Məhkəmə qərarları › İş №e-2(006)-165/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-165/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-165/2024 11.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.119,57 manat əsas borc, 5,92 manat cərimə olmaqla, cəmi 2.125,49 manat pul vəsaitinin və ödənilmiş 41,26 manat dövlət rüsumunun, habelə 0,40 manat xidmət haqqının Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********567 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 43 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla 2.700 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona heblanan faizləri ödəməlidir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 41 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum X3 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi vərəsəlik işi açılmış, xx.xx.2022-ci il tarixdə oğlu Cavabdeh miras əmlakından tam hissədə pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AC044577 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA**********4954, mühərrik nömrəsi ******* və buraxılış ili 2006-cı il olan «VAZ 21074» markalı ** RB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh verilmişdir. Maliyyə arayışına əsasən, X3 banka ödənilməmiş borcu 2.119,57 manat əsas borc, 5,92 manat cərimə olmaqla, cəmi 2.125,49 manat təşkil edir. Cavabdeh X3 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında bank tərəfindən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 2.125,49 manat olduğundan, bank tərəfindən 41,26 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********67 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, bank tərəfindən borc alana 43 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla 2.700 manat məbləğində kredit verilmişdir. Təqdim olunmuş digər sənədlərdən görünür ki, borcalan X4 xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində, travmatik hemotoraksdan vəfat etmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə müvafiq akt qeydləri kitabında 774 saylı akt qeydi aparılmışdır. Cavabdeh Bakı şəhəri 41 saylı notariat ofisinə müraciət edərək, atası X2 miras qalmış əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Miras qalmış əmlak xx.xx.2014cü il tarixli AC044577 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA**********4954, mühərrik nömrəsi ******* və buraxılış ili 2006-cı il olan «VAZ 21074» markalı ** RB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir. Həmin əmlaka dair Cavabdeh adına xx.xx.2022-ci il tarixli 2V-26 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışından görünür ki, yuxarıda qeyd edilən müqavilə üzrə mərhum borc alanın banka 2.119,57 manat əsas borc, 5,92 manat cərimə olmaqla, cəmi 2.125,49 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli 9/6583 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarında göstərilən ödənişləri nəzərə aldıqda, X4 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********67 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2022-ci il tarixə: Əsas borc üzrə – 2.119,62 manat; Faiz üzrə – 6,71 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi, vəfat etmiş borcalanın varisi olan Cavabdeh mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras pay həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh qeyd olunan məbləği ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 41,26 manat məbləğində dövlət rüsumu, həmçinin 40 qəpik məbləğində xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2.119 manat 57 qəpik əsas borc, 5 manat 92 qəpik cərimə olmaqla, cəmi 2.125 manat 49 qəpik pul vəsaiti, ödənilmiş 41 manat 26 qəpik dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2.119 manat 57 qəpik əsas borc, 5 manat 92 qəpik cərimə olmaqla, cəmi 2.125 manat 49 qəpik pul vəsaiti, ödənilmiş 41 manat 26 qəpik dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar