Məhkəmə qərarları › İş №e-2(006)-1524/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1524/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1524/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızı, iddiaçı “Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Tağıyeva Elmı̇ ra Aşkərı̇ m qızına, Cavabdeh2 Yunı̇ s qızına və Daşdəmı̇ rov Şahı̇ n Rəhı̇ m oğluna qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Tağıyeva Elmı̇ ra Aşkərı̇ m qızına, Cavabdeh2 Yunı̇ s qızına və Daşdəmı̇ rov Şahı̇ n Rəhı̇ m oğluna qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, borclularla BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-cü il tarixli, L-BK-0060374-F saylı Kredit müqaviləsi və BK-00027869, BK-00027879 saylı Zaminlik müqavilələrinə əsasən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilməmiş əsas məbləğ üzrə 2755,49 (iki min yeddi yüz əlli beş manat 49 qəpik) manat, faiz borcu üzrə 494,99 ( dörd yüz doxsan dörd manat 99 qəpik) manat, cərimə borcu üzrə 120,87 (bir yüz iyirmi manat 87 qəpik) manat və 408,43 (bir yüz səkkiz manat 43 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 3779,78 (üç min yeddi yüz yetmiş doqquz manat 78 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 58 manat dövlət rüsumunun alınaraq BOKT “İnkişaf üçün Maliyyə “MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında xx.xx.2022-ci il tarixli, L-BK-0060374-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Avtomobil təmiri” məqsədilə borcluya 24 ay müddətinə, aylıq 2.42%, illik 29 % olmaqla 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh2 və Cavabdeh1 ilə müvafiq BK-00027869, BK-00027879 saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 244,51 (iki yüz qırx dörd manat 51 qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 220,49 (iki yüz iyirmi manat 49 qəpik) manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 5 (beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehlərin təşkilata ödənilməmiş 2755,49 (iki min yeddi yüz əlli beş manat 49 qəpik) manat məbləğində əsas məbləğ, 494,99 ( dörd yüz doxsan dörd manat 99 qəpik) manat məbləğində faiz borcu və 120,87 (bir yüz iyirmi manat 87 qəpik) manat məbləğində cərimə borcu var. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, L-BK-0060374-F saylı Kredit Müqaviləsinin 6.6 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər(əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər(əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər(əldən çıxmış fayda) 408,43 (bir yüz səkkiz manat 43 qəpik) manat təşkil edir. Təşkilatla borclunun zaminləri arasında bağlanmış xx.xx.2022-cü il tarixli BK-00027869, BK-00027879 Zaminlik müqavilələrinin 2.1 bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.2 bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Həmin müqavilənin 2.5 bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından Kreditorun xeyrinə silinməsinə icazə verib. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdehlər Tağıyeva Elmı̇ ra Aşkərı̇ m qızı, Cavabdeh2 Yunı̇ s qızı və Daşdəmı̇ rov Şahı̇ n Rəhı̇ m oğlu evdə olmadığları üçün bildirişlər ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2022-cü il tarixli, L-BK-0060374-F saylı kredit müqaviləsindən görünür ki, cavabdeh Daşdəmı̇ rov Şahı̇ n Rəhı̇ m oğluna 24 ay müddətinə aylıq 2.42%, illik 29 % dərəcəsi ilə 3.000 AZN məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-cü il tarixli, BK-00027869, BK-00027879 saylı Zaminlik müqavilələrindən görünür ki, Tağıyeva Elmı̇ ra Aşkərı̇ m qızı və Cavabdeh2 Yunı̇ s qızı cavabdeh Daşdəmı̇ rov Şahı̇ n Rəhı̇ m oğlunun kreditor qarşısında yaranmış öhdəliyinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli bildiriş məktublarından görünür ki, cavabdehlərə banka olan borcun ödənilməsi haqqında xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Daşdəmı̇ rov Şahı̇ n Rəhı̇ m oğlunun BOKT "xxxx" MMC-yə xx.xx.2022-cü il tarixli, L-BK- 0060374-F saylı kredit müqaviləsi üzrə 2755,49 manat əsas; 494,99 manat faiz; 120,87 manat cərimə və 408,43 manat əldən çıxmış fayda olmaqla, cəmi 3779,78 manat borcu vardır. Mülki işin materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin Mülki Məcəllənin 470.1-ci və 472.1-ci maddələrinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh Daşdəmı̇ rov Şahı̇ n Rəhı̇ m oğluna vermiş, cavabdeh isə kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən xx.xx.2022-cü il tarixli, L-BK-0060374-F saylı Kredit müqaviləsi və BK- 00027869, BK-00027879 saylı Zaminlik müqaviləsi üzrə 2755,49 manat əsas; 494,99 manat faiz tutulması barədə tələb əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən xx.xx.2022-cü il tarixli, L-BK-0060374-F saylı Kredit müqaviləsi və BK-00027869, BK-00027879 saylı Zaminlik müqavilələr üzrə hesablanmış cərimə məbləği azaldılmalı və müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə 408,43 manat məbləğində müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzinin tələb edilməsi ilə bağlı qeyd edir ki, bu hissədə tələb əsassızdır. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və hər hansı müqavilə şərtləri qoymaqda sərbəst olsalar da, həmin müqavilə şərtləri qanunvericiliyə zidd olmamalıdır. Lakin tərəflər arasında bağlanılmış xx.xx.2022-cü il tarixli, L-BK-0060374-F saylı kredit müqaviləsinin 6.6-cı maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Göründüyü kimi qeyd olunan müqavilə şərti əsassızdır. Çünki borclunun öhdəliyini gecikdirdiyi təqdirdə qanunvericilik faiz və cərimə borcunun hesablanmasını nəzərdə tutmaqla, kreditorun mənafeyinin pozulmasını qarşısını almışdır. Müqavilə üzrə əldən çıxmış faydanın tutulması isə yalnız kredit müqaviləsinin bitmə tarixindən sonrakı dövr ərzində kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyi hal üçün keçərlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Tağıyeva Elmı̇ ra Aşkərı̇ m qızı, Cavabdeh2 Yunı̇ s qızı və Daşdəmı̇ rov Şahı̇ n Rəhı̇ m oğlundan xx.xx.2022-cü il tarixli, L-BK-0060374-F saylı Kredit müqaviləsi və BK- 00027869, BK-00027879 saylı Zaminlik müqaviləsi üzrə 2755,49 manat əsas; 494,99 manat faiz; 50 manat cərimə olmaqla, cəmi 3300,48 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 50 manatı müştərək qaydada tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Tağıyeva Elmı̇ ra Aşkərı̇ m qızı, Cavabdeh2 Yunı̇ s qızı və Daşdəmı̇ rov Şahı̇ n Rəhı̇ m oğlundan müştərək qaydada xx.xx.2022-cü il tarixli, L-BK-0060374-F saylı Kredit müqaviləsi və BK-00027869, BK-00027879 saylı Zaminlik müqaviləsi üzrə 2755,49 manat əsas; 494,99 manat faiz; 50 manat cərimə olmaqla, cəmi 3300,48 (üç min üç yüz manat, qırx səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar