Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1641/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı «elektrik enerjisinin verilişinin dayandırılmasının cavabdehə qadağan edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «elektrik enerjisinin verilişinin dayandırılmasının cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə aid olan ünvan 1 ünvanda yerləşən çoxmənzilli binaya 06/20-295 saylı (kod) sayğac nömrəsi 35045253M nömrəli sayğac (uçot nöqtəsi: **********8039) üzrə elektrik enerjisi verilməsinin 06/20-154 saylı sayğacın debitor borcuna görə dayandırılmasının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən çoxmənzilli bina İddiaçı MMMC tərəfindən idarə edilir. Cəmiyyət Nizmnamə ilə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya təşkilatı olan hüququ şəxsdir. Çoxmənzilli yaşayış kompleksi 19 mərtəbədən, 908 mənzildən ibarətdir. Yüksəkmərtəbəli yaşayış binasında yerləşən pilləkənlərin işıqlandırılması, ümumi əmlaka məxsus 24 ədəd lift maşınları, həyətyanı sahənin və blokların işıqlandırılması, su nasosxanasının işləməsi üçün Cəmiyyətə məxsus 06/20-353, 06/20-369, 06/20-371, 06/20-370, 06/20-358, 06/20- 357, 06/20-311, 06/20-355, 06/20-354, 06/20-297, 06/20-295 olan 11 ədəd sayğac mövcuddur. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları 06/20-295 nömrəli sayğacdan verilən elektrik enerjisini 06/20-154 nömrəli sayğacın borcu olduğunu əsas gətirərək kəsmişlər. Bununla yaşayış binasının nasosxanası işləmədiyindən bina sakinlərinə suyun verilməsi mümkün olmamışdır. Çünki, suyun mənzillərə verilməsi nasosxanada olan mühərriklərin işləməsi nəticəsində təmin edilir. Həmin tarixdə iddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edilərək cavabdehin etdiyi qanunsuz hərəkətlərin ona qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli e-16(006)-568/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, "xxxx" ASC tərəfindən İddiaçı MMMC-yə aid olan ünvan 1 ünvanda yerləşən çoxmənzilli binaya 06/20-295 saylı (kod) sayğac nömrəsi 35045253M nömrəli sayğac (uçot nöqtəsi: **********8039) üzrə elektrik enerjisinin verilməsinin bərpa edilməsi və elektrik enerjisi verilməsinin dayandırılmasının cavabdeh "xxxx" ASC-yə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardadın müvəqqəti təminat tədbiri olmasını nəzərə alan iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən yuxarıda qeyd edilən qanunsuz hərəkətlərin ona qadağan edilməsi barədə qətnamə qəbul etməsini xahiş edir. Məlumat üçün qeyd edilmişdir ki, göstərilən köhnə debitor borcun iddiaçıya heç bir aiddiyyəti yoxdur. 06/20-154 nömrəli sayğac iddiaçının balansında deyil, ona heç bir aidiyyəti yoxdur. Çoxmənzilli bina kompleksinin ümumi əmlakının elektrik təminatı iddiaçının balansında olan yuxarıda göstərilən 11 ədəd sayğacla, mənzillərdə isə hər bir sakinlə cavabdehin bağladığı müqaviləyə uyğun quraşdırılmış sayğacla həyata keçirilir. 06/20-295 nömrəli sayğac üzrə elektrik enerjisinin ödənişləri aylıq sərfiyyat üzrə mütəmadi şəkildə tam olaraq ödənilir və "xxxx" ASC-yə borc yoxdur. Əldə etdikləri məlumata əsasən cavabdehin qeyd etdiyi 06/20-154 saylı sayğac «X13» MMC-nin adınadır. "xxxx" ASC tərəfindən həmin MMC-yə xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı bununla bağlı "xxxx" ASC-nin Nərimanov rayon enerji təchizatı və satış idarəsinə məktub göndərmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xəbərdarlıqda qeyd edilən 06/20-154 saylı sayğacın İddiaçı MMMC-yə və kompleksə heç bir aidiyyəti yoxdur. İddiaçı MMMC-yə məxsus olan sayğacların elektrik enerjisinin ödənişləri tam olaraq ödənilir və "xxxx" ASC-yə borc mövcud deyil. Xəbərdarlıqda sözügedən sayğacın ümumi əmlakla əlaqəsi olmadığının nəzərə alınması xahiş edilmişdir. Göründüyü kimi, "xxxx" ASC-nin bildirdiyi köhnə borcla bağlı Cəmiyyət tərəfindən yazılı şəkildə açıqlama verilməsinə baxmayaraq qanunsuz olaraq sayğaclar üzrə heç bir borc olmadığı halda elektrik enerjisinin verilməsi birtərəfli şəkildə dayandırılmışdır. Göründüyü kimi, iddiaçı vaxtında cavabdehə yazılı şəkildə müraciət edərək qeyd edilən debitor borcun, göstərilən sayğacın ona heç bir aidiyyətinin olmadığı barədə məlumat vermişdir. Lakin buna baxmayaraq cavabdeh qanunsuz və əsassız olaraq heç bir borcu olmadığı halda iddiaçının adına olan 06/20-295 saylı (kod) sayğac nömrəsi 35045253M nömrəli sayğac (uçot nöqtəsi: **********8039) üzrə elektrik enerjisinin verilməsini dayandırmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(006)-568/2024 saylı qərardadı müvvəqqəti olduğundan və qəbul edildiyi vaxtdan bir aydan sonra qüvvədən düşməsini nəzərə alıb eyni hərəkətlərin gələcəkdə cavabdeh tərəfindən təkrar baş verməməsi üçün ona qadağan edilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi X8 ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, həmin yaşayış binasına nəzarət MTK-nın üzərində olanda binanın qarajında yerləşən transformator mövcud olan otağın açarı "xxxx" ASC-də idi. Daha sonra rəhbərlik dəyişdikdən sonra həmin otağın kilidi dəyişdirilmişdir və açarı "xxxx" ASC-yə verilməmişdir. Həmçinin, abunə vərəqəsindən də görünür ki, "xxxx" MMC-nin 55.000 manatdan çox borcu var. Hazırda isə bütün sənədlərdə abunəçinin adı kimi İddiaçı MMMC qeyd edilmişdir. Hesab edir ki, bütün sənədlərdə MMMC qeyd edilmişdirsə və elektrik cihazlarını öz istifadəsinə qəbul etmişdirsə, borc da MMMC-yə aid edilməlidir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışdan, 07 fevral 2022-ci il tarixli X1 X2 və MMMC-nin Nizamnaməsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 1122-MM9-0231 nömrəsi ilə qeydiyyata alınmışdır. Hüquqi ünvanı ünvan 3i təmsilçisi X6r. Fəaliyyət predmeti və məqsədi: daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə göndərilən 06/20-154 saylı sayğac (kod) üzrə 07 dekabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, sonuncunun istifadə edilmiş elektrik enerjisi sərfiyyatına görə 55083 manat məbləğində debitor borcunun olduğu bildirilmiş, vaxtında ödənilməmiş borca görə obyektin enerji təchizatının əlavə xəbərdarlıq edilmədən 09 dekabr 2024-cü il tarixdən etibarən dayandırılacağı qeyd olunmuşdur. İddiaçı "xxxx" ASC-yə ünvanladığı 18 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, 06/20-154 saylı sayğacın İddiaçı MMMC-yə və kompleksə heç bir aidiyyəti olmadığı, İddiaçı MMMC-yə məxsus olan sayğacların elektrik enerjisinin ödənişləri tam olaraq ödənildiyi və "xxxx" ASC-yə borcun mövcud olmadığı bildirilmiş, xəbərdarlıqda sözügedən sayğacın ümumi əmlakla əlaqəsi olmadığının nəzərə alınması xahiş edilmişdir. İddiaçı təqdim etdiyi istifadə edilmiş enerji sərfiyyatına görə bildiriş-xəbərdarlıqdan görünür ki, 06/20-154 saylı sayğac həmin MMMC-nin adına deyil. Həmin MMMC-nin adında olan sayğaclar ("xxxx" ASC-nin "xxxx" ASC-yə ünvanladığı 20 may 2022-ci il tarixli 03-01/342 saylı məktubuna əsasən) sırasında 06/20-154 saylı sayğac mövcud deyil. İddiaçı MMMC adına olan sayğaclar üzrə yaranan borcları mütəmadi olaraq ödəyir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Abunə haqqında vərəqədən görünür ki, **********80055 saylı abunə kodu olan İddiaçı MMMC-yə 187,66 manat məbləğində borc hesablanmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Abunə haqqında vərəqədən görünür ki, **********80358 saylı abunə kodu olan İddiaçı MMMC-yə 147,84 manat məbləğində borc hesablanmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Abunə haqqında vərəqədən görünür ki, **********80370 saylı abunə kodu olan İddiaçı MMMC-yə 131,78 manat məbləğində borc hesablanmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Abunə haqqında vərəqədən görünür ki, **********80371 saylı abunə kodu olan İddiaçı MMMC-yə 289,85 manat məbləğində borc hesablanmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Abunə haqqında vərəqədən görünür ki, **********80369 saylı abunə kodu olan İddiaçı MMMC-yə 196,90 manat məbləğində borc hesablanmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Abunə haqqında vərəqədən görünür ki, **********80097 saylı abunə kodu olan İddiaçı MMMC-yə 471,02 manat məbləğində borc hesablanmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Abunə haqqında vərəqədən görünür ki, **********80041 saylı abunə kodu olan İddiaçı MMMC-yə 52,36 manat məbləğində borc hesablanmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Abunə haqqında vərəqədən görünür ki, **********80098 saylı abunə kodu olan İddiaçı MMMC-yə 155,87 manat məbləğində borc hesablanmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Abunə haqqında vərəqədən görünür ki, **********80099 saylı abunə kodu olan İddiaçı MMMC-yə 229,57 manat məbləğində borc hesablanmışdır. “X12” ASC-nin idarə heyətinin sədri tərəfindən "xxxx" ASC-nin sədrinə ünvanlanmış xx.xx.2009-cu il tarixli xx-xx/1094 nömrəli məktubun surətindənvə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli TX-11/0075 nömrəli texniki şərtin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 247 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən ünvan 6 ünvanda yerləşən ərazidə 8 girişlı yüksək mərtəbəli yaşayış binasının inşasına icazə verildiyindən və layihə başa çatmaq ərəfəsində olduğundan binanın elektrik təchizatı üçün 1935,9 kVt gücündə texniki şərtin verilməsinə icazə verilməsi xahiş edilmişdir. "xxxx" ASC tərəfindən 22 aprel 2011-ci il tarixdə “X12” ASC-yə TX-11/0075 nömrəli texniki şərt verilmişdir. "xxxx" ASC-nin baş direktoru tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 03-01/342 nömrəli məktubun surətindən görünür ki, "xxxx" ASC tərəfindən inşa edilmiş ünvan 7 ünvanda yerləşən yaşayış kompleksində mövcud olan (06/20-295 sayğac № ********), (06/20-297 sayğac № ********), (06/20-311 sayğac № ********), (06/20-354 sayğac № ********), (06/20-370 sayğac № ********), (06/20-371 sayğac № ********), (06/20- 353 sayğac № ********), (06/20-369 sayğac № ********), (06/20-358 sayğac № ********), (06/20-355 sayğac № ********) və (06/20-357 sayğac № ********) abonent kodlu sayğacların Nərimanov-31 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin adına keçirilməsinə etiraz etmədikləri bildirilmişdir. "xxxx" ASC və İddiaçı MMMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 198456 nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-islehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC və İddiaçı MMMC arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmışdır. 06/20-154 abunə qeydiyyatlı hesabdan çıxarışdan görünür ki, abunəçinin 50877,24 manat borcu var, lakin abunəçinin məlumatlarını müəyyən etmək mümkün deyildir. Abunə haqqında sistemdən çıxarış məlumatlarına əsasən 06/20-295, 06/20-535, 06/20-369,06/20-371, 06/20-370, 06/20-358, 06/20-311, 06/20-297, 06/20-355, 06/20-354 sayğacların İddiaçı MMMC-yə məxsusluğu müəyyən edilir. xx.xx.2025-ci il tarixli **********7 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, 06/20-295 nömrəli sayğaca görə "xxxx" ASC-yə 600 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X4 Qaydaları»nın: 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 9.13-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandırır: 9.13.1. istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 9.13.2. enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; 9.13.3. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 9.13.4. enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; 9.13.5. məhkəmənin qərarı ilə; 9.13.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh «X4 Qaydaları»nın tələblərinə əsasən ünvan 1 ünvanda yerləşən çoxmənzilli binaya 06/20-295 saylı (kod) sayğac nömrəsi 35045253M nömrəli sayğac (uçot nöqtəsi: **********8039) üzrə elektrik enerjisi verilməsini təmin etməli olduğu halda, iddiaçıya aidiyyəti olmayan 06/20-154 saylı sayğacın debitor borcuna görə elektrik enerjisi verilişini dayandırmışdır. İddiaçı öncə rəsmi şəkildə cavabdehə müraciət edərək, 06/20-154 saylı sayğacın onlara aid olmadığını bildirmiş, mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından öncə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə, daha sonra isə hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh 06/20-154 saylı sayğacın iddiaçıya aidiyyəti olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İşdə olan sübutlardan iddiaçıya təhvil verilmiş sayğaclar içərisində 06/20-154 saylı sayğacın da təhvil verilməsi öz təsdiqini tapmamışdır. Odur ki, həmin sayğac nə rəsmi, nə də faktiki olaraq iddiaçıya məxsus deyil, həmin sayğac üzrə hesablanmış borca görə iddiaçıya münasibətdə elektrik enerjisi verilməsi dayandırıla bilməz. Elektrik enerjisinin verilməsini tənzimləyən müvafiq qaydalarda enerji verilməsinin dayandırılması əsasları dəqiq olaraq müəyyənləşdirilmişdir. Həmin əsaslar hazırki işin faktiki hallarına münasibətdə cavabdeh tərəfindən pozulmuşdur. Əksinə, məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh həmin sayğac üzrə borcun ödənilməsini iddiaçıdan deyil, "xxxx"a (iddiaçının araşdırmasına görə «X14» MMC) xəbərdarlıq məktubu ünvanlamaqla sonuncudan tələb etmişdir. Lakin həmin borcun ödənilməməsi səbəbindən «X13» MMC-yə münasibətdə müvafiq tədbirlər görülməsi əvəzinə, iddiaçıya münasibətdə məhdudiyyət tətbiq etməklə, iddiaçının hüquqlarını pozmuşdur. İş materiallarından göründüyü kimi, «X13» MMC-yə aid borca, yaxud həmin MMCyə elektrik enerjisi verilişinə görə yaranmış borca görə iddiaçı cavabdeh qarşısında məsuliyyət daşıya və iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana elektrik enerjisinin verilişi dayandırıla bilməz. Göründüyü kimi, EEİQ-nin tələbləri baxımından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə aid olan ünvan 1 ünvanda yerləşən çoxmənzilli binaya 06/20-295 saylı (kod) sayğac nömrəsi 35045253M nömrəli sayğac (uçot nöqtəsi: **********8039) üzrə elektrik enerjisi verilməsinin 06/20-154 saylı sayğacın debitor borcuna görə dayandırılması cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə aid olan ünvan 1 ünvanda yerləşən çoxmənzilli binaya 06/20-295 saylı (kod) sayğac nömrəsi 35045253M nömrəli sayğac (uçot nöqtəsi: **********8039) üzrə elektrik enerjisi verilməsinin 06/20-154 saylı sayğacın debitor borcuna görə dayandırılması cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1641/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1641/2025
03.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver