Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1614/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı «X2 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “bоrcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X2 Azərbaycan» QSC Cavabdeh qarşı “bоrcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 531.27 AZN (beş yüz otuz bir manat iyirmi yeddi qəpik) əsas məbləğ üzrə borc, 32.16 AZN (otuz iki manat on altı qəpik) hesablanmış və ödənilməmiş faiz borcu, 30.02 AZN (otuz manat iki qəpik) cərimə borcu, 1.00 AZN (bir manat) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 1.10 AZN (bir manat on qəpik) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, cəmi 595.55 AZN (beş yüz doxsan beş manat əlli beş qəpik) məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun «X2 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü ildə «X2 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Həmin müqavilənin 4.26-cı maddəsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 500.00 AZN (beş yüz manat) məbləğində kredit kartı limiti ayrılmışdır. «X2 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Bank tərəfindən borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X2 Azərbaycan» QSC-yə əsas məbləğ üzrə 531.27 AZN, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 32.16 AZN, cərimə borcu üzrə 30.02 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 1.00 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 1.10 AZN, cəmi borc 595.55 AZN təşkil edir. Borcalan Cavabdeh müqavilə şərtlərinə əsasən ona ayrılmış 500 manat limitdən 31.27 AZN məbləğində limiti aşmışdır (limitdən artıq istifadə etmişdir). Müqavilənin 4.3-cü maddəsinə əsasən (İstifadə limiti) “Bank”ın kart hesabı/hesablarına, “Kart/əlavə kart sahibi” olduqda tanıdığı, kart və/və ya kart nömrə və gizli şifrələrindən (PİN kod) istifadə ediləcək xərclər, nağd pul vəsaitin əldə edilməsi (alınması/çıxarılması), faiz, ödəniş, komissiya, bunların vergi (qanunla nəzərdə tutulduğu təqdirdə), fond (qanunla nəzərdə tutulduğu təqdirdə) reallaşdırılması daxil olmaqla aşılmaması lazım olan istifadə limitidir. “Kart sahibi”nin müraciət və zəruri sənədləri təqdim etməsi və “Bank”ın bu müraciəti uyğun hesab etdiyi təqdirdə ona ayrılmış istifadə limiti artırıla bilər. “Kart/əlavə kart sahibi” istifadə limitini aşmamağı (keçməməyini) qəbul edir və öhdəsinə götürür. Kart/əlavə kart sahibi kart üzrə müəyyən edilmiş istifadə limitinin hər hansı bir şəkildə aşılması hallarında aşılan məbləğin həmin gündən başlayaraq borc (borc balansı) müəyyən edilən limitə düşənə qədər müəyyən olunan nisbətə (miqdarda) limit aşma faizini və limit aşma komissionunu ödəməyi qəbul, bəyan və təsdiq edir. Müqavilənin 4.15-ci maddəsinin qeyd edilən abzaslarına əsasən limit aşma (limitdən artıq istifadə) faizləri - limit aşma (limitdən artıq istifadə) faizi: kart üçün müəyyən edilən limit aşıldığı təqdirdə, həmin gün aşılan (limitdən artıq istifadə edilən) məbləğə limit aşma faizi hesablanmağa başlayır və cəmi borc balansı (borc) təyin edilən (müəyyən edilən) limitə düşənədək faiz hesablanması davam edir. Limit aşma (limitdən artıq istifadə) komisyonu: kart üçün müəyyən edilən limit aşıldığı təqdirdə alınacaq sabit bir komissiya haqqıdır. Limit aşma komisyonu aşılan məbləğin 1,5% + 2,5 AZN (iki manat əlli qəpik) kimi olaraq tətbiq edilir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh «X2 Azərbaycan» QSC-yə sonuncu kredit ödənişləri xx.xx.2022-ci il tarixində 50 manat və xx.xx.2022-ci il tarixində 53 manat məbləğlərində olmuşdur, bu barədə kredit hesab çıxarışı iddia ərizəsinə qoşma olaraq əlavə edilmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məkhəmədən xahiş edilmişdir. Cavabdeh ərizə təqdim edərək, iş üzrə iddia müddəti ötürüldüyündən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı «X2 Azərbaycan» QSC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilib iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib bildirdi ki, krediti istehlak məqsədilə götürmüş, lakin işsiz olduğundan 4-5 ay olar ki, ödəyə bilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib və cavabdehin izahatını dinləyib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan «X2 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, «X2 Azərbaycan» QSC Cavabdeh 500 (beş yüz) manat məbləğində kredit kartı limiti açmış, Cavabdeh isə həmin kredit kartı limiti üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komisyonları və həmçinin, nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə «X2 Azərbaycan» QSC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «X2 Azərbaycan» QSC-yə xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə 531.27 AZN əsas məbləğ üzrə borc, 32.16 AZN hesablanmış və ödənilməmiş faiz borcu, 30.02 AZN cərimə borcu, 1,00 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 1,10 cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 595.55 AZN borcu vardır. Mülki işin materiallarında olan «X2 Azərbaycan» QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən (pretenziyadan) görünür ki, ona xx.xx.2014-cü il tarixli müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh müqavilə üzrə ona verilmiş kredit kartından mütəmadi istifadə etmiş və hesaba mütəmadi olaraq müxtəlif məbləğlərdə pul vəsaitini mədaxil etmişdir (misal olaraq, müqavilə müddəti bitdikdən sonrakı iddia müddəti ərzində xx.xx.2021-ci il tarixdə 50 manat ödəniş edildiyi hesabdan çıxarışdan görünür). Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, «X2 Azərbaycan» QSC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı «X2 Azərbaycan» QSC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmış və müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə 500 manat məbləğində kredit kartı limiti açılmış, cavabdeh həmin kredit kartı limiti üzrə istifadə etmiş olduğu vəsaiti (bütün borcları) iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı öz öhdəliyini yerinə yetirərək, cavabdehə kredit xətti açmış, lakin cavabdeh edilən xəbərdarlıqlara baxmayaraq, öhdəliyini vaxtında icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə müraciət edərək, müqavilə üzrə yaranmış borcun və məhkəmə xərclərinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə əvvəlcə ərizə təqdim edərək iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmiş, lakin məhkəmə iclasında iştirak edərək iddianı etiraf etmiş və 4-5 aydır işsiz olduğundan borcunu ödəyə bilmədiyini qeyd etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında qarışıq müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə göstərilmiş məbləğdə kredit xəttini cavabdehə açmış, lakin cavabdeh həmin müqavilədən irəli gələn öhdəliyini tam yerinə yetirməmişdir. Mülki qanunvericiliyin tələbləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca (vaxtında) icra edilməməsi kimi qiymətləndirilir və buna görə də o, hərəkətsizliyinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, tələb əsaslıdır. Belə ki, cavabdehin iddiaçıya borcunun olması tərəflər arasında bağlanmış müqavilə, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlərlə təsdiq edilir. İddia əsaslı olduğundan cavabdeh tərəfindən verilən iddia müddətinin tətbiqi barədə ərizə araşdırılmış və ərizənin əsassız olduğu, iddia müddətinin ötürülmədiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 5 il müddətinə müqavilə bağlanması və müqavilənin müddətinin xx.xx.2019-cu il tarixdə bitməsi, iddia müddətinin həmin tarixdə başlaması və xx.xx.2022-ci il tarixdə bitməsi, iddiaçının hazırki iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməsi işin mübahisəsiz halını təşkil edir. İşdə olan hesabdan çıxarışlar əsasında isə digər bir mübahisəsiz hal müəyyən edilir ki, cavabdeh tərəfindən müqavilə müddətinin bitdiyi tarixdən sonra, yəni iddia müddəti ərzində xx.xx.2021-ci il tarixdə 50 manat məbləğində ödəniş edilərək borc etiraf edilmiş, beləliklə, iddia müddətinin axımı kəsilmişdir. Buna görə də hazırki iş üzrə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizə əsassız hesab olunmuşdur. Bundan başqa, nəzərə alınmalıdır ki, cavabdehin özü də məhkəmə iclasında iştirak edən zaman borcunun olduğunu etiraf etmiş və işsiz qaldığından son 4-5 aydır ki, ödəniş edə bilmədiyi bildirmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, müqavilə üzrə yaranmış borc və məhkəmə xərcləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 373.3, 375-ci maddələrinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Sözügedən Məcəllənin 377.2-ci maddəsinə müvafiq olaraq, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarından görünür ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.4-cü maddəsinə görə, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Mülki Məcəllənin 404.5-ci maddəsinə əsasən, qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 954.1-ci maddəsinə görə, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Mülki Məcəllənin 960-cı maddəsinə müvafiq olaraq, bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Məhkəmə cavabdehin iddianı etiraf etməsinə münasibətdə qeyd edir ki, onun iddianı etiraf etməsində qanunazidd hal yoxdur, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, buna görə də məhkəmə tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə” üzrə 531.27 manat əsas, 32.16 manat hesablanmış və ödənilməmiş faiz, 30.02 manat cərimə borcu, 1.00 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 1.10 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 595.55 (beş yüz doxsan beş manat əlli beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı «X2 Azərbaycan» QSC-yə verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı «X2 Azərbaycan» QSC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə” üzrə 531.27 (beş yüz otuz bir manat iyirmi yeddi qəpik) manat əsas, 32.16 (otuz iki manat on altı qəpik) manat hesablanmış və ödənilməmiş faiz, 30.02 (otuz manat iki qəpik) manat cərimə borcu, 1.00 (bir) manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 1.10 (bir manat on qəpik) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 595.55 (beş yüz doxsan beş manat əlli beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı «X2 Azərbaycan» QSC-yə verilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı «X2 Azərbaycan» QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1614/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1614/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver