında göstərilən hallar heç bir mötəbər sübutla öz təsdiqini tapmadığından əsassız hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 561,69 manat əsas, 3,71 manat faiz borcu olmaqla, cəmi 565,40 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
d) Tətbiq edilən hüquq və gəlinən nəticə:
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar;
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı: - Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. - Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. - Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. - Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. - Azərbaycan Respublikası Mərkəzi X6 2008-ci il 18 noyabr tarixli 34 nömrəli Protokolu ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi” Qaydalarına uyğun olaraq hər bir bank kredit riski və kreditlərin verilməsi üzrə bankların daxili strategiya və qaydalarına dair minimum tələbləri müəyyən edən bankdaxili qaydalarında kreditlərin verilməsi meyarları, onların ödəniş müddətləri və şərtləri, borcun tutulması, ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrinin hesablanması, güzəştlər, kreditlərin növlərindən və gecikdirilmə müddətindən asılı olaraq faizləri hesablanmayan statusa keçirilməsi halları və s. məsələləri tənzimləyən müddəalar nəzərdə tutmalıdır. Göründüyü kimi, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. - Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
28. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
29. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
30. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
31. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 561,69 (beş yüz altmış bir manat altmış doqquz qəpik) manat əsas, 3,71 (üç manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla, cəmi 565,40 (beş yüz altmış beş manat qırx qəpik) manat məbləğində pul alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
32. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, həmçinin, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 195 (bir yüz doxsan beş) manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
33. Mülki Prosessual Məcəllə: Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4. Hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 561,69 (beş yüz altmış bir manat altmış doqquz qəpik) manat əsas, 3,71 (üç manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla, cəmi 565,40 (beş yüz altmış beş manat qırx qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 195 (bir yüz doxsan beş) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova