Məhkəmə qərarları › İş №e-2(006)-1572/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1572/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1572/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1052,06 manat əsas, 221.43 manat faiz borcu olmaqla cəmi 1273,49 manat pul məbləğinin və dövlət rüsumu olaraq ödənilmiş 33,17 manat pulun "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC xx.xx.2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək, mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbini təmin edən qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh öldüyündən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan şəxsin fərdi məlumatlarından Cavabdeh xx.xx.2021-ci il tarixdə öldüyü müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hazırkı iş üzrə Cavabdeh öldüyündən, iş üzrə icraata xitam verilməsini məqbul hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 262-ci və 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh öldüyündən xitam verilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar