Məhkəmə qərarları › İş №e-2(006)-1495/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1495/2022

16.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1495/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “öhdəliyin qoyulması və maddi ziyanın ödənilməsi tələbi”nə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçınə qarşı “sənədlərin, məlumatların və hesabatın təhvil verilməsi, pulun ödənilməsi tələbi”nə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “öhdəliyin qoyulması və maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı rəsmi dövlət qeydiyyatından keçməklə, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə riayət etməklə fəaliyyət göstərir. İddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 488 saylı, xx.xx.2008-ci il tarixli sərəncamı, xx.xx.2003-cü il tarixli, 11231 saylı inşaat pasportu əsasında Nəsimi rayonu, X.Şuşinski, İ.Qasımov, S.Rüstəmov və Q.Quliyev küçələrinin kəsişməsində 980-ci məhəllədə ayrılmış torpaq sahəsinə dair 06 fevral 2013-cü il tarixdə 0968 nömrəli icarə müqaviləsi bağlanmışdır. Yuxarıda qeyd olunmuş ünvanda 4 (dörd) ədəd yaşayış binaları tikilmiş, dövlət tərəfindən istismara qəbul edilmiş və bina sakinləri mülkiyyət hüquqlarını təsdiq edən müvafiq çıxarışlarını almaqla hal-hazırda da binada yaşamaqdadırlar. Həmin ünvanda yaşayan sakinlər sonradan binaların istismar edilməsi məqsədi ilə "xxxx" MMMC-ni yaratmışlar. 12 iyul 2017-ci il tarixdə İddiaçı MTK və "xxxx" MMMC idarə heyyətinin sədrlərinin imzası və möhürü ilə təsdiqlənmiş protokolla həmin binaların istismar edilməsi tamamilə "xxxx" MMMC-yə keçmişdir. Bundan öncə isə tərəflərin imzası və möhürü ilə xx.xx.2017-ci il tarixi tərtib olunmuş 5 (beş) aktlarla binaların istismarı üçün bütün zəruri struktur sahələr yeni idarəedici orqana "xxxx" MMMC-yə təhvil-təslim edilmişdir. Tərtib olunmuş protokoldan da göründüyü kimi həmin tarixdən idarəçilik cavabdehə keçmişdir. Həmin tarixdən etibarən binaların istismarına dair bütün məsuliyyət cavabdehdə olmasına baxmayaraq, vəzifəsini layiqincə sonacan yerinə yetirmir. Qeyd olunduğu kimi icarə müqaviləsinə görə hər il 1800 (min səkkiz yüz) manat icarə haqqı nəzərdə tutulsa da, cavabdeh məqsədli şəkildə Bakı Şəhər İcra Hakimiyyəti ilə İcarə müqaviləsi bağlamaqdan yayınır. Bağlanmış icarə müqaviləsinə görə icarə haqqı və torpaq vergisinin bundan sonra "xxxx" MMMC-dən tutulması, İddiaçı MTK ilə bağlanmış müqavilənin 08 may 2017-ci il tarixdən ləğv edilməsi və bundan sonrakı fəaliyyətin "xxxx" MMMC ilə tənzimlənməsini xahiş etmişlər. Sonuncu müraciətə xx.xx.2019-cu il tarixdə 7-3342/17 saylı məktubla imtina verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin “İnterservis” müdiriyyətinin mütəxəssisləri ilə əlaqə saxlanılmış və məsələnin hansı qaydada həll edilməsi yollarına dair izah verilmişdir. İddiaçı MTK-ya bildirilmişdir ki, "xxxx" MMMC-nin rəhbərliyi bütün zəruri sənədlərlə birlikdə yəni təsis sənədləri, təhvil təslim aktları və qarşılıqlı imzalanmış protokolla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməlidir. xx.xx.2021-ci il tarixdə müvafiq qaydada iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilmiş və pretenziya Xudiyev Vasif tərəfindən qəbul edilmişdir. Pretenziya ünvanlandıqdan sonra cavabdeh cəmiyyətin rəhbəri Azər müəllimlə əlaqə saxlanılmış hər dəfə gah Bakı şəhərində, gah da ölkədə olmadığını əsas gətirərək gələn kimi bu məsələ ilə məşğul olacağına dair yalan vədlər vermişdir. Sonuncu dəfə Azər müəllimlə əlaqə saxlanıldıqda bu məsələ ilə bağlı məşğul olacaq şəxslərə tapşırıq vermiş və həmin şəxslər lazım olan bütün zəruri sənədlərin surətlərini təkrar İddiaçı MTK-dan istəyib əldə etsələr də, yenə bir nəticə hasil olmamışdır. Belə ki, cavabdehin İddiaçı MTKya şifahi cavabı ondan ibarət olmuşdur ki, onların Bakı Şəhər İcra Hakimiyyəti ilə icarə müqaviləsi bağlamaq niyyəti yoxdur. Qəribə paradoksal vəziyyət yaranır yaşayış binaları ilə heç bir bağlılığı qalmayan İddiaçı MTK cavabdehin əvəzinə icarə haqqı və torpaq vergisi ödəməlidir. Məhz bu səbəbdən İddiaçı MTK məhkəməyə müraciət etməyə məcburdur. Qeyd olunduğu kimi cavabdeh heç bir qanuni əsas olmadan üzərinə düşən vəzifəni yerinə yetirməyərək icarə müqaviləsi bağlamaq üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməkdən imtina edir. Onların gətirdiyi bəhanə ondan ibarətdir ki, İddiaçı MTK icarə müqaviləsi öhdəliyindən imtinaya dair Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsin, sonra İcra Hakimiyyəti onlara müraciət etsin. Cavabdehin süründürməçiliyi nəticəsində bu günədək onun əvəzindən 4865.73 (dörd min səkkiz yüz altmış beş) manat icarə haqqı və torpaq vergisi ödəmişlər. Protokolda nəzərdə tutulmasına baxmayaraq, bu günədək cavabdeh 41564 (qırx bir min beş yüz altmış dörd) manat borcu da geri qaytarmamışdır. Yuxarıda qeyd olunan xüsusatlara cavabdehin üzərinə müqavilə bağlanması öhdəliyinin qoyulmasına dair iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Məhkəmə 2-1(112)-5710/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərardad qəbul edərək tərəflər arasındakı məhkəmə mübahisəsinin mülki xarakterli olduğu qənaətinə gəlmiş, iddianın İnzibati Məhkəmədə baxılması mümkün sayılmamışdır. Həmin qərardadla onlara mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. xx.xx.2021-ci il tarixdə İddiaçı MTK təkrar müqavilənin bağlanması və ona dəymiş zərərin ödənilməsi üçün pretenziya məktubu göndərmiş, eyni zamanda, mübahisənin mediasiya qaydasında həll edilməsi üçün Mediasiya Şurasına müracət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir və bu barədə 02739 saylı, xx.xx.2021-ci il tarixli arayış verilmişdir. Qeyd olunanlara əsasən İddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 488 saylı, xx.xx.2008-ci il tarixli sərəncamı, xx.xx.2003-cü il tarixli, 11231 saylı inşaat pasportu əsasında Nəsimi rayonu, X.Şuşinski, İ.Qasımov, S.Rüstəmov və Q.Quliyev küçələrinin kəsişməsində 980-ci məhəllədə ayrılmış torpaq sahəsinə dair 06 fevral 2013-cü il tarixdə 0968 nömrəli icarə müqaviləsinin ləğvi məqsədi ilə, cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyd olunan ünvanda idarəçiliyində olan yaşayış binalarının yerləşdiyi torpaq sahəsinə görə Bakı Şəhər İcra Hakimiyyəti ilə icarə müqaviləsi bağlamaq onun üzərinə vəzifə kimi qoyulması, iddiaçı tərəfindən ödənilmiş 4865.73 (dörd min səkkiz yüz altmış beş) manat torpaq icarəsi haqqının cavabdehdən alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 12 iyul 2017-ci il tarixdə İddiaçı MTK və "xxxx" MMMC idarə heyyətinin sədrlərinin imzası və möhürü ilə təsdiqlənmiş protokolla həmin binaların istismar edilməsi "xxxx" MMMC-yə keçmişdir. Bundan öncə isə tərəflərin imzası və möhürü ilə xx.xx.2017-ci il tarixdə tərtib olunmuş 5 (beş) aktlarla binaların istismarı üçün bütün zəruri struktur sahələr yeni idarəedici orqana "xxxx" MMMC-yə təhviltəslim edilmişdir. Tərtib olunmuş protokoldan da göründüyü kimi həmin tarixdən idarəçilik cavabdehə keçmişdir. Mənzil Məcəlləsinin tələbinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlərsə deməli üzvlər mənzil mülkiyyətçilərinə çevrildikdən sonra həmin öhdəlikləri davam etdirməlidir. İcarə müqaviləsinin 1.1-ci bəndinə əsasən torpaq sahəsi 49 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarəyə gütürülmüş torpaq sahəsi icarəyəverənin razılığı ila subicarəyə verilə bilər. 12 iyul 2017-ci il tarixdə İddiaçı MTK və "xxxx" MMMC idarə heyyətinin sədrlərinin imzası və möhürü ilə təsdiqlənmiş protokolla həmin binaların istismar edilməsi "xxxx" MMMC-yə keçmişdir. Bundan öncə isə tərəflərin imzası və möhürü ilə xx.xx.2017-ci il tarixi tərtib olunmuş 5 (beş) aktlarla binaların istismarı üçün bütün zəruri struktur sahələr yeni idarəedici orqana "xxxx" MMMC-yə təhvil-təslim edilməsindən sonra torpaq sahəsinin icarə haqqı çoxmənzilli binanın ümumi əmlakın saxlanması xərclərinə daxildir və cavabdeh həmin vəsaiti iddiaçıya ödəməlidir. Göstərilənlərə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 488 saylı, xx.xx.2008-ci il tarixli sərəncamı, xx.xx.2003-cü il tarixli, 11231 saylı inşaat pasportu əsasında Nəsimi rayonu, X.Şuşinski, İ.Qasımov, S.Rüstəmov və Q.Quliyev küçələrinin kəsişməsində 980-ci məhəllədə ayrılmış torpaq sahəsinə dair İddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 06 fevral 2013-cü il tarixdə 0968 nömrəli icarə müqaviləsinə əsasən verilmiş torpaq sahəsində inşa edilmiş, cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəçiliyində olan yaşayış binalarının yerləşdiyi torpaq sahəsinə görə, həmin müqavilənin qüvvədə olma müddətində hər növbəti ilin sonunadək hesablanmış icarə haqqının iddiaçı ”Karat” MTK-ya ödəmək vəzifəsinin cavabdeh "xxxx" MMMC-nə həvalə edilməsi, İddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 06 fevral 2013-cü il tarixli 0968 nömrəli icarə müqaviləsinə əsasən yaşayış binasını xx.xx.2017-ci il tarixdən cavabdeh "xxxx" MMMCnin idarəçiliyinə verildikdən sonrakı müddət üçün iddiaçı tərəfindən ödənilmiş 4865.73 (dörd min səkkiz yüz altmış beş) manat torpaq icarəsi haqqının cavabdeh "xxxx" MMMCdən İddiaçı MTK-nın xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı MTK-ya qarşı “sənədlərin, məlumatların və hesabatın təhvil verilməsi, pulun ödənilməsi tələbi”nə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 980ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Suleyman Rüstəm küçəsi 61 ünvanlarında yerləşən və İddiaçı MTK tərəfindən inşa etdiyi çoxmənzilli (272 mənzil) yaşayış kompleksi yerləşir. Məlumdur ki, 05 noyabr 2008-ci il tarixli, 583 saylı “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Dövlət qəbul komissiyasının aktı” əsasında yaşayış kompleksi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 26 dekabr 2008-ci il tarixində 672 saylı sərəncamla təsdiq edilmişdir. Bu sərəncama əsasən, göstərilən ünvanda yerləşən və İddiaçı MTK tərəfindən inşa edilən 4 ədəd 17 mərtəbəli (+ 1 texniki mərtəbə) 1 girişli yaşayış binalarının (1-ci mərtəbəsi qeyriyaşayış sahəsi), binalar arası 1 mərtəbəli qeyri-yaşayış sahələri və idman sağlamlıq kompleksinin istismara qəbul edilməsi haqqında DQK aktına əlavə olaraq kompleksə aid olan obyektlər istismara verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2017-ci il tarixli, 1531 saylı Fərmanına, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər mövcud qanunvericiliyə əsasən, Mənzil-Tikinti Kooperativləri (MTK) tərəfindən tikilmiş çoxmənzilli yaşayış binaları müvafiq dövlət orqanlarına və sakinlərə təhvil verildikdən sonra, MTK qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilib çoxmənzilli binaların sahə mülkiyyətçilərinin ümumi əmlakının idarəetmə üsulu sakinlərin seçiminə verilir. 28 aprel 2017-ci il tarixindən etibarən yaşayış kompleksinin sakinləri Azərbaycan Respublikasının mövcud qanunlarına uyğun olaraq 1117-MM4-0044 №-li dövlət qeydiyyatından keçərək "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaratmışdırlar. 28 aprel 2017-ci il tarixindən etibarən "xxxx" MMMC-nin qarşılıqlı iddia üzrə cavabdehə dəfələrlə müraciəti cavabsız qalmışdır, əksinə İddiaçı MTK tərəfindən saysız hesabsız və müxtəlif manelərə məruz olmuşdur. Belə ki, "xxxx" MMMC qarşılıqlı iddia üzrə cavabdehdən dəfələrlə yaşayış binalarının Layihəsini "xxxx" MMMC-yə təhvil verilməsi, sözügedən binaların “X4” və sair sənədləri "xxxx" MMMC-yə təhvil verilməsi, binaların bütün mənzillərinin siyahısını "xxxx" MMMC-yə təqdim edilməsini, qeyri-yaşayış sahələri haqqında məlumat verilməsi, illər boyu kommunal xərclərinin (İddiaçı MTK tərəfindən kommunal haqqları 3-otaqlı mənzil üçün 110 AZN, 4-otaqlı mənzil üçün 130 AZN tələb edilirdi) hesabatını və büdcədə qalan kompleksin pul fondunu "xxxx" MMMC-yə təhvil verilməsini və sair xahiş etmişdir. Lakin İddiaçı MTK yalnız binanın “qazanxanası”, “İşıq şəbəkə” sistemini və “liftlərə aid” sənədləri "xxxx" MMMC-yə təhvil verib bütün başqa xahişlərini tam olaraq cavabsız qoymuş, əksinə "xxxx" MMMC-ni “dələduz” adlandırıb, sözügedən kompleksdə İddiaçı MTK-nın işçiləri tərəfindən qanunsuz hərəkətlər davam etdirilmişdir. Belə ki, uzun illər ərzində İddiaçı MTKnın sədri Umud Umudov başda olmaqla və onun kompleksdə təyin etdiyi komendantlar Emin və Faiq adlı şəxslər tərəfindən rəsmi dövlət orqanlarına kommunal yaşayış meyyarı 50 AZN təqdim olunduğu halda sakinlərdən kommunal haqqları 3-otaqlı mənzil üçün 110 AZN, 4-otaqlı mənzil üçün 130 AZN tələb edilirdi. Uzun illər ərzində yığılan kommunal xərclərinin hesabatı sakinlərə təqdim edilməmişdir, əksinə 28 aprel 2017-ci il tarixinə, yəni "xxxx" MMMC yaradılan tarixə, İddiaçı MTK-nın “Azərsu”, “Azərigaz” və “Azərişıq” dövlət idarələrinə 60.000 (altımış min) AZN-ə qədər borc fakturaları mövcud olmuşdur ki, bu fakt İddiaçı MTK tərəfindən illər boyu külli miqdarda vəsait mənimsəməyinin sübutudur. Həmçinin, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Umud Umudova qarşı törətdiyi cinayət əməllərini nəzərə alaraq MPM-nin 265.4-cü maddəsini tətbiq edib müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş edirlər. Bu ilk dəfə deyil ki, İddiaçı MTK-nın sədri pul mənimsəməkdə günahlandılırır. Belə ki, İddiaçı MTK-nın keçmiş icraçı direktoru Rövşən Hacızadə tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmiş və sözügedən çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəmişlər. İstintaq mərhələsində mənimsənilən məbləğin müəyyən qismini zərərçəkənlərə ödənilməsi təmin edilmişdir. Odur ki, cavabdeh tərəfindən uzun illər ərzində yaşayış kompleksində görülən təmirlər haqqında fakturaları və onların ödəniş qəbzlərini, “Azərqaz”, “Azərsu”, “Azərişiq” və sair hesab fakturaları və onların ödəniş qəbzlərini, vergi hesab fakturaları və onların ödəniş qəbzlərini, lift servisi, zibil-atma servisi və sair haqqında müqavilələr və digər xərcləri bir tərəfdən, göstərilən dövr ərzində yaşayış və qeyri-yaşayış sahələrinin sahə mülkiyyətçilərindən yığılan pul vəsaitləri və 28 aprel 2017-ci il tarixinə cavabdehin büdcəsində qalıq olan sözügedən yaşayış kompleksinin pul fondunun "xxxx" MMMC-yə təhvil verilməsi haqqında gərar çıxarılmasını xahiş edirlər. 05 noyabr 2008-ci il tarixli, 583 saylı “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Dövlət qəbul komissiyasının aktı”nda göstərildiyi kimi, çoxmənzilli yaşayış kompleksinin tərkibində layihə üzrə hər bina “göstəricisində” qeyd olunan 1 və 2 saylı binalarda sahəsi 2171 m.kv olan, 3 və 4 saylı binalarda sahəsi 1085 m.kv olan “zirzəmi” sahəsi mövcuddur. Binanın zirzəmilərinin ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olduğu qanunvericilikdə müəyyən edilməsinə baxmayaraq, ”Karat” MTK-nin əməkdaşları çoxmənzilli binanın zirzəmisinin "xxxx" MMMC tərəfindən ümumi istifadədə olan sahənin tərkib hissəsi kimi istifadə etməsinə maneələr yaratmaqdadırlar. Bu neqativ və qanunsuz hərəkətlər "xxxx" MMMC-nin qanuni idarəetməsinə birbaşa təsir edir, sakinlər İddiaçı MTK-nın qanunsuz hərəkətlərinə son qoyulmasını tələb edirlər. 28 aprel 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasının mövcud qanunlarına uyğun olaraq 1117- MM4-0044 №-li dövlət qeydiyyatından keçmiş "xxxx" MMMC-si yaradıldıqdan sonra ”Karat” MTK-nin sözügedən ünvanda, yaşayış kompleksinin tərkibində və onun ərazisində yerləşən zirzəmi barəsində sərəncam vermək hüququ yoxdur. Mövcud cəmiyyətin ("xxxx" MMMC) qanuni fəaliyyətinə maneələr və təzyiqlər artiıq o həddə çatıb ki, çoxmənzilli binaların sahə mülkiyyətçilərinin ümumi əmlakı olan və Mülki Müdafiə üçün nəzərdə tutulmuş yaşayış kompleksinin zirzəmi sahəsi hal-hazırda İddiaçı MTK tərəfindən sakinlərə və kənar şəxslərə “qanunsuz” satılır, bu sahələri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qanunsuz olaraq qeydiyyatdan keçirmək istəyirlər. Belə ki, İddiaçı MTK tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə saxta sənədlər təqdim edilmişdir ki, bunun nəticəsi olaraq sözügedən binaların zirzəmi sahələrində tam qanunsuz olaraq özəlləşdirilmə prosesi başlanmışdır. Halbuki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin “Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ” başlıqlı 35-ci maddəsində zirzəmilərin ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olması açıqca göstərilmişdir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə “yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir”. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə “çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir”. Qeyd edilən hüquq normalarından da açıqca göründüyü kimi, zirzəmi çoxmənzilli binanın ümumi istifadədə olan sahəsinin tərkib hissəsinə aid olduğu halda İddiaçı MTK-nın əməkdaşları tərəfindən MMMC-nin bu hüququ tanınmamaqla yanaşı, onun zirzəmidən istifadəsinə maneələr yaradılmaqla mülkiyyət hüququ pozulmaqdadır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2017-ci il tarixli 1531 saylı Fərmanına, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq (Vİ-cı fəsil) maddələrinə, Azərbaycan Respublikasının Milli Məcəlləsinin "xxxx"nin (MTK) fəaliyyəti haqqında qəbul etdiyi son qərarlara əsasən, yaşayış kompleksini inşa edən MTK tikinti bitdikdən və sahələr istismara verikdikdən sonra, tikinti üçün ayrılmış torpaq sahələri daxil olmaqla, ona aid olan bütün avadanlıq və kommunikasiyalar, burada, yaşayış kompleksinin sakinləri tərəfindən yaradılan "xxxx"nə (MMMC) təhvil verməlidirlər. Əlavə olaraq qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, “Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.” Onu da qeyd etmək lazımdır ki, məhz Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2017-ci il tarixli 1531 saylı Fərmanına əsasən qanunvericilikdə “altı ay” sözü “bir ay” sözü ilə dəyişdirilmişdir. İddiaçı MTK qanunvericiliyə əsasən hələ 05 noyabr 2008-ci il tarixli, 583 saylı “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda Dövlət qəbul komissiyasının aktı” əsasında yaşayış kompleksi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 26 dekabr 2008-ci il tarixində 672 saylı sərəncamla təsdiq edildikdən 6 ay sonra ləğv edilməli və çoxmənzilli binaların sahə mülkiyyətçilərinin ümumi əmlakının idarəetmə üsulu sakinlərin seçiminə verilməli idi. Lakin bu baş vermədi. İddiaçı MTK bu illər ərzində kommunal haqları 3-otaqlı mənzil üçün 110 AZN, 4-otaqlı mənzil üçün 130 AZN tələb edərək pul mənfəəti əldə etmiş, yalnız 2017-ci ilin yanvar ayından İddiaçı MTK sakinlərin çoxsaylı etirazları nəticəsində kommunal xidmətlər məbləğini azaldaraq 3-otaqlı mənzil üçün 65 AZN, 4-otaqlı mənzil üçün 85 AZN tələb etməyə başlamışdır. 28 aprel 2017-ci il tarixindən etibarən yaşayış kompleksinin sakinləri Azərbaycan Respublikasının mövcud qanunlarına uyğun olaraq 1117-MM4-0044 №-li dövlət qeydiyyatından keçərək "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaratmışdırlar və İddiaçı MTK tərəfindən təyin edilmiş tariflərlə kommunal xidmətləri davamiyyəti təmin edilmişdir. Buna əsas səbəb Mənzil Məcəlləsinin 139.2-ci maddəsi olmuşdur. 28 aprel 2017-ci il tarixində İddiaçı MTK-nın balansında hələ bir çox yaşayış sahələri qalmışdır və həmin yaşayış sahələrini bütün bu dövr ərzində sataraq külli miqdarda mənfəət əldə etmişdir. Lakin, həmin yaşayış sahələri üçün yaranan kommunal xidmətləri bütün bu illər ərzində İddiaçı MTK tərəfindən ödənilməmiş və bununla da "xxxx" MMMC-nə böyük çətinliklər yaratmışdır. Bir çox sakinlər yaşayış komkpleksində 272 mənzilin mövcudluğunu əsas götürərək hesab edirlər ki, "xxxx" MMMC sanki aylıq 136*65+136*85=20400 AZN kommunal xidmətlər xığır (bu məbləğ indi hətta 136*75+136*95=23120 AZN sanki olmalıdır) amma həmin sakinlər qəbul etmək istəmirlər ki, bir çox sakinlər və xüsusən də, İddiaçı MTK tərəfindən ödəmələr mütəmadi olaraq baş vermir, daha pis olaraq İddiaçı MTK tərəfindən ödənişlər 01 may 2017-ci il tarixindən ("xxxx" MMMC-si yaranan vaxtdan) qəti olaraq heç bir qəpik də belə ödəniş etməyiblər. İddiaçı MTK kompleksdə təyin olunmuş aylıq ödənişlərlə may 2017-ci il tarixindən məlumatlıdır və bu tariflərin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 153 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının qərarı olduğunu tam anlayır. Sadəcə məqsədi müxtəlif yalan və bəhanələrlə təyin edilmış öhdəliklərdən yayınmaq, "xxxx" MMMC-nin istər əvvəlki, istərsə də hazırki sədrinə müxtəlif böhtanlar ataraq, hədəqorxular edərək ödənişlərdən yayınmaqdır. Yaranmış borclarla bağlı qarşılıqlı iddia üzrə cavabdehə dəfələrlə ünvanlanmış bildirişlərə münasibət bildirsə də, ödəniş etməkdən daimi olaraq yayınıb və bugünə qədər də ödəməyib. Odur ki, hazırki qarşılıqlı iddia qaldıraraq, eyni zamanda mart 2022-ci il tarixinə İddiaçı MTK-nın "xxxx" MMMC-nin fonduna olan 51550 manat (əlli bir min beş yüz əlli manat) borcu və ödənilmiş 244,65 (iki yüz qırx dörd manat altımış beş qəpik) manat dövlət rüsumunu "xxxx" MMMC-nin fonduna məcburi qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İddiaçı MTK yaşayış sahələrini hələ 05 noyabr 2008-ci il tarixli, 583 saylı “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Dövlət qəbul komissiyasının aktı” əsasında yaşayış kompleksi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 26 dekabr 2008-ci il tarixində 672 saylı sərəncamla təsdiq edildikdən sonra təhvil verildiyindən, İddiaçı MTK 01 may 2017-ci il tarixindən balansında qalan mənzillər üzrə "xxxx" MMMC-nin fonduna kommunal xidmətlər haqqını ödəməlidir. Qarşılıqlı iddia üzrə cavabdeh ilə "xxxx" MMMC arasında kommunal xidmətlərin ödənilməsi barədə müqavilə bağlanmasa da, kommunal xidmətlərin miqdarı ilə bağlı məsələ mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti üzvlərinin ümumi yığıncağının qərarına əsasən öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunan maddələrin tələblərini nəzərə alaraq hesab edirik ki, ümumi yığıncaqda qəbul edilmiş qərarın icrası, iddiaçıların ümumi yığıncaqda iştirak etmədiyi halda da, onlar üçün də məcburi olduğundan, "xxxx" MMMC-si qarşılıqlı iddia üzrə cavabdehdən kommunal xərclərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 153 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının xx.xx.2017-ci il tarixli qərarından görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi; Nəsimi-8” MMMCnin nizamnaməsinin təsdiq edilməsi; cəmiyyətin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; cəmiyyətin hüquqi ünvanının müəyyən edilməsi; cəmiyyətin dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək, Nəsimi-8” MMMC-nin təsis edilməsi; cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi yekdilliklə qərara alınmışdır. "xxxx" MMMC-nin ali idarəetmə orqanı iştirakçılarının ümumi yığıncağıdır. Kompleksdə, xx.xx.2017-ci il tarixindən etibarən sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün - 65 (altmış beş) manat; 4 otaqlı mənzillər üçün - 85 (səksən beş) manat təyin olunmuşdur. Sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nizamnaməsinin təsdiq edilmiş surətindən görünür ki, cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Bu məqsədlərə çatmaq üçün cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmiçinin giriş bloklarının təmir olunması və işıqlandırılması, yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması, yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər hansı podratçının cəlb olunması, yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi kimi fəaliyyət növlərini həyata keçirir. Qarşılıqlı iddia üzrə cavabdeh kompleksdə təyin olunmuş aylıq ödənişlərlə may 2017-ci il tarixindən məlumatlıdırlar və bu tariflərin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 153 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının qərarı olduğunu tam anlayırlar. Sadəcə məqsədləri müxtəlif yalan və bəhanələrlə təyin edilmış öhdəliklərdən yayınmaq, "xxxx" MMMC-nin istər əvvəlki, istərsə də hazırki sədrinə müxtəlif böhtanlar ataraq, hədə-qorxular edərək ödənişlərdən yayınırlar. Lakin, "xxxx" MMMC-i qanunun aliliyinə inanaraq, sakinlər arasında heç bir ayrı-seçkilik etmədən bütün sakinləri qanuna riayət etməyə çağırır. Qarşılıqlı iddia üzrə cavabdeh ödəniş etməməklə digər sahə mülkiyyətçilərin hüquqlarına toxunmuş olur. "xxxx" MMMCnin 156 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 27 iyun 2019-cu il tarixli protokolundan görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; "xxxx" MMMC dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırılma və müxtəlif təkmilləşdirmə işləri haqqında; yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi istifadə edilməsi haqqında; yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə istifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə "xxxx" MMMC idarə heyətinin 11 nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. "xxxx" MMMC idarə heyətinin sədri X1. "xxxx" MMMC dövlət qeydiyyatı ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilməsi, bununla əlaqədar bütün zəruri sənədlərin imzalanması və təqdim olunması üzrə səlahiyyətli şəxs X1. Kompleksdə, sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, liftservis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün - 65 (altmış beş) manat; 4otaqlı mənzillər üçün - 85 (səksən beş) manat təyin olunmuşdur. İki il keçməsinə, müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, bir çox təmir materiallarının bahalaşması, Respublikada minimum əmək haqqının artması və sair kimi amillərə baxmayaraq, "xxxx" MMMC xx.xx.2017-ci il tarixində təyin olunmuş aylıq ödəniş tariflərini qaldırmamış, sakinlərdən yeganə xahişi əl-ələ verərək yaşayış kompleksini daha da abadlaşdırmaq, birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini istəyirlər. Azərbaycan Respublikasının Tarif Şurasının xx.xx.2021-ci il tarixli iclasının qərarına əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri 01 fevral 2021-ci il tarixdən etibarən əhali üçün 0,5 AZN-dən 1 AZN səviyyəsinə qaldırılmışdır. Kompleksin mənzillərinə mərkəzləşdirilmiş isti və soyuq suyun "xxxx" MMMC tərəfindən verilməsini nəzərə alaraq Cəmiyyətin İdarə Heyətinin qəbul etdiyi qərara əsasən 1 mart 2021-ci il tarixdən etibarən sahə mülkiyyətçiləri tərəfindən fonda ödəniləcək aylıq haqların məbləği: 3-otaqlı mənzillər üçün 75 AZN, 4-otaqlı mənzillər üçün 95 AZN hesablanması haqqında qərar qəbul edilmişdir ki, kompleksin bütün sakinləri bu qərarla tam razı olduqlarını bildirmişlər və ödənişləri vaxtı-vaxtında həyata keçirirlər. Lakin yuxarıda göstəlirən bütün faktiki halların müəyyən edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh nəinki qanunla müəyyən edilmiş və 156 sahə mülkiyyətçilərinin iradəsi ilə təyin edilmiş aylıq ödənişləri yerinə yetirmirlər, hətta müxtəlif yollarla "xxxx" MMMC-nin qanuni idarəetməsinə mane olurlar. "xxxx" MMMC-nin 192 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 30 iyul 2021-ci il tarixli protokolundan görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; "xxxx" MMMC dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırılma və müxtəlif təkmilləşdirmə işləri haqqında; yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi istifadə edilməsi haqqında; yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə istifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə "xxxx" MMMC idarə heyətinin 9 nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. "xxxx" MMMC idarə heyətinin sədri X5 yenidən seçilmişdir. Kompleksdə, sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı (165 kv.m) mənzillər üçün - 75 (yetmiş beş) manat; 4 otaqlı (205 kv.m) mənzillər üçün - 95 (doxsan beş) manat təyin olunmuşdur. Yaranmış borclarla bağlı qarşılıqlı iddia üzrə cavabdehə dəfələrlə ünvanlanmış bildirişlərə münasibət bildirsə də, ödəniş etməkdən daimi olaraq yayınıb və bugünə qədər də ödəməyib. "xxxx" MMMC-də olan məlumatlara əsasən, İddiaçı MTK 01 may 2017-ci il tarixində balansında olan bütün mənzilləri 2019-cu ilə qədər satmış və külli miqdarda mənfəət əldə etmişdir. İddiaçı MTKnın 4 bina üzrə yaranmış ümumi borcu 51550 AZN təşkil edir. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında yerləşən və İddiaçı MTK tərəfindən inşa etdiyi çoxmənzilli (272 mənzil) yaşayış binalarının layihəsinin cavabdeh tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; sözügedən binaların “X4” və bu sənədə aid olan binalarının bütün göstərici və əlavələrini, o cümlədən binalar haqqında məlumatın, bütün texniki şərtləri (“Azərigaz”, “Azərsu”, “Azərişıq” və sair), binalarının torpaq sahələri, binalarının həyətyani torpaq sahələri, kompleksdə yerləşən avadanlıqların və qurğuların texniki pasportlarının və sair sənədlərin cavabdeh tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; sözügedən binaların yaşayış və qeyri-yaşayış sahələri üzrə İddiaçı MTK-nın balansında qalan satılmayan mənzillərin siyahısı (hər bina üzrə), İddiaçı MTK tərəfindən 28 aprel 2017-ci il tarixindən sonra satılan mənzillərin siyahısı, satış tarixi və yeni mənzil mülkiyyətçilərin ad, soyad və ata adı, qeyri-yaşayış sahələrinin (obyektlərin) mülkiyyətçilərinin tam siyahısı, onlar haqqında tam məlumat və sənədləri qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; 05 noyabr 2008-ci il tarixdən 28 aprel 2017-ci il ərzində İddiaçı MTK tərəfindən sözügedən yaşayış kompleksinin idarəedilməsi və saxlanması üzrə hər il üçün xərclər və gəlirlər smetası və maliyyə fəaliyyəti haqqında hesabatı, göstərilən dövr ərzində sahə mülkiyyətçilərindən aylıq kommunal xidmətləri yığılaraq (kommunal haqları 3-otaqlı mənzil üçün 110 AZN, 4-otaqlı mənzil üçün 130 AZN tələb edilirdi) nəticədə qarşılıqlı iddia üzrə cavabdehin büdcəsində qalıq olan pul məbləğini sözügedən yaşayış kompleksinin pul fondu olduğundan "xxxx" MMMC-yə təhvil verilməsi, mart 2022-ci il tarixinə İddiaçı MTK-nın "xxxx" MMMC-nin fonduna olan 51550 manat (əlli bir min beş yüz əlli manat) borcu və ödənilmiş 244,65 (iki yüz qırx dörd manat, altımış beş qəpik) manat dövlət rüsumunun "xxxx" MMMC-nin fonduna məcburi qaydada ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia tələblərini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmiş və qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsini məhkəməyə təqdim edərək göstərmişdir ki, cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında yerləşən və İddiaçı MTK tərəfindən inşa etdiyi çoxmənzlilli (272 mənzil) yaşayış binalarının layihəsini cavabdeh tərəfindən "xxxx"MMMC-yə təhvil verilməsini xahiş etmişdir. Sözügedən binaların “X4” və bu sənədə aid olan binaların bütün göstərici və əlavələrini, o cümlədən binalar haqqında məlumat bütün texniki şərtləri (Azərqaz, Azərişiq, Azərsu və sair), binalarının həyətyani torpaq sahələri, kompleksdə yerləşən avadanlıqlarının və qurğuların texniki pasportlarının və sair sənədlərin cavabdeh tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi tələbinə dair bildirmişdir ki, qeyd edilən binaların layihəsi və “Ümumi texniki pasportu” aidiyyatı üzrə qurumlara göndərilmişdir. Bu səbəbdən də qarşılıqlı iddia üzrə iddiaçı sorğu verərək lazım olan bütün sənədləri əldə edə bilər. Sözügedən binaların yaşayış və qeyri-yaşayış sahələri üzrə İddiaçı MTK-nın balansında qalan satılmayan mənzillərin siyahısı (hər bina üzrə), İddiaçı MTK tərəfindən 28 aprel 2017-ci il tarixindən sonra satılan mənzillərin siyahısı, satış tarixi və yeni mənzil mülkiyyətçilərinin ad, soyad və ata adı, qeyri-yaşayış sahələrinin (obyektlərin) mülkiyyətçilərinin tam siyahısı, onlar haqqında tam məlumat və sənədləri qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi tələbinə dair bildirir ki, bu cür məlumatlar fərdi məlumatlara aiddir. Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinin şəxsi toxunulmazlıq hüququ və Azərbaycan Respublikası “Fərdi məlumatlar haqqında” qanunun təsiri altına düşdüyündən digər şəxslərin məlumatları onların razılığı olmadan yayılması qanunaziddir. Eyni zamanda, həmin məlumatlar cəmiyyətin kommersiya sirrini təşkil edir. Azərbaycan Respublikası “Kommersiya sirri haqqında” qanunun 1.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslərin kommersiya sirrini təşkil edən məlumatlarının, onların ifadə edilməsi üsulundan və daşıyıcısından asılı olmayaraq qorunma hüququ vardır. 05 noyabr 2008-ci il tarixindən 28 aprel 2017-ci il ərzində İddiaçı MTK tərəfindən sözügedən yaşayış kompleksinin idarəedilməsi və saxlanması üzrə hər il üçün xərclər və gəlirlər smetası və maliyyə fəaliyyəti haqqında hesabatı, göstərilən dövr ərzində sahə mülkiyyətçilərindən aylıq kommunal xidmətləri yığılaraq (komunal haqları 3 otaqlı mənzil üçün 110 AZN, 4 otaqlı mənzil üçün 130 AZN tələb edilirdi) nəticədə qarşılıqlı iddia üzrə cavabdehin büdcəsində qalıq olan pul məbləğini sözügedən yaşayış kompleksinin pul fondu olduğundan "xxxx" MMMC-yə təhvil verilməsi ilə əlaqədar qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2017-ci il tarixli 1531 saylı Fərmanına əsasən MMMC sadəcə idarəedici subyektdir və mülki hüquq münasibətlərinin subyekti deyil. MMMC-nin vəzifəsi çoxmənzilli binanın idarəedilməsidir. "xxxx" MMMC-nin 05 noyabr 2008-ci il tarixindən 28 aprel 2017-ci il ərzində İddiaçı MTK tərəfindən sözügedən yaşayış kompleksinin idarəedilməsi və saxlanması üzrə hər il üçün xərclər və gəlirlər smetası və maliyyə fəaliyyəti haqqında hesabatının tələb edilməsi üçün hüquqi əsas yoxdur. Bundan əlavə, qarşı tərəf mart 2022-ci il tarixinə “KARAT MTK-nın "xxxx" MMMC-nın fonduna olan 51550 (əlli bir min beş yüz əlli) manat dövlət rüsumunun "xxxx" MMMC-nin fonduna məcburi qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadəcə kağız üzərində yazılan heç bir sübutlar təqdim edilməyən tələb əsassızdır. Bundan əlavə, qarşılıqlı iddia ərizəsi üzrə tələb olunan borc 05 noyabr 2008-ci il tarixindən 28 aprel 2017-ci il tarixinə olduğundan həmin tələbin iddia müddəti bitmişdir. Ona görə də iddia müddətini tətbiq etməklə qarşılıqlı iddianın rədd olunmasını, ilkin iddianın isə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X3 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmiş və iş üzrə izahat verərək göstərmişdir ki, İddiaçı MTK tərəfindən qaldırılmış iddia aşağıdakı 5 dəlil əsasında rədd edilməlidir: Birinci dəlil - "xxxx" MMMC İddiaçı MTK-nın hüquqi varisi deyil. Bakı şəhəri, Nəsimi rayonu, 980ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında yerləşən və İddiaçı MTK tərəfindən inşa etdiyi çoxmənzilli (272 mənzil) yaşayış kompleksi yerləşir. Məlumdur ki, 05 noyabr 2008-ci il tarixli, 583 saylı “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Dövlət qəbul komissiyasının aktı” əsasında yaşayış kompleksi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 26 dekabr 2008-ci il tarixində 672 saylı sərəncamla təsdiq edilmişdir. Bu sərəncama əsasən, göstərilən ünvanda yerləşən və İddiaçı MTK tərəfindən inşa edilən 4 ədəd 17 mərtəbəli (+ 1 texniki mərtəbə) 1 girişli yaşayış binalarının (1-ci mərtəbəsi qeyriyaşayış sahəsi), binalar arası 1 mərtəbəli qeyri-yaşayış sahələri və idman sağlamlıq kompleksinin istismara qəbul edilməsi haqqında DQK aktına əlavə olaraq aşağıdakı cədvəldə göstərilən obyektlər istismara verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2017-ci il tarixli 1531 saylı Fərmanına, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər mövcud qanunvericilik aktlarına əsasən, Mənzil-Tikinti Kooperativləri (MTK) tərəfindən tikilmiş çoxmənzilli yaşayış binaları müvafiq Dövlət orqanlarına və sakinlərə təhvil verildikdən sonra, MTK qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilib çoxmənzilli binaların sahə mülkiyyətçilərinin ümumi əmlakının idarəetmə üsulu sakinlərin seçiminə verilir. 28 aprel 2017-ci il tarixindən etibarən yaşayış kompleksinin sakinləri Azərbaycan Respublikasının mövcud qanunlarına uyğun olaraq 1117-MM4-0044 №-li dövlət qeydiyyatından keçərək "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaratmışdırlar. İddiaçı MTK tərəfindən qaldırılmış iddiada qeyd edilir ki, sanki "xxxx" MMMC 12 iyul 2017-ci ildə tərəflər arasında imzalanmış protokolla yaradılıb. Bu təbii ki, yalan və uydurmadır. İddiaçı MTK ilə "xxxx" MMMC arasında təhvil-təslim olmayıb və bu məsələ qarşılıqlı iddianın mühüm hissəsidir. Mülki qanunvericiliyin müddəalarından göründüyü kimi, İddiaçı MTK-nın ləğvi və yeni hüquqi şəxsin yaradılması cəmiyyətin təsisçiləri arasında fəaliyyətlə bağlı tam fərqli olduğundan yeni yaradılmış "xxxx" MMMC onun hüquqi varisi kimi çıxış edə bilməz. İkinci dəlil ondan ibarətdir ki, qeyd edilən torpaq sahəsi mülkiyyətçilərə məxsusdur. Qüvvədə olan qanunvericilikdən göründüyü kimi yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur, və bu da o deməkdir ki, mülkiyyətçilərə məxsus olan torpaq sahəsi üzərində heç bir müqavilə imzalamaq məcburiyyəti yoxdur. Üçüncü dəlil ondan ibarətdir ki, qeyd edilən müqavilə etibarsız hesab edilməlidir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında imzalanan müqavilə yalnız 06 fevral 2013-cü ildə bağlanmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən “Torpaq sahəsi yaşayış binasının tikintisi üçün verilir” qeyd edilsə də, müqavilənin 1.1 a) bəndində “Sahədə yaşayış binaları mövcuddur” göstərilmişdir. Lakin bu binalar artıq mövcud idi və məhz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 26 dekabr 2008-ci il tarixində 672 saylı sərəncamla təsdiq edilmiş və sakinlər artıq uzun illər idi ki, öz mənzillərində yaşayırdılar. Odur ki, sözügedən müqavilə qeyri-qanuni olduğundan etibarsız hesab edilməli və yaranmış vəziyyətdə İddiaçı MTK əvəzinə "xxxx" MMMC hər hansı bir ödənişi etməkdən imtina edir. Dördüncü dəlil ondan ibarətdir ki, İddiaçı MTK-nın qeyd edilən müqaviləni 2013-cü ildə imzalamaq səlahiyyəti yox idi. Qeyd edildiyi kimi, 05 noyabr 2008ci il tarixli, 583 saylı “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda Dövlət qəbul komissiyasının aktı” əsasında sözügedən yaşayış kompleksi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 26 dekabr 2008-ci il tarixində 672 saylı sərəncamla təsdiq edilmişdir. İddiaçı MTK qanunvericiliyə əsasən hələ 05 noyabr 2008-ci il tarixli, 583 saylı “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda Dövlət qəbul komissiyasının aktı” əsasında yaşayış kompleksi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 26 dekabr 2008ci il tarixində 672 saylı sərəncamla təsdiq edildikdən 6 ay sonra ləğv edilməli və çoxmənzilli binaların sahə mülkiyyətçilərinin ümumi əmlakının idarəetmə üsulu sakinlərin seçiminə verilməli idi. Deməli, 2013-cü ildə İddiaçı MTK sözügedən yaşayış kompleksində səlahiyyətsiz hüquqi səxs idi, o, özünü tikinti obyekti başa çatdıqdan 6 ay sonra ləğv etməli idi, sakinlərin hüquqlarını pozaraq özbaşına və qanunsuz olaraq müqavilə imzalamalı deyildi. Beləliklə, yuxarıda göstərilən dəlillərdən belə qənaətə gəlmək olar ki, İddiaçı MTK-nın qeyd edilən müqaviləni 2013-cü ildə imzalamaq səlahiyyəti yox idi. Beşinci dəlil ondan ibarətdir ki, İddiaçı MTK-nın sədrinin qeyd edilən müqaviləni özbaşına imzalamaq səlahiyyəti yox idi. Əgər İddiaçı MTK-nın sədri Umud Umudov 6 fevral 2013-cü il tarixində sözügedən müqaviləni imzalayan zaman binada yaşayan sakinləri İddiaçı MTKnın əmlak payçısı hesab edirdirsə, o zaman qanunvericiliyə və İddiaçı MTK-nın Nizamnaməsinə uyğun olaraq sakinləri kooperativ payçıları kimi müqavilə məsələsinə cəlb etməli, müvafiq ümumi yığıncaq iclasları keçirməli, məsələni səsvermə yolu ilə protokollaşdırmalı idi. Lakin bunların heç biri baş vermədən, İddiaçı MTK-nın sədri Umud Umudov 6 fevral 2013-cü il tarixində sözügedən müqaviləni özbaşına imzalamışdır ki, bu da İddiaçı MTK-nın əmlak payçılarının hüquqlarının kobudcasına pozulmasıdır. Əslində İddiaçı MTK kommersiya təşkilatı olan hüquqi şəxsdir, sözügedən torpaq sahəsini Bakı şəhər İcra Hakimiyyətindən götürüb, üzərində çoxmənzilli yaşayış kompleksi tikib, kompleksdə yerləşən yaşayış və qeyri-yaşayış sahələrini sataraq külli miqdarda mənfəət əldə etmişdir. İddiaçı MTK həmin mənfəəti öz payçıları ilə bölüşməmiş və indi gəlib onların üzərinə məcburi qaydada qanunsuz üsullarla müqavilə öhdəliyi qoymaq istəyir. Bu mümkün deyil və "xxxx" MMMC İddiaçı MTK-nın hüquqi varisi kimi çıxış etmədiyindən qaldırılmış ilkin iddianı qəbul etmir. Göstərilənlərə əsasən İddiaçı MTK-nın qaldırdığı ilkin iddianın təmin edilməməsi, "xxxx" MMMC-nin qarşılıqlı iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında bağlanmış 0968 saylı, xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilədən görünür ki, müqavilə tərəfləri arasında Bakı şəhər İHB-nın 488 saylı, xx.xx.2008-ci il tarixli sərəncamı, xx.xx.2003-cü il tarixli, 11231 saylı inşaat pasportu əsasında Nəsimi rayonu, X.Şuşinski, İ.Qasımov, S.Rüstəmov və Q.Quliyev küçələrinin kəsişməsində 980-cı məhəllədə ayrılmış 7700 kv.m torpaq sahəsinə 49 il müddətinə icarə müqaviləsi bağlanmışdır. İşin materiallarında olan İddiaçı MTK ilə "xxxx" MMMC tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli 5 aktdan görünür ki, bina kompleksində olan qazanxananın avadanlıqları (qazan, boyler, nasoslar və s.), elektrik yarımstansiyanın avadanlıqları (transformator, güc kabelləri və s.), liftlər və onlara aid olan avadanlıq və su anbarı İddiaçı MTK tərəfindən "xxxx" MMMC-nə təhvil verilmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2017-ci il tarixli, 1531 saylı Fərmanına, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, Mənzil-Tikinti Kooperativləri (MTK) tərəfindən tikilmiş çoxmənzilli yaşayış binaları müvafiq Dövlət orqanlarına və sakinlərə təhvil verildikdən sonra, MTK qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilib çoxmənzilli binaların sahə mülkiyyətçilərinin ümumi əmlakının idarəetmə üsulu sakinlərin seçiminə verilir. İşin müəyyən olunmuş faktiki hallarından göründüyü kimi 28 aprel 2017-ci il tarixindən etibarən yaşayış kompleksinin sakinləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından keçərək "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini (MMMC) yaratmışdırlar. Nəzərə alınmalıdır ki, mənzil-tikinti kooperativlərinin yaradılması, idarə edilməsi, yenidən təşkili, ləğvi, fəaliyyəti, həmçinin hüquqi statusu ilə bağlı digər məsələlər bu Məcəllədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla Mülki Məcəllə ilə tənzimlənir (Mənzil Məcəlləsinin 109.6-cı maddəsi). Mülki qanunvericiliyin müddəalarından göründüyü kimi, İddiaçı MTK-nın ləğvi və yeni hüquqi şəxsin yaradılması cəmiyyətin təsisçiləri arasında fəaliyyətlə bağlı tam fərqli olduğundan yeni yaradılmış "xxxx" MMMC onun hüquqi varisi kimi çıxış edə bilməz. Bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 22 sentyabr tarixli Qərarında ifadə edilmişdir. Həmin Qərarda ifadə olunan hüquqi mövqeyə görə, yeni yaradılmış hüquqi şəxs MMMC ləğv edilmiş MTK-nın hüquqi varisi kimi çıxış edə bilməz. Bundan əlavə, Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələrindən biri də məhz ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam verməkdən ibarətdir. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Göstərilən qanunun normasından görünür ki, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur, deməli mülkiyyətçilərə məxsus olan torpaq sahəsi üzərində icarə müqaviləsini bağlamaq zərurəti olmamışdır. Mənzil Məcəlləsinin 35.2-ci maddəsinə əsasən isə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Qeyd olunmalıdır ki, Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında imzalanan müqavilə yalnız 06 fevral 2013-cü ildə bağlanmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən “Torpaq sahəsi yaşayış binasının tikintisi üçün verilir” qeyd edilsə də, Müqavilənin 1.1 a) bəndində “Sahədə yaşayış binaları mövcuddur” göstərilib. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MTK qanunvericiliyə əsasən hələ 05 noyabr 2008-ci il tarixli, 583 saylı “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Dövlət qəbul komissiyasının aktı” əsasında yaşayış kompleksini Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 26 dekabr 2008-ci il tarixində 672 saylı sərəncamla təsdiq edildikdən 6 ay sonra ləğv edilməli və çoxmənzilli binaların sahə mülkiyyətçilərinin ümumi əmlakının idarəetmə üsulunu sakinlərin seçiminə verməli idi. Bu da o deməkdir ki, İddiaçı MTK-nın qeyd edilən müqaviləni 2013-cü ildə imzalamaq səlahiyyəti yox idi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbləri əsassız olduğuna görə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin faktiki hallarından göründüyü kimi 28 aprel 2017-ci il tarixindən etibarən yaşayış kompleksinin sakinləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından keçərək "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaratmışdırlar. Həmin vaxtdan yaşayış kompleksinin idarə edilməsi MMMC-nin səlahiyyətinə keçmişdir. Deməli, qarşılıqlı iddianın Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında yerləşən və İddiaçı MTK tərəfindən inşa etdiyi çoxmənzilli (272 mənzil) yaşayış binalarının layihəsinin cavabdeh tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; sözügedən binaların “X4”n və bu sənədə aid olan binalarının bütün göstərici və əlavələrini, o cümlədən binalar haqqında məlumatın, bütün texniki şərtləri (“Azərigaz”, “Azərsu”, “Azərişıq” və sair), binalarının torpaq sahələri, binalarının həyətyani torpaq sahələri, kompleksdə yerləşən avadanlıqların və qurğuların texniki pasportlarının və sair sənədlərin cavabdeh tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; sözügedən binaların yaşayış və qeyri-yaşayış sahələri üzrə İddiaçı MTK-nın balansında qalan satılmayan mənzillərin siyahısı (hər bina üzrə), İddiaçı MTK tərəfindən 28 aprel 2017-ci il tarixindən sonra satılan mənzillərin siyahısı, satış tarixi və yeni mənzil mülkiyyətçilərin ad, soyad və ata adı, qeyri-yaşayış sahələrinin (obyektlərin) mülkiyyətçilərinin tam siyahısı, onlar haqqında tam məlumat və sənədləri qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi hissəsində əsaslı hesab edilərək təmin olunmalıdır. Qarşılıqlı iddianın “05 noyabr 2008-ci il tarixdən 28 aprel 2017-ci il ərzində İddiaçı MTK tərəfindən sözügedən yaşayış kompleksinin idarəedilməsi və saxlanması üzrə hər il üçün xərclər və gəlirlər smetası və maliyyə fəaliyyəti haqqında hesabatı, göstərilən dövr ərzində sahə mülkiyyətçilərindən aylıq kommunal xidmətləri yığılaraq (kommunal haqları 3-otaqlı mənzil üçün 110 AZN, 4-otaqlı mənzil üçün 130 AZN tələb edilirdi) nəticədə qarşılıqlı iddia üzrə cavabdehin büdcəsində qalıq olan pul məbləğini sözügedən yaşayış kompleksinin pul fondu olduğundan "xxxx" MMMC-yə təhvil verilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MMMC-nin nümayəndəsi tələbinin bu hissəsini kifayət qədər əsaslandıra bilməmiş, MMMC-nin yaradılmasından əvvəlki dövr üzrə yaşayış kompleksinin idarə edilməsi, maliyyə hesabatlarının, kommunal xidməti haqlarının yığılmasının MMMC-nin hansı qanuni maraqlarına təsir etməsi işə baxılarkən öz əksini tapmamışdır. Qarşılıqlı iddia tələblərinin “mart 2022-ci il tarixinə İddiaçı MTK-nın "xxxx" MMMC-nin fonduna olan 51550 manat (əlli bir min beş yüz əlli manat) borcu və ödənilmiş 244,65 (iki yüz qırx dörd manat, altımış beş qəpik) manat dövlət rüsumunun "xxxx" MMMC-nin fonduna məcburi qaydada ödənilməsi” hissəsi ilə bağlı hər-hansı sübutlar təqdim edilmədiyindən, qarşılıqlı iddia tələbinin bu hissəsi də əsassız hesab olunmaqla təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbləri təmin edilməməli, qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında yerləşən və İddiaçı MTK tərəfindən inşa etdiyi çoxmənzilli (272 mənzil) yaşayış binalarının layihəsinin İddiaçı MTK tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; sözügedən binaların “X4”n və bu sənədə aid olan binalarının bütün göstərici və əlavələrini, o cümlədən binalar haqqında məlumatın, bütün texniki şərtləri (“Azərigaz”, “Azərsu”, “Azərişıq” və sair), binalarının torpaq sahələri, binalarının həyətyani torpaq sahələri, kompleksdə yerləşən avadanlıqların və qurğuların texniki pasportlarının və sair sənədlərin İddiaçı MTK tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; sözügedən binaların yaşayış və qeyri-yaşayış sahələri üzrə İddiaçı MTK-nın balansında qalan satılmayan mənzillərin siyahısı (hər bina üzrə), İddiaçı MTK tərəfindən 28 aprel 2017-ci il tarixindən sonra satılan mənzillərin siyahısı, satış tarixi və yeni mənzil mülkiyyətçilərin ad, soyad və ata adı, qeyri-yaşayış sahələrinin (obyektlərin) mülkiyyətçilərinin tam siyahısı, onlar haqqında tam məlumat və sənədləri qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMMC-yə təhvil verilməsi vəzifəsi İddiaçı MTK-nın üzərinə qoyulmalı, qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbləri təmin edilməsin. Qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında yerləşən və İddiaçı MTK tərəfindən inşa etdiyi çoxmənzilli (272 mənzil) yaşayış binalarının layihəsinin İddiaçı MTK tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; sözügedən binaların “X4”n və bu sənədə aid olan binalarının bütün göstərici və əlavələrini, o cümlədən binalar haqqında məlumatın, bütün texniki şərtləri (“Azərigaz”, “Azərsu”, “Azərişıq” və sair), binalarının torpaq sahələri, binalarının həyətyani torpaq sahələri, kompleksdə yerləşən avadanlıqların və qurğuların texniki pasportlarının və sair sənədlərin İddiaçı MTK tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; sözügedən binaların yaşayış və qeyri-yaşayış sahələri üzrə İddiaçı MTK-nın balansında qalan satılmayan mənzillərin siyahısı (hər bina üzrə), İddiaçı MTK tərəfindən 28 aprel 2017-ci il tarixindən sonra satılan mənzillərin siyahısı, satış tarixi və yeni mənzil mülkiyyətçilərin ad, soyad və ata adı, qeyri-yaşayış sahələrinin (obyektlərin) mülkiyyətçilərinin tam siyahısı, onlar haqqında tam məlumat və sənədlərin qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMMC-yə təhvil verilməsi vəzifəsi İddiaçı MTK-nın üzərinə qoyulsun. Qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar