Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1589/2023 27.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və X2 qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 794.10 manat, bundan 223.12 manat əsas, 189.33 manat faiz, 350.09 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31.56 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və X1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, İddiaçı ASC-nin Bakıxanov filialı ilə cavabdeh Ələkbərov Çingiz İsa oğlu arasında bağlamış xx.xx.2014-cü il tarıxi 2104/14 nömrəli Kredit Kartın verilməsi və İstifadəsi üzrə müqaviləyə əsasən bank müştəri üçün 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açmışdır. Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2017ci il tarixlı Əlavə Sazişə əsasən Müqaviləyə dəyişikliklər edilmişdir. Əsas muqavilənın adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Muqavilə” ifadəsi “Kredit Muqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin 298.60 manat əsas borc təşkil edən qalığı kreditə çevrilmişdir. Kreditin müddəti at 06.2019-cu il tarixədək təşkil etmişdir. Kredit müqaviləsinə əsasən Ələkbərov Çingiz İsa oğlu müəyyən edilmiş muddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən ona qarşı “kredit borcunun qaytarılması” tələbinə dair **********885 nömrəli xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3224/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmış sənədlərın iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməsi və iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardadda cavabdeh X3 xx.xx.2020-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Bundan sonra Bank tərəfindən onun vərəsələrini müəyyən etmək məqsədi ilə ünvan ünvanlanmış, 2600 nömrəli xx.xx.2022-ci il tarıxlı sorğuya cavab məktubundan aydın olmuşdur ki, onun vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və X2 mıras əmlakdan pay hissədə irs almaları üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamələr xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notarıusu X5 tərəfindən təsdiq edilmişdir. Qeyd olunanlara əsasən, halhazırda borclu qismində Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və X4 çıxış edirlər. xx.xx.2022-ci il tarixə cavabdeh Ələkbərov Çingiz İsa oğlunun kredit müqaviləsi üzrə cəmi borcu 794.10 manat təşkil edir. Bundan 223.12 manat əsas, 189.manat faiz, 350.09 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31.56 manat faiz borcu təşkil edir. Kredit müqaviləsınin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehin vərəsələrinə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********302 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, onlar Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfındən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. İddiaçının nümayəndəsi məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin Bakıxanov filialı ilə Ələkbərov Çingiz İsa oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2104/1-1 saylı müqavilənin surətindən görünür ki, bank müştəri üçün 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açmışdır. İş materiallarında olan İddiaçı ASC-nin Yasamal filialı ilə Ələkbərov Çingiz İsa oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2 saylı əlavə sazişin surətindən görünür ki, “Kredit kartın verilməsi və istifadəsi üzrə Muqavilə” ifadəsi “Kredit Muqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Ələkbərov Çingiz İsa oğlu müqavilə əsasında 36 ay müddətinə ayda 16.24 manat, sonuncu ay 16.19 manat olmaqla hissə-hissə qaytarıması barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Ələkbərov Çingiz İsa oğlunun iddiaçı qarşısında 223.12 manat əsas, 189.33 manat faiz, 350.09 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 31.56 manat öhdəliyi vardır. İş materiallarında olan Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, Ələkbərov Çingiz İsa oğlunun vərəsələri arvadı-Cavabdeh2, oğlu-Cavabdeh1, oğlu-Cavabdeh4 və qızı-X4 miras əmlakdan ¼ hissədə pay almalıdırlar. İş materiallarında olan miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh4 və X4 Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən xx.xx.2020-ci il tarixdə ölmüş ataları Ələkbərov Çingiz İsa oğlunun vərəsəlik yolu ilə onlara miras qalmış daşınmaz əmlakdan ¼ hissədə paylarını anaları Cavabdeh2 bağışlamışlar. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və X2 borcun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3528 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Ələkbərov Çingiz İsa oğlunun ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatlar, xx.xx.2014-cü il tarixli 2104/1-1 saylı kredit kartın verilməsi və istifadəsi müqaviləsinin və xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla, müqavilə dövründə illik 27 faizlə müqavilə dövründən sonra ilik 5 faizlə faiz borcu hesablanmaqla Ələkbərov Çingiz İsa oğlunun xx.xx.2019-cu il tarixə banka olan əsas və faiz borcu 312.63 manat məbləğində və xx.xx.2022-ci il tarixədək banka olan əsas və faiz borcu 352,17 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2019-cu il tarixə əsas borc üzrə 274.54 manat, faiz borcu üzrə 38.09 manat (illik 27 faiz), xx.xx.2022ci il tarixinə əsas borc üzrə 274.54 manat, faiz borcu üzrə 38.09 manat (illik 27 faiz), faiz borcu üzrə 39.54 manat (illik 5 faiz). İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəməmühasibatlıq ekspertizasının dəyəri 200 manat təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Ələkbərov Çingiz İsa oğlu arasında xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə 300 manat məbləğində kredit xəttinin açılması barədə müqavilə bağlanmış, Ələkbərov Çingiz İsa oğlu xx.xx.2020-ci il tarixdə ölmüş, onun iddiaçı qarşısında həmin müqavilə üzrə yerinə yetrilməmiş kredit borcu öhdəliyi yaranmış, onun vərəsələri kimi arvadı Cavabdeh2, oğlu Cavabdeh1, oğlu Cavabdeh4 və qızı X4 tanınmışlardır. Sonradan Cavabdeh1, Cavabdeh4 və X4 miras əmlak üzrə öz paylarını analarına bağışlamışlar. Vərəsələrdən yaranmış kredit borcunun ödənilməsi tələb olunmuş, lakin onlar müvafiq qanunvericilikdə nəzərdə tutulduğu qaydada vərəsə kimi kreditor qarşısında öhdəlikləri yerinə yetirməmişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Qeyd olunan qanunvericliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, övlad vərəsələr öz paylarını analarına bağışladıqlarından Cavabdeh2 kreditor qarşısında öhdəlik götürmüş şəxsin (borclunun) yeganə vərəsəsi olmaqla həmin şəxsdən miras qalmış əmlaka dair tam pay hüququ olduğundan kredit borcunun ondan tutulması hissəsi əsaslıdır. Məhkəmə cavabdehdən tutulmalı olan əsas borcun məbləğinə münasibətdə qeyd edir ki, əsas borc üzrə iddia tələbində tələb olunan 223.12 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehdən tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, onunla razılaşmamaq üçün hər hansı bir əsas olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehdən faiz borcuna görə 38.09 manat iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarına əsasən öhdəliyin icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-əsas və faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 223.12 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 350.09 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulması tələb edilən dəbbənin (cərimə) məbləği azaldılaraq 80 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İş materiallarında olan maliyyə arayışından görünür ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən maliyyə arayışının tərtib olunduğu tarixə isə 5 % dərəcəsi ilə 31.56 manat faiz borcu hesablanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh2 223.12 manat əsas, 38.09 manat faiz, 80 manat cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 31.56 manat faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 30 manat tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 100 manat hissəsi cavabdehdən, digər 100 manat hissəsi iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: Cavabdeh2 223.12 manat əsas, 38.09 manat faiz, 80 manat cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 31.56 manat faiz borcu və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 402.77 (dörd yüz iki manat yetmiş yeddi qəpik) manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 (bir yüz) manatı Cavabdeh2, 100 (bir yüz) manatı ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1589/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1589/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver