Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1472/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı “БМ-БАНК” Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “hüquqdan sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “БМ-БАНК” Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “hüquqdan sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı məhkəmə aidiyyəti normalarına riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Eyni Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə qeyd edir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İddia ərizəsində qeyd edilmişdir ki, alınmış kredit vəsaitləri təyinatı üzrə xərclənməmiş və X1 biznes imperiyasına aid olan şirkətlər vasitəsi ilə dünyanın müxtəlif ölkələrinə yönləndirilmişdir. X1 bacısı qızı, indiki iş üzrə Cavabdeh ortağı olduğu Marker LLC və Marker Craig LLC cinayət yolu ilə əldə edilmiş vəsaitlər əsasında ABŞ-da Nevada ştatlı, Las Vegas şəhərində X5 satın almışdır. Bununla bağlı iddiaçı tərəfindən X4 Məhkəməsində iddia qaldırılmış cavabdehin və digərlərinin distant iştirakı ilə keçirilmiş məhkəmə baxışlarında CVP-ni məhz Telman İsmayılova və onun biznes şəbəkəsinə aid olan vəsaitlərlə əldə olunduğu, bununla da 3.224.374 ABŞ dolları dəyərində vurulmuş zərərin ödənilməsi barədə xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Qərara əsasən cavabdehin iştirakçısı olduğu şirkətdən 1.953.081,68 ABŞ dolları dəyərində vəsaitlər geri qaytarılmış, 1.271.292,32 ABŞ dollarının geri qaytarılması mümkün olmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X2, cavabdehin iştirakçısı olduğu şirkətlərə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı kreditlər vermişdir. (VÖEN: ************) Cavabdeh isə xarici dövlətdə vergi orqanında qeydiyyatdan keçmiş xarici şirkətlərin iştirakçısıdır (Marker LLC və Marker Craig LLC) . Məhkəmə hesab edir ki, iddiaçı hüquqi şəxsə dəyən zərər sırf bankın öz fəaliyyəti ilə bağlı məruz qaldığını zərər olmuşdur. Göründüyü kimi tərəflər arasındakı mübahisə predmeti kommersiya məqsədi daşıdığından həmin məsələyə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bundan əlavə, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçı tərəfindən 1870 (bir min səkkiz yüz yetmiş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı “БМ-БАНК” Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 1870 (bir min səkkiz yüz yetmiş) manat dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “БМ-БАНК” Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “hüquqdan sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüquqü vardır. İddiaçı “БМ-БАНК” Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 1870 (bir min səkkiz yüz yetmiş) manat dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1472/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1472/2024
23.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver