Məhkəmə qərarları › İş №e-2(006)-1627/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1627/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1627/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X5ın iştirakları ilə İddiaçı cavabdeh X2rşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40 000 manat məbləğində pulun və 210 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 30 noyabr 2022-ci il tarixində Bakı şəhəri 9 saylı notariat ofisində kredit müqaviləsi bağlanılmış və xx.xx.2022-ci il tarixində qaytarmaq şərti ilə iddiaçı cavabdehə 40 000 manat borc pul vermişdir. Borc məbləği faizsiz verilmişdir. Razılaşdırılmış müddətdən 1 ay 20 gün keçməsinə və dəfələrlə xəbərdarlıqlara baxmayaraq cavabdeh iddiaçı ilə görüşdən yayınır, müxtəlif bəhanələr gətirərək borc ögdəliyini yerinə yetirməkdən imtina edir. Kredit müqaviləsinin 9-cu bəndinə əsasən tərəflər arasındakı mübahisə qarşılıqlı razılıqla, belə razılıq olmasa məhkəmə qaydasında həll edilməli olduğundan iddiaçı xx.xx.2023-cü il tarixində şəxsən cavabdehə pretenziya təqdim etmişdir. Həmin pretenziyaya cavabı cavabdeh öz xətti ilə pretenziya üzərində yazaraq xx.xx.2023-cü il tarixində "xxxx" MMC poçt göndərişi vasitəsilə iddiaçıya göndərmiş və iddiaçı bu cavabı xx.xx.2023-cü il tarixində şəxsən almışdır. Pretenziyada cavabdeh hazırda imkanı olmadığını, lakin pulu olan kimi borcunu ödəyəcəyini bildirmişdir. Belə bir cavab qeyri müəyyən bir müddəti nəzərdə tutduğundan və cavabdeh konkret olaraq borcu qaytarmaq üçün heç bir hərəkət etmədiyindən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Cavabdehin VÖEN var, lakin aralarında olan borc münasibəti heç bir sahibkarlıq hərəkəti ilə bağlı deyil, yalnız şəxsi borcla bağlıdır. Elektron sistemdə xarici vətəndaşların adı, soyadı və ata adı ilə onları sistemə daxil etmək mümkün deyil, onları yalnız VÖEN vasitəsilə sistemə daxil etmək mümkündür və buna görə də iddiaçı da məcbur qalıb belə üsulla xarici vətəndaş olan cavabdehi fiziki şəxs kimi yox, hüquqi şəxs kimi sistemə daxil etmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, borc üzrə cavabdeh tərəfindən 3000 manat ödənilməsini nəzərə alaraq, X1 37000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini etiraf edərək, onun təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında İddiaçı tərəfindən cavabdeh X4 40000 manat məbləğində pul borca verilmiş, cavabdeh həmin krediti xx.xx.2022-ci il tarixədək qaytarması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin 5 gün müddətində tam şəkildə yerinə yetirilməsi tələb edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 40000 manat məbləğində pulun verilməsi barədə aralarında müvafiq kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən cavabdeh həmin pul məbləğini xx.xx.2022-ci il tarixdə qaytarması barədə öhdəlik götürmüş, lakin həmin öhdəliyi lazımi qaydada və vaxtda yerinə yetirməmiş, məhkəmədə iş baxıldığı müddətdə borca alınmış pulun 3000 manatını qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, müqavilə əsasında üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və şərtləndirilmiş vaxtda yetirməmiş və borca aldığı 40000 manat məbləğində puldan cəmi 3000 manat iddiaçıya qaytarmışdır. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf etməklə 37000 manat borcun qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh X3 37000 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən 210 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə, iddia tələbinin cavabdehdən 210 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia təmin edilməklə cavabdehdən 210 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X3 37000 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 210 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X3 verilmiş borca görə 37000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 210 manat, cəmi 37210 (otuz yeddi min iki yüz on) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar