Məhkəmə qərarları › İş №e-2(006)-1458/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(006)-1458/2022

25.01.2022 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(006)-1458/2022 25.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə əmrini çıxaran hakim: Anar İbadzadə Ərizənin predmeti: alimentin alınması tələbinə dair Ərizənin verilməsi üçün əsas olan prosessual hüquq norması: Azərbaycan Respublikası MPM-in maddəsi - 276.1, 276.2.4 Kreditor Fiziki şəxsin S.A.A.: Kreditor Şəxsiyyət vəsiqəsinin AZE *******, xxxxxxx nömrəsi, FİN: Doğulduğu tarix və yer: xx.xx.1988, Şahbuz, Külüs k Qeydiyyat ünvanı: ünvan 2 ünvan: Bakı şəhəri, H.Əliyev PR-ti 96 A, 5-ci mərtəbə, “LCG” VB Borclu Fiziki şəxsin S.A.A.: Borclu Şəxsiyyət vəsiqəsinin AZE ********, xxxxxxx nömrəsi, FİN: Doguldugu tarix və yer: xx.xx.1989, Astara r., Kakalos Qeydiyyat ünvanı: Bakı şəh., Nəsimi ray., Neftçilər pr, ev.145, m.102 Faktiki ünvan: Bakı şəh., Nəsimi ray., Neftçilər pr, ev.145, m.102 Hüquqi əsaslandırma Ailə Məcəlləsi 75.1 valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4 valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1 valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Nəticə hissəsi Azərbaycan Respublikası MPM-in 275, 276.1, 276.2.4, 280-282-ci və 284-cü maddələrinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4 və 78.1-ci maddələrinə əsasən Əmr etdim Borcludan (X1) 23.04.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq kreditora (Kreditor) ödənilsin. Borc üzrə tutulmalı aylıq 193 olan məbləğ: Valyuta növü: manat Məhkəmə əmrinin icra edilməsi AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ-PROSESSUAL MƏCƏLLƏSİ 284.1. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. 284.2. Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Məhkəmə əmrindən etiraz verilməsi AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ-PROSESSUAL MƏCƏLLƏSİ

284. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.

283. Borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir.

DİQQƏT!

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunundan çıxarış

Maddə 3. Elektron imza və elektron sənədin hüquqi qüvvəsi

Elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar