Məhkəmə qərarları › İş №e-2(006)-1570/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1570/2022

17.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1570/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən «X8» yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 24.03.2015-ci ildə Səadət sarayı Bakı nikah evində 225 saylı akt qeydi ilə rəsmiləşən nikahla Cavabdeh oğlu X16 ilə ailə qurmuşdur. Həmin nikahdan 10.03.2016-cı il təvəllüdlü Nail adlı oğulları dünyaya gəlmişdir. 2015-ci ildə "xxxx" MTK-dan Cavabdeh adına alınmış ünvan 1 ünvanda yerləşən «X8» yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilə köçmüşdür və hazırda da həmin mənzildə oğlu 10.03.2016-cı il təvəllüdlü Sadıqlı Nail ilə yaşayır. Bu barədə "xxxx" MTK arayışını əlavə edir. Həmin mənzilin tam təmirini və ev, məişət əşyalarının alınmasını X2 həyata keçirmişdir. Mənzildə olan bütün mebel, məişət, ev əşyaları ona və X2na məxsusdur. Mənzildə Cavabdeh və oğlu X10 aid olan heç nə yoxdur. X2 "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən «X8» yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilin təmir işlərinə 850.000 manat, mənzilin məişət əşyalarına görə 115.000 manat, cəmi 965.000 manat pul xərcləmişdir. Cavabdeh və onun həyat yoldaşı X11 atası ilə razılaşmasına əsasən, o, həmin mənzilə köçdükdən bir müddətdən sonra mənzilə çəkilmiş xərcləri tam olaraq atasına ödəməli idilər. Lakin Cavabdeh və onun həyat yoldaşı X17 həmin xərclərin ödənilməsini müxtəlif bəhanələrlə yubatmış, son olaraq isə söz vermişlər ki, mənzilin təmir xərclərini onunla X16 arasında olan nikah pozulduğu halda X2na ödəyəcəklər. Hazırda onunla X16 arasında nikah pozulmuşdur, amma Cavabdeh və onun həyat yoldaşı X17 mənzilin təmin xərclərini atam X4 ödəməkdən imtina edirlər. Bundan başqa, X2 "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən «X8» yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilin alınması üçün də pul ödəmişdir. Belə ki, X17 və Cavabdeh "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən «X8» yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilin alınması üçün "xxxx" ASC ilə kredit müqaviləsi bağlamışdırlar. 2017-ci ildə isə onların mənzilə görə kredit borcları yaranmışdır. Həmin vaxt "xxxx" ASC hətta borcun tutulması tələbi ilə cavabdehləri məhkəməyə vermiş və məhkəmə borcun tutulması barədə qərar da çıxarmışdı. Buna görə də, X17 və Cavabdeh atasından onların əvəzinə mənzilin kredit ödənişlərini "xxxx" ASC-yə həyata keçirməyi xahiş etmiş və mənzilə görə borc ödənildikdən sonra pulu 1 il ərzində geri qaytaracaqlarına söz vermişlər. Buna görə də, X2 onlara inanaraq, "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən X8 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilə görə Cavabdeh əvəzinə, qaytarılması şərti ilə, "xxxx" ASC-yə 510.000 manat pul ödəmişdir. Bu vəsaitləri X2 tərəfindən şəxsən və onun tapşırığı və vəsaiti hesabına işçiləri tərəfindən "xxxx" ASC-yə nağd ödənilmişdir. Bunları təsdiq edən ödəniş qəbzləri vardır. Həmin vəsaitləri də X17 və Cavabdeh X2na indiyədək geri qaytarmamışlar. Yuxarıda qeyd edilmiş təmir xərcləri və mənzilə görə "xxxx" ASC-yə ödənilmiş pul vəsaitlərinin X17 və Cavabdeh tutulması üçün X2 məhkəməyə müraciət etmişdir, həmin iş hazırda Nəsimi rayon Məhkəməsinin icraatındadır (iş 2(006)-101/2022, hakim Cəmilə Musayeva). Həmin iş üzrə keçirilmiş ekspert rəyi təmir üçün üçün atam X1 mirdarda vəsait xərclədiyini təsdiq edir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair hüquqi mövqeyinə görə, «MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır.» «Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır». İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 28 aprel 2022-ci il tarixli **********5 saylı arayışından görünür ki, İddiaçı (FİN: xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək müqaviləsi bildirişi» altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. - 23.10.2014-cü il tarixli mənzil inşaatı müqaviləsindən görünür ki, inşaatçı "xxxx" MTK ilə Cavabdeh arasında mənzilin inşaatı barəsində müqavilə bağlanmışdır. Müqaviləyə əsasən inşaatçı Bakı şəhəri Nərimanov rayonu Kazımzadə küçəsindəki 802- 803 saylı məhəllədə ayrılmış torpaq sahəsində inşa edilən yeni yaşayış massivinin B blokunun 6-cı mərtəbəsində sahibi mərtəbənin ümumi dəhlizin bir hissəsi, eyvan, sirkulyasiya boşluğu, çöl və daxili divarlar və kolonların tutduğu sahə də daxil olmaqla brüt 278 m2 tikinti sahəsi olan 4 otaqlı dubleks, 145 saylı mənzil ilə təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin məbləği 625.000 manat müəyyən olunmuşdur. Həmin məbləğdən 125.000 manat hissəsi avans olaraq, qalan 500.000 manat hissəsi isə inşaatçının zaminliyi ilə alacağı bank krediti hesabına icra olunmalıdır. - Üzvlük qaydalarından görünür ki, 23 aprel 2022-ci il tarixdə Fitnes və Spa Klubuna üzvlük qaydaları ilə tanış edilən şəxs kimi qeyd olunan N.Sadıqlı, həmin qaydalarla tanış olmasını imzası ilə təsdiq etmişdir. - "xxxx" MTK-nın 31 yanvar 2020-ci il tarixli 66-045 saylı arayışından görünür ki, X12 ünvan 2 ünvanda yerləşən «X8» yaşayış kompleksində B blokunda 145 saylı mənzildə 2015-ci ildən qeydiyyatsız yaşayır. - "xxxx" MTK-nın 24 yanvar 2022-ci il tarixli 02-99 saylı arayışından görünür ki, İddiaçı oğlu X18 ilə birlikdə ünvan 2 ünvanda yerləşən X8 yaşayış kompleksində B blokunda 145 saylı mənzildə yaşayır. - 27.01.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə iddia ərirzəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı ödənilmişdir. - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 2(006)-1546/2021 saylı qətnaməsindən (hakim Cəmilə Musayeva) görünür ki, İddiaçı cavabdeh X10 qarşı «nikahın pozulması və s.» tələbinə dair iddiası qismən təmin edilmiş, X16 ilə İddiaçı arasında 14.03.2015-ci il tarixdə bağlanmış və Bakı nikah evi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 225 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, 10.03.2016-cı il təvəllüdlü X13 anası İddiaçı yanında qalması müəyyən edilmiş, X7 10.03.2016-cı il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 14.12.2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamənin «alimentin tutulması» hissəsində dərhal icra edilməsi barədə göstəriş verilmiş, iddia digər hissədə rədd edilmişdir. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli 2(005)- 3489/2021 saylı qətnaməsindən (hakim Vüqar Quliyev) görünür ki, iddiaçı Cavabdehlər X4 və Sadıqlı (Məmmədova) Aidə Loğman qızına qarşı «mənzilin təhvil verilməsi və dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər X6 və X3 ünvan 3 ünvanda yerləşən «X8» yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzildən çıxarılmaları qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04.03.2022-ci il tarixli 2(006)-101/2022 saylı qətnaməsindən (hakim Cəmilə Musayeva) görünür ki, iddiaçı X3 cavabdehlər X14 və Cavabdeh qarşı ("xxxx" MTK və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddiası qismən təmin edilmiş, təmir xərci olaraq 639.057,5 manat və bu məbləğə Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manat, borc olaraq 510.000 manat və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36.125 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 1.230.464,5 manat məbləğində pulun cavabdehlər X9 və Cavabdeh müştərək qaydada tutularaq X4 ödənilməsi qət edilmiş, iddia digər hissədə rədd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2022-ci il tarixli 10/6421-9/8779 saylı rəyindən görünür ki, X5 tərəfindən Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən X8 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzildə tikinti-təmir və quraşdırılma (mətbəx mebeli, qarderoblar (hər otaqda), giriş qapısı, divara montaj edilmiş işıqlandırmaya) işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 639.057,5 manat məbləğində müəyyən olunur. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir və quraşdırma işlərinin nədən ibarət olması, həmin tikinti işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyin tədqiqat hissəsində və rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. İddiaçı tələbinin maddi əsası kimi Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair hüquqi mövqeyinə görə, «MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır.» «Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İş materiallarından görünür ki, tərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1dən sonra yaranmışdır. Başqa sözlə, iddiaçı 2015-ci ildə "xxxx" MTK-dan cavabdeh, qayınanası Cavabdeh adına alınmış Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən X8 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilə köçmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qaynananın gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Belə olan vəziyyətdə iddiaçı cavabdehlə birlikdə mübahisəli yaşayış evindən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmamışdır. Başqa sözlə ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Beləliklə də, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallar (onun mübahisə olunan mənzilə istifadə hüququnun yaranması) sübuta yetirilməmişdir. Həmçinin məhkəmə X6 ünvan 3 ünvanda yerləşən «X8» yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzildən çıxarılmalarına dair iddiaçı Cavabdeh iddiasının qismən təmin edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli 2(005)-3489/2021 saylı qətnaməsinin mövcudluğunu da nəzərə alır və qeyd edir ki, iddia tələbinin məzmunundan da görünür ki, hazırki tələb mahiyyəti üzrə əsaslandırılmasından daha çox iddiaçının atasının cavabdeh və onun həyat yoldaşı ilə aralarında mübahisəli mənzilin təmiri, alınmış əşyaların dəyəri, bank kredit ödənişləri ilə bağlı aralarında yaranmış pul mübahisələri ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar