Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1669/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ziyana görə pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «ziyana görə pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, Cavabdeh vurulmuş zərərə görə 9.100 manat vəsaitin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 00:45 radələrində Cavabdeh idarə etdiyi «Mercedes Benz 300» minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 13-cü kilometrində 80-90 km/saat sürətlə sol zolaqla hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq qarşıda eyni istiqamətdə orta zolaqda hərkətdə olan, idarə etdiyi «BMW 528 Xİ» minik markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində sağlamlığı qısa müddətə pozulmuş, avtomobili isə əzilərək yarasız hala düşmüşdür. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-ü il tarixli 3(012)-1482/2024 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. 13/11 saylı Qüsur aktı ilə təsdiq olunur ki, «BMW 528 Xİ» markalı tünd boz metallik rəngli **-GK- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 13.600 manat və ekspert rəyi ilə 14.100 manat təşkil edir. Avtomobilə dəymiş zərərin 5.000 manat hissəsini sığorta şirkəti tərəfindən ödənilmişdir. Qalan 9.000 manat hissəsi isə cababdeh tərəfindən ödənilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - 19 yanvar 2024-cü il tarixli BB seriyalı 524729 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «BMW 528 Xİ» minik markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. - Abşeron Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli 3(012)-1482/2024 saylı qərarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 00:45 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 13-cü kilometrində idarə etdiyi «Mercedes Benz 300» minik markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində 80-90 km/saat sürətlə sol zolaqla hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq, qarşıda eyni istiqamətdə orta zolaqda hərəkətdə olan X3 80-90 km/saat sürətlə sol zolaqla hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq, qarşıda eyni istiqamətdə orta zolaqla hərəkətdə olan X3 80-90 km/saat sürətlə idarə etdiyi «BMW 528 Xİ» minik markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tin hissəsi ilıə toqquşmuş, nəticədə sürücü Cavabdeh ehtiyatsızlıqdan X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurulmasına səbəb olmuş və avtomobillər əzilərək, sahiblərinə maddi ziyan dəymişdir. Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmiş, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - 19.08.2024-cü il tarixli, 190801 saylı müstəqil ekspert X2 rəyindən görünür ki, 2014cü il buraxılış ili olan, BMW 528 Xİ minik markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı 14.100 manat zərər dəydiyi müəyyən edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-1669/2025 saylı qərardadından görünür ki, cavabdehin vəsatətinin təmin edilməsi və hazırki mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi, ekspertizanın aparılmasının "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır. - "xxxx" MMC-nin 12 yanvar 2026-cı il tarixli ƏEM/Y 19019/2026 saylı rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən, ekspert qarşısında qoyulmuş suala uyğun olaraq xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «BMW 528 Xİ» minik markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərin məbləği 13.905 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. - 13 yanvar 2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 111 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, iddiaçıya məxsus avtomobilə maddi zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, iddia avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair hissədə qismən təmin edilməli, sığorta ödənişi və ekspert rəyi nəzərə alınmaqla dəymiş zərərə görə 8.905 manat və ödənilmiş 111 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, avtomobilə vurulmuş maddi zərər ekspert rəyinə əsasən 13.905 manat təşkil edir. İddiaçıya 5.000 manat sığorta ödənişi edildiyi nəzərə alınaraq, ödənilməli qalıq zərər məbləği 8.905 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, avtomobilə dəymiş ziyana görə 8.905 manat və ödənilmiş 111 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. 300 manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Avtomobilə dəymiş ziyana görə 8.905 manat və ödənilmiş 111 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. 300 manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1669/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1669/2025
03.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver