Məhkəmə qərarları › İş №e-2(006)-146/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-146/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-146/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılır ki, Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC-nin «Səbail» filialı arasında xx.xx.2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 25% ödənilmək şərtilə 5300 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh xx.xx.2011-ci il tarixli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus «Mercedes Benz C 230» minik markalı, buraxılış ili 1997-ci il olan, ban WDB 2020231F518533, gümüş metal rəngli, ** RT *** dövlət nömrə nişanlı avtomobil ləğv prosesində olan İddiaçı ASC-də girov qoyulmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 1227,43 manat əsas borc,kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2013-cü il tarixinə faiz borcu 1451,55 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 553,18 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 502,87 manat və ümumilikdə 3735,03 manat məbləğində borcu qalmışdır.Göstərilənlərə əsasən Cavabdeh banka 1227,43 manat əsas borcu, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2013-cü il tarixinə faiz borcu 1541,55 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 553,18 manat faiz borcu, müqavilə üzrə borcun gedikdirildiyinə görə hesablanmış 502,87 manat cərimə borcunun və ümumilikdə 3735,03 manat məbləğində pul vəsaitini və bu mülki mübahisənin araşdırılması üçün ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, tələbin girov qoyulmuş Cavabdeh mülkiyyətində olan «Mercedes Benz C230» minik markalı, buraxılış ili 1997-ci il olan, ban WDB 2020231F518533, gümüş metal rəngli, ** RT *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamsə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC-nin «Səbail» filialı arasında xx.xx.2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 25% ödənilmək şərti ilə 5300 manat kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh ilə xx.xx.2011-ci il tarixli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus «Mercedes Benz C230» minik markalı, buraxılış ili 1997ci il olan, ban WDB 2020231F518533, gümüş metal rəngli, 10RT825 dövlət nömrə nişanlı avtomobil ləğv prosesində olan İddiaçı ASC-də girov qoyulmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 1227,43 manat əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2013-cü il tarixinə faiz borcu 1451,55 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 553,18 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 502,87 manat və ümumilikdə 3735,03 manat məbləğində borcu qalmışdır. Bu səbəbdən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdarlıq (həmçinin mümkün hüquq vasitələrindən istifadə edilməsi məqsədilə) edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan iş üzrə İddiaçı ASC-nin «Səbail» filialı ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 01 №li kredit müqaviləsinə əsasən Bank tərəfindən «Borcalan»a 24 ay müddətinə, illik 25% hesablanmaq şərti ilə 5300 manat məbləğində kredit verilmişdir.

7. İş üzrə «Girov saxlayan» qismində İddiaçı ASC-nın «Səbail» filialı ilə digər tərəfdən «Girov qoyan» qismində Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli girov müqaviləsinə əsasən «Girov qoyan» xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan 1997-ci il buraxılışlı (mühərrik **********0645, ban WDB 2020231F518533, gümüş metal rəngli) «Mercedes Benz C230» markalı avtomaşını bank qarşısında girov qoyulmuşdur. Müqavilənin 1.3-cü bəndinə əsasən girov qoyulmuş əmlakın dəyəri tərəflər 7600 manat məbləğində müəyyənləşdirilmişdir.

8. İş üzrə Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş AB№572132 seriyalı xx.xx.2011-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Mercedes Benz C230» minik markalı, **-RT-*** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh adına qeydiyyata alınmışdır.

9. İş üzrə ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubun surətindən görünür ki, bank tərəfindən «Mercedes Benz C230» minik markalı, **-RT-*** dövlət nömrə nişanlı olan avtomaşına tutmanın yönəldilməsinə bildirişi dövlət qeydiyyatına alınması xahiş olunmuşdur.

10. İş üzrə ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borcu 1227,43 manat, müqavilə müddəti bitən tarixə faiz borcu 1451,55 manat, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 553,18 manat və cərimə borcu 502,87 manat, cəmi 3735,03 manat borcu var.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6574 saylı, 17 noyabr 2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış, xx.xx.2011-ci il tarixli 01 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka olan borcu: - xx.xx.2013-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) olan əsas kredit borcu üzrə - 3.130,95 manat, faiz borcu üzrə - 339,19 manat; - xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixdən sonra illik faiz dərəcəsi 5%-lə ) olan əsas kredit borcu üzrə - 969,39 manat, faiz borcu üzrə - 319,09 manat müəyyən edilmişdir.

12. "xxxx" MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsi barədə xx.xx.2023cü il tarixli mütəxəssis rəyinə əsasən avtomobilin yeri məlum olmadığından baxış keçirilməsi mümkün olmamışdır, ümumi bazara nisbətdə «Mercedes Benz C230» minik markalı 1997-ci il buraxılışlı olan istifadəyə yararlı normal vəziyyətdə olan avtomobillərin bazar dəyəri 9000 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona xx.xx.2011-ci il tarixdə 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 5300 manat məbləğində kredit verilmiş, həmin kredit müqavilənin təminatı tərəflər arasında girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehin mülkiyyətində olan «Mercedes Benz C230» minik markalı, 10RT825 dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında girov qoyulmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. Hazırda bank cavabdehdən borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

17. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

19. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

20. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixdən sonra illik faiz dərəcəsi 5%-lə ) olan əsas borcu 969,39 manat, faiz borcu 319,09 manat təşkil edir. İrəli sürülmüş tələb üzrə isə əsas borc kimi 1227,43 manat, müqavilə müddəti bitən tarixə faiz borcu 1451,55 manat, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 553,18 manat məbləğində pul tələb olunur.

21. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcunun 969,39 manat, faiz (5%-lə də həmçinin hesablanmaqla) borcunun 319,09 manat olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir.

22. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir.

23. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

24. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

25. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

27. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

28. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

29. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcu 100 manat məbləğində müəyyən edilməlidir.

30. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, həmçinin cavabdehin maliyyə vəziyyətini nəzərə alır.

31. Məhkəmə iddia tələbinin tutulacaq borcun kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslıdır və təmin edilməlidir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

33. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

35. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

36. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri.

37. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

38. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Baş Dövlət Yol Polis İdarəsində qeydə alınmışdır.

39. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.

40. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, cavabdehdən tutulmalı olan borc məbləği girov qoyulmuş avtomaşına yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq girov qoyana qaytarılmalıdır.

41. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür.

42. Konkret hazırki işdə girov müqaviləsi 2011-ci ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində daşınar əmlak bazarında qiymətlərinin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, girov müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz.

43. Bu səbəbdən məhkəmə hesab edir ki, girov qoyulmuş predmetinin ilkin satış qiymətini müəyyən edilərkən girov müqaviləsində göstərilən qiymət əsas kimi götürülə bilməz.

44. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir.

45. İşdə olan "xxxx" MMC-nin daşınar əmlakın qiymətləndirilməsi haqqında hesabata əsasən avtomobilin yeri məlum olmadığından baxış keçirilməsi mümkün olmamışdır, ümumi bazara nisbətdə «Mercedes Benz C230» minik markalı 1997-ci il buraxılışlı olan istifadəyə yararlı normal vəziyyətdə olan avtomobillərin bazar dəyəri 9000 manat təşkil edir

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

47. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, girov qoyulmuş predmetinin ilkin satış qiymətinin ekspertiza vasitəsilə müəyyən edilmiş likvid qiymətinə və bazar qiymətinə tənasüb surətdə nəzərə alınmasını qanuni, əsaslı və ədalətlidir.

48. Məhkəmə iddia tələbinin tutulacaq borcun girov qoyulmuş avtomaşına yönəldilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş və ilkin satış qiyməti 9000 (doqquz min) manat məbləğində müəyyən edilməklə «Mercedes Benz C230» minik markalı, **-RT-*** dövlət nömrə nişanlı avtomaşına yönəldilməli, həmin avtomaşın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməlidir.

49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri qismən təmin olunduğundan (48% hissəsi), cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 29 manat pul tutulmalıdır.

51. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 18 may 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 969,39 (doqquz yüz altmış doqquz manat, otuz doqquz qəpik) manat, faiz (müqavilə müddəti bitdikdən sonra illik 5% ilə birlikdə hesablanmaqla) borcu üzrə 319,09 (üç yüz on doqquz manat, doqquz qəpik) manat, 100 (yüz) manat cərimə və ödənilmiş 29 (iyirmi doquz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1417,48 (bir min dörd yüz on yeddi manat, qırx səkkiz qəpik) manat məbləğində pul tutulmalı, həmin tutma Cavabdeh tərəfindən girov qoyulmuş və ilkin satış qiyməti 9000 (doqquz min) manat məbləğində müəyyən edilməklə «Mercedes Benz C230» minik markalı, buraxılış ili 1997-ci il olan, ban WDB 2020231F518533, gümüş metal rəngli, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, həmin avtomaşın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq girov qoyan Cavabdeh qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

52. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatın iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 79,80 (yetmiş doqquz manat səksən qəpik) manatı və Cavabdeh 70,20 (yetmiş manat, iyirmi qəpik) manatı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

53. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatın ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 104 (bir yüz dörd) manatı və Cavabdeh 96 (doxsan altı) manatı tutulub "xxxx" MMC-nin (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, bina 7, mənzil 194, VÖEN: **********, H/h: AZ13ACAB********************, "xxxx" QSC-nin Azadlıq filialı, M/H: AZ10NABZ**********000056944, Kod: 504788, Bankın VÖENi: **********, SWİFT: AİİBAZ2X, Bankın ünvanı: Bakı şəhəri, Tbilisi prospekti, 3, AZ1065) hesabına köçürülməlidir.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

56. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

59. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 18 may 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 969,39 (doqquz yüz altmış doqquz manat, otuz doqquz qəpik) manat, faiz (müqavilə müddəti bitdikdən sonra illik 5% ilə birlikdə hesablanmaqla) borcu üzrə 319,09 (üç yüz on doqquz manat, doqquz qəpik) manat, 100 (yüz) manat cərimə və ödənilmiş 29 (iyirmi doquz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1417,48 (bir min dörd yüz on yeddi manat, qırx səkkiz qəpik) manat məbləğində pul tutulsun. Həmin tutma Cavabdeh tərəfindən girov qoyulmuş və ilkin satış qiyməti 9000 (doqquz min) manat məbləğində müəyyən edilməklə «Mercedes Benz C230» minik markalı, buraxılış ili 1997-ci il olan, ban WDB 2020231F518533, gümüş metal rəngli, **- RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin, həmin avtomaşın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq girov qoyan Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatın iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 79,80 (yetmiş doqquz manat səksən qəpik) manatı və Cavabdeh 70,20 (yetmiş manat, iyirmi qəpik) manatı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatın ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 104 (bir yüz dörd) manatı və Cavabdeh 96 (doxsan altı) manatı tutulub "xxxx" MMC-nin (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, bina 7, mənzil 194, VÖEN: **********, H/h: AZ13ACAB********************, "xxxx" QSC-nin Azadlıq filialı, M/H: AZ10NABZ**********000056944, Kod: 504788, Bankın VÖENi: **********, SWİFT: AİİBAZ2X, Bankın ünvanı: Bakı şəhəri, Tbilisi prospekti, 3, AZ1065) hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar