Məhkəmə qərarları › İş №e-2(006)-1460/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1460/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1460/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təsviri hissə:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 334240-CNS-43919 saylı “krediti müqaviləsi”nə əsasən cavabdehə illik 11% hesablanması şərti ilə 59 ay müddətinə 7985.88 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliyini lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin Banka 7985.88 manat məbləğində əsas borc, 236.69 manat məbləğində faiz üzrə borcu 42.90 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 8265.47 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən borcluya dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Göstərilənlərə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 334240-CNS-43919 saylı “krediti müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixinə Banka 7985.88 manat məbləğində əsas borc, 236.69 manat məbləğində faiz üzrə borcu 42.90 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 8265.47 manat və 102.65 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Mülki iş üzrə iddiaçının nümayəndəsi X1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Əvvəlki məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini tam həcmdə qəbul edir və təmin edilməsinə etiraz etmir.

6. Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 334240-CNS-43919 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 7985.88 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka ümumilikdə 8265.47 manat məbləğində borcu yaranmışdır. Hazırda iddiaçı həmin məbləğin və ödənilmiş dövlət rüsumunun cavabdehdən xeyrinə tutulmasını tələb edir, cavabdeh isə məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini bildirmişdir.

b) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 334240-CNS-43919 nömrəli kredit borcunun restrukturizasiyasına dair müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 11 faiz dərəcəsi ilə 59 ay müddətinə 7985.88 manat məbləğində kredit verilmişdir.

10. Mülki işin materiallarında olan İddiaçı ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 3 nömrəli Arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 334240-CNS-43919 saylı, xx.xx.2023-cü il tarixli nağd pul kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 7985.88 manat əsas borcu, 236.69 manat faiz borcu, 42.90 manat cərimə borcu olmaqla, ümumilikdə 8265.47 manat məbləğində borcu yaranmışdır.

11. Mülki işin materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh Banka borcunun olması barədə qabaqcadan xəbərdar edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

15. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

16. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

18. Bundan əlavə, Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

19. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

20. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və cavabdeh tərəfindən iddia tələbinin qəbul edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 334240-CNS-43919 saylı kredit müqaviləsinə əsasən 7985.88 AZN (yeddi min doqquz yüz səksən beş manat, səksən səkkiz qəpik) əsas borc, 236.69 AZN (iki yüz otuz altı manat, altmış doqquz qəpik) faiz borcu, 42.90 AZN (qırx iki manat, doxsan qəpik) cərimə borcu olmaqla, ümumilikdə 8265.47 AZN (səkkiz min iki yüz altmış beş manat, qırx yeddi qəpik) məbləğində pul alınaraq «Bank VTB “Azərbaycan”» Açıq Səhmdar Cəmiyyətinə verilməlidir.

21. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli, ********** nömrəli elektron qəbz əsasında müəyyən edilmişdir ki, «Bank VTB “Azərbaycan”» ASC iddia ərizəsinin verilməsinə görə 102.65 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbi tam təmin edildiyindən ödənilmiş 102.65 AZN (bir yüz iki manat) məbləğində dövlət rüsumu da Cavabdeh iddiaçı «Bank VTB “Azərbaycan”» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 334240-CNS-43919 saylı kredit müqaviləsinə əsasən 7985.88 AZN (yeddi min doqquz yüz səksən beş manat, səksən səkkiz qəpik) əsas borc, 236.69 AZN (iki yüz otuz altı manat, altmış doqquz qəpik) faiz borcu, 42.90 AZN (qırx iki manat, doxsan qəpik) cərimə borcu olmaqla, ümumilikdə 8265.47 AZN (səkkiz min iki yüz altmış beş manat, qırx yeddi qəpik) məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 102.65 AZN (bir yüz iki manat) alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar