Məhkəmə qərarları › İş №e-2(006)-1633/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1633/2025

21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1633/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X30 oğlunun sədrliyi, X20 qızının katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh2, vəkili-nümayəndəsi Vəkil2, digər Cavabdeh5, vəkili-nümayəndəsi Vəkil3, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 4 saylı Abşeron Ərazi İdarəsi və Abşeron Rayon Hökməli Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə “cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 cinayət əməli nəticəsində iddiaçıya vurmuş olduqları zərərə görə çəkdiyi xərc qismində fərdi yaşayış evinin dəyəri olan 97109,06 (doxsan yeddi min yüz doqquz manat, altı qəpik) manat, həmin evdə olan istifadə olunmamış materialın dəyəri olan 3063,20 (üç min altmış üç manat, iyirmi qəpik) manat, hasarın dəyəri olan 13077,58 (on üç min yetmiş yeddi manat, əlli səkkiz qəpik) manat, cəmi 113249,84 (bir yüz on üç min iki yüz qırx doqquz manat, səksən dörd qəpik) manat pul vəsaiti və ödənilmiş 404 (dörd yüz dörd) manat məbləğində dövlət rüsumunun birgə qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ilin noyabr ayının 27-də Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-dən sotunun qiyməti 5500 manat olmaqla 165000 manat pulun müqabilində həyat yoldaşı X1 adına 12 sot, oğlu X7 adına 9 sot və digər oğlu X6 adına 9 sot olmaqla, cəmi 30 sot torpaq sahəsinin alınması üçün cəmiyyətin direktoru ilə iddiaçı arasında 3 ədəd podrat müqaviləsi bağlanmış, iddiaçı 2014-cü ilin mart ayınadək MTK-ya 65000 manat məbləğində ödəniş etmiş və həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 1(101)-60/17 saylı qanuni qüvvəyə minmiş hökmü ilə "xxxx" MMC-nin təsisçisi 2022-ci ilin aprel ayında vəfat etmiş X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2, 312.2 və 313-cü maddələri, şirkətin direktoru, müavini və marketinq şöbəsinin müdiri vəzifələrində işləmiş Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2, 312.2 və 313-cü maddələri, şirkətin direktoru Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2, 312.2 və 313-cü maddələri, Abşeron rayonu Hökməli bələdiyyəsinin sədri Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 311.3.3-cü maddələri və şirkətin satış meneceri Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə təqsirli bilinib həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzalara məhkum edilməklə, onların cinayət əməli nəticəsində iddiaçıya maddi ziyan vurulması sübuta yetirilmişdir. Cavabdehlərin cinayət əməlləri nəticəsində iddiaçı əldə etdiyi əmlaklardan məhrum olmuşdur. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq iddiaçıya dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması hökmdə izah olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsində həmin cinayət işinin araşdırması zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Sevil massivində həyat yoldaşı Pirəxanım Şirəliyevanın adına aldığı torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin dəyəri 97109,06 (doxsan yeddi min yüz doqquz manat, altı qəpik) manat, həmin evdə olan istifadə olunmamış materialın dəyəri 3063,20 (üç min altmış üç manat, iyirmi qəpik) manat, torpaq sahəsində tikdiyi hasarın dəyəri 13077,58 (on üç min yetmiş yeddi manat, əli səkkiz qəpik) manat məbləğində qiymətləndirilmişdir. Həmin əmlaklar cinayət işi araşdırılarkən iddiaçıdan alınmış, dəymiş ziyanın ödənilməsini cavabdehlərdən tələb etməsini bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-390/2022 nömrəli qərarı ilə məhkumlar X11 müdafiəçisi-vəkil X13, Cavabdeh2 və Cavabdeh1 müdafiəçisi vəkil X16, maraqlarına toxunan şəxslər X3, X8, X4, X9, X12 və X10 hər biri və nümayəndələri X16 tərəfindən birgə verilmiş kassasiya şikayətləri təmin edilməmiş, X11, Cavabdeh2 və Cavabdeh1 məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 18 avqust 2020-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində həmin cinayət işinin araşdırması zamanı Sevil massivində aldığı torpaq sahələrinə görə ödədiyi 65000 (altmış beş min) manat iddiaçıya geri qaytarıldı. Lakin həmin torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin dəyəri olan 97109,06 (doxsan yeddi min yüz doqquz manat, altı qəpik) manat, həmin evdə olan istifadə olunmamış materialın dəyəri olan 3063,20 (üç min altmış üç manat, iyirmi qəpik) manat, torpaq sahəsində tikdiyi hasarın dəyəri olan 13077,58 (on üç min yetmiş yeddi manat, əlli səkkiz qəpik) manat məbləğində maddi ziyan hal-hazıradək zərərvuran şəxslər tərəfindən ona ödənilməmişdir. xx.xx.2022-ci il tarixdə eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, məhkəmənin gedişatında müəyyən olundu ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə ona dəymiş zərərin ödənilməsi ilə bağlı anlaşılmazlıq mövcuddur. Bu səbəbdən də həmin anlaşılmazlıq aradan qaldırılanadək iddia ərizəsi məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(006)-232/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanıldı. İddiaçı ona dəymiş zərərin ödənilməsi ilə bağlı hökmdə olan anlaşılmazlığın aradan qaldırılması ilə bağlı ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 7(101)- 15/2024 nömrəli qərarında qeyd edilmişdir ki, “Beləliklə, məhkəmə hökmündən aydın görünür ki, məhkumlar zərərçəkmiş şəxs İddiaçı məxsus 65.000 manat pulu dələduzluq yolu ilə ələ keçirmişlər. Onlar zərərçəkmiş şəxsin tikdirdiyi fərdi yaşayış evinə və çəkdirdiyi daş hasara xərclədiyi 97109,06 manat və 13077,78 manat pulu dələduzluq yolu ilə ələ keçirməmişlər. Bu xərclərin çəkilməsi hökmdə məhkumların törətdiyi cinayətin ağır nəticəsi kimi müəyyən edilmişdir. İş materiallarından eyni zamanda görünür ki, zərərçəkmiş şəxs İddiaçı qeyd edilən xərclərlə bağlı mülki iddia tələbi ilə nə ibtidai istintaq orqanına, nə də ki, məhkəməyə müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs İddiaçı ona qarşı törədilmiş dələduzluq cinayəti ilə dəymiş 65000 (altmış beş min) manat məbləğində ziyan tam ödənilmişdir. Buna görə də, məhkəmə tərəfindən düzgün olaraq hökmün nəticə hissəsində məhkumlar X17, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 alınaraq zərərçəkmiş şəxs İddiaçı vurulmuş zərərin ödənilməsinin nəzərə alınması qərara alınmışdır. Belə olan halda zərərçəkmiş şəxs İddiaçı çəkdiyi xərclərlə bağlı mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilər”. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 cinayət əməli nəticəsində iddiaçıya vurmuş olduqları ziyanı ödəməlidirlər. Cavabdehlərin dələduzluq cinayət əməlləri nəticəsində ona maddi zərər vurmaları Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 1(101)-60/17 saylı qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmişdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən həmin hökmlə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. İddiaçının (vəkili-nümayəndəsi Vəkil1) ərizəsi əsasında hökm üzrə təqsirləndirilən şəxslərdən biri olan, vəfat etmiş X11 vərəsəsi Cavabdeh5 əlavə cavabdeh qismində işə cəlb edilmişdir. Cavabdeh2 (vəkili Vəkil2) etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iş üzrə iddiaçı qismində iştirak edə bilməz. Belə ki, hazırda zərərin ödənilməsi tələb edilən tikili X2 torpaq sahəsində tikilmişdir. Yəni 2017-ci ildə baxılmış cinayət işində zərərçəkmiş şəxs kimi tanınması iddiaçıya hələ belə bir hüquq vermir. Çünki iddiaçı hazırda torpaq üçün ödənilmiş pulu deyil, özbaşına inşa etdikləri tikili ilə bağlı dəymiş zərəri tələb edir. Ümumiyyətlə onun bu işlə bağlı zərərçəkmiş şəxs kimi tanınması əsassızdır. Çünki torpaq sahəsi ona aid deyil. Lakin hazırda qanuni qüvvəsini almış hökmü mübahisələndirə bilmirlər. Bununla belə, hazırkı iddiada həmin torpaq sahəsində tikilini onun tikdirdiyinə dair işdə heç bir sübut yoxdur. Əksinə, torpaq sahəsinin Şirəliyeva Pərixanımın olmasına dair sübutlar mövcuddur. Bunu elə hökmdən görmək mümkündür. xx.xx.2017-ci il tarixli, 1(101)-60/2017 saylı hökmün 406-cı səhifəsində torpaq sahiblərinin siyahısında iddiaçının həyat yoldaşı X2 adı qeyd olunmuşdur. Nəticə etibarilə tikilinin də torpaq sahəsinin mülkiyyətçisi tərəfindən tikildiyini ehtimal etməyə haqqları vardır. Bu baxımdan, iddiaçının bu işdə iştirak etməyə subyektiv hüququ yoxdur. Bundan başqa, cavabdehə qarşı belə iddianın irəli sürülməsi tamamilə əsassızdır. Çünki qanunvericiliyin tələbinə əsasən, yalnız torpaq sahəsi ilə bağlı rəsmiləşdirmə işləri bitəndən sonra məlumatlandırma icraatı həyata keçirilərək həmin sahədə müvafiq tikinti işləri aparıla bilərdi. Lakin iddiaçı iddiasında bildirir ki, həmin torpaq sahəsinə dair rəsmiləşdirmə olmadan əvvəl, heç bir məlumatlandırma etmədən tikinti işləri aparmışdır. Torpaq sahələri 2014-cü ilin aprel ayında rəsmiləşdirilmiş, cavabdehlərə qarşı cinayət işi isə 2014-cü ilin iyun ayında başlanılmışdır. Yəni iddiaçının həyat yoldaşı həmin müddəti gözləmiş olsaydı, tikinti işlərini aparmayacaq və nəticə etibarilə hazırda ona dəymiş zərərlə bağlı mübahisə olmayacaqdı. Buradan aydın olur ki, tikinti ilə bağlı məsuliyyət elə qüvvədə olan tikinti qanunvericiliyinin tələblərini pozan iddiaçının həyat yoldaşındadır. Bundan başqa, iddiaçının həyat yoldaşının həmin torpaq sahəsinə dair çıxarışı vardır. Hazırda həmin çıxarış ləğv edilməmiş və hüquqi qüvvəsini saxlayır. İddiaçı bələdiyyə tərəfindən həmin torpaq sahəsindən istifadəyə maneələrin yaradıldığını qeyd edir. Ancaq bununla bağlı hüquqlarının müdafiəsi üçün heç bir addım atmır. İddiaçı müvafiq olaraq mülkiyyətində olan torpaq sahəsində yerləşən tikintini rəsmiləşdirməli və istifadəyə maneələrin aradan qaldırılması ilə bağlı iddia qaldırmalıdır. Əks təqdirdə, mülkiyyətində olan torpaqda aparılmış tikinti ilə bağlı cavabdehlərdən pul alaraq əsassız varlanmış olar. Bu da özlüyündə hüquqdan sui-istifadə ilə nəticələnər. Cavabdeh5 (vəkili-nümayəndəsi Vəkil3) etiraz təqdim edərək, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh5 etirazı onunla əsaslandırılmışdır ki, o, iddianı qəbul etmir, qeyd olunan hallara və iddiaçının əsaslandırmasına etiraz edir. Belə ki, hazırki iş üzrə iddiaçının iddiası tamamilə əsassızdır və qanunvericiliyin müddəalarını isə öz xeyrinə təhrif etməklə iddia qaldırılmışdır. Belə ki, iddia ərizəsindən aydın olur ki, iddiaçı Sevil Massivindən aldığı torpaq sahələrinə görə ödədiyi 65000 (altmış beş min) manatı geri aldığı halda, həmin torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin dəyəri olan 97109,06 (doxsan yeddi min yüz doqquz manat, altı qəpik) manat, həmin evdə olan istifadə olunmamış materialın dəyəri olan 3063,20 (üç min altmış üç manat, iyirmi qəpik) manat, torpaq sahəsində tikdiyi hasarın dəyəri olan 13077,58 (on üç min yetmiş yeddi manat, əli səkkiz qəpik) manat məbləğində maddi ziyanında ödənilməsini cavabdehlərdən tələb edir. Mövcud iş üzrə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 1(101)-60/2017 nömrəli hökmü ilə təqsirləndirilənlərin əmlaklarının müsadirə edilərək zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Yekun məhkəmə aktı isə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmaqla Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıldıqdan sonra qanuna müvafiq olaraq 15 avqust 2022-ci il tarixdə hökm icraya yönəldilmişdir. İddiaçı ona dəymiş zərərin məbləğinin hökmdə düzgün qeyd edilməməsi, hökmdə səhvə yol verilməsi və həmin anlaşılmazlığın aradan qaldırılması ilə bağlı ərizə ilə müvafiq məhkəməyə müraciət etmişdir və həmin ərizə əsassız olduğundan təmin edilməmişdir. İddiaçının iddiası əsassız olmaqla təmin edilməməlidir. İlk növbədə, iddiaçıya cinayət nəticəsində dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu hal işin mübahisəsiz halıdır. Bundan əlavə o, torpaq sahələrini də öz mülkiyyətinə keçirməklə müvafiq dövlət reyestrindən çıxarış almışdır. Bu isə torpaq sahələrinə və üzərində yerləşən tikililərə istədiyi kimi sərəncam vermək hüququnu ona verir. Yəni inşa olunmuş tikililər onun mülkiyyətində yerləşir. Baş vermiş cinayət hadisəsi nəticəsində onun nə mülkiyyət hüququ məhdudlaşdırılıb, nə də ki həmin əmlak ondan alınıb. Onun iddiası hazırda yalnız əsassız varlanmaya yönəlmişdir. İddia təmin edildiyi halda iddiaçı torpaq sahəsi üçün ödədiyi 65000 manatı geri aldığı və daha sonra torpaqları öz mülkiyyətinə keçirdiyi kimi, tikililər üçün də əlavə pul vəsaiti əldə edəcək və daha sonra mülkiyyətində olduğu torpaq sahəsində olan tikililərə istədiyi kimi sərəncam verəcəkdir. Bu isə yolverilməzdir. Buna görə də onun iddiası əsassız olmaqla təmin edilməməlidir. Cavabdehlər Cavabdeh2 (vəkili-nümayəndəsi Vəkil2), Cavabdeh5 (vəkilinümayəndəsi Vəkil3) və Cavabdeh1 ərizələr (vəsatət) təqdim edərək, iddia müddətini tətbiq edib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizələr (vəsatət) onunla əsaslandırılmışlar ki, İddiaçı 2014-cü ildə cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq tanınmış və həmin vaxtdan etibarən bu tələblə məhkəməyə müraciət etməmişdir. İddia yalnız 11 il sonra, 2025-ci ildə məhkəməyə ünvanlanıb. İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmasından artıq 10 ildən çox ötür. Odur ki, iddiaçı iddia üzrə ümumi iddia müddətini ötürmüşdür. İddiaçı (vəkili-nümayəndəsi Vəkil1) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 cinayət əməli nəticəsində iddiaçıya vurmuş olduqları zərərə görə çəkdiyi xərc qismində fərdi yaşayış evinin dəyəri olan 97109,06 (doxsan yeddi min yüz doqquz manat, altı qəpik) manat, həmin evdə olan istifadə olunmamış materialın dəyəri olan 3063,20 (üç min altmış üç manat, iyirmi qəpik) manat, hasarın dəyəri olan 13077,58 (on üç min yetmiş yeddi manat, əlli səkkiz qəpik) manat, cəmi 113249,84 (bir yüz on üç min iki yüz qırx doqquz manat, səksən dörd qəpik) manat pul vəsaiti və ödənilmiş 404 (dörd yüz dörd) manat məbləğində dövlət rüsumunun birgə qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. a) Məhkəmə prosesi: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil1 yazılı izahat təqdim edərək, iddianı müdafiə etdiyini bildirmişdir. İddia tələbinin qanuni qüvvəsini almış məhkəmə hökmünə əsasən verildiyini, həmin hökmdə iş üzrə preyudisial əhəmiyyət daşıyan faktların olduğunu qeyd etmişdir. Cavabdehlərin etirazlarının və iddia müddətinin tətbiqi barədə ərizələrinin əsassız olduğunu bildirib, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyib bildirmişdir ki, iddiaçı hüquqdan sui-istifadə edərək həm torpaqlar üçün ödədiyi pulu geri almış, həm də heç kimə xəbər vermədən torpaqlara dair çıxarış almışdır. Hal-hazırda pul da, çıxarışlar da, torpaq sahələri də ondadır. İddianın əsassız olduğunu bildirib, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 yazılı çıxışını məhkəməyə təqdim edib, iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Çünki mübahisəsi gedən fərdi yaşayış evi onun həyat yoldaşının adına olan sahədə tikilmişdir. İddiaçı həyat yoldaşının səlahiyyətli nümayəndəsi olması ilə bağlı etibarnaməni məhkəməyə təqdim etməmişdir. Bundan başqa, mübahisəli ev özbaşına tikili olduğundan, buna görə cavabdehlərdən pul tələb edilməsi əsassızdır. İddia müddətini ötürməməsi ilə bağlı iddiaçının vəkilinümayəndəsinin gətirdiyi dəlillərin Mülki Məcəllənin tələbinə uyğun olmadığını əlavə edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh5 iddianı qəbul etmədiyini bildirərək, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh5 vəkili-nümayəndəsi Vəkil3 iddiaya etiraz edib bildirmişdir ki, digər cavabdehlərlə və onların vəkilləri ilə həmfikirdir. Əlavə olaraq qeyd etmişdir ki, torpaq sahələri iddiaçı tərəfin istifadəsində olduğundan və sahələrə dair sənədlər də iddiaçıda olduğundan, ona hər hansı zərər vurulmasından söhbət gedə bilməz. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini və barışıq təkliflərinin iddiaçı tərəfindən qəbul edilmədiyini bildirib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 4 saylı Abşeron Ərazi İdarəsi, Abşeron Rayon Hökməli Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: X5 ilə Hökməli bələdiyyəsinin sədri Cavabdeh4 arasında bağlanmış torpağın alqısatqısına dair xx.xx.2014-cü il tarixli, 412 nömrəli müqavilədən görünür ki, Ş.Pərixanım xx.xx.2014-cü il tarixdə keçirilmiş açıq torpaq hərracının və ya müsabiqənin qalibidir. 0,12 ha torpaq sahəsi 2.490 manata mülkiyyətə (və ya icarəyə) verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X6 adına qeydiyyata alınmışdır. X5 tərəfindən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ünvanlanmış notarial təsdiqli, xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin alınması ilə əlaqədar ödədiyi bütün vəsait, yəni torpağa 24.800 manat ona tam şəkildə ödənilmişdir. Həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə əlaqədar heç bir iddiası və tələbi yoxdur, olmayacaq və bununla əlaqədar heç bir məhkəmə mübahisəsi qaldırmayacaq. X6 etibarnamə üzrə nümayəndəsi İddiaçı tərəfindən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ünvanlanmış notarial təsdiqli, xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********38 olan çıxarışa əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinin alınması ilə əlaqədar ödədiyi bütün vəsait, yəni torpağa 20.100 manat və çıxarışın alınmasına 114 manat ona tam şəkildə ödənilmişdir. Həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə əlaqədar heç bir iddiası və tələbi yoxdur, olmayacaq və bununla əlaqədar heç bir məhkəmə mübahisəsi qaldırmayacaq. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-60/17 nömrəli, xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, X17, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Cinayət Məcəlləsinin müvafiq maddələri ilə müvafiq cəzalar təyin edilmiş, zərərçəkmiş şəxslərdən İddiaçı və bir sıra digər şəxslərə vurulmuş zərərin ödənilməsinin nəzərə alınması, iş üzrə olan bütün zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehlərin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi qeyd edilmişdir. Həmin iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi əsasında Ş.Pərixanımın adına olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin dəyərinin 97.109,06 manat, evdə istifadə olunmamış materialın dəyərinin 3.063,20 manat, hasarın dəyərinin isə 13.077,58 manat olması müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-17/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-60/17 nömrəli, xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(102)-390/2022 nömrəli qərarından görünür ki, kassasiya şikayətlərinin təmin edilməməsi, X17, Cavabdeh1 və Cavabdeh2 məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlanması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 404 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi Hökməli bələdiyyəsinin adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmış və özgəninkiləşdirilməsi barədə məlumat yoxdur. Həmin qəsəbədə yerləşən 0,09 ha torpaq sahəsi X6 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sözügedən qəsəbədə yerləşən 0,09 ha torpaq sahəsi X7 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “cinayət əməli nəticəsində vurulmuş zərərin ödənilməsi (preyudisiya)” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7(101)-15/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki: “Beləliklə, məhkəmə hökmündən aydın görünür ki, məhkumlar zərərçəkmiş şəxs İddiaçı məxsus 65.000 manat pulu dələduzluq yolu ilə ələ keçirmişlər. Onlar zərərçəkmiş şəxsin tikdirdiyi fərdi yaşayış evinə və çəkdirdiyi daş hasara xərclədiyi 97109,06 manat və 13077,78 manat pulu dələduzluq yolu ilə ələ keçirməmişlər. Bu xərclərin çəkilməsi hökmdə məhkumların törətdiyi cinayətin ağır nəticəsi kimi müəyyən edilmişdir. İş materiallarından eyni zamanda görünür ki, zərərçəkmiş şəxs İddiaçı qeyd edilən xərclərlə bağlı mülki iddia tələbi ilə nə ibtidai istintaq orqanına, nə də ki, məhkəməyə müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs İddiaçı ona qarşı törədilmiş dələduzluq cinayəti ilə dəymiş 65000 (altmış beş min) manat məbləğində ziyan tam ödənilmişdir. Buna görə də, məhkəmə tərəfindən düzgün olaraq hökmün nəticə hissəsində məhkumlar X17, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 alınaraq zərərçəkmiş şəxs İddiaçı vurulmuş zərərin ödənilməsinin nəzərə alınması qərara alınmışdır. Belə olan halda zərərçəkmiş şəxs İddiaçı çəkdiyi xərclərlə bağlı mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilər”. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X2 İdarəyə daxil olmuş müraciəti aşkarlanmamışdır. İş materiallarında evə dair fotoşəkillər də vardır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının arvadı 0,12 ha, oğulları isə hər biri 0,09 ha torpaq sahələri olmaqla, cəmi 0,3 ha torpaq sahəsini Abşeron rayonunun Hökməli Bələdiyyəsi tərəfindən keçirilmiş müsabiqə (hərrac) yolu ilə almışlar. Bu torpaq sahələrinin alınması üçün iddiaçı tərəfindən ödənilmiş 65.000 manat məbləğində pulun ona qaytarılması, oğullarının hər birinin isə özlərinə 0,09 ha torpaq sahələrinə dair dövlət reyestrindən çıxarışı 2021-ci ildə almaları, arvadının isə çıxarış almaması, lakin sahəni hasarlayaraq üzərində ev tikməsi hazırkı iş üzrə mübahisəsiz hallardandır. Belə ki, müvafiq bələdiyyə tərəfindən müsabiqənin (hərracın) keçirilməsi ilə bağlı hazırkı iş üzrə cavabdehlər (Cavabdeh5 vərəsəsi olduğu Zeynalov Aynur) barəsində aparılmış cinayət işi nəticəsində çıxarılmış hökmlə onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə müvafiq cəzalar təyin edilmiş, hökmdə zərərçəkmiş şəxslərdən İddiaçı və bir sıra digər şəxslərə vurulmuş zərərin ödənilməsinin nəzərə alınması qeyd edilmiş və iş üzrə olan bütün zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Həmin iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi əsasında Ş.Pərixanımın adına olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin dəyərinin 97.109,06 manat, evdə istifadə olunmamış materialın dəyərinin 3.063,20 manat, hasarın dəyərinin isə 13.077,58 manat olması müəyyən edilmişdir. Buna görə də iddiaçı bu pulların cavabdehlər tərəfindən ona ödənilməli olması qənaətinə gələrək, xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin hökmdə həm vurulmuş zərərin ödənilməsinin nəzərə alınması, həm də bütün zərərçəkmiş şəxslərə zərərlə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması qeyd edildiyindən, həmçinin, tikilmiş ev və hasarın dəyəri dəymiş ziyan kimi müəyyən edildiyindən, bu anlaşılmazlıqların aradan qaldırılması üçün iddiaçı tərəfin ərizəsi əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı tərəfin ərizəsi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda qeyd edilmişdir ki, məhkəmə hökmündən aydın görünür ki, məhkumlar zərərçəkmiş şəxs İddiaçı məxsus 65.000 manat pulu dələduzluq yolu ilə ələ keçirmişlər. Onlar zərərçəkmiş şəxsin tikdirdiyi fərdi yaşayış evinə və çəkdirdiyi daş hasara xərclədiyi 97109,06 manat və 13077,78 manat pulu dələduzluq yolu ilə ələ keçirməmişlər. Bu xərclərin çəkilməsi hökmdə məhkumların törətdiyi cinayətin ağır nəticəsi kimi müəyyən edilmişdir. İş materiallarından eyni zamanda görünür ki, zərərçəkmiş şəxs İddiaçı qeyd edilən xərclərlə bağlı mülki iddia tələbi ilə nə ibtidai istintaq orqanına, nə də ki, məhkəməyə müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs İddiaçı ona qarşı törədilmiş dələduzluq cinayəti ilə dəymiş 65000 (altmış beş min) manat məbləğində ziyan tam ödənilmişdir. Buna görə də, məhkəmə tərəfindən düzgün olaraq hökmün nəticə hissəsində məhkumlar X17, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 alınaraq zərərçəkmiş şəxs İddiaçı vurulmuş zərərin ödənilməsinin nəzərə alınması qərara alınmışdır. Belə olan halda zərərçəkmiş şəxs İddiaçı çəkdiyi xərclərlə bağlı mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilər. Beləliklə, iddiaçı yenidən hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. İddiaçının arvadı X5 (o cümlədən, oğullarından birinin adından özü) tərəfindən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ünvanlanmış notarial təsdiqli, xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, onların Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,12 ha və 0,09 torpaq sahəsinin alınması ilə əlaqədar ödədiyi bütün vəsait ona tam şəkildə qaytarılmışdır. Hazırda iddiaçı arvadının adına olan sahədə tikdiyi yarımçıq qalan fərdi yaşayış evi, hasar və istifadə edilməmiş materialın hökmdə göstərilmiş dəyərinin cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh tərəfin mövqeyi isə ondan ibarətdir ki, iddiaçının bu tələb üçün subyektiv hüququ yoxdur, bununla yanaşı, torpaq sahəsi faktiki olaraq iddiaçı tərəfin istifadəsində olduğundan, onun bu tələbinin təmin edilməsi əsassız varlanmaya yol açacaqdır, həmçinin, iddiaçı 10 illik iddia müddətini ötürmüşdür. c) Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddiaçının subyektiv hüququ olmadığından və iddia tələbi əsassız olduğundan, hazırkı iddia təmin edilməməlidir. Belə ki, ilk öncə qeyd edilməlidir ki, iddiaçının zərər kimi cavabdehlərdən tələb etdiyi məbləğin məhz iddiaçının özünə cavabdehlər tərəfindən vurulmuş zərər məbləği olması müəyyən edilmir. Belə ki, iddiaçı müvafiq cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınsa da, iş materiallarından müəyyən edilir ki, torpaq sahəsi iddiaçının arvadı Şirəliyeva Pərixanımın adına rəsmiləşdirmək məqsədilə alınmışdır. Belə olan halda, həmin torpaq sahəsində tikilmiş ev, hasar və istifadə edilməmiş materiallarla bağlı iddia irəli sürməklə bağlı subyektiv hüquq da iddiaçıya deyil, məhz onun arvadı Şirəliyeva Pərixanıma məxsus olmuşdur. Lakin iddiaçı özünü əsl iddiaçı saymış və arvadının adından səlahiyyətli nümayəndə kimi iddia irəli sürmək hüququna malik olmasına dair etibarnaməni məhkəməyə təqdim etməmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması torpağın pulunun onun özü tərəfindən ödənilməsinin həmin icraatda öz təsdiqini tapması ilə bağlı olsa da, məhkəmə hesab edir ki, hazırkı iddia üzrə onun iddiaçı qismində çıxış etməsi ona görə düzgün deyildir ki, alqı-satqı ilə bağlı sənədlərdə onun yox, arvadının adı qeyd olunmuşdur. Yəni əgər torpağa və evə çıxarış alınsaydı, bu zaman mülkiyyətçi arvadı olacaqdı. Deməli, mülkiyyətində olması niyyəti ilə alınan əmlakla bağlı tələb hüququ da onun arvadına məxsusdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı dəlilləri əsaslıdır. Bundan başqa qeyd edilməlidir ki, lap iddiaçının subyektiv hüququ olsaydı da belə, hazırkı iddia tələbinin özü əsassızdır. Çünki cinayət işi üzrə qanuni qüvvəsini almış məhkəmə aktı yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyətinin olubolmaması hissəsində məcburidir. Deməli, hazırkı iş üzrə iddiaçının istinad etdiyi müvafiq məhkəmə aktı yalnız hərracı (müsabiqəni) təşkil edənlərin əməllərində müvafiq cinayət tərkiblərinin olması və iddiaçıya məxsus 65.000 manat pulun torpaq alqı-satqısı məqsədilə dələduzluq yolu ilə keçirilsə də, ona qaytarılması faktlarını müəyyən edən hissələrdə preyudisial əhəmiyyət daşıyır. Yəni torpaq üzərində tikilmiş fərdi yaşayış evi və hasarla bağlı çəkilmiş xərclərin müvafiq hökmdə iddiaçıya dəymiş ziyan kimi göstərilməsi hazırkı iş üzrə heç bir preyudisial əhəmiyyət daşımır. Bununla yanaşı, həmin məhkəmə tərəfindən iddiaçı tərəfin ərizəsi əsasında sonradan hökmə verilmiş izahla bağlı da qeyd edilmişdir ki, torpaq üzərində tikilmiş fərdi yaşayış evi və hasarla bağlı çəkilmiş xərclər təqsirləndirilən şəxslər tərəfindən dələduzluq yolu ilə ələ keçirilməmişdir, bu xərclər yalnız cinayətin ağır nəticələri kimi qiymətləndirilmişdir. Nəzərə alınsa ki, bu tikilinin yerləşdiyi torpaq sahəsi faktiki olaraq iddiaçının (arvadının) istifadəsindədir, deməli, burada iddiaçıya zərər dəyən hər hansı hal yoxdur. Tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, həmin torpağı bu günədək iddiaçıdan heç kim tələb etməmişdir. Hətta iddiaçı tərəfin çıxarışları aldığı iki torpaq sahəsində deyil, digər torpaq sahəsində ev tikməsi onun göstəricisidir ki, onlar özü bilərəkdən bu tikintini aparmışdır ki, torpağı geri qaytarmasınlar. Yəni iddiaçı digər iki sahəyə görə çıxarış almış, bu sahəni isə özü dediyinə görə pulunu hissə-hissə ödəyəcəyi üçün çıxarış ala bilməyəcəyini bilmiş, lakin nədənsə evi də məhz bu sənədini ala bilmədiyi torpaqda tikmişdir. Deməli, iddiaçının hüquqdan sui-istifadəsi öz təsdiqini tapır. İddiaçının hazırda orada yaşamağa marağının olmaması isə əsas vermir ki, özbaşına tikinti apardığı torpaq sahəsindəki evə və hasara görə cavabdehlərdən pul tələb etsin. Çünki cavabdeh tərəfin izahatından da müəyyən edilir ki, oraya yaşayış üçün zəruri müvafiq kommunikasiya (su, işıq, qaz, kanalizasiya) xətləri də çəkilmişdir. İstifadə olunmamış materialın dəyəri ilə bağlı isə məhkəmə hesab edir ki, bu tələb də açıq-aşkar əsassız varlanma niyyəti ilə irəli sürülmüşdür. Çünki öz istifadəsində olan torpaq sahəsində istifadə edilməmiş materialın özünü gedib götürmək qədər əlçatan olan bir işi görmək əvəzinə, sırf hökmdə dəyəri göstərilib deyə həmin dəyəri cavabdehlərdən tələb etmək iddiaçının əsassız varlanması ilə nəticələnəcəkdir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini tamamilə əsassız sayır və hüquqdan sui-istifadə kimi qiymətləndirir. Son olaraq məhkəmə onu da qeyd edir ki, məhkəmə iclaslarında iştirak etmiş cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə versələr də, iddia əsassız olduğundan, hazırkı iş üzrə tələbə iddia müddətinin tətbiq edilməsinə zərurət qalmır. Lakin qeyd edilməlidir ki, məhkəmənin mövqeyinə görə iddia müddəti ötürülməmişdir. Belə ki, xx.xx.2014-cü il tarixdə iddiaçının arvadının pulunun qaytarılması ilə bağlı yazdığı ərizə ilə başlanmış 10 illik ümumi iddia müddətinin axımı xx.xx.2022-ci il tarixdə iddiaçının ilk dəfə məhkəməyə müraciəti ilə dayandırılmış, xx.xx.2023-cü il tarixdə iddianın baxılmamış saxlanması barədə məhkəmə qərardadının elan edildiyi andan isə axım davam etmişdir. Belə olan halda, 10 illik ümumi iddia müddəti həmin tələbə baxıldığı təxmini 7 aylıq dövr üçün dayandırıldığından, iddiaçının xx.xx.2024-cü ilədək deyil, 2025-ci ilin mart ayınadək məhkəməyə müraciət etmək hüququ olmuşdur. İddiaçı isə hazırkı ərizə ilə xx.xx.2025-ci ildə məhkəməyə müraciət etməklə bu tələbini ümumi iddia müddəti ərzində irəli sürmüşdür. Deməli, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Buna baxmayaraq, iddiaçının subyektiv hüququ olmadığından və tələbi əsassız olduğundan məhkəmə belə qənaətə gəlir ki, tələb təmin edilməməlidir. d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Maddə 560.1-560.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı: İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməli, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı “cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X31

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar