Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1457/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 200000 manatın, iddia üçün ödənilmiş 490 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbiri üçün ödənilmiş 49 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Məmmədov Loğman Müzəffər oğlu Cavabdeh oğluna şəxsi ehtiyacları üçün 200.000 manat pul vəsaitini borc vermiş, Cavabdeh həmin pulu iddiaçıya qaytarmamışdır. Belə ki, 2016-cı ildə Bakı şəhərində "xxxx" ASC-nin qarşısında Cavabdeh oğlunun kürəkəni Süleyman Ələkbər oğlu Abbasova 200000 manat verilmiş, Süleyman Abbasov isə həmin 200000 manat pul vəsaitini Cavabdeh çatdırmışdır. Süleyman Abbasov pulun verilməsi faktını xx.xx.2021-ci il tarixdə Yasamal rayonu polis idarəsində verdiyi izahatında təsdiq etmişdir. Həmçinin, tərəfllər arasında digər mübahisə üzrə Süleyman Abbasov şahid qismində dindirilərkən, iddiaçı Məmmədov Loğman Müzəffər oğlundan 200000 manat pul vəsaitini qəbul edib Cavabdeh oğluna çatdırdığını demişdir. Bu hal Nəsimi rayon məhkəməsinin e-2(006)-3774/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin borcun qaytarılması ilə bağlı iddiaçı dəfələrlə Cavabdehla danışıqlar aparmış, borcun qaytarılmasını tələb etmişdir. Bütün bunlara baxmayaraq,Cavabdeh iddiaçıya həmin 200.000 manatı indiyədək qaytarmamışdır. Cavabdeh "pul tələbinə dair" iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı pul tələbinə dair əsassız iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2014-cü ilin sentyabr ayında İddiaçı qızı Aida Məmmədova ilə oğlu Sadıqlı Ülvi nişanlanmışlar. Onlar nişanlandıqdan qısa zaman keçmişdi ki, İddiaçı toy etməyi tələb etmişdir. O, bildirdi ki, uzun müddət nişanlı qalmaq yaxşı əlamət deyil. Cavabdeh ona təklif etmişdir ki, hal-hazırda yaşadıqları ev iki mərtəbəli, mansardlı, normal təmirlidir. Toydan sonra bir müddət onlarla bir yerdə yaşasınlar ki, ailə kimi bir-birilərinə tam uyğunlaşsınlar. İddiaçı qəti şəkildə etiraz edərək bildirmişdir ki, onun qızı ailə ilə bir yerdə yaşaya bilməz. Bu səbəbdən Loğmanın qardaşı Ramiz Məmmədovla görüşərək ondan Loğmanı razı salmasını xahiş etmişdir. Səhərisi gün Ramiz Məmmədov ona zəng vuraraq demişdir ki, “qızın sizinlə bir yerdə yaşaması mümkün deyil.” Bu zaman Loğmana bildirmişdir ki, Prezident Admnistrasiyası tərəfindən ona Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında 4 otaqlı mənzil verilib, hazırda binada təmir işləri gedir. Heç olmasa təmir işləri bitənədək toy ləngisin. Bu məqsədlə Loğmanı həmin ünvanda yerləşən mənzilə baxmağa aparmışdı. Mənzilə baxdıqdan sonra Loğman bildirmişdir ki, hələ burda təmir işlərinin yekunlaşmasına çox var, bu vaxta qədər toyu ləngitmək olmaz. Loğmana həmin binanın yaxınlığında inşa edilən binadan daha iki 4 otaqlı mənzil olduğunu, onların da hələ hazır olmadığını bildirmiş və ondan mənzillərdən birində təmir-tikinti işlərinin başa çatanadək toyu təxirə salmağı xahiş etmişdir. İddiaçı onunla həmin mənzillərdən birinə də birlikdə baxdıqdan sonra, o, bu mənzillərdə də tikinti işlərinin gec başa çatacağını bildirərək, başqa mənzil almaqlarını dolayısı ilə tələb etmişdir. Çarəsiz qalıb onun qızı ilə birlikdə mənzil axtarmağa başlamışdırlar. İddiaçı qızı, keçmiş gəlinləri Aida Məmmədova ailə üzvləri ilə birlikdə şəhərin bir neçə yerində satışda olan mənzillərə baxsa da, sonda İddiaçı və qızı Aida Sadıqlının (Məmmədovanın) oğullarına olan israrlı təkidi ilə "xxxx" MTK-nın inşa etdiyi, ünvan 2 ünvanda yerləşən "Roseville PremiumResidence" yaşayış kompleksinin B blokunda yerləşən 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzili kreditlə 31 oktyabr 2014-cü il tarixdə 625.000 (altı yüz iyirmi beş min) manata almalı oldular. iri qız, biri oğlan olmaqla iki övladı var. Həmişə çalışırdırlar ki, həm övladları yaxın yaşasınlar, həm də ki, özləri də övladlarına yaxın olsunlar. Bu məqsədlə də, Yasamal rayonunda qeyd olunan ünvanlardakı kooperativ mənzilləri ailələrinin gələcək planlarına uyğun olaraq yanaşı yerdə almışdırlar. Artıq bu planın pozulduğunu, oğullarının onlara məxsus olan mənzillərdə yaşayası olmayacağını görüb, qızları üçün də oğullarına mənzil aldıqları binadan eyni sahədən ibarət olan 140 nömrəli mənzili kreditlə almışdırlar ki, bacı-qardaş bir binada qonşuluqda yaşasınlar. Onlar da, qərara gəldilər ki, yuxarıda qeyd olunan 3 (üç) mənzili satmaqla kreditlərini ödəyərlər. Qızlarının həyat yoldaşı da atasına məxsus, ünvan 4 ünvanında olan mənzili də 130.000 (yüz otuz min) manata sataraq onlar üçün aldıqları mənzili təmir etdirməyə başlamışdır. Bu isə gələcək gəlinlərinin ürəyincə olmadı. Hətta qızlarına bildirmişdir ki, “hələ bir gör sən bu evdə yaşayacaqsan ki.” 2014-cü ilin sonunda İddiaçı da oğulları ilə qızının yaşayacağı mənzili öz təşəbbüsü ilə gənclərə hədiyyə kimi təmir etdirməyə başmışdır. 2015-ci ilin fevral ayının axırlarına yaxın İddiaçı mənzili təmir etdirərək, qızının cehiz əşyalarını yerləşdirməklə yaşayış üçün hazır vəziyyətə gətirmişdir. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hər iki mənzil həyat yoldaşı X6 adına sənədləşdirilməklə "xxxx" ASC-də girov qoyulmuşdur. Mənzillərin alışı üçün ilkin olaraq hər birinə görə 125.000 (bir yüz iyirmi beş min) manat pul ödənilməli, qalan məbləğ isə kredit kimi aylıq ödənilməli idi. Onu da qeyd etmək istəyir ki, hər bir mənzilə görə binanın altında yerləşən dayanacaqdan hər biri 35.000 (otuz beş min) manat dəyərində olan 2 dayanacaq yeri də almışdırlar. İlkin ödəniş üçün 400.000 (dörd yüz min) ABŞ dollarını manatın həmin günə olan məzənnəsinə uyğun "xxxx" MTK-ya ödəmişdirlər. Yekunda həm mənzillər, həm də ki, qarajlar üçün ümumilikdə tərəflərindən 1.478.750 AZN pul vəsaiti ödənilmişdir (gecikdirilmiş günlər üçün cərimələrlə birlikdə). Artıq yuxarıda qeyd olunan 145 nömrəli mənzildə təmir işləri yekunlaşdığı üçün toy hazırlığına başlanılmışdır. Toy ərəfəsində İddiaçı xahiş etmişdi ki, o, imkanlı iş adamıdır, toy mərasimi ya "Buta Palase"da, ya da ki, "JW X21 Otel"də təşkil olunsun. Belə razılıq oldu ki, toy mərasimi "JW X21 Otel"də keçirilsin. İddiaçı, qızı, o və oğlu Ülvi Sadıqlı ilə birlikdə "JW X21 Otel"ə getmişdirlər. Toy gününü təyin edərək müqavilə bağlanılmışdı. Beh kimi 10.000 (on min) manat tərəflərindən pul ödənilmişdi. Bir neçə gün sonra İddiaçı ona zəng vuraraq qızının "JW X21 Otel"də toyun keçirilməsini istəmədiyini, toy mərasiminin "Meredian Park" Şadlıq Sarayında keçirilməsini istədiyini bildirmişdi. Onlar "JW X21 Otel"ə 10.000 (on min) manat beh verildiyini, imtina edəcəkləri təqdirdə behin batacağını bildirmişdirlər. Buna baxmayaraq, onların təklifi ilə toy "Meredian Park" Şadlıq Sarayında keçiriləsi oldu. Beləliklə, 10 mart 2015-ci il tarixdə toy "Meredian Park" Şadlıq Sarayında baş tutmuşdu. İddiaçı qızının təkidi ilə "Meredian Park" Şadlıq Sarayında bəzək işləri aparılmasına və müğənnilərin iştirakına əlavə olaraq 170.000 (bir yüz yetmiş min) manatdan çox pul xərclənilmişdi. Qız-oğlan toyu bir yerdə keçirildiyi üçün əlavə xərclərin yarıya bölünəcəyini düşünmüşdülər. Lakin, toyun sonunda İddiaçı bildirmişdi ki, onun qonaqlarının sayı az olduğu üçün əlavə çəkilmiş xərclərin 30 faizini ödəyəcəkdir. Beləliklə, onlara toydan da külli miqdarda zərər yarandı. Toydan bir müddət sonra oğlu Ülvi Sadıqlı ona bildirmişdir ki, bəs qayınatası- İddiaçı onlara ** UA *** dövlət nömrə nişanı hədiyyə edib (UA-Ülvi-Aida). Mən buna ehtiyac olmadığını, onun özünün idarə etdiyi maşının müvafiq dövlət nömrə nişanı olduğunu bildirərək, etiraz etmişdir. Əfsuslar olsun ki, İddiaçı və qızı yenidən onları borc altında qoymuşdurlar. Belə ki, Loğmanın hədiyyə etdiyi yeni nömrəyə görə Loğmanın və onun qızının övladlarına olan təkidləri ilə yeni bahalı maşın alası olmuşdurlar. Oğlunun istifadəsində olan, dəyəri 160.000 (bir yüz altmış min) ABŞ dolları olan eyni markalı minik maşınını tələsik yarı qiymətinə satdıraraq yenidən "xxxx" ASC-dən 108.500 ABŞ dolları məbləğində kredit də götürərək "Mersedes Benz G63 Class" markalı yeni maşın almışdırlar. Həmin avtomobil bank faizləri ilə birlikdə onlara 260.000 ABŞ dollarına başa gəlmişdi. Eyni zamanda sonradan İddiaçı oğlundan və onlardan xəbərsiz yeni alınan nəqliyyat vasitəsini idarə etmək üçün qızına sürücülük vəsiqəsi alması da məlum olmuşdu. Onu da qeyd edir ki, qohumluq münasibətləri pozulduqda isə, həmin dövlət nömrə nişanı Loğman Məmədovun təklidi ilə DYPİ-də oğlu X3 adına rəsmiləşdirilmişdi. Bundan əlavə, İddiaçı və ailə üzvlərinin təkidi ilə toy üçün alışveriş, bahalı qızıl-zinət əşyalarının alınması və gənclərin xarici ölkələrə vaxtaşırı istirahət səfərləri də xeyli xərc aparmışdı. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, "bal ayı"nda İndoneziyanın "Bali" adasına səfəri təkid edən keçmiş gəlin oraya çatdıqda ertəsi gün Bakıya qayıtmağı tələb edir, bundan sonra nə fikirləşirsə "Bali"dən Sinqapura və Dubaya da səfər etmələrini tələb edir, nəticədə 55.000 (əlli beş min) ABŞ dolları məbləğində ailəmizin büdcəsinə ziyan vurmağa nail olmuşdu. İddiaçı isə oğlu və onlatla razılaşmadan qızını özü ilə iki dəfə Türkiyəyə aparmışdı. Hər il keçmiş gəlin oğullarını bir neçə dəfə xarici ölkələrə səfərlərini təşkil etməyə nail olurdu. Sonuncu dəfə isə İddiaçı qızı 2019-cu ilin avqust ayında Antalya-Yunanıstan-İstanbul marşrutu üzrə səyahət təşkil etdirmişdi. Lakin Antalyada 2 gün qaldıqdan sonra həyat yoldaşı olan oğlunu və qızı ilə ailəsini Antalyada qoyaraq, təkbaşına təyyarə ilə Bakı şəhərinə atası evinə qayıtmışdı. Bundan sonra isə ailələr arasında münasibətlər kəskin pisləşmişdi və həmin vaxtdan övladlarının ayrı yaşamağa başlamışdılar. Onu da qeyd etməyi zəruri hesab edir ki, toy günündən etibarən İddiaçı ailəsinin israrlı tələbinə əsasən gənclər onlardan ayrı yaşamağa başlamışdılar. Toy gecəsindən başlayaraq, bal ayında və digər ölkələrə səfərlərində İddiaçı qızı artıq heç bir milli mentalitetə, Azərbaycan xalqının adət-ənənəsinə uyğun olmayan, qeyri-etik təkəbbürlü davranışlarını nümayiş etdirməyə başlamışdı. Eyni zamanda İddiaçı və həyat yoldaşı Afət Kamalova qızlarına evdə hər hansı bir iş görməsinə, həyat yoldaşı kimi oğullarına diqqət yetirməsinə imkan verməmiş, yemək üçün yalnız restoranlardan, paltarların yuyulub təmizlənməsi və ütülənməsi üçün isə kimyəvi təmizləmə məntəqələrindən istifadə etməyə məcbur etmiş, İddiaçı və qızı Aida Sadıqlı (Məmmədova) onların yeni doğulmuş nəvələri ilə belə görüşməklərinə maneələr yaradır, Suraxanı rayonu ərazisində yerləşən yaşadıqları evlərinə "kənd evi" adlandırır, oğullarının, gəlinin və nəvələrinin də yaşadıqları evə gəlmələrini və onların da oğullarının evinə getməyi qadağan etmişdirlər. Məlum olmuşdu ki, İddiaçı və qızı onlardan və oğullarından xəbərsiz stilist Anar Ağakişiyevin ofisində icarəyə yer götürmüş, şou əhli üçün atelyenin fəaliyyətini təşkil etmiş və şou proqramlarda iştirak etmişdir. Həmçinin oğlundan xəbərsiz aldığı qısa ətəkli paltarlarla onun işdə olduğu vaxtlarda milli mentalitetə sığmayan geyim tərzində öz rəfiqələri ilə şou proqlamlara gedirmiş. Bunu İddiaçı qardaşı Ramiz Məmmədov öz xətti ilə tərtib etdiyi protokolda da qeyd etmişdir. Bildirir ki, bu ailənin ucbatından 2015-ci ilin fevral, dekabr aylarında olan devalvasiyalar nəticəsində banklar qarşısındakı borcları da ikiqat artmışdı. Yuxarıda sadalananların nəticəsi olaraq, 2015-ci ilin sonlarına yaxın kreditlərin ödənilməsində problemlər yaranmağa başlanmışdı. Loğmandan ona 300.000 (üç yüz min) ABŞ dolları pul tapmasını xahiş etmişdi. Səhərisi gün Loğman zəng vuraraq bildirmişdi ki, bir tanışı var, ondan pul götürə bilər, ancaq hər ay 5000 (beş min) ABŞ dolları faiz ödəmək lazımdır. Çarəsiz qalıb razılaşmış, 6 ay ərzində İddiaçı 30.000 (otuz min) ABŞ dolları faiz ödəmişdir. Bildiri ki, sonuncu faiz pulu ödənilən zaman əsas borcdan da 100.000 (bir yüz min) ABŞ dolları məbləğində pulu İddiaçı qaytarmışdı. İddiaçı və qızının ucbatından borclandıqlarına görə 2016-cı ilin sonlarına qədər banklara olan borcları ödəmək üçün İddiaçı əlavə olaraq iki dəfəyə ümumilikdə 500.000 (beş yüz min) manat borc pul da götürmüşdü. 2017-ci ildə İddiaçı qarşısında borclandıqları üçün, həyat yoldaşı X5 adına sənədləşdirilərək qızlarına aldıqları, ünvan 2 ünvanında inşa edilmiş "X9" yaşayış kompleksinin "B" blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzili satmaq qərarına gəlmişdilər. Onu da qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən mənzil yüksək keyfiyyətli təmir olunmuşdu. O, Loğman Məmədova bildirmişdir ki, qızının mənzilini satıb onun bütün pulunu qaytaracaq. Həmçinin qeyd edir ki, həmin vaxt yuxarıda göstərilən mənzilə görə "xxxx" ASC-yə müəyyən məbləğ borcları var idi. Sonrakı hadisələr göstərdi ki, İddiaçı və ailəsi qızlarının xasiyyətinə bələd olduqları, onun heç bir ailədə baş çıxara bilməyəcəyi üçün onlara bahalı mənzil, maşın, qızıl-zinət əşyaları aldırtmaları, yüksək faizlə borca pul vermələri məqsədli şəkildə borclanma yaratmaq olub ki, ailələrini müflis vəziyyətə düşərək onlardan asılı vəziyyətdə olsun ki, gələcəkdə qızlarının xasiyyəti üzə çıxdığı zaman onların qarşısında gözükölgəli olsunlar. Beləliklə, həyat yoldaşı X7 adına sənədləşdirilmiş, onlara məxsus olan, ünvan 2 ünvanında inşa edilmiş "X9" yaşayış kompleksinin "B" blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzili satışa qoymuşdular. Mənzilin satışı barədə İddiaçı makler tanışları vasitəsi ilə sosial şəbəkədə əmlak bazarında elan vermişdilər. Mənzilin satış qiymətini 1.750.000 (bir milyon yeddi yüz əlli min) manata təklif etmişdilər. Həm Loğmanın tanışı olan maklerlər, həm də onlar tərəfindən mənzilin tez satılması üçün əmlak alqı-satqısı ilə məşğul olan digər şəxslərlə də görüşlər keçirilirmişdi. Həmin ərəfələrdə Loğman onlara təklif etmişdi ki, qiyməti razılaşaq, borcun qarşılığında mənzili ona verərək, onun ailə üzvlərindən birinin adına rəsmiləşdirək. Onlar ailələrində bu barədə danışaraq razılığa gəlmişdilər. Həmin vaxta, yəni 2017-ci ilin sentyabr ayınadək Loğmanla aralarında olan borc məbləği 200.000 (iki yüz min) ABŞ dolları (340.000 AZN) və 500.000 (beş yüz min) manat idi. İddiaçı bildirmişdi ki, onların "xxxx" ASC-yə də 816.000 (səkkiz yüz on altı min) manat kredit borcunuz qalıb. O, öhdəlik götürdü ki, qeyd olunan mənzil onun bacısı oğlu və biznes şəriki X12 adına rəsmiləşdirildikdən sonra "xxxx" ASC-yə olan 816.000 (səkkiz yüz on altı min) manat kredit borcunu da Bank tərəfindən təqdim olunmuş yeni ödəniş cədvəlinə uyğun olaraq ödəyəcəkdir. Beləliklə, ailələrinin İddiaçı hesablamasına görə ona olan borcu- 200.000 (iki yüz min) ABŞ dolları (340.000 AZN), 500.000 (beş yüz min) manat və mənzilə görə "xxxx" ASC-yə ödəniləcək 816.000 (səkkiz yüz on altı min) manat daxil, ümumilikdə 974.000 (doqquz yüz yetmiş dörd min) ABŞ dolları və ya 1.656.000 (bir milyon altı yüz əlli altı min manat) təşkil etmişdi. Bununla da, İddiaçı təklifi əsasında, ünvan 2 ünvanında inşa edilmiş "X9" yaşayış kompleksinin "B" blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzilin qiymətini 974.000 (doqquz yüz yetmiş dörd min) ABŞ dollarına qarşılıqlı razılaşmaqla, borcun əvəzinə İddiaçı verməyə razılaşmışlar. 2017-ci ilin oktyabr ayının 27si tarixində imzalanmış notarial qaydada razılıq ərizəsi əsasında qeyd edilən mənzili İddiaçı təklifi ilə onun bacısı oğlu, biznes şəriki olan X12 adına sənədləşdirmişdilər. Xüsusilə bildirirlər ki, qeyd edilən mənzilin Babək İsmayılovun adına sənədləşdirilməsi ilə əlaqədar onunla heç bir sövdələşmə aparmamış və onun tərəfindən ona və müvfiq banka heç bir vəsait ödənilməmişdir. Quda olduqları üçün İddiaçıla da bu barədə aralarında hərhansı bir yazılı sənəd tərtib edilməmişdi. Bununla da, 30 ilə yaxın bir müddətdə əldə etdikləri yuxarıda qeyd olunan Yasamal rayonundakı 3 (üç) mənzil, qızının qayınatasının mənzili və qızları üçün alıb təmir etdirdikləri mənzil də əllərindən çıxmışdı. Onu da bildirmək istəyir ki, yuxarıda qeyd etdikləri, xüsusən İddiaçı onlara faizlə borc pul verməsi, borcun əvəzində qızlarına məxsus mənzili dəyərindən aşağı qiymətə əllərindən alması, övladlarının ailə kimi bir yerdə yaşadıqları müddətdə baş vermişdir. Sonradan məlum olmuşdu ki, İddiaçı və bacısı oğlu Babək İsmayılov həmin mənzili 2019-cu ilin iyul ayında özlərinin biznes şəriki, Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının vətəndaşı X4 ******* (üç milyon) ABŞ dolları borclarının əvəzində müvafiq rəsmiləşdirmə aparmaqla ona vermişdirlər. 2019-cu ilin avqust ayından etibarən, övladlarının arasında ailə münasibətləri faktiki olaraq bitdikdən sonra, İddiaçı bildirdi ki, “o zaman quda idik, mən evin təmirinə və cehiz əşyalarına xərclədiyim 430.000 (dörd yüz otuz min) ABŞ dollarını istəmirdim, artıq quda olmadığımız üçün evin təmirinə və cehiz əşyalarına çəkdiyim xərci qaytarın, həm də ki, 140 nömrəli mənzili borcla əvəzləşdirən zaman 200.000 (iki yüz min) manat baha hesablamışıq, o pulu da qaytarmalısınız.” Onlar ailənin dağılmaması xatirinə İddiaçı əvvəlcə etiraz etməyərək bildirmişdilər ki, o zaman evə çəkdiyi xərcləri dəqiqləşdirmək üçün ekspert dəvət edək, əgər o evin təmirinə doğrudan da o qədər vəsait xərcləmişdirsə qaytarsınlar. Lakin, sonra İddiaçı qızı üçün aldığı cehiz əşyalarının əvəzində onlardan əlavə olaraq 115.000 (bir yüz on beş min) manat da pul tələb etdikdə, onlar qəti etirazlarını bildirdilər. Onu da qeyd etmək istəyirlər ki, mənzilin ilkin təmiri zamanı bütün plastik qapı-pəncərələr onların vəsaiti hesabına quraşdırılıb, uşaqlar bir-iki il yaşadıqdan sonra mənzilin zal otağının parketi də tam yararsız hala düşdüyündən, onların vəsaiti hesabına yenisi ilə əvəzlənmişdir. İddiaçı və ailəsinin şöhrətpərəstliyini, pula, varadövlətə olan hərisliyini görüb, ailənin hələ də dağılmaması xatirinə, onunla razılaşaraq evin təmirinə çəkdiyi xərci, qızı üçün aldığı cehiz əşyalarının dəyərini ona qaytaracaqlarını bildirmişdir. Bu zaman İddiaçı "Barışıq Sazişi" layihəsi hazırlayaraq onun istifadəsində olan telefonuna Wotsap vasitəsi ilə və onun vəkili Vəkil1 elektron poçtundan onun vəkili Vəkil2 elektron poçt ünvanına göndərməyə başlamışdı. Hər dəfə yeni tələblər artıran İddiaçı, son variant "Barışıq sazişi"ndə həyat yoldaşı Maya Məmmədovanın adına olan, "xxxx" MTKnın inşa etdiyi ünvan 5 ünvanda yerləşən "X10" yaşayış kompleksinin B blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzilə İddiaçı pay hüququnun tanınmasını tələb etdikdə, artıq onun həddini aşdığını görərək, onlar ona etiraz etmişdirlər. Bundan sonra İddiaçı 2020-ci il 15 sentyabr tarixində Nəsimi Rayon Məhkəməsində ona və həyat yoldaşıma qarşı mənzillə əvəzləşdirilmiş pul vəsaitinin ona təkrar geri qaytarması tələbi ilə iddia qaldırmışdı. Əfsuslar olsun ki, bütün sübutlar olmasına baxmayaraq Loğman Məmədovun iddiası təmin olunmuşdu. İddiaçıla borc münasibətləri 2017-ci ilin oktyabr ayında bitdikdən sonra ondan hər-hansı bir məbləğdə pul almamış, tam əksinə onun "xxxx" ASC-yə olan kredit borcundan 900.000 (doqquz yüz min) manatdan artıq pul vəsaitini zamin olaraq ödəmişdir. Bu kimi və digər yolverilməz, heç bir ölçüyə sığmayan hərəkətlər ailənin dağılmasına səbəb olmuşdu. Yuxarıda göstərilən mülki işin məhkəmədə araşdırıldığı zaman İddiaçı qardaşı və biznes şəriki Ramiz Məmmədovun müntəzəm təşkilatçılığı ilə İddiaçı və həmçinin onların bacısı oğlu, hazırda biznes şərikləri olan Babək İsmayılovun Azərbaycan Respublikası Prezidentinin Admnistrasiyasına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə, Yasamal Rayon Prokurorluğuna və Yasamal Rayon Polis İdarəsinə o Cavabdeh barəsində ünvanladığı, düşmənçilik etmək və qisas almaq məqsədi daşımaqla həqiqətə uyğun olmayan, tamimilə şər və böhtandan ibarət şikayət ərizələri aidiyyəti qurumlarda müvafiq qaydada araşdırılmış, İddiaçı və bacısı oğlu, həmçinin biznes şəriki olan X16 Sadıqov barəsində şikayət ərizələrində göstərdikləri xüsusatlarla bağlı hüquqi qiymət verilməsi üçün işin araşdırılmsı aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə göndərilmişdir. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində şikayət ərizələri hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış, şahid qismində bir çox adamlar dindirilmiş, şikayət ərizələrində göstərilənlərin qisas və düşmənçilik xarakterli olduğu sübuta yetirilmiş, şikayətlərin ailə-məişət zəmnində olduğu müəyyən edilmişdir. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma gedən zaman İddiaçı və onun bacısı oğlu, həmçinin biznes şəriki olan Babək İsmayılovun dayanmadan etdikləri şikayətlər əsasında iş materialı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsindən götürülərək, araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilmişdir. İddiaçı şikayəti əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 iyun 2021-ci il tarixli "Cinayət işinin başlanılmasının rədd edilməsi barədə" Qərar qəbul edilmişdir (qərarın surəti iş materiallarına əlavə olunub). İşin ibtidai istintaqda araşdırılması zamanı tam sübut olunmuşdur ki, banklar qarşısında olan borclarını ödəyə bilmədiyi üçün 2015-2016-cı illərdə İddiaçı həm faizlə, həm də ki, faizsiz borc pul almış, həmin borcun əvəzində isə ünvan 2 ünvanında inşa edilmiş "X11" yaşayış kompleksinin "B" blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzili 2017-ci ilin oktyabr ayında İddiaçı təklifi ilə onun bacısı oğlu və biznes şəriki Babək İsmayılovun adına sənədləşdirərək İddiaçı verməklə aralarında olan borc münasibətləri əvəzləşdirilmişdir. X1 barəsində dedikləri, yəni guya ona 300.000 (üç yüz min) manat pul verməsinin yalan olduğu da araşdırma zamanı tam sübuta yetirilərək hüquqi qiymət verilmişdir. Belə ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 iyun 2021-ci il tarixli "Cinayət işinin başlanılmasının rədd edilməsi barədə" Qərarda göstərilir ki, sözügedən mənzilə görə Babək İsmayılovdan əlavə daraq 300.000 (üç yüz min) manat pul alınmamışdır. Bundan başqa Cavabdeh dövlət tərəfindən ona verilmiş Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74, "B" yaşayış kompleksi, İ blok, İX mərtəbə (Vİİ yaşayış) 39 nömrəli mənzili qarajı ilə birlikdə 2017-ci ildə X8 300.000 (üç yüz min) manata satmış, həmin mənzilin Babək İsmayılova və ya başqa hər hansı şəxsə satılması ilə bağlı danışıq və ya razılaşma halları olmamışdır. Xüsusilə qeyd etməyi zəruri hesab edirlər ki, Loğman və Ramiz Məmmədov qardaşlarının, həmçinin onların bacısı oğlu və biznes şərikləri Babək İsmayılovun və keçmiş gəlin Aida Məmmədovanın məqsədləri ailələrinə məxsus, ünvan 2 ünvanında inşa edilmiş "X11" yaşayış kompleksinin "B" blokunda yerləşən, 4 otaqdan ibarət 145 saylı sonuncu mənzillərini də ələ keçirməkdən ibarətdir. Məhkəmənin nəzərinə xüsusilə çatdırmağı vacib hesab edir ki, hazırkı iş üzrə İddiaçı tərəfindən tələb olunan 200.000 (iki yüz min) manat pul vəsaiti də 2017-ci ildə mənzillə əvəzləşdirilmiş 500.000 (beş yüz min) manat pul vəsaitinə daxildir. Hazırki məhkəmə iclası barədə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri verilməsinə baxmayaraq, tərəflər göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər.Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Əbduləli oğlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, həmin pulun 2015-2016-cı illərdə alındığını, daha sonra mənzil ilə əvəzləşdirildiyini və həmçinin müddətin çoxdan ötürüldüyünü vurğulayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin nümayəndələrinin izahat dinləyərək, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan X2 Bakı şəhər Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəndiqi polis mayoru cənab Valeh Nəbiyevə verdiyi 11 mart 2021-ci il tarixli izahatından görünür ki, Cavabdeh onun qaynatasıdır. Təxminən 2016-cı ilin yaz aylarında Bakı şəhəri köhnə avtovağzalın yaxınlığında yerləşən «AKCCES» bankın qarşısında Loğman Mməmədovun tanışılarının biri olan dəqiq adını xatırlamadığı şəxsdən 200.000 manat pul almış və həmin pulu Cavabdeh göstərişi əsasında ona çatırmışdır. O, aldığı məlumata görə həmin pullar oğlunun toy xərcilərindən yaranmış borclar olmuşdur. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 3774/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2638/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3774/2022 saylı iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19) "borcun tutulması tələbinə dair" iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4301/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)-1456/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh və X15 tərəfindən birgə verilmiş kassasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 iyul 2023-cü il tarixli, 2(103)- 2638/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)-1456/2023 nömrəli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 iyul 2023-cü il tarixli, 2(103)-2638/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsinin həmin borcun alınması barədə izahatı və işin materialları ilə (X2 Bakı şəhər Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəndiqi polis mayoru cənab Valeh Nəbiyevə verdiyi 11 mart 2021-ci il tarixli izahatı) cavabdehin iddiaçıdan pul alması və həmin borcu qaytarmaması təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu geri tələb etməkdə haqlıdır. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq məhkəmə iddianın əsaslılığını yoxlamalıdır. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Hazırki işdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 200.000 manat məbləğində borcu 2015-2016-cı illərdə alındığı qəbul etsə də, daha sonra həmin borcu cavabdehin ödədiyini (mənzil ilə əvəzləşdirildiyini) iddia edir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Hazırki halda, mübahisəli borcun Cavabdeh tərəfindən ödənilməsinin sübut etmə yükü cavabdehin üzərinə düşür. Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh məhkəmədə iddianın əsassız olduğuna dair hər hansı arqument (sübut) göstərə bilməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə iddiaçı tərəfindən borc öhdəliklərin icrasını tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 373.4-cü maddəsinə əsasən, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə məhkəmə iddiaçı tərəfindən borc öhdəliklərin yerinə yetirilməsi ilə bağlı 3 illik iddia müddəti bitdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və həmin müddətinin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir əsaslı sübutun məhkəməyə təqdim edilə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1457/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1457/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver