Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1709/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2072/2022 saylı qətnaməsi əsasında Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq, xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 220 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci ildə nikaha daxil olmuşdur. Onların birgə nikahından üç övladları-xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlu, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3225/2017 saylı, 30 noyabr 2017-ci il tarixli qətnaməsi ilə mənim ilə Cavabdeh arasında 24 noyabr 2007-ci il tarixdə Masallı rayon Səmidxan ərazi nümayəndəliyində bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlu, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X8 onun yanında saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin eyni tarixli, eyni nömrəli qətnaməsi ilə Cavabdeh 07 mart 2017-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 136 manat olmaqla cəmi 408 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Sonradan o, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2072/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin olunmuş, birgə nikahdan doğulmuş övladlarının saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 579 manat sabit pul məbləğində aliment tutuluaraq ona ödənilməsi qət edilmişdir. Məhkəmənin nəzərinizə çatdırmışdır ki, uşaqların hər üçü onun himayəsindədir. Onların bütün maddi tələbatlarını o, ödəyir. Uşaqlarının hər üçü azyaşlı, uşaqlarından biri Ağayev Ramid Rövşən oğlu həm azyaşlı həm də xəstə olduğu üçün heç bir yerdə işləyə bilmir. Ona görə də maddi vəziyyəti çətindir. X19 Rövşən oğlunun sağlamlıq imkanları məhduddur. Onun maddi tələbatı digər uşaqların maddi tələbatından daha çoxdur. Belə ki, o, mütəmadi dərman qəbul etməli, həkimin nəzarətində olmalı, tibbi prosedurlardan vaxtlı-vaxtında keçməlidir. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd etdiyi qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarınının artırılmaq zərurəti yaranmışdır. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində qeydiyyatda olmaqla tam əmək qabiliyyətlidir, işləmək imkanı var, hazırda da Bakı şəhərində əmək müqaviləsi olmadan işləyir. Hazırda iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilən 579 manat alimentin miqdarının artırılmasını tələb edir, hüquqi əsası kimi isə, uşaqların təlabatlarının artmasını, işləmədiyini, maddi vəziyyətinin pis olduğunu və yaşayış minumumu haqqında Respublika Qanununa istinad etmişdir. Aydındır ki, iddiaçı ondan artıq məbləğdə pul almaq istədiyindən bu növdə iddia qaldırmışdır. Uşağın saxlanması üçün verdiyi hər ay 579 manat alimentidə özünə xərcləyir. Aldığı əşyaların, malların azı yarsının kassa çekini məhkəməyə təqdim etsin, iddiaçının təqdim etdiyi sübutlar formal xarakter daşıyır və absurddur. Çünki iddiaçı artıq öyrəşib ki, hər il Milli Məclis tərəfindən yaşayış minumumu haqqında qanun qəbul ediləndən sonra iddiaçı da bir neçə aydan sonra alimentin artırılması ilə bağlı məhkəməyə müradət edir, 2021-ci ildə de alimentin artırılması fevral ayında olmuşdur. İddiaçının məqsədi uşaq saxlamaq deyil, ondan artıq məbləğdə aliment alsın özü üçün xərcləsin. Alimentin artırılması ilə bağlı qanunvericilik tərəflərin maddi vəziyyətində dəyişiklik olmasını qeyd edir, görəsən onun hansı maddi vəziyyətində və ailə vəziyyətində dəyişiklik olmasını iddiaçı neçə qeyd etmişdir? Heç bir dəyişiklik yoxdur və daha da əvvəlki vaxtlara nisbətən birazda maddi çətinliklərlə üzləşmişdir. O, iddiaçdan ayrıldıqdan sonra ailə qurmuş və ikinci nikahından xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X12 doğulmuşdur. Hazırda işləri zəyiflədiyindən bu iki uşaqları saxlaya bilmir, evin bütün yükü onun üzərindədir, Masallıda iş olmadığından vəziyyət olduqça açınacaqlıdır. Lakin, buna baxmayaraq min bir əziyyətlə hər ay 579 manat aliment pulunu düzəldib iddiaçıya göndərir. Lakin, hazırda Masallı rayonunda vəziyyət yaxşı deyil və maddi imkanı olduqca çətindir. Hər ay 579 manat iddiaçıya verdiyindən ikinci nikahdan olan uşaqlarına baxa bilmir. İddiaçıya ödədiyi bir nəfər uşaq üçün 193 manat aliment məbləği bir nəfər uşağın saxlanmasına bu zamanda tam kifayət edir, yəni iddiaçı hər ay bir nəfər uşağa 193 manat pulu xərcləyirmi görəsən? Hamı yaxşı bilir ki, iddiaçı hər ay bu məbləği bir nəfər uşaq üçün xərcləmir, bir uşaq bu qədər xərc götürmür. Əgər xərcləyirsə bununla bağlı məhkəməyə sübutlar versin. Eyni zamanda iddiaçı özü də əmək müqaviləsi olmadan işləməklə aylıq qazancı olur və Ailə Məcəlləsinə əsasən uşağı saxlamaq valideynlərin borcu olduğundan bu qanun anayada şamil edilir, anada uşağı saxlamağa ataya kömək etməli, əmək qabiliyyətli olduğundan uşaqların saxlanılması üçün müəyyən vəsait xərcləməlidir. Bunla yanaşı, onun hər hansı bir maddi vəziyyəti dəyişməmiş, sonradan ailə qurmaqla iddiaçıya hər ay 579 manat aliment verməklə yanaşı ikinci ailəsinində gündəlik tələbatlarını qarşılamaq məcburiyyətində qalmışdır. Eyni zamanda iddiaçıdan dünyaya gəlmiş 3 nəfər yetkinik yaşına çatmayan uşaqların da hər hansı bir təlabatı artmayıb və dəyişməyib. Digər geyim əşyasına çəkilən xərclər verdiyi 579 manat aliment məbləği tam qarşılayır. Əgər hansı vartda uşağın əyin başlarına xərc çəkibsə həmin malın satış qəbzini məhkəməyə təqdim etsin ki, bu uşağa filan vaxt bu paltarı almışdır və bu qədər ödəmişdir. Əgər əlavə çəkilən xərclər vardırsa bu barədə sənəd təqdim etsin. Hesab etmişdir ki, iddiaçı heç bir əsas olmadan alimentin miqdarının artırılması ilə bağlı iddia qaldırdığından tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etməklə izahatında bildirdi ki, qətnamə ilə alimentin müəyyən edilməsindən keçən müddət ərzində uşaqların tələbatları artmış və müəyyən edilmiş alimentlə onların saxlanılmasını təmin etmək olduqca çətinləşmişdir. Həmçinin qeyd etdi ki, cavabdehə məxsus dükan olmuşdur, sonradan alimentin ödənilməsndən yayınmaq üçün həmin dükanı atasının adına keçirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qismən etiraf edərək, izahatında bildirdi ki, cavabdeh onun oğludur uşaqların saxlanılması üçün hər ay 630 manat aliment ödəyir-580 manat aliment və 50 manat uşağın xəstəliyi ilə əlaqədar xərc. Oğlu ona məxsus marketlə satıcı işləməklə 345 manat maaş alır. Ümumilikdə 660 manat alimentin tutulmasına etiraz etmir. Məhkəmə, iş üzrə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2072/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-276/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 579 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Masallı rayon DSMF tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş vəsiqənin surətindən görünür ki, Ağayev Ramid Rövşən oğlunun sağlamlıq imkanları məhdud olan əlildir. İş materiallarında olan German Hospital tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş nevroloji baxışdan görünür ki, Mikayıl Ağayevə psixi və nitq inkişafı geriliyi diaqnozu qoyulmuşdur. İş materiallarında olan German Hospital tərəfindən verilmiş nevroloji müayinədən görünür ki, Ramid Ağayevə oliqofreniya (kəmağıllıq)-debillik diaqnozu qoyulmuşdur. İş materiallarında olan German Hospital tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, X2 pediatrda müayinəsi üçün xx.xx.2020-ci il tarixdə 64 manat, nevropatoloq üçün xx.xx.2020-ci il tarixdə 45 manat, pediatr üçün xx.xx.2019-cu il tarixdə 15 manat, nevropatoloq üçün xx.xx.2019-cu il tarixdə 30 manat, pediatr üçün xx.xx.2019-cu il tarixdə 35 manat, Ağayev Ramid Rövşən oğlunun pediatrda müayinəsi üçün xx.xx.2020-ci il tarixdə 55 manat, nevropatoloq üçün xx.xx.2019-cu il tarixdə 30 manat ödənişlər edilmişdir. İş materillarında olan etiraza əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə X3 nikahlarını bağlamışlar, birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X12 və xx.xx.2019cu il təvəllüdlü X10 doğulmuşdur. İş materillarında olan 13998 saylı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 629 manat köçürülmüşdür. İş materillarında olan X7 sistemi vasitəsi ilə əldə edilmiş vergi məlumatlarında müəyyən olunur ki, xx.xx.2013-cü il tarixdə Cavabdehn adına verilmiş ********* saylı VÖEN-nin fəaliyyəti hazırda dayandırılmışdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Bakı 16 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiyası sesiyasında iştirak etmədiyindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamış və bu barədə müvafiq arayış verilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə və uşaqlarının ikisinin xəstə olmasına əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin, buna baxmayaraq göstərilən hal, o cümlədən cavabdehin hazırda maddi qazancının tələb olunan miqdarda alimenti ödəmək üçün kifayət etməməsi, yenidən ailə qurması, həmin nikahdan 2 uşağının olması, onun əvvəlki nikahından olan övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşaqların böyüməkdə davam etməklə hər keçən müddətdə onların müvafiq olaraq tələbatlarının da artmasını, uşaqların ikisinin xəstə olmaqla mütəmati həkim müayinəsindən keçməsi zərurətinin olması, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatandək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay hər uşağa görə 210 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2072/2022 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 210 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği cəmi 51 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 612 manat (51x12=612) müəyyən edildiyindən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2072/2022 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1709/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1709/2023
17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver