Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-147/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəməyə təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəməyə təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır:
1. Bu sazişi imzalamaqla İddiaçı onunla "xxxx" ASC (bundan sonra - bank) arasında bağlanmış xx.xx.2005-ci il tarixli, xx.xx.2005-ci il tarixli və xx.xx.2006-cı il tarixli kredit müqavilələri üzrə ümumilikdə qalıq borc olan 72956,52 ABŞ dollarından ümumilikdə 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürür.
2. İddiaçı bu sazişi imzalamaqla təsdiq və qəbul edir ki, sözügedən 25000 ABŞ dolları pulun 10000 (on min) ABŞ dolları hissəsi bu Sazişin bağlandığı vaxtdan növbəti gündən gec olmayaraq, qalan 15000 (on beş min) ABŞ dolları hissəsini isə bu Sazişin bağlandığı vaxtdan sonrakı 6 (altı) ay ərzində qeyd-şərtsiz ödəyəcəkdir.
3. Bu sazişi imzalamaqla cavabdeh qismində ABB təsdiq və qəbul edir ki, sözügedən 25000 ABŞ dolları pul tam ödənildikdən sonra qalıq borc məbləği olan 47956,52 ABŞ dollarının silinərək öhdəliyə bütövlükdə xitam verilməsi və bu barədə AKB və MKR-ə məlumat verilməsi təmin edəcək, o cümlədən, yuxarıda adları çəkilən kredit müqavilələrinin təminatı qismində yüklü edilən ünvan 1 ünvanda yerləşən 15 saylı mənzil və Bakı çəhəri Binəqədi rayonu Goradil bağlarında yerləşən 602 nömrəli bağ sahəsinin Bankın xeyrinə olan ipoteka qeydiyyatının ləğvi istiqamətdə (bununla bağlı çəkiləcək xərclər, rüsumlar Ramil Hüseynova aid edilir) lazımi bütün addımları atacaqdır.
4. Bu Sazişi imzalamaqla İddiaçı hazırki iddia ərizəsindən irəli gələn bütün tələb(lər)indən, habelə hər iki tərəf kredit və ipoteka müqavilələri ilə bağlı olan və gələcəkdə yarana biləcək bütün tələblərindən qeyd-şərtsiz olaraq imtina etdiyini, həmçinin bunlarla bağlı, nə məhkəmədənkənar (məhkəmədənqabaq), nə də məhkəmə qaydasında Banka qarşı hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini), bununla bağlı hər hansı bir orqana müraciət (şikayət) etməyəcəyini qəbul edir (təsdiq edir).
5. Bu mülki iş üzrə Tərəflərin birbaşa və ya dolayısıyla bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) Ramil Hüseynova aid edilir.
6. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə (o cümlədən bu Sazişin 3-cü maddəsində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
7. Tərəflər razılaşırlar ki, hazırki Sazişdəki heç bir müddəa hər hansı Tərəfin və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.
8. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəlikləri tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. Göstərilən səbəblərdən Sazişin icrası mümkün olmaqdıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
9. Bu sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır.
10. Tərəflər təsdiq edirlər ki, bu Sazişi qanunvericiliyə uyğun olaraq tərtib ediblər (bu Saziş anunvericiliyə zidd deyil) və bu Saziş üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur.
11. Bu saziş, Tərəflər arasında imzalandıqdan, məhkəmə tərəfindən təsdiq olunduqdan, habelə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən çıxarılmış müvafiq qərardad qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.
12. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 262, 263-264, 267-269-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Bu sazişi imzalamaqla İddiaçı onunla "xxxx" ASC (bundan sonra - bank) arasında bağlanmış xx.xx.2005-ci il tarixli, xx.xx.2005-ci il tarixli və xx.xx.2006-cı il tarixli kredit müqavilələri üzrə ümumilikdə qalıq borc olan 72956,52 ABŞ dollarından ümumilikdə 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürür.
2. İddiaçı bu sazişi imzalamaqla təsdiq və qəbul edir ki, sözügedən 25000 ABŞ dolları pulun 10000 (on min) ABŞ dolları hissəsi bu Sazişin bağlandığı vaxtdan növbəti gündən gec olmayaraq, qalan 15000 (on beş min) ABŞ dolları hissəsini isə bu Sazişin bağlandığı vaxtdan sonrakı 6 (altı) ay ərzində qeyd-şərtsiz ödəyəcəkdir.
3. Bu sazişi imzalamaqla cavabdeh qismində ABB təsdiq və qəbul edir ki, sözügedən 25000 ABŞ dolları pul tam ödənildikdən sonra qalıq borc məbləği olan 47956,52 ABŞ dollarının silinərək öhdəliyə bütövlükdə xitam verilməsi və bu barədə AKB və MKR-ə məlumat verilməsi təmin edəcək, o cümlədən, yuxarıda adları çəkilən kredit müqavilələrinin təminatı qismində yüklü edilən ünvan 1 ünvanda yerləşən 15 saylı mənzil və Bakı çəhəri Binəqədi rayonu Goradil bağlarında yerləşən 602 nömrəli bağ sahəsinin Bankın xeyrinə olan ipoteka qeydiyyatının ləğvi istiqamətdə (bununla bağlı çəkiləcək xərclər, rüsumlar Ramil Hüseynova aid edilir) lazımi bütün addımları atacaqdır.
4. Bu Sazişi imzalamaqla İddiaçı hazırki iddia ərizəsindən irəli gələn bütün tələb(lər)indən, habelə hər iki tərəf kredit və ipoteka müqavilələri ilə bağlı olan və gələcəkdə yarana biləcək bütün tələblərindən qeyd-şərtsiz olaraq imtina etdiyini, həmçinin bunlarla bağlı, nə məhkəmədənkənar (məhkəmədənqabaq), nə də məhkəmə qaydasında Banka qarşı hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini), bununla bağlı hər hansı bir orqana müraciət (şikayət) etməyəcəyini qəbul edir (təsdiq edir).
5. Bu mülki iş üzrə Tərəflərin birbaşa və ya dolayısıyla bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) Ramil Hüseynova aid edilir.
6. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə (o cümlədən bu Sazişin 3-cü maddəsində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
7. Tərəflər razılaşırlar ki, hazırki Sazişdəki heç bir müddəa hər hansı Tərəfin və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.
8. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəlikləri tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. Göstərilən səbəblərdən Sazişin icrası mümkün olmaqdıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
9. Bu sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır.
10. Tərəflər təsdiq edirlər ki, bu Sazişi qanunvericiliyə uyğun olaraq tərtib ediblər (bu Saziş anunvericiliyə zidd deyil) və bu Saziş üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur.
11. Bu saziş, Tərəflər arasında imzalandıqdan, məhkəmə tərəfindən təsdiq olunduqdan, habelə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən çıxarılmış müvafiq qərardad qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.
12. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı e-2(006)-147/2025 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmıış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ceyhun Tağıyev