Məhkəmə qərarları › İş №e-2(006)-1669/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1669/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1669/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 aprel 2022 il tariхli, 100804-390235/1 kredit müqaviləsi üzrə 8747.51 manat məbləğində əsas bоrc və 1466.22 manat faiz borcu оlmaqla, cəmi 10213.73 manat borcun, 22 aprel 2022 il tarixli 100797-PC********** saylı kredit müqaviləsi üzrə 520.91 manat əsas borc və 81.05 manat faiz borcu olmaqla, cəmi 601.96 manat borcun, hər 2 (iki) müqavilə üzrə ümumilikdə 10815.69 manat borcun və 122.85 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeharasında bağlanmış 22 aprel 2022 il tariхli, 100804-390235/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 9000 manat məbləğində krеdit vеrilmişdir. Həmçinin,İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 22 aprel 2022 il tarixli 100797-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən 24 faiz dərəcəsilə, 36 ay müddətinə kredit xətti açılmışdır Həmin müqavilənin 3.2 bəndinə əsasən, kredit xətti üzrə aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (əsas borc, faiz və cərimə) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalara ilə tənzimlənən məhsulun şərtinə uyğun olaraq növbəti 12 və 24 ay çün annuitet (aylıq bərabər) ödənişli forması ilə kreditə çevrilir və bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, sonradan bu müqavilənin 3.2-ci bəndində göstərilmiş amil yarandığına görə 22 aprel 2022 il tarixli 100797-PC********** saylı kredit xətti müqaviləsi avtomatik kredit müqaviləsinə çevrilmişdir. Müqaviləyə əsasən borcalanın borclu olduğu 520.91 manat məbləğində borcu 12 ay müddətinə 24 % dərəcəsi ilə annuitet (aylıq bərabər) qrafikə bölünmüşdür. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 03 fevral 2023-ci il tarixinə cavabdehin 22 aprel 2022 il tariхli 100804-390235/1 saylı kredit müqaviləsi üzrə 8747.51 manat məbləğində əsas bоrc və 1466.22 manat faiz borcu оlmaqla, ümumilikdə 10213.73 manat, 22 aprel 2022 il tarixli 100797-PC********** saylı kredit xətti müqaviləsi üzrə isə 520.91 manat əsas borc və 81.05 manat faiz borcu olmaqla,cəmi 601.96 manat məbləğində kredit bоrcları yaranmışdır. Krеdit müqavilələrinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqavilələrə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan kreditləri vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iclasında iştirak etməmişdir. Lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iclasın iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarında olan: İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 100797-PC********** nömrəli “Kredit xətti” müqaviləsinin surətindən görünür ki, bank cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 500 manat məbləğində kredit xətti açmağı, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 100804-390235/1 nömrəli “Kredit xətti müqaviləsi”nin surətindən görünür ki, bank cavabdehə istehlak məqsədi ilə 48 ay müddətinə illik 19,5 faiz ödəmək şərti ilə 9.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh xx.xx.2022-ci il tarixli, 100797-PC********** nömrəli “Kredit müqaviləsi” üzrə iddiaçıya 520,91 manat əsas borc, 81,05 manat faiz borcu olmaqla, cəmi 601,96 manat borcunun olması müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə gecikmə 133 gün təşkil edir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh xx.xx.2022-ci il tarixli, 100804-390235/1 nömrəli “Kredit müqaviləsi” üzrə iddiaçıya 8.747,51 manat əsas borc, 1.466,22 manat faiz borcu olmaqla, cəmi 10.213,73 manat borcunun olması müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə gecikmə 196 gün təşkil edir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, Cavabdeh hər iki kredit müqaviləsi üzrə borcu ödəməli olması barədə İddiaçı ASC tərəfindən xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 122,45 manat məbləğində dövlət rüsumu və 0,40 bank xidmət haqqı ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli, 100797-PC********** nömrəli “Kredit xətti müqaviləsi”nə əsasən Bank borcalan Cavabdeh 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 500 manat məbləğində kredit xətti açmağı; xx.xx.2022-ci il tarixli, 100804-390235/1 nömrəli “Kredit xətti müqaviləsi”nə əsasən Bank borcalan Cavabdeh 48 ay müddətinə illik 19,5 faiz ödəmək şərti ilə 9.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etməyi, müqavilələrdə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə müəyyən olunmuş məbləğdə krediti borc alana versə də, Cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2023-cü il tarixli maliyyə arayışlarına əsasən 100797-PC********** nömrəli “Kredit müqaviləsi” üzrə 520,91 manat əsas borc, 81,05 manat faiz borcu olmaqla, cəmi 601,96 manat borcu; 100804-390235/1 nömrəli “Kredit müqaviləsi” üzrə 8.747,51 manat əsas borc, 1.466,22 manat faiz borcu olmaqla, cəmi 10.213,73 manat borcu, ümumilikdə 10.815,69 borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 22 aprel 2022-ci il tariхli, 100804-390235/1 kredit müqaviləsi üzrə 8747.51 manat məbləğində əsas bоrc və 1466.22 manat faiz borcu оlmaqla, cəmi 10213.73 manat borcun, 22 aprel 2022 il tarixli 100797-PC********** saylı kredit müqaviləsi üzrə 520.91 manat əsas borc və 81.05 manat faiz borcu olmaqla, cəmi 601.96 manat borcun, hər 2 (iki) müqavilə üzrə ümumilikdə 10815.69 manat borcun və 122.85 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22 aprel 2022 il tariхli, 100804-390235/1 kredit müqaviləsi üzrə 8747.51 manat məbləğində əsas bоrc və 1466.22 manat faiz borcu оlmaqla, cəmi 10213.73 manat borcun, 22 aprel 2022 il tarixli 100797-PC********** saylı kredit müqaviləsi üzrə 520.91 manat əsas borc və 81.05 manat faiz borcu olmaqla, cəmi 601.96 manat borcun, hər 2 (iki) müqavilə üzrə ümumilikdə 10815.69 manat borcun və 122.85 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar