Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1705/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LCO200710334 saylı ərizəyə əsasən, Cavabdeh Private VİSA X2 növlü kart hesabı açılmışdır. Cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və xx.xx.2020-ci il tarixində 5304********4831 nömrəli kart cavabdehə təhvil verilmişdir. 2021-ci ilin avqust ayından etibarən kart vasitəsi ilə cavabdeh tərəfindən aparılanəməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitindən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsində artıq məbləğdə aparılan əməliyyat 185 (bir yüz səksən beş) ABŞ dolları, 85 (səksən beş) sent təşkil edir. Bundan başqa İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LCO210360236 saylı ərizəyə əsasən, Cavabdeh X4 My Card növlü kart hesabı açılmışdır. Cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və xx.xx.2021-ci il tarixində 5304********4831 nömrəli kart cavabdehə təhvil verilmişdir. 2021-ci ilin mart ayından etibarən kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitindən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsində artıq məbləğdə aparılan əməliyyat 90 (doxsan) ABŞ dolları, 02 (iki) sent təşkil edir. Bundan başqa İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LCO210360235 saylı ərizəyə əsasən, Cavabdeh X6 My Card növlü kart hesabı açılmışdır. Cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və xx.xx.2021-ci il tarixində 4302********0116 nömrəli kart cavabdehə təhvil verilmişdir. 2021-ci ilin aprel ayından etibarən kart vasitəsi ilə cavabdeh tərəfindən aparılanəməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitindən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsində artıq məbləğdə aparılan əməliyyat 227 (iki yüz iyirmi yeddi) ABŞ dolları, 53 (əlli üç) sent təşkil edir. Bundan başqa İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LCO210920119 saylı ərizəyə əsasən, Cavabdeh X5 X3 növlü kart hesabı açılmışdır. Cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və xx.xx.2021-ci il tarixində 4286********7674 nömrəli kart cavabdehə təhvil verilmişdir. 2021-ci ilin avqust ayından etibarən kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitindən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsində artıq məbləğdə aparılan əməliyyat 235 (iki yüz otuz beş) ABŞ dolları, 97 (doxsan yeddi) sent təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən ərizələrə əsasən, Cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş Bank xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixli, LCO200710334 saylı ərizə üzrə overdraft nəticəsində yaranmış 185 (bir yüz səksən beş) ABŞ dolları, 85 (səksən beş) sent məbləğində borcun, xx.xx.2021-ci il tarixli, LCO210360236 saylı ərizə üzrə overdraft nəticəsində yaranmış 90 (doxsan) ABŞ dolları, 02 (iki) sent məbləğində borcun, xx.xx.2021-ci il tarixli, LCO210360236 saylı ərizə üzrə overdraft nəticəsində yaranmış 227 (iki yüz iyirmi yeddi) ABŞ dolları, 53 (əlli üç) sent məbləğində borcun, xx.xx.2021-ci il tarixli, LCO210920119 saylı ərizə üzrə overdraft nəticəsində yaranmış 235 (iki yüz otuz beş) ABŞ dolları, 97 (doxsan yeddi) sent məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki- Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh bildirişi alsa da, iddiaya dair əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli, LCO200710334 saylı ərizəyə əsasən, Cavabdeh kart hesabının açılması və karta dair xidmətlərin göstərilməsini xahiş etmiş, Private VİSA X2 növlü kart hesabı açılmış və ona 5304********4831 nömrəli kart verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli, LCO210360236 saylı ərizəyə əsasən, Cavabdeh kart hesabının açılması və karta dair xidmətlərin göstərilməsini xahiş etmiş, X4 My Card növlü kart hesabı açılmış və ona 5304********4831 nömrəli kart verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli, LCO210360235 saylı ərizəyə əsasən, Cavabdeh kart hesabının açılması və karta dair xidmətlərin göstərilməsini xahiş etmiş, ona X6 My Card növlü kart hesabı açılmış və 4302********0116 nömrəli kart verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli, LCO210920119 saylı ərizəyə əsasən, Cavabdeh kart hesabının açılması və karta dair xidmətlərin göstərilməsini xahiş etmiş, ona X5 X3 növlü kart hesabı açılmış və 4286********7674 nömrəli kart verilmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən təqdim edilən Cavabdeh İddiaçı QSCyə olan overdraft borcunun hesablanması haqqında arayışın surətindən görünür ki, Cavabdeh LCO200710334 saylı xx.xx.2020-ci il tarixli kart hesabı üzrə xx.xx.2023-cü il tarixinə borcu 185,85 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı QSC tərəfindən təqdim edilən Cavabdeh İddiaçı QSCyə olan overdraft borcunun hesablanması haqqında arayışın surətindən görünür ki, Cavabdeh LCO210360236 saylı xx.xx.2021-ci il tarixli kart hesabı üzrə xx.xx.2023-cü il tarixinə borcu 90,02 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı QSC tərəfindən təqdim edilən Cavabdeh İddiaçı QSCyə olan overdraft borcunun hesablanması haqqında arayışın surətindən görünür ki, Cavabdeh LCO210360235 saylı xx.xx.2021-ci il tarixli kart hesabı üzrə xx.xx.2023-cü il tarixinə borcu 227,53 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı QSC tərəfindən təqdim edilən Cavabdeh İddiaçı QSCyə olan overdraft borcunun hesablanması haqqında arayışın surətindən görünür ki, Cavabdeh LCO210920119 saylı xx.xx.2021-ci il tarixli kart hesabı üzrə xx.xx.2023-cü il tarixinə borcu 235,97 ABŞ dolları təşkil edir. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri” nin surətindən görünür ki, bank tərəfindən bank hesabının açılması və aparılması, bank kartlarının buraxılması və verilməsi, elektron bank xidmətlərinin göstərilməsi kimi xidmətlər bankın mövcud tarilfərinə uyğun həyata keçirilir. Müqavilənin 5.9-cu bəndinə əsasən overdraft nəticəsində borc yarandıqda bank müştəriyə bu barədə məlumat verməli və müştəri həmin borcun 3 iş günü ərzində banka geri qaytarmalıdır. Həmin müqavilənin 5.10-cu bəndinə əsasən overdraft nəticəsində yaranmış borc banka qaytarılmadıqda yaranmış borc üzrə bank müştəriyə illik 25 faiz dərəcəsi ilə faizlər hesablaya bilər. İddiaçı QSC tərəfindən borcluya ünvanlanan 17 yanvar 2023-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, cavabdehə xx.xx.2020-ci il tarixli, LCO200710334 saylı, xx.xx.2021-ci il tarixli, LCO210360236 saylı, xx.xx.2021-ci il tarixli, LCO210360235 saylı, xx.xx.2021-ci il tarixli, LCO210920119 saylı kart hesabları üzrə borcunu 3 bank iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh arasında xx.xx.2019-cu il tarixli “Bank Xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmış və bank müştəriyə plastik kart hesabları açmışdır. Cavabdeh onun kart hesabında olan ona aid olmayan pul məbləğlərini kartından məxaric etmişdir. İddiaçı cavabdehdən texniki overdrafta görə kartına yüklənmiş məbləği geri qaytarılmasını tələb etsə də, cavabdeh tərəfindən istifadə edilən pul vəsaiti geri qaytarılmamışdır. Nəticədə iddiaçı cavabdehin banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Cavabdeh bildirişi alsa da, iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Eyni Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Eyni Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Göründüyü kimi, Cavabdeh iddiaçı ilə arasında bağlanmış “Bank Xidmətlərinin göstərilməsi haqqında” Müqavilə üzrə ona verilən hesab kartlarına texniki overdrafta görə yüklənmiş vəsaitdən istifadə etməklə müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən də iddiaçının tələbi əsaslı hesab edilməlidir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 32 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutulnmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsassız varlanmaya görə (overdraft hesabına istifadə edilmiş vəsait üzrə) xx.xx.2020-ci il tarixli, LCO200710334 saylı hesab kartı üzrə 185 (bir yüz səksən beş) ABŞ dolları, 85 (səksən beş) sent; xx.xx.2021-ci il tarixli, LCO210360236 saylı hesab kartı üzrə 90,02 (doxsan) ABŞ dolları, 02 (iki) sent; xx.xx.2021-ci il tarixli, LCO210360235 saylı hesab kartı üzrə 227,53 (iki yüz iyirmi yeddi) ABŞ dolları, 53 (əlli üç) sent; xx.xx.2021-ci il tarixli, LCO210920119 saylı hesab kartı üzrə 235,97 (iki yüz otuz beş) ABŞ dolları, 97 (doxsan yeddi) sent məbləğində pul vəsaiti və 32 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh (overdraft hesabına istifadə edilmiş vəsait üzrə) xx.xx.2020-ci il tarixli, LCO200710334 saylı hesab kartı üzrə 185,85 ABŞ dolları; xx.xx.2021-ci il tarixli, LCO210360236 saylı hesab kartı üzrə 90,02 ABŞ dolları; xx.xx.2021-ci il tarixli, LCO210360235 saylı hesab kartı üzrə 227,53 ABŞ dolları; xx.xx.2021-ci il tarixli, LCO210920119 saylı hesab kartı üzrə 235,97 ABŞ dolları , ümumilikdə 739,37 (yeddi yüz otuz doqquz ABŞ dolları, otuz yeddi ABŞ senti) ABŞ dolları məbləğində pul vəsaiti (bütün vəsaitlər tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 32 (otuz iki) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X1
Məhkəmə qərarları › İş №e-2(006)-1705/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1705/2023
28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver