Məhkəmə qərarları › İş №e-2(006)-1664/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1664/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1664/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh (ikinci iddia tələbi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) "xxxx" Kommersiya Bankı» ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Kommersiya Bankı» Açıq Səhmdar Cəmiyyətinə qarşı «icra qeydinin aparılması barədə bildirişlərin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə və İddiaçı "xxxx" Kommersiya Bankı» Açıq Səhmdar Cəmiyyəti və Xəzər rayon icra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" Kommersiya Bankı» Açıq Səhmdar Cəmiyyətinə qarşı «icra qeydinin aparılması barədə bildirişlərin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" KB ASC arasında xx.xx.2017-ci il tarixli, 07DİK/07 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsi əsasında iddiaçıya 128.000 ABŞ dolları kredit verilmişdir. Kreditin təminatı olaraq aralarında ipoteka müqaviləsi bağlanılmış və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0,068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə tərəfindən bu günədək 278.000 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. Banka ödəməli olduğu cəmi məbləğ isə 338.000 ABŞ dollarıdır. Göründüyü kimi, Banka Covid-19 pandemiyası, həmçinin iqtisadi çətinliklərlə əlaqədar 60.000 ABŞ dolları məbləğində borcu qalmışdır. Lakin hal-hazırda banka yaxınlaşarkən iddiaçıya təqdim edilmiş maliyyə arayışına əsasən guya onun sözügedən kredit müqaviləsi üzrə 79135,73 ABŞ dolları əsas borc və 4605,45 ABŞ dolları faiz borcu olmaqla, cəmisi 83741,18 ABŞ dolları məbləğində borcu var. Halbuki sözügedən borc məbləği şişirdilmiş, qanunsuz olaraq faizə faiz hesablanmış və onun tərəfindən ödənilən məbləğlər nəzərə alınmamışdır, ödənişləri ödəniş qrafikinə uyğun olaraq əsas borcun ödənilməsinə deyil, faizlərin və faizə hesablanmış əlavə faiz və dəbbə puluna silinmişdir. xx.xx.2021-ci ildən ödənişlər ancaq faizlərə silinmişdir. Tərəfindən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələrlə "xxxx" KB ASC-yə müraciət olunaraq, "xxxx" KB ASC ilə onunla İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 07DİK/07 saylı kredit müqaviləsinə dəyişiklik və əlavə edilməsini, müqaviləyə dəyişiklik edilərək, qalıq 60.000 ABŞ dolları məbləğində borcun ödənilməsi üçün ona 1 il vaxt verməklə, restrukturizasiya edilməsini, borcun ödənilməsi üçün əlavə olaraq 1 il müddətində vaxt verilməyəcəyi təqdirdə, bank tərəfindən əsassız olaraq faizlərin artmasının qarşısının alınması məqsədilə «borcun tutulması və borcun əmlaka yönəldilməsi»nə dair iddia tələbi ilə məhkəməyə müraciət edilməsini və əsas borca faiz hesablanmasını dayandırılmasını xahiş etmişdir. "xxxx" KB ASC tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildiriş göndərilmişdir. Həmin bildirişə əsasən borc məbləği daha da şişirdilərək əsas borc üzrə 79135,73 USD, faiz borcu üzrə 5801,57 USD, cəmi 84.937,3 USD təşkil edir. "xxxx" KB ASC tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişə əsasən borc 20 gün müddətində ödənilmədiyi halda tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Hesab edir ki, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildiriş və notarius tərəfindən icra qeydinin aparılacağına dair bildiriş etibarsız hesab edilməlidir. Göründüyü kimi, sözügedən borc məbləği şişirdilmiş, qanunsuz olaraq faizə faiz hesablanmış və iddiaçı tərəfindən ödənilən məbləğlər nəzərə alınmamışdır. Ödənişləri ödəniş qrafikinə uyğun olaraq əsas borcun ödənilməsinə deyil, faizlərin və faizə hesablanmış əlavə faiz və dəbbə puluna silinmişdir. Hesab edir ki, iddia tələbləri əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun başlanması və xx.xx.2022-ci il tarixli notarius tərəfindən icra qeydinin aparılması barədə bildirişlərinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" KB ASC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli poteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildiriş göndərilmişdir. Həmin bildirişə əsasən borc məbləği daha da şişirdilərək əsas borc üzrə 79135,73 USD, faiz borcu üzrə 5801,57 USD, cəmi 84937,3 USD təşkil edir. "xxxx" KB ASC tərəfindən İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişə əsasən borc 20 gün müddətində ödənilmədiyi halda tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Hesab edirlər ki, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildirişlər və notarius tərəfindən icra qeydinin aparılacağına dair bildirişlər etibarsız hesab edilməlidir. "xxxx" KB ASC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildirişdən məlumatsız olduqlarından və həmin bildiriş iddiaçıya xx.xx.2023-cü il tarixdə iddiaçıya göndərmişdir. Göstərilənlərə əsasən iddianın həcminin artırılması barədə ərizənin qəbul edilməsi, cavabdeh "xxxx" KB ASC-nin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun başlanması barədə bildirişlərin, xx.xx.2022-ci il tarixli notarius tərəfindən icra qeydinin aparılması barədə bildirişin və xx.xx.2023-cü il tarixli notarius tərəfindən icra qeydinin aparılması barədə icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun başlanması və xx.xx.2022-ci il tarixli notarius tərəfindən icra qeydinin aparılması barədə bildirişlərinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra tərəflərdən «iddianın həcminin artırılması barədə» ərizə təqdim edilərək, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli bildirişlərin və notariusun xx.xx.2023-cü il tarixli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin tələblər sırasında olan notariusun xx.xx.2023-cü il tarixli icra qeydinin etibarsız hesab edilməsi barədə tələb «iddianın həcminin artırılması barədə» ərizədə texniki səhv olaraq göstərilmişdir. Odur ki, hazırda «iddianın dəqiqləşdirilməsi barədə» ərizənin təqdim edilməsinə zərurəti yaranmışdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" KB ASC-nin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun başlanması və xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli icra qeydinin aparılması barədə bildirişlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. İddiaçı "xxxx" Kommersiya Bankı» Açıq Səhmdar Cəmiyyəti və Xəzər rayon icra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və "xxxx" KB ASC arasında xx.xx.2017-ci il tarixdə 07DİK/07 №-li kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən «borc verən» bank tərəfindən «borc alan» iddiaçıya 180 ay müddətinə, illik 16% olmaqla 128.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı məqsədilə mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,068267 ha torpaq sahəsini və onun üzərində inşa edilmiş 10/8 №-li fərdi yaşayış evinin bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onunla bank arasında xx.xx.2017-ci il tarixli «07DİKi/07 №-li alqısatqı və ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı və "xxxx" KB ASC arasında bağlanmış hər iki müqavilə Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən təsdiq olunmuşdur. İddiaçı xx.xx.2017-ci il tarixdə 07DİK/07 №-li kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə ümumilikdə 278.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Hazırda iddiaçının banka cəmi 60.000 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçının ödədiyi məbləğlərin əksəriyyəti faizə silinmiş, əsas borcdan silinməmişdir ki, bu da kredit müqaviləsinin şərtlərinə ziddir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ərizələrlə "xxxx" KB ASC-yə müraciət edərək, onunla bank arasında bağlanmış kredit müqaviləsinə dəyişiklik edilməsini və ödənilməmiş qalan 60.000 ABŞ dolları məbləğində borcun restrukturizasiya olunaraq öhdəliyin icrası üçün 1 il müddət müəyyən edilməsini xahiş etmiş, əks halda, faiz borcunun süni şəkildə artmasının qarşısını almaq almaq məqsədilə «borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə» iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət ediləcəyini qeyd etmişdir. "xxxx" KB ASC isə bu müraciətlərin cavabında xx.xx.2022-ci il tarixdə iddiaçının ünvanına xx.xx.2022-ci il tarixli bildiriş göndərərək, borcalanın xx.xx.2022-ci il tarixə 07DİK/07 №-li kredit müqaviləsi üzrə cəmi 84.937,3 ABŞ dolları (o cümlədən 79.135,73 ABŞ dolları əsas borc, 5.801,57 ABŞ dolları faiz borcu) məbləğində borcunun olduğu bildirmişdir. Həmin bildirişdə həmçinin borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq əks olunmuşdur. Eyni zamanda "xxxx" KB ASC eyni tarixdə «ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə» xx.xx.2022-ci il tarixli başqa bir ibldiriş ünvanlanmış və 21 gün müddətində borcun ödənilmədiyi halda, tələbin ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılacağı göstərilmişdir. Həmin bildirişdə həmçinin əsas məbləğdən (84.937,3 ABŞ dolları) əlavə, iddiaçıya cərimənin (dəbbə) tətbiq ediləcəyi və həmin cərimə məbləğinin də ondan tutulacağı qeyd olunmuşdur. Bildirişdə qeyd olunan borc məbləği ilə razılaşmayan iddiaçı «icra qeydinin aparılması barədə xx.xx.2022-ci il tarixli bildirişlər»in etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmiş və bu barədə "xxxx" KB ASC-ni məlumatlandırılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi qəbul etdiyi 2(006)-5799/2022 №-li, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsinin iddiaçıya qaytarılması qərara alınmışdır. İddiaçının Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayətə baxmış Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 2(103)-1820/2023 №-li, xx.xx.2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və mülki iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Hazırda iddiaçının cavabdeh "xxxx" KB ASC-yə qarşı «icra qeydinin aparılması barədə bildirişlər»in etibarsız hesab edilməsi tələbi barədə» iddiasına dair mülki işə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Həmin iş məhkəmənin icraatındadır. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixdə, 07DİK/07 nömrəli kredit müqaviləsi üzrə borc məbləği ilə bağlı mübahisə mövcuddur və bu barədə "xxxx" KB ASC-yə yazılı formada məlumat verilmişdir. "xxxx" KB ASC-yə həmçinin ona qarşı «xx.xx.2022-ci il tarixli bildirişinin etibarsız hesab edilməsi tələbi barədə» iddia ərizəsinin Nəsimi rayon Məhkəməsinin icraatında olması da məlumdur. Lakin bütün bunlara baxmayaraq, "xxxx" KB ASC xx.xx.2017-ci il tarixli, 07DİK/07 nömrəli kredit müqaviləsi üzrə yaranmış və ödənilməmiş 79.135,73 ABŞ dolları məbləğində əsas borcun, 5.801,57 ABŞ dolları məbləğində faiz borcunun iddiaçıdan tutulması, tutmanın ipoteka predmeti olan iddiaçıya məxsus torpaq sahəsi və fərdi yaşayış evinə yönəldilməsi barədə icra qeydinin verilməsi barədə ünvan 2 ünvanlanmışdır. ünvan 3 xx.xx.2023-cü il tarixdə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə icra qeydi verilmişdir. Hesab edir ki, Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu Fuad Səfərovun verdiyi xx.xx.2023-cü il tarixli icra qeydi məhkəmə qaydasında ləğv edilməlidir. Hüquq maddi normalarının tələblərinə əsasən borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi barədə icra qeydinin verilməsinin şərtlərindən biri ondan ibarətdir ki, həmin borcun məbləği müqavilə tərəfləri arasında mübahisə doğurmasın. İddiaçı və "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 07DİK/07 nömrəli kredit müqaviləsi üzrə bank tərəfindən borcalan İddiaçı 128.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan həmin müqavilə üzrə bu günədək 278.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Borcalanın banka ödənilməmiş borcu 60.000 ABŞ dolları təşkil edir. Lakin "xxxx" KB ASC iddiaçının apardığı ödənişlər nəzərə alınmamış, ödənişlər borcun silinməsinə düzgün yönəldilməmiş, nəticədə ödənişlər, ödəniş qrafikinə uyğun olaraq əsas borcun ödənilməsinə deyil, faizlərin və faizə hesablanmış əlavə faiz və dəbbə puluna silinmişdir. Bankın təqdim etdiyi hesabdan çıxarışdan da görünür ki, xx.xx.2021-ci il tarixdən iddiaçının həyata keçirdiyi ödənişlər yalnız faizlərə silinmişdir. "xxxx" KB ASC xx.xx.2022-ci il tarixdə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılacağı barədə iddiaçıya ayrıayrılıqda 2 bildiriş ünvanlanmışdır. İddiaçı isə borc məbləği ilə razılaşmadığı üçün həmin bildirişlərin etibarlılığını Nəsimi rayon Məhkəməsinə mübahisələndirilmişdir. Göründüyü kimi, "xxxx" KB ASC tərəfindən iddiaçıdan tutulması tələb olunan borc məbləği düzgün hesablanmamış, borc şişirdilmişdir. Başqa sözlə desələr iddiaçıdan tutulması tələb olunan məbləğ mübahisəsiz deyildir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin müəyyən olunur ki, Bakı şəhəri 25 saylı notariat ofisi borcun ödənilməsi barədə iddiaçıya yazılı bildiriş göndərilməmiş, onun hüquqlarını pozaraq, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit və ipoteka müqaviləsinə əsaslanmaqla, həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi verilmişdir. Bununla da Bakı şəhəri 25 saylı notariat ofisi «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı və 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 162-ci maddəsinin tələbləri pozularaq, aparılmış icra qeydi icra üçün göndərilmişdir. Bu səbəbdən iddiaçı ünvan 3 verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ünvan 3 verilmiş xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

7. Sonra iddiaçının nümayəndəsi və vəkili X3 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı və 3-cü şəxs "xxxx" KB ASC arasında xx.xx.2017-ci il tarixdə 07DİK/07 №-li kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən «borc verən» bank tərəfindən «borc alan» İddiaçı 180 ay müddətinə, illik 16% olmaqla 128.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı məqsədilə mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,068267 ha torpaq sahəsini və onun üzərində inşa edilmiş 10/8 №-li fərdi yaşayış evinin bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onunla bank arasında xx.xx.2017-ci il tarixli «07DİKi/07 №-li alqı-satqı və ipoteka müqaviləsi» bağlanmışdır. İddiaçı və "xxxx" KB ASC arasında bağlanmış hər iki müqavilə Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən təsdiq olunmuşdur. İddiaçı xx.xx.2017-ci il tarixdə 07DİK/07 №-li kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə ümumilikdə 278.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Hazırda İddiaçı banka cəmi 60.000 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı ödədiyi məbləğlərin əksəriyyəti faizə silinmiş, əsas borcdan silinməmişdir ki, bu da kredit müqaviləsinin şərtlərinə ziddir. Bundan sonra İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ərizələrlə "xxxx" KB ASC-yə müraciət edərək, onunla bank arasında bağlanmış kredit müqaviləsinə dəyişiklik edilməsini və ödənilməmiş qalan 60.000 ABŞ dolları məbləğində borcun restrukturizasiya olunaraq öhdəliyin icrası üçün 1 il müddət müəyyən edilməsini xahiş etmiş, əks halda, faiz borcunun süni şəkildə artmasının qarşısını almaq məqsədilə «borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə» iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət ediləcəyini qeyd etmişdir. "xxxx" KB ASC isə bu müraciətlərin cavabında xx.xx.2022-ci il tarixdə İddiaçı ünvanına xx.xx.2022-ci il tarixli bildiriş göndərərək, borcalan İddiaçı xx.xx.2022-ci il tarixə 07DİK/07 №-li kredit müqaviləsi üzrə cəmi 84.937,3 ABŞ dolları (o cümlədən 79.135,73 ABŞ dolları əsas borc, 5.801,57 ABŞ dolları faiz borcu) məbləğində borcunun olduğu bildirmişdir. Həmin bildirişdə həmçinin borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq əks olunmuşdur. Eyni zamanda "xxxx" KB ASC eyni tarixdə «ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə» xx.xx.2022-ci il tarixli başqa bir bildiriş ünvanlanmış və 21 gün müddətində borcun ödənilmədiyi halda, tələbin ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılacağı göstərilmişdir. Həmin bildirişdə həmçinin əsas məbləğdən (84.937,3 ABŞ dolları) əlavə, İddiaçı cərimənin (dəbbə) tətbiq ediləcəyi və həmin cərimə məbləğinin də ondan tutulacağı qeyd olunmuşdur. Bildirişdə qeyd olunan borc məbləği ilə razılaşmayan İddiaçı «icra qeydinin aparılması barədə xx.xx.2022-ci il tarixli bildirişlər»in etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmiş və bu barədə "xxxx" KB ASC-ni məlumatlandırılmışdır. Hazırda İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «icra qeydinin aparılması barədə bildirişlər»in etibarsız hesab edilməsi tələbi barədə» iddiasına dair mülki iş məhkəmə baxışındadır. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixdə, 07DİK/07 nömrəli kredit müqaviləsi üzrə borc məbləği ilə bağlı mübahisə mövcuddur və bu barədə "xxxx" KB ASC-yə yazılı formada məlumat verilmişdir. "xxxx" KB ASC-yə həmçinin ona qarşı «bildirişlərin etibarsız hesab edilməsi tələbi barədə» iddia ərizəsinin Nəsimi rayon Məhkəməsinin icraatında olması da məlumdur. Lakin bütün bunlara baxmayaraq, "xxxx" KB ASC xx.xx.2017-ci il tarixli, 07DİK/07 nömrəli kredit müqaviləsi üzrə yaranmış və ödənilməmiş 79.135,73 ABŞ dolları məbləğində əsas borcun, 5.801,57 ABŞ dolları məbləğində faiz borcunun İddiaçı tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı məxsus torpaq sahəsi və fərdi yaşayış evinə yönəldilməsi barədə icra qeydinin verilməsi barədə ünvan 2 ünvanlanmışdır. Hazırki mülki iş üzrə xx.xx.2023cü il tarixdə keçirilən məhkəmə iclasında "xxxx" KB ASC-nin nümayəndəsinin verdiyi izahatdan məlum olmuşdur ki, ünvan 3 xx.xx.2023-cü il tarixdə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə icra qeydi xx.xx.2023-cü il tarixli bildirişlər əsasında verilmişdir. Bundan sonra sözügedən bildirişlər tərəflərindən əldə olunmuş və Nəsimi rayon Məhkəməsində baxılan iş üzrə iddianın həcminin artırılması barədə ərizə təqdim olunaraq, digər tərəblərlə yanaşı həmçinin "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli bildirişlərin də etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Göstərilənlərə əsasən hesab edirlər ki, xx.xx.2023-cü il tarixli bildirişlər əsasında Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notiariusu Fuad Səfərovun verdiyi xx.xx.2023-cü il tarixli icra qeydi məhkəmə qaydasında ləğv edilməlidir. Hüquq maddi normalarının tələblərinə əsasən borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi barədə icra qeydinin verilməsinin şərtlərindən biri ondan ibarətdir ki, həmin borcun məbləği müqavilə tərəfləri arasında mübahisə doğurmasın. İddiaçı və "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 07DİK/07 nömrəli kredit müqaviləsi üzrə bank tərəfindən borcalan İddiaçı 128.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan həmin müqavilə üzrə bu günədək 278.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Borcalanın banka ödənilməmiş borcu 60.000 ABŞ dolları təşkil edir. Lakin "xxxx" KB ASC İddiaçı apardığı ödənişlər nəzərə alınmamış, ödənişlər borcun silinməsinə düzgün yönəldilməmiş, nəticədə ödənişlər, ödəniş qrafikinə uyğun olaraq əsas borcun ödənilməsinə deyil, faizlərin və faizə hesablanmış əlavə faiz və dəbbə puluna silinmişdir. Bankın təqdim etdiyi hesabdan çıxarışdan da görünür ki, xx.xx.2021-ci il tarixdən iddiaçının həyata keçirdiyi ödənişlər yalnız faizlərə silinmişdir. "xxxx" KB ASC xx.xx.2022-ci il tarixdə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılacağı barədə iddiaçıya ayrı-ayrılıqda bildirişlər ünvanlanmışdır. İddiaçı isə borc məbləği ilə razılaşmadığı üçün həmin bildirişlərin etibarlılığını Nəsimi rayon Məhkəməsinə mübahisələndirilmişdir. Göründüyü kimi, "xxxx" KB ASC tərəfindən İddiaçı tutulması tələb olunan borc məbləği düzgün hesablanmamış, borc şişirdilmişdir. Başqa sözlə desələr İddiaçı tutulması tələb olunan məbləğ mübahisəsiz deyildir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin müəyyən olunur ki, Bakı şəhəri 25 saylı notariat ofisi borcun ödənilməsi barədə iddiaçıya yazılı bildiriş göndərilməmiş, onun hüquqlarını pozaraq, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit və ipoteka müqaviləsinə əsaslanmaqla, həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi verilmişdir. Bununla da Bakı şəhəri 25 saylı notariat ofisi «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı və 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 162-ci maddəsinin tələbləri pozularaq, aparılmış icra qeydi icra üçün göndərilmişdir. Göstərilənlərə əsasən ünvan 3 verilmiş xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-1477/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə (üçüncü şəxs "xxxx" KB ASC və Bakı şəhəri Xəzər rayon İcra şöbəsi) qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair e-2(003)- 1477/2023 saylı mülki iş İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin ləğv edilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan e-2(006)-1664/2023 saylı mülki işlə bir icraata birləşdirilməsi, birləşdirilmiş icraatda e-2(006)-1664/2023 nömrəli saxlanılmaqla hazırki e- 2(003)-1477/2023 nömrəli mülki işin icraatına xitam verilməsi, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə (üçüncü şəxs "xxxx" KB ASC və Bakı şəhəri Xəzər rayon İcra şöbəsi) qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki iş birləşdirilib aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, «İpoteka haqqında» Qanun, «Banklar haqqında» Qanun və AR MM-də qeyd edilmişdir ki, notariusun icra qeydi o zaman verilə bilər ki, borcla bağlı mübahisə olmasın. Halbuki icra qeydi verilməsi ilə bağlı bildirişdən öncə hələ 2022-ci ilin oktyabr ayında tərəflərdən borc məbləği ilə razı olmamaları ilə bağlı banka müraciətlər ünvanlanmışdır. Bank əməkdaşları tərəfindən isə başdansovdu edilərək səhvlik ola biləcəyi bildirilmiş, daha sonra isə müdiriyyət tərəfindən heç bir yanlışlıq olmadığı və borcun tam məbləğdə ödənilməli olması bildirilmişdir. Aralarında bu minvallı müzakirələr gedərkən bank tərəfindən icra qeydi ilə bağlı onlardan xəbərsiz şəkildə bildiriş göndərilmiş və bu onlara məlum olduqdan sonra həmin bildiriş Bakı şəhəri Xəzər rayon Məhkəməsində tərəflərdən mübahisələndirilmişdir. Daha sonra isə başqa bir ünvana, hansı ki, o ünvanda heç kəs yaşamır yeni bir bildiriş göndərilmişdir. Bundan başqa, onlar banka ünvanlanan məktublarda bildirmişlər ki, bütün rəsmi yazışmalar vəkilin ünvanı üzrə aparılsın. Lakin bu belə nəzərə alınmamışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə bankın onlara ünvanlandığı məktubda tərəflərdən cavab verilmiş və Ü.Hacıbəyov küçəsində yerləşən ünvanda məktubun onlara çatdığı banka məlum olmuşdur. Lakin bildirişlər tam fərqli ünvana göndərilmişdir. Bütün bunlar sübut edir ki, bank bildirişin onlara çatmasına və nəticədə rahatlıqla icra qeydinin verilməsinə nail olmasına çalışmışdır. Yekun olaraq bildirir ki, borc mübahisəlidir və bunu ekspert rəyi də sübut edir. Borcu mübahisələndirmələri ilə əlaqədar oktyabr ayından etibarən banka tərəflərdən məktublr ünvanlanıb və həmin məktublara bank tərəfindən cavablar verilib. İcra qeydi ilə bağlı verilmiş hər iki bildiriş tərəflərdən mübahisələndirilmişdir. Hesab edirlər ki, bu halları nəzərə alaraq bank həmin borc məbləği ilə bağlı məhkəməyə müraciət etməli idi, bu halda icra qeydi verilə bilməz. Göstərilənlərə əsasən iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında cavabdeh (ikinci iddia tələbi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) "xxxx" Kommersiya Bankı» ASC-nin nümayəndəsi X4 iddia tələblərini qəbul etməyərək izahatında göstərmişdir ki, 2018-ci ildə «İpoteka haqqında» Qanuna edilmiş dəyişikliyə əsasən bank və kredit təşkilatları məhkəmə qaydasında deyil, yalnız notariusun icra qeydi əsasında icra sənədi ala bilərlər. Odur ki, tərəflərdən adıçəkilən qanunun tələblərinə riayət edilərək xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş poçt vasitəsi ilə iddiaçıya göndərilmiş və həmin bildiriş əsasında notariusa icra qeydinin verilməsi barədə müraciət olunmuşdur. Lakin notarius həmin bildiriş əsasında icra qeydi verməkdən imtina etmişdir. Ona görə ki, iddiaçının qeydiyyat ünvanı dəyişmiş və onların tərəflərindən bildiriş əvvəlki qeydiyyatda olduğu ünvana göndərilmişdir. Daha sonra onlar MAPS arayışı əsasında iddiaçının ünvanını müəyyən etmişlər və xx.xx.2023-cü il tarixdə həmin ünvana bildiriş göndərmişlər və notarius həmin bildiriş əsasında icra qeydi vermişdir. Azərbaycan Respublikası «İpoteka haqqında» Qanununa əsasən 21 təqvim günü ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi mübahisələndirilə bilər. Lakin həmin müddət ərzində xx.xx.2023-cü il tarixli bildiriş mübahisələndirilməmişdir. Onu da qeyd edir ki, iddiaçı tərəf bildirişi almamasına istinad etsə də, adıçəkilən qanuna əsasən həmin bildiriş tərəfə göndərildikdən 5 gün sonra rəsmi qaydada verilmiş sayılır. Həmçinin onu da nəzərinə çatdırır ki, qarşı tərəf borcun mübahisəli olmasına istinad etsə də, «Notariat haqqında» Qanunun 76-cı maddəsində borcun mübahisəsiz olmasını göstərən sənədlər qeyd edilmişdir ki, həmin sənədlər siyahısında kredit, ipoteka müqavilələri, maliyyə arayışı və digər sənədlər qeyd edilir. Orada borcun mübahisəsiz olması ilə əlaqədar məhkəmə qətnaməsinin təqdim edilməsi tələbi yoxdur. Yəni tərəfin onu almaması həmin bildirişin verilməməsi anlamına gəlmir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ikinci iddia tələbi üzrə cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış məktubda çıxarılacaq qətnaməni məhkəmənin öz mülahizəsinə buraxılmasını, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə ikinci iddia tələbi üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ikinci iddia tələbi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər rayon icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia tələbləri təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

14. Belə ki, iş materiallarında olan «Borcverən» qismində "xxxx" KB ASC-nin Nərimanov filialı ilə «Borcalan» qismində İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 07DİK/07 nömrəli kredit müqaviləsinə əsasən Bank Borcalana 180 ay müddətinə xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə, illik 16% ödəmək şərti ilə 125.000 ABŞ dolları məbləğində kredit vermişdir.

15. İş üzrə «Kreditor-İpoteka saxlayan» qismində "xxxx" KB ASC-nin Nərimanov filialı ilə «Alıcı-İpoteka qoyan» qismində İddiaçı və «Satıcı» qismində X6 (etibarnamə əsasında X8 çıxış edir) arasında bağlanılmış xx.xx.2007-ci il tarixli 07DİKi/07 No-li alqısatqı və ipoteka müqaviləsinə əsasən «Satıcı» X6 mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi sahə ünvanında yerləşən 0.068267 ha torpaq sahəsini və üzərində yerləşən 10/8 nömrəli 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 431,7 kv.m., o cümlədən yaşayış sahəsi 117,7 kv.m. olan fərdi yaşayış evini «Alıcı-İpoteka qoyan» İddiaçı mülkiyyətinə vermişdir. Mənzilin satış qiyməti 135.360 manat (ABŞ dolları ekvivalent 160.000), mənzilin dəyərinin 27.072 manat (ABŞ dolları ekvivalent 32.000) «Alıcı-İpoteka qoyanı»ın özü tərəfindən, 128.000 ABŞ dolları (AZN manat ekvivalent 108.288) isə «Kreditor-İpoteka saxlayan» "xxxx" KB ASC-nin Nərimanov filialı tərəfindən xx.xx.2007-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinə əsasən «Alıcı-İpoteka qoyan»a verilmiş kredit vəsaiti hesabına ödənilir. «Alıcı-İpoteka qoyan» satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla «Kreditor-İpoteka saxlayan» arasında bağlanmış xx.xx.2007-ci il tarixli 07DİK/07 №-li kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi «Kreditor-İpoteka saxlayan»a ipotekaya verir. Kredit üzrə əsas borc və faizlər hər ay 1880 ABŞ dolları məbləğində bərabər hissələrlə ödənilir. X11 tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə rəyinə əsasən, daşınmaz əmlakını 160.000 ABŞ dolları dəyərində qiymətləndirilir.

16. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, sahə 10/8 ünvanında mülkiyyətində olan 0.068267 ha torpaq sahəsində yerləşən 1 ədəd 2 mərtəbəli, 6 otaqlı, 117,7 kv.m. yaşayış, 314 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 6695 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır.

17. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, İddiaçı tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən 10/8 fərdi yaşayış evi və 0,068267 ha torpaq sahəsi 07DİK/07 nömrəli kredit müqaviləsinə əsasən 180 ay müddətinə ipoteka müqaviləsi üzrə "xxxx" KB ASC-nin Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

18. İş üzrə "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı 07DİK/07 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 79.135,73 ABŞ dolları əsas, 5.801,57 ABŞ dolları faiz, cəmi 84.937,3 ABŞ dolları borcu təşkil edir.

19. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" KB ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ərizə ilə banka müraciət etsə də, heç bir cavab verilməmişdir. Belə ki, onunla "xxxx" KB ASC arasında xx.xx.2007-ci il tarixli, 07DİK/07 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsi əsasında ona 128.000 ABŞ dolları kredit verilmişdir. Kreditin təminatı olaraq aralarında ipoteka müqaviləsi bağlanılmış və mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə tərəfindən bu günədək 278.000 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. Banka ödəməli olduğu cəmi məbləğ isə 338.000 ABŞ dollarıdır. Göründüyü kimi, banka 60.000 ABŞ dolları məbləğində borcu qalmışdır. Lakin hal-hazırda banka yaxınlaşaraq ona təqdim edilmiş maliyyə arayışına əsasən güya onun sözügedən kredit müqaviləsi üzrə 79.135,73 ABŞ dolları əsas borc və 4.605,45 ABŞ dolları faiz borcu olmaqla cəmisi 83.741,18 ABŞ dolları məbləğində borcu vardır. Halbuki, sözügedən borc məbləği şişirdilmiş, qanunsuz olaraq faizə faiz hesablanmış və onun tərəfindən ödənilən məbləğlər nəzərə alınmamışdır, ödənişlər ödəniş qrafikinə uyğun olaraq əsas borcun ödənilməsinə deyil, faizlərin və faizə hesablanmış əlavə faiz və dəbbə puluna silinmişdir. xx.xx.2021-ci ildən ödənişlər ancaq faizlərə silinmişdir. "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 07DİK/07 saylı kredit müqaviləsi üzrə qalıq 60.000 ABŞ dolları borcun ödənilməsi üçün əlavə olaraq 1 il müddətində vaxt verilməsi və borcun ödənilməsi üçün yeni qrafik açmaqla restrukturizasiya edilməsi bankdan xahiş edir. Belə ki, hazırda maddi vəziyyəti aşağı olduğuna görə sözügedən məbləği birdəfəlik və tam ödəyə bilmir. Əsər Bank tərəfindən razılıq olmazsa, əsassız olaraq hesablanmasının davam etdirilməsi onun maddi vəziyyətinin ağırlaşmasına gətirib çıxaracaqdır. Bu isə bank tərəfindən qəsdən onun vəziyyətinin ağırlaşmasına və borcun şişirdilməsinə səbəb olacaqdır. Yuxarıda göstərilənləri əsas gətirərək "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 07DİK/07 saylı kredit müqaviləsinə dəyişiklik və əlavə edilməsini, müqaviləyə dəyişiklik edilərək qalıq 60.000 ABŞ dolları məbləğində borcun ödənilməsi üçün ona 1 il vaxt verməklə, restrukturizasiya edilməsini, borcun ödənilməsi üçün əlavə olaraq 1 il müddətində vaxt verilməyəcəyini təqdirdə bank tərəfindən əsassız olaraq faizlərin artmasının qarşısının alınması məqsədilə «borcun tutulması və borcun əmlaka yönəldilməsi»nə dair iddia tələbi ilə məhkəməyə müraciət etməsini və əsas borca faiz hesablanmasını dayandaralmasını bankdan xahiş etmişdir.

20. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borclu İddiaçı barəsində borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd – xx.xx.2022-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinə əsasən İddiaçı 180 ay müddətinə, xx.xx.2022-ci il tarixədək illik 16% ödəmək şərtilə, 128.000 USD məbləğində kredit verilmişdir. Kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyin lazımınca icra edilməməsi nəticəsində İddiaçı xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 07DİK/07 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 79.135,73 USD, faiz borcu üzrə 5801,57 USD, cəmi 84937,3 USD təşkil edir. Borc 20 gün müddətində ödənilmədiyi halda «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır.

21. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən İddiaçı ünvanlanmış ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, "xxxx" KB ASC ilə borclu İddiaçı arasında xx.xx.2022-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinə əsasən borcalana 180 ay müddətinə, xx.xx.2022-ci il tarixədək illik 16% ödəmək şərtilə 128.000 USD məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" KB ASC ilə Bakı şəhəri 5 saylı notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli, 07DİKi/07 nömrəli alqısatqı və ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0,068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində **********91-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu İddiaçı xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 07DİK/07 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 79.135,73 USD, faiz borcu üzrə 5.801,57 USD, cəmi 84.937,3 USD təşkil edir. Borc 21 gün müddətində ödənilmədiyi halda «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru başlanacaqdır. Bu zaman yuxarıda göstərilən məbləğlərdən əlavə, borc vaxtında ödənilmədiyi üçün müqavilə ilə nəzərdə tutulmuş cərimə və dəbbə pulu da tələb ediləcək.

22. İş materiallarında olan «Qarant Poçt» sürətli poçt daşıma xidmətinin xx.xx.2022ci il tarixli qəbzlərin surətlərindən görünür ki, "xxxx" KB ASC tərəfindən İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, sahə 10/8 ünvanına və ünvan 6dir. Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, sahə 10/8 ünvana göndərilmiş bildirişlər «ünvançı tapılmadı» qeydi ilə xx.xx.2022-ci il tarixdə geri qaytarılmış, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 45, mənzil 120 ünvana göndərilmiş bildirişlər xx.xx.2022-ci il tarixdə «Hacılı» soyadlı vətəndaş qəbul etmişdir.

23. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən Azəbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, "xxxx" KB ASC ilə borclu İddiaçı arasında xx.xx.2022-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinə əsasən borcalana 180 ay müddətinə, xx.xx.2022-ci il tarixədək illik 16% ödəmək şərtilə, 128.000 USD məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində ipoteka saxlayan "xxxx" KB ASC ilə Bakı şəhəri 5 saylı notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli, 07DİKi/07 nömrəli alqısatqı və ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində **********91-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə 1 saylı Əlavələrdə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclunun xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 07DİK/07 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 79135,73 USD, faiz borcu üzrə 5801,57 USD, cəmi 84937,3 USD məbləğində banka borcu yaranmışdır. «İpoteka haqqında» AR Qanunun 34 və 36-cı maddələrinə əsasən ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi barədə bildiriş xx.xx.2022-ci il tarixdə cavabdehə göndərilmişdir. Göstərilənlərə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0,068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alınmasını xahiş etmişdir.

24. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, borclu İddiaçı barəsində borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd – xx.xx.2007-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinə əsasən İddiaçı 180 ay müddətinə, xx.xx.2022-ci il tarixədək illik 16% ödəmək şərtilə, 128.000 USD məbləğində kredit verilmişdir. Kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyin lazımınca icra edilməməsi nəticəsində İddiaçı xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 07DİK/07 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 79.135,73 USD, faiz borcu üzrə 5801,57 USD, cəmi 84937,3 USD təşkil edir. Borc 20 gün müddətində ödənilmədiyi halda «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır.

25. İş materiallarında olan «Qarant Poçt» sürətli poçt daşıma xidmətinin xx.xx.2023cü il tarixli qəbzlərin surətlərindən görünür ki, "xxxx" KB ASC tərəfindən İddiaçı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, ev 38 ünvanına və Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, sahə 10/8 ünvanına bildirişlər göndərilmiş, həmin bildirişlər «imtina» və «bu ünvanda yaşamır» qeydləri ilə xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır.

26. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən İddiaçı ünvanlanmış ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, "xxxx" KB ASC ilə borclu İddiaçı arasında xx.xx.2007-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinə əsasən borcalana 180 ay müddətinə, xx.xx.2022-ci il tarixədək illik 16% ödəmək şərtilə 128.000 USD məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" KB ASC ilə Bakı şəhəri 5 saylı notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli, 07DİKi/07 nömrəli alqısatqı və ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0,068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində **********91-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu İddiaçı xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 07DİK/07 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 79.135,73 USD, faiz borcu üzrə 5.801,57 USD, cəmi 84.937,3 USD təşkil edir. Borc 21 gün müddətində ödənilmədiyi halda «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru başlanacaqdır. Bu zaman yuxarıda göstərilən məbləğlərdən əlavə, borc vaxtında ödənilmədiyi üçün müqavilə ilə nəzərdə tutulmuş cərimə və dəbbə pulu da tələb ediləcək.

27. İş materiallarında olan «Qarant Poçt» sürətli poçt daşıma xidmətinin xx.xx.2023cü il tarixli qəbzlərin surətlərindən görünür ki, "xxxx" KB ASC tərəfindən İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, sahə 10/8 ünvanına və ünvan 8ilmiş, həmin bildirişlər «bu ünvanda yaşamır» və «bu ünvanda yaşamır qohumu da qəbul eləmir» qeydləri ilə xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır.

28. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən Azəbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, "xxxx" KB ASC ilə borclu İddiaçı arasında xx.xx.2022-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinə əsasən borcalana 180 ay müddətinə, xx.xx.2022-ci il tarixədək illik 16% ödəmək şərtilə, 128.000 USD məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində ipoteka saxlayan "xxxx" KB ASC ilə Bakı şəhəri 5 saylı notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli, 07DİKi/07 nömrəli alqısatqı və ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində **********91-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu İddiaçı xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 07DİK/07 saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 79135,73 USD, faiz borcu üzrə 5801,57 USD, cəmi 84937,3 USD məbləğində banka borcu yaranmışdır. «İpoteka haqqında» AR Qanunun 34 və 36-cı maddələrinə əsasən ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi barədə bildiriş xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmişdir. Göstərilənlərə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0,068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alınmasını xahiş etmişdir.

29. İş üzrə Bakı şəhəri 25 saylı notariat ofisinin 8İ-978 reyestrli, xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" KB ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, ünvanında yerləşən 0.068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməlidir (öhdəliyi müəyyən edən 07DİK/07 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 79135,73 USD əsas borc, 5801,57 USD faiz borcu olmaqla, cəmi tutulmalı olan məbləğ 84937,30 USD təşkil edir). Həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır.

30. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/5457 saylı, 04 avqust 2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatları, xx.xx.2007-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı xx.xx.2022-ci il tarixə "xxxx" KB ASC-yə olan əsas borcu 78.447,04 ABŞ dolları, faiz borcu 5.706,17 ABŞ dolları, cəmi 84.153,21 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

31. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinə əsasən bank İddiaçı 180 ay müddətinə xx.xx.2022-ci il tarixədək illik 16% ödəmək şərtilə 128.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində ipoteka saxlayan "xxxx" KB ASC ilə bağlanmış xx.xx.2007-ci il tarixli, 07DİKi/07 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 10/8 ünvanında yerləşən 0,068267 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı götürülən pul məbləğini müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmalı olduğu halda, bunu etməmiş və bununla da kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozmuşdur. Bank tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı kredit müqaviləsi üzrə banka olan əsas borcu 79.135,73 ABŞ dolları, faiz borcu 5.801,57 ABŞ dolları, cəmi 84.937,3 ABŞ dolları təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə Bank tərəfindən iddiaçının qeydiyyatda olduğu ünvana ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildirişləri göndərilmiş, bildirişlər müvafiq qeydi ilə geri qaytarılmışdır. Bank tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ilə müraciət olunmuş, iddiaçı müvafiq müddət ərzində bildirişdən şikayət etməmiş və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən icra qeydi aparılmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən iddiaçının banka xx.xx.2022-ci il tarixə olan əsas borcu 78.447,04 ABŞ dolları, faiz borcu 5.706,17 ABŞ dolları, cəmi 84.153,21 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, banka ödəməli olduğu 338.000 ABŞ dollarından o, 278.000 ABŞ dolları məbləğində ödəniş etmiş, Covid-19 pandemiyası və iqtisadi çətinliklərlə əlaqədar 60.000 ABŞ dolları borcu qalmışdır. Hazırda iddiaçı bankın xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun başlanması və xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli icra qeydinin aparılması barədə bildirişlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

32. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, «İpoteka haqqında» Azərbaycan Respubblikası Qanununun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə (maddə 36.4.1.); tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda (maddə 36.4.2.).

33. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə «Daşınar əmlakın yüklülüyü haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

34. Göstərilən Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.

35. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın» 161-ci maddəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

37. Həmin Təlimatın 161-ci maddəsində həmçinin qeyd olunur ki, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

38. Eyni Təlimatın 169-1-ci maddəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə.

39. Göstərilən Təlimatın 162-ci maddəsinin 1-ci bəndinə əsasən əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə, notarius tərəfindən icra qeydi verilir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş «Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı»nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur.

41. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır.

42. Qanunvericiliyin tələbinə əsasən notariat orqanı kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədikdə və tələb olunan borc mübahisəsiz olduqda, tələbkarın ərizəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi vermək səlahiyyətinə malikdir. Həmin icra qeydi icra sənədinə bərabərdir.

43. Məhkəmə qeyd edir ki, iddiaçı icra qeydinə əsasən tutulmalı olan pulu mübahisələndirdiyindən, o, həmin icra qeydinin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur.

44. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən notarius icra qeydini mübahisəsiz olduğu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildiriş borcluya göndərildiyi halda aparır.

45. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun başlanması və xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli icra qeydinin aparılması barədə bildirişlərin verilməsini həyata keçirərkən qeyd olunan borcun mübahisəli olduğunu bilirdi. Bunu təsdiq edən sənəd iddiaçı tərəfindən mülki işin materiallarına əlavə edilmişdir (xx.xx.2022-ci il tarixli cavabdehə ünvanlanmış müraciət və ondan əvvəl xx.xx.2022-ci il tarixli cavabdehə ünvanlanmış müraciətin alınma qəbzi) . Mübahisəli borcun olmasını bilə-bilə cavabdeh ilkin olaraq xx.xx.2022-ci il tarixdə bildirişlər göndərmiş və hətta bunun nəticəsində deyil, xx.xx.2023-cü il tarixdə yenidən bildirişlər göndərərək icra qeydinin verilməsini tələb etmişdir (xx.xx.2023-cü il tarixli icra qeydi) .

46. Bu halda məhkəmə hesab edir ki, cavabdeh tərəf borcun mübahisəli olduğunu bilə-bilə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə borcluya bildirişlərin göndərilməsi etbarsız hesab edilməlidir. Bu etibarsız hesab edilən xx.xx.2023-cü il tarixli bildirişlər əsasında verilmiş xx.xx.2023-cü il tarixli notariat üzrə aparılmış icra qeydidə etibarsız hesab edilməlidir.

47. Məhkəmə həmçinin iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış icra qeydinin aparılmasınadək müvafiq münasibətin bildiriməsi müddətinin ötürülməsinin üzrlü hesab edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən bütün bildirişlər etibarsız hesab edildiyindən ( mübahisənin olmasını bilə-bilə bildirişin göndərilməsi səbəbindən) qeyd olunan ərizəyə münasibət bildirilməsinədə prosessual qənaət prinsipi nəzərə alınmaqla zərurət qalmamışdır.

48. Bundan əlavə məhkəmə xüsusi qeyd edir ki, iddiaçı icra qeydinin ləğv edilməsi tələbini qoymuş olsada məhkəmə tərəfindən icra qeydi kökündən etibarsız hesab edilməsi müəyyən edilmişdir. Bu hal isə iddia tələbindən kənara çıxmamaqla hüquqi müəyyənlik prinsipinin tələbinə xidmət etmiş olur ki, buda tərəflərdə gələcəkdə yenidən icra qeydinin etibarsız hesab edilməsi barədə iddia verməkdən azad etməyə rəvac vermiş olur. Digər tərəfdən isə məhkəmə bildirir ki, notarius tərəfindən verilmiş icra qeydinin etibarsız hesab edilməsi gələcəkdə tələbkarı borcluya qarşı “pulun tutulması və s” tələbi ilə bağlı iddia vermək hüququndan məhrum etmiş olmur.

49. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Kommersiya Bankı» Açıq Səhmdar Cəmiyyətinə qarşı «icra qeydinin aparılması barədə bildirişlərin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməli, cavabdeh "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun başlanması və xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli icra qeydinin aparılması barədə bildirişləri etibarsız hesab edilməli, İddiaçı "xxxx" Kommersiya Bankı» Açıq Səhmdar Cəmiyyəti və Xəzər rayon icra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməli, Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-978 nömrəli, xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi etibarsız edilməlidir.

50. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat cavabdeh (ikinci iddia tələbi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) "xxxx" Kommersiya Bankı» ASC-dən tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

51. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

54. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

55. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

58. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" Kommersiya Bankı» Açıq Səhmdar Cəmiyyətinə qarşı «icra qeydinin aparılması barədə bildirişlərin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun başlanması və xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli icra qeydinin aparılması barədə bildirişləri etibarsız hesab edilsin. İddiaçı "xxxx" Kommersiya Bankı» Açıq Səhmdar Cəmiyyəti və Xəzər rayon icra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-978 nömrəli, xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi etibarsız edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat cavabdeh (ikinci iddia tələbi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) "xxxx" Kommersiya Bankı» ASC-dən tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar