Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1609/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehe qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehe qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil xx.xx.2013-cü il tarixdən iddiaçının şəxsi mülkiyyətindədir. Bu barədə iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış verilmişdir. Cavabdeh ilə xx.xx.2020-ci il tarixindən etibarən əldə etdikləri şifahi razılaşmaya əsasən sözügedən mənzili ona 350 (üç yüz əlli) manata kirayəyə vermişdi. 2021-ci ilin noyabr ayında mənzildən çıxmaq istədiyini iddiaçıya bildirsə də, daha sonra onun ilə əlaqə saxladığı zaman fikrini dəyişdirdiyini və kirayədə qalmağa davam edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixində 17 radələrində ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildə yanğın baş vermiş və bu barədə iddiaçıya MKİS-in rəisi məlumat vermişdir. Bundan sonra cavabdeh Mehmet Bozlak oğluna zəng etdiyində isə 2021-ci ilin noyabr ayında evi tərk etdiyini və tələbələrə kirayə verdiyini bildirmişdir. Yanğın nəticəsində isə mənzilin mətbəx otağı içərisindəki əşyalarla birlikdə yanğının təsirinə, mənzilin digər otaqları isə qismən tüstünün təsirinə məruz qalmışdır. Baş vermiş yanğın nəticəsində iddiaçıya ümumilikdə 15.000 (on beş min) manat zərər dəymişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat- İstintaq İdarəsinin baş təhqiqatçısı, baş leytenant X3 tərəfindən çıxarılmış 04 noyabr 2022ci il tarixli qərarında da göstərilmişdir ki, cavabdeh şifahi əqd ilə aralarında olan razılaşmanı pozaraq iddiaçının ona verdiyi mənzili onun icazəsi və xəbəri olmadan X5, X4, X2 215 (iki yüz on beş) manata kirayəyə vermişdir. Şəxsin iradəsi olduğundan əqd bağlanılmış hesab edilir və buna görədə evi üçüncü şəxslərə kirayə verərərkən iddiaçının razılığını almalı idi. Lakin, şəxs özü də etiraf etmişdir ki, bu barədə kirayə verən İddiaçı məlumatı olmamışdır. Bağlanılmış şifahi əqdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əmlak kirayə müqaviləsinin bəndləri tətbiq olunduğu zaman Cavabdeh iddiaçıya dəymiş zərəri ödəməlidirlər. Cavabdeh iddiaçının razılığı və xəbəri olmadan ona məxsus olan ünvan 1 ünvanında yerləşən 6 saylı mənzili digər cavabdehlər olan X5, X4, X2 onun icazəsi və xəbəri olmadan kirayəyə vermişdir və bu əməli özüdə etiraf etmişdir. Cavabdehə dəfələrlə xəbərdar olunsa da, buna əhəmiyyət verməmiş və şəxslərin təqsiri üzündən baş vermiş yanğına görə mənzilinə dəymiş olan 15.000 (on beş min) manat məbləğində maddi ziyanı ödəməmişdilər. Bütün bu səbəblərdən iddiaçı konstitutsiya ilə qorunan hüquqlarının müdafiəsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildə baş vermiş yanğın əsasında iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilinə dəymiş 15.000 (on beş min) manat məbləğində maddi ziyanın və tərəfindən ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsinı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbi müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, o, evdə olmağı zaman soyuducuda qısaqapanma baş verib və bunun nəticəsində yanğın olmuşdur. İddiaçının heç bir təqsiri yoxdur. Suallara cavab olaraq isə bildirmişdir ki, evi İlhamın qardaşı Zaurdan almışdır. Ayda 350 manat kirayə pulu ödəyirdi. Evi kiməsə kirayəyə vermədi. Onun qohumları var idi. Buraya oxumağa gəlmişdilər. Onlara müvəqqəti qalmaqları üçün verdi. Onlar pulu ona verirdi, o da İlhama verirdi. Evi ona təhvil verəndə evdə köhnə mətbəx mebeli, soyuducu və balaca bir televizor var idi. İddiaçıya təklif etdi ki, danışsınlar, aralarında razılığa gəlsinlər. O, evi kirayə pulu az olduğu üçün tutmuşdu. Evin işığı, elektriki, evin vəziyyətinin necə olması barədə yoxlanışları ev sahibi etməlidir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, 0117775№-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 2, mənzil 6 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2013-cü il tarixdən ********** qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh sonuncu dəfə ünvan 2 ünvanına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin baş təhqiqatçısı, baş leytenant X3 tərəfindən qəbul edilən 04 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus 6 nömrəli mənzildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. -xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2023-cü il tarixli, 10/4053№-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən yanğın nəticəsində ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə tikinti üzrə dəymiş maddi ziyan 8944.00 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildə yanğın baş vermiş və nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Hazırda iddiaçı həmin mənzili xx.xx.2020-ci il tarixindən etibarən Cavabdeh, onun isə sözügedən mənzili iddiaçının xəbəri və razılığı olmadan öz qohumlarına kirayəyə verməsini iddia edərək, Cavabdeh yanğın nəticəsində ona məxsus evə vurulmuş maddi ziyanın və dövlət rüsumunun əvəzinin tutulmasını məhkəmədən xahiş edir. Lakin, iddiaçı ona məxsus mənzilə vurulmuş ziyanın birbaşa cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulması sübuta yetirilə bilməmiş, həmçinin iddiaçıya konkret olaraq cavabdeh tərəfindən ziyan vurulması halı müəyyən edilməmişdir. Digər tərəfdən, iddiaçı mənzili cavabdehə kirayəyə verdiyini iddia etsə də, bununla bağlı kirayə müqaviləsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edildi ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildə bir müddət yaşamış, daha sonra başqa mənzilə köçmüş, mübahisəli mənzili digər şəxslərə kirayəyə vermiş, yanğın baş verən zaman mənzildə heç kim olmamışdır. Məhkəmə, iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin), b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Həmçinin, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Həmçinin, məhkəmə qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göründüyü kimi iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi ziyan vurulduğunu iddia etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi və məhkəmə baxışı zamanı bu, öz təsdiqi tapmadı. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin dövlət rüsumu üçün ödənilmiş pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi əsas hissədə, yəni maddi ziyan tutulması hissəsində təmin edilmədiyindən məhkəmə hesab edir ki, həmin hissələrdə də iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehe qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat İddiaçı tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1609/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1609/2023
05.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver