Məhkəmə qərarları › İş №e-2(006)-1621/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1621/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1621/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdeh və Cavabdeh2 qanuni nümayəndəsi Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1) qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 vərəsələri Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1) və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 2335,82 manat əsas borcun, ödənilmiş 42,36 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Nəsimi filialı ilə X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 111№-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X6 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə hesablanmaqla, 2965.99 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “ASAN XİDMƏT” saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X7 vərəsələri Cavabdeh2 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X4 Banka ödənilməmiş qalan 2335,82 manat əsas borcu qalmışdır. Cavabdehlər Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1) və Cavabdeh1 X4 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: İddiaçı "xxxx" ASC-yə məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək məhkəməyə onların iştirakı olmadan baxılmasını və yekun qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh və Cavabdeh2 qanuni nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, o iddia tələbini qismən qəbul edir, belə ki, həqiqətən də onun mərhum arvadı bankın işçisi olduğu üçün ona kredit verilmiş, lakin arvadı vəfat etmişdir. Hazırda o, hesab edirdi ki, arvadı həmin bankın işçisi olduğu və vəfat etdiyi üçün həmin məbləğ silinə bilərdi. Həmin məbləği tam şəkildə ödəməyə imkanı yoxdur. İş materialları: "xxxx" ASC ilə X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 111№-li nömrəli kredit müqaviləsinə və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən bank (kreditor) X8 (borc alan) illik 1 faiz hesablanmaqla 60 ay müddətinə 2965,99 manat məbləğində borc vermişdir. Bankı Nəsimi filialı tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu X4 xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2335.82 manat əsas borcu vardır. xx.xx.2023-cü il tarixli 6-2-22/2-27672/2023 saylı bildiriş məktubundan görünür ki, borcalanın vərəsələri Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi barədə "xxxx" ASC tərəfindən xəbərdarlıq edilmişdir. AZ-İ seriyalı 094446 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 4 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin 2103 saylı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 (şəxsiyyət vəsiqəsi: AZE********; FİN: xxxxxxx, təvəllüdü: xx.xx.1963) və ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 (şəxsiyyət vəsiqəsi: AZE11088152; FİN: 7WFİKEF, təvəllüdü: xx.xx.2007) xx.xx.2020-ci ildə vəfat etmiş X1mış mirası qəbul etmişlər, vərəsəlik işi açılmış və xx.xx.2021-ci il tarixdə onlara əmlak ilə bağlı 2V-287 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisindən daxil olmuş cavabdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 miras qoyan X2 miras qalmış əmlak- Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prosektindəki 03 saylı evin 27 saylı mənzilini qəbul etmişlər. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1151-ci maddəsinə müvafiq olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin qiymətləndirməsi. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən X6 1 faiz hesablanmaqla 60 ay müddətinə 2965.99 manat məbləğində borc verilmişdir. X9 xx.xx.2020-ci ildə vəfat etmiş, ona məxsus miras əmlak Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Hazırda iddiaçı bank, vəfat etmiş borclunun banka olan borcunun onun vərəsələri olmuş şəxslərdən birgə qaydada tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, mərhum X9 ilə bank arasında öhdəlik münasibətləri olduğundan və hazırda mərhum borclu X2 miras qalmış əmlakı qanun üzrə vərəsələri Cavabdeh1 və Cavabdeh2 qəbul etdiyindən hazırda bankın tələb etdiyi borc məbləği müştərək qaydada borclunun vərəsələrdən tutulmalıdır. Məhkəmə həmçinin nəzərə çatdırır ki, vərəsə tərəfindən qəbul edilmiş miras əmlakın dəyəri mərhum borclunun banka olan borcunu ödəmək üçün yetərli hesab edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 qarşı olan hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bu şəxs yetkinlik yaşına çatmadığından tam olaraq mülki hüquqi fəaliyyət qabiliyyətli deyildir, ona qarşı yönəlmiş tələb onun qanuni nümayəndəsi olan atası, hazırki iş üzrə digər Cavabdeh1 qarşı olmaqla nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli İK 111№-li saylı kredit müqaviləsi üzrə 2335,82 manat əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,36 manat və 0,40 manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1) müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli İK 111№-li saylı kredit müqaviləsi üzrə 2335,82 (iki min üç yüz otuz beş manat səksən iki qəpik) manat əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,36 (qırx iki manat otuz altı qəpik) manat və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1) müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar