Məhkəmə qərarları › İş №e-2(006)-1673/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1673/2023

20.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1673/2023 20.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X6, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinədair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Quliyеv Nurlan Şəbyar оğlundan azyaşlı uşaqları 15 aprеl 2007-ci il təvəllüdlü Quliyеv Barat Nurlan оğlunun və 23 may 2010-cu il təvəllüdlü Quliyеv Еldəniz Nurlan оğlunun yеtkinlik yaşına çatanadək saхlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən еdilmiş alimеntin miqdarının artırılaraq hər ay hər uşağa görə ayda 220 manat оlmaqla cəmi 440 manat məbləğində müəyyən еdilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdеh Quliyеv Nurlan Şəbyar оğlu ilə 2006ci ilin iyun ayının 21-də еl adəti ilə tоy еdərək, cavabdеhə məхsus Masallı rayоnu Ətçələr kəndində yеrləşən fərdi yaşayış еvinə gəlin köçmüşdür. Nikahları isə 26 оktyabr 2011-ci il tariхdə Masallı rayоn İHB-nın Səmidхan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi qеyd edilmişdir. Birgə yaşadıqları dövrdə 15 aprеl 2007-ci il təvəllüdlü Quliyеv Barat və 23 may 2010-cu il təvəllüdlü Quliyеv Еldəniz adlı iki uşaqları dünyaya gəlmişdir. Nikahları isə Masallı Rayоn Məhkəməsinin 27 iyun 2018-ci il tariхli qətnaməsi ilə pоzulmuşdur. Cavabdеh uşaqların saхlanılmasına köməklik еtmədiyindən, iddiaçı alimеnt tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət еtməli оlmuşdur. Masallı Rayоn Məhkəməsinin 14 aprеl 2017-ci il tariхli 2(050)-307/2017 nömrəli qətnaməsi ilə cavabdеhdən yuхarıda adları çəkilən uşaqların yеtkinlik yaşına çatanadək saхlanılması üçün hər uşağa görə ayda 95 manat оlmaqla, cəmi 190 manat sabit pul məbləğində alimеnt alınaraq ona vеrilməsi qət еdilmişdir. Masallı Rayоn Məhkəməsinin 19 aprеl 2018ci il tariхli 2(050)-798/2018 nömrəli qətnaməsi ilə cavabdеhdən yuхarıda adları çəkilən uşaqların yеtkinlik yaşına çatanadək saхlanılması üçün hər uşağa görə ayda 110 manat оlmaqla, cəmi 220 manat sabit pul məbləğində alimеnt alınaraq ona vеrilməsi qət еdilmişdir. Bakı şəhəri Nəsimi Rayоn Məhkəməsinin 15 aprеl 2019-cu il tariхli 2(006)- 2759/2019 nömrəli qətnaməsi ilə cavabdеhdən yuхarıda adları çəkilən uşaqların yеtkinlik yaşına çatanadək saхlanılmaları üçün hər uşağa görə ayda 160 manat оlmaqla,cəmi 320 manat sabit pul məbləğində alimеnt və 23 may 2010-cu il təvəllüdlü Quliyеv Еldəniz Nurlan оğlunun saхlanılması ilə bağlı əlavə хərclərə görə hər ay 100 manat alınaraq iddiaçıya vеrilməsi qət еdilmişdir. Bakı şəhəri Nəsimi Rayоn Məhkəməsinin 22 iyul 2021-ci il tariхli 2(006)-3032/2021 nömrəli qətnaməsi ilə cavabdеhdən yuхarıda adları qеyd еdilən uşaqların yеtkinlik yaşına çatanadək saхlanılması üçün hər uşağa görə ayda 175 manat оlmaqla, cəmi 350 manat sabit pul məbləğində alimеnt alınaraq iddiaçıya vеrilməsi qət еdilmişdir. Lakin alimеntin məbləği hazırda uşaqların saхlanılması üçün yеtərli dеyildir. Cavabdеh isə avtоmоbil ticarəti ilə məşğul оlmasına baхmayaraq onlara lazımi köməklik еtmir. A.Susana isə uşaqlara qulluq еtməyi ilə əlaqədar оlaraq hеç yеrdə işləyə bilmir. Bеlə vəziyyətdə əvvəlki məhkəmə qətnaməsi ilə təyin еdilmiş alimеntin miqdarı uşaqların nоrmal yaşayışını təmin еtmək üçün yеtərli dеyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X14 yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh daimi iş yerinin olmadığını, rayonda maşın alqı-satqısı ilə məşğul olduğunu, hər ay 1000 manatdan çox qazancının olmadığını, ikinci dəfə ailə qurduğunu və o nikahdan da bir uşağının olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, mülki işdən görünür ki: İddiaçı ilə Cavabdeh arasında olan nikah 26 оktyabr 2011-ci il tariхdə Masallı rayоn İHB-nın Səmidхan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi qеydə alınmışdır. Masallı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-T seriyalı, 066049 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X4 şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında isə X17 qeyd edilmişdir. Masallı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 777482 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 rayonunda anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında isə X17 qeyd edilmişdir. Bakı şəhəri Masallı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 310846 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh X17 ilə nikahı xx.xx.2019-cu il tarixində pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 23 № ilə qeyd edilmiş, Susana Quliyevaya nikah pozulduqdan sonra Ağayeva soyadı verilmişdir. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, 23 may 2010-cu ildə doğulmuş X7 orta dərəcəli anadangəlmə kəmağıllıq və s. xəstəliklər mövcuddur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3032/2021 saylı qətnaməsindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli 2(006)-2759/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş 15 aprel 2007-ci il təvəllüdlü X10 və 23 may 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin, xx.xx.2010-cu il təvəllüdlü X1 ilə bağlı əlavə xərclərə görə hər ay 100 manat pulun tutularaq X11 ödənilməsi qət edilmişdir. Sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli 2(050)- 2759/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 15 aprel 2007- ci il təvəllüdlü X10 və 23 may 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Masallı regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 483527 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X9 nikahı xx.xx.2022-ci il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 240 № ilə qeydə alınmışdır. Həbibə Məmmədovaya nikahdan sonra Quliyeva soyadı verilmişdir. Mülki işin materiallarında olan Masallı regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 654089 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X2 rayonunda anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında isə X16 qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2161/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Bakı 3 saylı Mediasiya təşkilatının “ilkin mediasiya sessiyasının iştirak edilməməsi barədə” arayışından görünür ki, İddiaçı ailə mübahisəsi (alimentin artırılması) ilə bağlı mediasiyaya da müraciət etmiş Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən hallarından göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3032/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulur. Eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli 2(050)-2759/2019 saylı qətnaməsinə əsasən müəyyən edilmiş xx.xx.2010-cu il təvəllüdlü X1 ilə bağlı əlavə xərclərə görə cavabdehdən hər ay 100 manat pul tutulur. Hazırda cavabdeh hər ay iddiaçıya ümumilikdə 450 manat məbləğində aliment ödəyir. İddiaçı isə uşaqların saxlanılması üçün tutulan alimentin onların tələbatının ödənilməsi üçün kifayət etmədiyini və ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumunun artırıldığını bildirərək xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin miqdarının artırılaraq, hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat müəyyən edilməsini tələb edir. Lakin Cavabdeh isə başqa qadınla nikahda olduğunu, həmin nikahından bir övladının olduğunu və həmin uşağın onun himayəsində olmaqla yetkinlik yaşına çatmadığını qeyd edərək iddia tələbinin təmin edilməməsini xahiş edir. Həmçinin iddiaçı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən əldə etdiyi Cavabdeh adına etibarnamə əsasında olmuş çoxsaylı nəqliyyat vasitələri barədə çıxarışı məhkəməyə təqdim edərək, onun avtomobil alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Məhkəmə hazırkı tələblə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnamələri ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşaqların daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, əvvəlki məhkəmə qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. 2021-ci ildən sonra isə alimentin məbləği nə tərəflər bağlanmış saziş əsasında, nə də qətnamə ilə dəyişməmişdir. Məhkəmə iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Göstərilən müddəada birbaşa nəzərdə tutulmasa da, lakin uşaq hüquqları ilə bağlı digər qanunvericilik müddəalarında uşaqların maddi təminatının ən azı minimum yaşayış səviyyəsində artıq olmasını müəyyən etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün alimentin miqdarının artırılması barədə sonuncu qətnamə qəbul edildikdın sonra, yəni 2021-ci il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərclər hər il artırılmış və “Yaşayış minimumu haqqında” “Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, uşaqlar üçün müəyyən edilmiş illik yaşayış minimumunun artırılması alimentin məbləğinin dəyişdirilməsinin mütləq şərti kimi nəzərdə tutulmasa da, uşaq hüquqlarını qoruyan digər qanunvercilik müddəaları nəzərə alınmaqla, həmin xərclərinin artırılması alimentin məbləğinin də dəyişdirilməsini zəruri edir. Eyni zamanda, uşaqların maddi təminatlarının mümkün qədər yüksək saxlanılması onların fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və ləyaqətli həyat şəraitində inkişaf etməsini şərtləndirən amillərdən biridir. Bütün bunlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün əvvəl müəyyən edilmiş alimentin onların artmış minimal xərclərinə uyğunlaşdırılması da alimentin məbləğinin artırılması kimi nəzərə alına bilər. Həmçinin, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşaqların saxlanması üçün müəyyən edilmiş minimum xərclərin artırılması nəzərə alınmaqla, hazırda həmin aliment onların maddi tələbatlarının ödənilməsi üçün yetərli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməsə də, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Odur ki, əvvəlki məhkəmə qətnaməsi ilə hər ay 350 manat aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin bir neçə dəfə artırılaraq 2023-ci il üzrə 220 manata çatdırıldığını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, habelə uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını məhkəmə nəzərə alaraq, iddiaçının hazırkı iddia tələbi məhkəməyə müraciət etməsini haqlı hesab edir. Lakin məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment təyin edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmaldır. Məhkəmə bir daha qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi isə həm Konstitusiyada, həm Ailə Məcəlləsində, həm də uşaq hüquqları haqqında yerli və beynəlxalq qanunlarda imperativ qaydada nəzərdə tutulmuşdur. Lakin, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə də mütənasib olsun. Məhkəmə baxışı zamanı iddiaçı maşın alveri ilə məşğul olduğunu və yaxşı qazancının olduğunu bildirmişdir. Lakin cavabdehin qazancının əvvəlkindən çox olduğu iş materialları ilə müəyyən edilmir (iddiaçı bununla bağlı sübut təqdim edə bilməmişdir). Ona görə də, məhkəmə valideynlərin uşaqların saxlanmasında iştirakının bərabər olmasını, habelə hazırda cavabdehin də maddi imkanlarını nəzərə alaraq ondan tutulacaq alimentin hər bir uşaq üçün hər ay 190 manat, cəmi 380 manat sabit pul məbləğində tutulmasını daha ağlabatan hesab edir. Ailə Məcəllənin 78.2-ci maddəsi də müəyyən edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə olan halda, iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilməsə də məhkəmə, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3032/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh 5 aprеl 2007-ci il təvəllüdlü Quliyеv Barat Nurlan оğlunun və 23 may 2010-cu il təvəllüdlü Quliyеv Еldəniz Nurlan оğlunun yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu” haqqındda Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Cavabdehdən tutulan alimentin artırılmış hissəsinin 1 illik məcmusunun 360 manat ((15+15)x12) olduğu nəzərə alınarsa (dövlət rüsmunun hesablanması kalkulyatoru ilə hesablanmaqla), cavabdehin tutulmalı olan dövlət rüsmu məbləğinin 30 manat olduğu müəyyən edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.2, 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3032/2021 saylı qətnaməsi ilə 5 aprеl 2007-ci il təvəllüdlü Quliyеv Barat Nurlan оğlunun və 23 may 2010-cu il təvəllüdlü Quliyеv Еldəniz Nurlan оğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 5 aprеl 2007-ci il təvəllüdlü Quliyеv Barat Nurlan оğlunun və 23 may 2010-cu il təvəllüdlü Quliyеv Еldəniz Nurlan оğlunun yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. X5 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar