Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-167/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli, 100.PC.3104.011113.00001 nömrəli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması müqaviləsinə əsasən cavabdehə 30 noyabr 2015-ci il tarixinədək olan illik 30 (otuz) faiz dərəcəsi ilə 40000 (qırx min) avro məbləğində kredit xətti açılmışdır. 01 noyabr 2013-cü il tarixli, 100.PC.3104.011113.00001 nömrəli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması müqaviləsinə əsasən bağlanmış Əlavə Razılıq № 7-ə əsasən kredit xəttinin ümumi məbləği 5000 (beş min) avro artırılır və kredit xəttinin ümumi məbləği 34468 (otuz dörd min dörd yüz altmış səkkiz) avro təşkil edir. 01 noyabr 2013-cü il tarixli, 100.PC.3104.011113.00001 nömrəli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması müqaviləsinə əsasən bağlanmış Əlavə Razılıq № 8-ə əsasən kredit xəttinin müddəti 30 dekabr 2020-ci il tarixinədək uzadılmışdır. xx.xx.2023-cü il tarixinə Cavabdeh kredit xətti üzrə cəmi borcu 42797 (qırx iki min yeddi yüz doxsan yeddi) avro təşkil edir. Bundan 29460 (iyirmi doqquz min dörd yüz altmış) avro əsas, 8932 (səkkiz min doqquz yüz otuz iki) avro faiz borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 4405 (dörd min dörd yüz beş) avro faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********977 saylı, xx.xx.2021-ci il tarixli Xəbərdarlıq məktubu, **********360 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən, cəmi 42797 (qırx iki min yeddi yüz doxsan yeddi) avro-bundan 29460 (iyirmi doqquz min dörd yüz altmış) avro əsas, 8932 (səkkiz min doqquz yüz otuz iki) avro faiz borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 4405 (dörd min dörd yüz beş) avro faiz borcu və iş üzrə ödənilmiş 326,58 (üç yüz iyirmi altı manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. 3.Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının və cavabdehin tələbləri qarşılıqlı şəkildə əvəzləşdirilməlidir. Belə ki, Mülki Məcəllənin 540-cı maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Məcəllənin 545-ci maddəsində öhdəliklərin əvəzləşdirilməsinə yol verilməyən hallar təsbit edilmişdir. 545.0.7-ci maddədə konkret göstərilib ki, həmin hallar yalnız Mülki Məcəllədə nəzərdə tutula bilər. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.5-ci maddəsinə görə Mülki Məcəllə mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Mülki Məcəllə tətbiq edilir. Buna görə də əvəzləşdirmə məsələsində İddiaçının istinad etdiyi kimi “Banklar haqqında” Qanun deyil, Mülki Məcəllə tətbiq edilməlidir. 2) Hər bir halda Cavabdehin verdiyi məlumata əsasən o, xx.xx.2024-cü il tarixdə İddiaçının Mərkəzi Bankdadı bank hesabına onun bu iş üzrə tələb etdiyi məbləğdən təxmini 10 (on) dəfə çox məbləğ köçürüb. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qarşı tərəfin saxlancda təxminən 35 min ABŞ dolları civarında pul vəsaiti var və o, hazırki tələbin onunla əvəzləşdirilməsini tələb edir. Lakin, bu mümkün deyildir. Belə ki, bu, kreditor tələbidir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli, 100.PC.3104.011113.00001 nömrəli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 30 noyabr 2015-ci il tarixədək illik 30 (otuz) faiz dərəcəsi ilə 40000 (qırx min) avro məbləğində kredit xətti açılmış, bundan sonra həmin müqaviləyə Əlavə Razılıq № 7-ə əsasən kredit xəttinin ümumi məbləği 5000 (beş min) avro artırılaraq kredit xəttinin ümumi məbləği 34468 (otuz dörd min dörd yüz altmış səkkiz) avro təşkil etmiş, Əlavə Razılıq № 8-ə əsasən isə kredit xəttinin müddəti 30 dekabr 2020-ci il tarixinədək uzadılmışdır. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə, cavabdehin Banka borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehin Banka olan borcunun ondan tutulmasını tələb edir, cavabdeh iddia tələbi ilə razı deyildir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli, 100.PC.3104.011113.00001 nömrəli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 30 noyabr 2015-ci il tarixədək illik 30 (otuz) faiz dərəcəsi ilə 40000 (qırx min) avro məbləğində kredit xətti açılmışdır. 9.Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli, 100.PC.3104.011113.00001 nömrəli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması müqaviləsinə əsasən bağlanmış Əlavə Razılıq № 7-ə əsasən kredit xəttinin ümumi məbləği 5000 (beş min) avro artırılır və kredit xəttinin ümumi məbləği 34468 (otuz dörd min dörd yüz altmış səkkiz) avro təşkil edir. 10.Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli, 100.PC.3104.011113.00001 nömrəli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması müqaviləsinə əsasən bağlanmış Əlavə Razılıq № 8-ə əsasən kredit xəttinin müddəti 30 dekabr 2020-ci il tarixinədək uzadılmışdır. 11.Mülki işin materiallarında olan LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01 noyabr 2013-cü il tarixli, 100.PC.3104.011113.00001 nömrəli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması müqaviləsinə əsasən 27 dekabr 2023-cü il arixinə yaranmış borcu: əsas borcu 29460 avro, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 8932 avro, illik 5% dərəcəsi ilə hesablanan günlük faiz məbləği 4 avro 9 sent, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 4405 avro, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 42797 avro. 12.Mülki işin materiallarında olan LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanan 16 aprel 2021-ci il tarixli xəbərdarlıq məktubundan və 12 iyun 2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə qabaqcadan xəbərdar edilmişdir. 13.Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 mart 2020-ci il tarixli, 100.PC.3104.011113.00001/e nömrəli saxlanc müqaviləsinə əsasən girovsaxlayan və Cavabdeh arasında bağlanmış 01 noyabr 2013-cü il tarixli, 100.PC.3104.011113.00001 kredit müqaviləsinin şərtlərinə əsasən illik 29 faiz dərəcəsi ilə 34468 Avro məbləğdə 30 dekabr 2020-ci il tarixinədək verilmiş kredit xətti müqaviləsi və ona edilmiş və ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə girovqoyan əmlakı saxlanca verir, eləcə də ona olan hüquq və maraqları girovsaxlayana verir. 14.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7659 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 100.PC.3104.011113.00001 saylı, 01 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləğləri müqavilənin şərtlərinə uyğun olaraq düzgün hesablandığı müəyyən olundu. O cümlədən qeyd edilir ki, yuxarıda göstərilənlərə və təqdim edilmiş iş materiallarından göründüyü kimi , iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 100.PC.3104.011113.00001 saylı, 01 noyabr 2013-cü il tarixli kredit xətti müqaviləsi və həmin müqaviləyə imzalanmış əlavə razılaşmaların qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə maliyyə arayışında borcun hesablandığı 27 dekabr 2023-cü il tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olundu: xx.xx.2023-cü il (maliyyə arayışında borcun hesablandığı) tarixə: əsas borc üzrə 29459 avro, müqavilə müddəti üçün hesablanmış faiz borcu üzrə 8930 avro, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış faiz borcu 4405 avro. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. 15.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 18.Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. 19.Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. 20.Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 21.Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 22.Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 23.Həmin Məcəllənin 739-cu maddəsinə əsasən (köhnə redaksiyada) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 24.Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. 25.Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında bankdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitinin almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borcunu ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. 26.Lakin məhkəmə cavabdehdən tutulmalı olan əsas və faiz borcun məbləğini müəyyən edərkən ekspertiza rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy hazırki iş üzrə sübut kimi qəbul edilməli, cavabdehdən əsas borca görə 29.459 avro (iddia tələbindən fərqli və ekspert rəyi üzrə) , faiz borcuna 8930 avro (iddia tələbindən fərqli və ekspert rəyi üzrə) , müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 4405 avro tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.
27. Məhkəmə həmçinin cavabdehin nümayəndəsi və vəkili tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ərizəyə münasibətdə qeyd edir ki, ərizədə tərəflərin tələblərinin qarşılıqlı əvəzləşdirilməsini tələb edilmişdir. Lakin bu tələb yalnız iflas proseduru çərçivəsində həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən: müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar:
1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar;
2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Həmin Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1- 76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. “Banklar haqqında” Qanunun 77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. Qanunun 77.5 və 77.6-cı maddələrinə görə, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. Məhkəmə etiraz edilmiş tələblər siyahısının təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir (“Banklar haqqında” Qanunun 77.7-ci maddəsi). Xüsusilə qeyd edilməlidir ki, kreditor tələbləri ilə bağlı iflas proseduru çərçivəsində ləğvedicinin həyata keçirdiyi növbəti ləğvetmə tədbirləri və öhdəlikləri həmin Qanunun 87-ci maddəsində nəzərdə tutulmuşdur. Bu maddəyə görə, təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda, ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Mərkəzi Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici kütləvi informasiya vasitələrində bildiriş dərc etdirərək, göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alına bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür. Qeyd etmək lazımdır ki, qanunverici, ləğv edilən bankın vəsaitləri onun kreditorlarının tələblərinin ödənilməsi üçün yetərli olmadığı təqdirdə mövcud vəsaitlərin bankın kreditorları arasında bölüşdürülməsinin ədalətli tarazlığına nail olunmasını təmin etmək məqsədilə növbə daxilində ödənişlərin tələblərə proporsional faizlə bölüşdürülməsinin qaydasını nəzərdə tutmuşdur. Göstərilənlərdən müəyyən olunur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. 28.Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 326.58 manat məbləğində dövlət rüsumu da cavabdehə aid edilməlidir. 30.Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 01 noyabr 2013-cü il tarixli, 100.PC.3104.011113.00001 nömrəli «kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması müqaviləsi»nə əsasən əsas borca görə 29.459 avro, faiz borcuna görə 8930 avro, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 4405 avro olmaqla, ümumilikdə 42794 avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın AVRO-ya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində borc və ödənilmiş 326.58 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 31.Bundan başqa, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 32.Eyni zamanda, məhkəmə cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilən tələblərin əvəzləşdirilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, həmin ərizədə qeyd edilən məsələyə mülki məhkəmə icraatı qaydasında baxılması məqsədəmüvafiq hesab edilmir. Belə ki, iş materiallarından göründüyü kimi hal-hazırda iddiaçı ləğv prosesindədir və cavabdehin ərizədə qeyd etdiyi qalıq borcun əvəzləşdirilməsi məsələsinə də bu səbəbdən yuxarı instansiya məhkəməsində baxılmalıdır. 33.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 35.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 36.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 39.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 01 noyabr 2013-cü il tarixli, 100.PC.3104.011113.00001 nömrəli «kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması müqaviləsi»nə əsasən əsas borca görə 29.459 (iyirmi doqquz min dörd yüz əlli doqquz) Avro, faiz borcuna görə 8930 (səkkiz min doqquz yüz otuz) Avro, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 4405 (dörd min dörd yüz beş) Avro olmaqla, ümumilikdə 42794 (qırx iki min yeddi yüz doxsan dörd) Avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın AVRO-ya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində borc və ödənilmiş 326.58 (üç yüz iyirmi altı manat, əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.