Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1596/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.12.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı "LG” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 45 AZN olmaqla, cəmi 798.9 AZN, 22.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "AUX" markalı kondisionerə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 45 AZN olmaqla, cəmi 809 AZN, ümumilikdə iki müqavilə üzrə 1607.9 AZN ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 11.12.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 01.11.2021-ci il tarixdə 19.5 AZN və 22.02.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 01.11.2021-ci il tarixində 45 AZN ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 1247.9 AZN borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddəi üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1871 AZN təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 1871 AZN təşkil ediyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 187.1 AZN "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 23.12.2021-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 11.12.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 573.9 AZN əsas. 86 AZN cərimə, cəmi 659.9 AZN, 22.02.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 674 AZN əsas. 101.1 AZN cərimə, cəmi 775.1 AZN, hər iki müqavilə üzrə olan borcu 1247,9 AZN əsas, 187,1 AZN cərimə, cəmi 1435 AZN təşkil etmişdir. Göstərilənlərə əsasən, 11.12.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 23.12.2021-ci il tarixinə yaranmış borcu 573.9 AZN əsas. 86 AZN cərimə, cəmi 659.9 AZN, 22.02.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 674 AZN əsas. 101.1 AZN cərimə, cəmi 775.1 AZN, ümumilikdə 1435 Azn borcun və 34,35 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh həmin ünvandan köçdüyündən bildiriş ona təqdim edilmədən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.12.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh "LG” markalı televizora görə 18 ay ərzində ödəniş cədvəli üzrə 11.01.2021-ci il tarixindən 11.05.2022-ci il tarixinədək 45 AZN, 11.06.2022-ci il tarixində 33,90 AZN, ümumilikdə 798,90 AZN ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.02.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh "AUX" markalı kondisionerə görə 18 ay ərzində ödəniş cədvəli üzrə 22.03.2021-ci il tarixindən 22.07.2022-ci il tarixinədək 45 AZN, 22.08.2022-ci il tarixində 44 AZN, ümumilikdə 809 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarındakı "xxxx" MMC tərəfindən verilmiş 23.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11.12.2020-ci il tarixli müqavilə üzrə 573,90 AZN əsas, 860 AZN cərimə, ümumilikdə 1433,90 AZN məbləğində borcu vardır. İş materiallarındakı "xxxx" MMC tərəfindən verilmiş 23.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22.02.2021-ci il tarixli müqavilə üzrə 674 AZN əsas, 1011 AZN cərimə, ümumilikdə 1685 AZN məbləğində borcu vardır. Həmçinin, işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh 11.12.2020-ci il tarixli və 22.02.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış 11.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya "LG” markalı televizor verilmiş, cavabdeh (alıcı) isə bunun qarşılığında ödəməli olduğu məbləği iddiaçıya (satıcı) ödəməmiş, gecikmələrə yol vermiş, nəticədə onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 573,90 AZN əsas, 86 AZN cərimə, ümumilikdə 659,90 AZN məbləğində borcu yaranmışdır. Eyni zamanda məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış 22.02.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı (satıcı) tərəfindən cavabdehə (alıcı) "AUX" markalı kondisioner verilmiş, cavabdeh (alıcı) isə bunun qarşılığında ödəməli olduğu məbləği satıcıya ödəməmiş, gecikmələrə yol vermiş, nəticədə onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 674 AZN əsas, 101,10 AZN cərimə, ümumilikdə 775,10 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 387-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Eyni Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılmalı, 11.12.2020-ci il tarixli və 22.02.2021-ci il tarixli müqavilələr üzrə cəmi 60 AZN (30 AZN + 30 AZN) məbləğində müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 34,35 AZN (otuz dörd manat, otuz beş qəpik) məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11.12.2020-ci il tarixli müqaviləyə əsasən 573,90 AZN (beş yüz yetmiş üç manat, doxsan qəpik) ödənilməmiş hissə, 30 AZN (otuz manat) cərimə, 22.02.2021-ci il tarixli müqaviləyə əsasən 674 AZN (altı yüz yetmiş dörd manat) ödənilməmiş hissə, 30 AZN (otuz manat) cərimə olmaqla, ümumilikdə 1307,90 AZN (bir min üç yüz yeddi manat, doxsan qəpik) məbləğində borc və 34,35 AZN (otuz dörd manat, otuz beş qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11.12.2020-ci il tarixli müqaviləyə əsasən 573,90 AZN (beş yüz yetmiş üç manat, doxsan qəpik) ödənilməmiş hissə, 30 AZN (otuz manat) cərimə, 22.02.2021-ci il tarixli müqaviləyə əsasən 674 AZN (altı yüz yetmiş dörd manat) ödənilməmiş hissə, 30 AZN (otuz manat) cərimə olmaqla, ümumilikdə 1307,90 AZN (bir min üç yüz yeddi manat, doxsan qəpik) məbləğində borc və 34,35 AZN (otuz dörd manat, otuz beş qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-1596/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1596/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver