Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1482/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı borclu Cavabdeh1 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 kreditor İddiaçı-nin xeyrinə 11179.43 manat əsas, 1470.01 manat faiz, cəmi 16246.15 manat borcun və 20 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə borclu Cavabdeh1 kreditor İddiaçı-nin xeyrinə 16246.15 manat borcun və 20 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri verilmiş, xx.xx.2017-ci il tarixli qərardadla məhkəmə əmrinə düzəliş edilərək, “cəmi 12649.44 manat” kimi oxunması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə əmrinin nəticə hissəsinə zamin X1 adının əlavə edilməsi barədə ərizə təmin edilməmişdir. İddiaçı Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı-nin xeyrinə 11179.43 manat əsas, 1469.61 manat faiz, 61.2 manat cərimə borcunun, cəmi 12710.24 manat borcun və ödənilmiş 128 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə, illik 22% olmaqla 12000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Bankla borclu arasında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq, hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Cavabdeh2 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün əsas Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı əsas Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Cavabdeh1 cəmi 16246.15 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-9833/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri verilmiş və hazırda qüvvədədir, lakin zamin Cavabdeh2 kredit borcunun tutulması tələb edilməmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh2 iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddia tələbini qəbul etmir. Belə ki, hazırki tələb üzrə iddia müddəti bitmişdir. Borclu ilə bank arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə 24 ay müddətinə bağlanmış və müqavilə üzrə öhdəliklərin son icrası müddəti xx.xx.2017-ci ilə kimi müəyyən olunmuşdur. Üç illik iddia müddəti xx.xx.2020-ci ildə bitmişdir. Bundan əlavə, tərəflər arasında eyni mübahisə predmeti barəsində məhkəmənin icraatında əvvəllər iş olmuş və qanuni qüvvəsini almış qətnamə mövcuddur (Nəsimi Rayon Məhkəməsinin 2(006)-1387/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi; hakim A.İbadzadə). Cavabdeh2 iddia müddətinin tətbiq olunmasına dair ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, müqavilədə göstərilən zaminliyin verilmə müddəti bitmiş (xx.xx.2017), öhdəliyin icrasının çatdığı gündən 1 il ərzində ona qarşı heç bir iddia irəli sürülməmiş, həmçinin, zaminlik müqaviləsinin bağlandığı gündən də 2 il ərzində ona qarşı iddia irəli sürülməmişdir. Deməli, iddia ərizəsi iddia müddətlərinin ötürülməsi ilə məhkəməyə verilmişdir. Həmçinin, eyni tərəflər arasında olan eyni əsaslı mübahisə predmeti ilə bağlı qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin 2(006)-1387/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində də məhkəmə aparılmış icra qeydinin qanunsuz və əsassız olması qənaətinə gələn zaman məhz tələbkar bank tərəfindən iddia müddətinə riayət edilməməsinə istinad edilmişdir. Borclu Əliyeva (Əhmədova) X5 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, e-2(006)- 9833/2017 saylı məhkəmə əmrindən etiraz vermiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-1482/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə etirazın təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-9833/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsi, mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-229/2023 saylı qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı-nin Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-229/2023 nömrəli mülki işin, həmin məhkəmənin icraatında olan İddiaçı-nin cavabdeh Əliyeva (Əhmədova) Əfşanə Tahir qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-1482/2023 nömrəli mülki işlə birləşdirilməsi, həmin işlərə bir icraatda baxılması və mülki işə e-2(006)-1482/2023 nömrəsinin veriməsi qərara alınmışdır. Məhkəmə baxış iclasında İddiaçı-nin nümayəndəsi X4 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəməyə gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iddia tələbini qəbul etmədiyini məhkəməyə bildirdiyini, yazılı etirazını, etiraza əlavəni, iddia müddətinin tətbiqi barədə ərizələri məhkəməyə təqdim etdiyini qeyd etmiş, eyni predmet üzrə eyni tərəflər arasında bundan əvvəl olmuş məhkəmə qətnamələrini nəzərə almağı, ona dair hissədə iddia tələbini təmin etməməyi xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, Cavabdeh2 ərizəsini nəzərdən keçirib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı-nin Cavabdeh1 qarşı "pul" tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh2 qarşı "pul" tələbinə dair iddiası isə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərindən (mikrokreditləşmə üzrə) görünür ki, müqaviləyə əsasən bank müştəriyə kreditlər verməyi, kredit xətləri açmağı, müştəri isə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditlərdən istifadə etməyi və kreditləri qaytarmağı, habelə kreditlərdən istifadəyə görə banka faizlər (komisyon haqlar) ödəməyi və girov qoyan və/və ya zamin isə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürmüşlər. Müqavilə çərçivəsində təqdim edilən hər bir kredit məhsulu üzrə münasibətlərin predmeti bu xidmət şərtlərinin xüsusi hissəsində və müvafiq kredit sazişində qeyd edilir. Cavabdeh1 müştəri və girov qoyan qismində İddiaçı-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərini (mikrokreditləşmə üzrə) xx.xx.2015-ci il tarixində şərtlərlə tanış olmasına dair imzalamışdır. xx.xx.2015-ci il tarixli MK/73565/54/18 nömrəli kredit sazişindən görünür ki, bu saziş İddiaçı-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirir. Əsas öhdəliyə əsasən, Cavabdeh1 24 ay müddətinə illik 22% ödəmək şərtilə 12000 manat məbləğində nağd pul vəsaitini İddiaçı-dən kredit götürmüşdür. Girov predmeti 800 manat dəyərində biznes avadanlığı, 1500 manat dəyərində ev əşyaları və 12000 manat dəyərində dövriyyədəki malların girovu olmuşdur. Kredit müqaviləsi üzrə X1 zaminliyinə, Cavabdeh2 əlavə zaminliyinə icazə verilmişdir. Tərəflərin hər biri müqaviləni imzalamışdır. xx.xx.2015-ci il tarixli MK/73565/54/18 nömrəli kredit müqaviləsinə 1 №-li əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 23 ay müddətində 622.54 manat, 24-cü ay isə 624.55 manat məbləğində ödəniş etməyə razı olmuşdur. MK/73565/54/18 nömrəli kredit müqaviləsinə 1-B saylı əlavə ilə biznes avadanlıqlarının girovuna dair xx.xx.2015-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 hər biri 400 manat dəyərində olan 2 ədəd tikiş maşınını (cəmi 800 manat) girov qoymuşdur. MK/73565/54/18 nömrəli kredit müqaviləsinə 1-D saylı əlavə ilə dövriyyədəki malların girovuna dair xx.xx.2015-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 12 000 manat dəyərində qadın və kişi geyimlərini girov qoymuşdur. MK/73565/54/18 nömrəli kredit müqaviləsinə 1-E saylı əlavə ilə ev əşyalarının girovuna dair xx.xx.2015-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 1500 manat dəyərində ev əşyalarını girov qoymuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1387/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Kontoruna və İddiaçı-yə qarşı “müqavilələrin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 İddiaçınin xeyrinə 12649 manat 04 qəpik tutulmasına dair Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən aparılmış 16 dekabr 2021-ci il tarixli icra qeydinin ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun Bakı şəhəri 14 saylı Notariat Kontorundan və İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Məhkəmə əmri haqqında ərizənin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, kreditor İddiaçı tərəfindən məhkəmə əmrinin verilməsi barədə ərizənin verilməsinə görə 20.00 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir (qəbz nömrəsi: 4********). xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 zamini olduğu Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən onun banka 11179,43 manat əsas, 1469,61 manat faiz, 61.2 manat cərimə borcu vardır. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə xx.xx.2022-ci il tarixdə 128.00 (bir yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir (qəbz nömrəsi: 9********). Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 10486-16552/2018-5-36 saylı cavab məktubundan görünür ki, e-2(006)-9833/2017 saylı icra sənədi xx.xx.2018-ci il tarixdə icraata daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilsə də, icra sənədi üzrə tələb könüllü müddət ərzində icra edilməmişdir. Borclunun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmiş, borclunun yerini aşkar etmək mümkün olmamış, xx.xx.2022-ci il tarixdə borclu barəsində axtarış işi açılması üçün Nəsimi Rayon Polis İdarəsinə axtarış qərarı göndərilmişdir. Hazırda icra tədbirlərinin davam etdirildiyi qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7228/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1387/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin “ödənilmiş dövlət rüsumunun Bakı şəhəri 14 saylı Notariat Kontorundan və İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh2 ödənilməsi” hissəsində dəyişdirilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh2 ödənilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən onun banka 11179.43 manat əsas, 1469.61 manat faiz borcu vardır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3532 saylı 22 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin və həmin müqavilənin əsasında imzalanmış razılaşmanın qeyd olunan şərtləri nəzərə alınaraq, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə onun tərəfindən aparılmış bütün ödənişlər nəzərə alınmaqla kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə olan borcu: əsas borc üzrə - 11137,12 manat, faiz borcu üzrə - 4457,94 manat müəyyən edilmişdir. Bundan başqa qeyd edilmişdir ki, hazırki işin materiallarında olan iddiaçı bankın təqdim etdiyi maliyyə arayışı məlumatlarında cavabdehin faiz borcunun 1470,00 manat göstərilməsi müəyyən edildi. Belə ki, gəlinən nəticədən göründüyü kimi iddiaçı bank cavabdehə hesablanılan faiz dərəcəsini hansısa müddətdə dayandırmış, lakin hansı müddətdə dayandırılması ilə bağlı iş materiallarına hər hansı bir məlumat əlavə edilməmişdir. Bu hala məhkəmə tərəfindən qiymət verilməlidir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 145 manatdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı tərəfindən aralarında bağlanmış xx.xx.2015-ci il tarixli MK/73565/54/18 nömrəli kredit sazişinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 22 % ödəmək şərtilə 12000 manat məbləğində kredit verilmişdir. Digər Cavabdeh2 isə Cavabdeh1 həmin kredit sazişi üzrə öhdəliyinin icrasının təminatı kimi ona zamin durmuşdur. Tərəflər arasında kredit borcunun qaytarılması ödəniş cədvəli üzrə razılaşdırılsa da, Cavabdeh1 həmin cədvəl üzrə borcu qaytarmamış, yəni öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Buna görə də bank müvafiq ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 kreditor İddiaçı-nin xeyrinə 11179.43 manat əsas, 1470.01 manat faiz, cəmi 16246.15 manat borcun və 20 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə borclu Cavabdeh1 kreditor İddiaçı-nin xeyrinə 16246.15 manat borcun və 20 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri verilmiş, xx.xx.2017-ci il tarixli qərardadla məhkəmə əmrinə düzəliş edilərək, “cəmi 12649.44 manat” kimi oxunması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə əmrinin nəticə hissəsinə zamin X1 adının əlavə edilməsi barədə ərizə təmin edilməmişdir. Bundan sonra isə xx.xx.2022-ci il tarixdə İddiaçı Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı-nin xeyrinə 11179.43 manat əsas, 1469.61 manat faiz, 61.2 manat cərimə borcunun, cəmi 12710.24 manat borcun və ödənilmiş 128 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiq olunmasına dair ərizələr təqdim edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixində borclu Əliyeva (Əhmədova) Əfşanə Tahir qızının Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, e-2(006)-9833/2017 saylı məhkəmə əmrindən etirazı daxil olmuş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1482/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə etirazın təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-9833/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsi, mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-229/2023 saylı qərardadı ilə isə İddiaçı-nin Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-229/2023 nömrəli mülki işin İddiaçı-nin cavabdeh Əliyeva (Əhmədova) Əfşanə Tahir qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə e-2(006)- 1482/2023 nömrəli mülki işlə birləşdirilməsi, həmin işlərə bir icraatda baxılması və mülki işə e-2(006)- 1482/2023 nömrəsinin veriməsi qərara alınmışdır. Hazırda İddiaçı cavabdehlərə qarşı olan iddiasını müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə əmrinə verdiyi etirazında tələb olunan məbləğin şişirdildiyini bildirərək, əmrin ləğv edilməsini və mübahisəyə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Digər Cavabdeh2 isə müqavilə üzrə notariat ofisi tərəfindən verilmiş icra qeydini məhkəmə qaydasında mübahisələndirdiyini və icra qeydinin ləğv edilməsinə nail olduğunu bildirərək, iddianın baxılmamış saxlanılmasını, mahiyyəti üzrə baxıldığı təqdirdə isə iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Borcun məbləği Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh1 müqavilənin müddətinin bitdiyi tarixə 11137.12 manat məbləğində əsas, 4457.94 manat məbləğində faiz borcu olmuşdur. Ekspert rəyində o da qeyd edilmişdir ki, bank cavabdehə hesablanan faiz dərəcəsini müəyyən müddətə dayandırmış, lakin bununla əlaqədar sənəd iş materiallarında olmadığından, faiz borcunun məbləği ilə əlaqədar məsələyə məhkəmə tərəfindən qiymət verilməlidir. Məhkəmə ekspert rəyində göstərilən məsələləri nəzərə alaraq iş materiallarını müqayisəli şəkildə araşdırıb hesab edir ki, Cavabdeh1 yönəldilən iddia tələbi üzrə ekspert rəyində göstərilən 11137.12 manat məbləğində əsas borc və əmr icraatı barədə ərizədə göstərilən 1470.01 manat faiz borcunun təmin edilməsi məqsədəmüvafiqdir. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Bu hal işdə olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, bankın ona qarşı irəli sürdüyü iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə yuxarıda istinad edilən hüquq normalarının İddiaçı-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair ərizəsinə tətbiqi nəticəsində hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin: 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddiaçı-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə münasibətdə isə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli MK/73565/54/18 nömrəli kredit sazişində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 24 ay müddətində, yəni xx.xx.2017-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı zamin Cavabdeh2 qarşı xx.xx.2018-ci il tarixinədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, yəni əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, iş üzrə Cavabdeh2 tərəfindən bu barədə ərizə verilməsinə baxmayaraq, ümumiyyətlə bu müddətin tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Həmçinin, cavabdeh tərəfindən verilmiş iddianın baxılmamış saxlanması haqqında ərizəyə münasibətdə qeyd edilməlidir ki, cavabdehin eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslar üzrə məhkəmə qətnaməsinin mövcud olmasına istinad etməsinə baxmayaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1387/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh2 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Kontoruna və İddiaçı-yə qarşı qeyd edilən müqavilə üzrə notariat ofisi tərəfindən aparılmış icra qeydinin ləğv edilməsi ilə əlaqədar qəbul edilmişdir. Buna görə iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas müəyyən edilməmiş, mahiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli MK/73565/54/18 nömrəli kredit sazişinə münasibətdə bildirir ki, bu sazin 3-cü bəndində qeyd edilən “kredit müqaviləsi üzrə müştərinin öhdəliyi zaminliklə təmin olunur” ifadəsi zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz. Belə ki, həmin müddəada öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddəti müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia üzrə tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli MK/73565/54/18 nömrəli kredit sazişi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir. Bu səbəbdən Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə istinad edərək, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürməməsinə görə xitam edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh1 əsas borc üzrə 11137.12 (on bir min bir yüz otuz yeddi manat on iki qəpik) manat, faiz borcu üzrə 1470.01 (bir min dörd yüz yetmiş manat bir qəpik) manat, cəmi 12607.13 (on iki min altı yüz yeddi manat on üç qəpik) manat pul tutularaq İddiaçı-yə ödənilməli, İddiaçı-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası qalan hissədə, digər Cavabdeh2 qarşı "pul" tələbinə dair iddiası isə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 münasibətdə iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı-yə ödənilməlidir. İddiaçı-nin Cavabdeh2 qarşı "pul" tələbinə dair iddiası təmin edilmədiyindən, iş üzrə ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumu İddiaçı-yə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 145 (bir yüz qırx beş) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı-nin Cavabdeh1 qarşı "pul" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 11137.12 (on bir min bir yüz otuz yeddi manat on iki qəpik) manat, faiz borcu üzrə 1470.01 (bir min dörd yüz yetmiş manat bir qəpik) manat, cəmi 12607.13 (on iki min altı yüz yeddi manat on üç qəpik) manat pul tutularaq İddiaçı-yə ödənilsin. İddiaçı-nin Cavabdeh1 qarşı "pul" tələbinə dair iddiası qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 145 (bir yüz qırx beş) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. İddiaçı-nin Cavabdeh2 qarşı "pul" tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumu İddiaçı-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1482/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1482/2023
18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver