Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1754/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” tələbi üzrə ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “borc müqavilələrinin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” tələbi üzrə ilkin iddia ərizəsilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 500.000 manat ödənilməmiş pulun, 790 manat dövlət rüsumunun, ümumilikdə 500.790 manat pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra “iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən (VÖEN: **********) borc müqavilələri əsasında ödənilmiş 1.000.000 manat, məhkəməyə müraciət üçün ödənilmiş 1290 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dəqiqləşdirməni AR Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olduğundan icraata qəbul etmişdir.. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “borc müqavilələrinin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 001/2020 TBM saylı, xx.xx.2020-ci il tarixli 002/2020 TBM saylı, xx.xx.2020-ci il tarixli 003/2020 TBM saylı, xx.xx.2020-ci il tarixli, 004/2020 TBM saylı, xx.xx.2020-ci il tarixli 005/2020 TBM saylı, xx.xx.2020-ci il tarixli 006/2020 TBM saylı, xx.xx.2020-ci il tarixli 007/2020 TBM saylı, xx.xx.2020-ci il tarixli 008/2020 TBM saylı, xx.xx.2020-ci il tarixli 009/2020 TBM saylı, xx.xx.2020-ci il tarixli 010/2020 TBM saylı, xx.xx.2020-ci il tarixli 011/2020 TBM saylı, xx.xx.2021-ci il tarixli 001/2021 TBM saylı, xx.xx.2021-ci il tarixli 002/2021 TBM saylı, xx.xx.2021-ci il tarixli 003/2021 TBM saylı, xx.xx.2021-ci il tarixli 004/2021 TBM saylı, xx.xx.2021-ci il tarixli 005/2021 TBM saylı, xx.xx.2021-ci il tarixli 006/2021 TBM saylı, xx.xx.2021-ci il tarixli 006/2021 TBM saylı, xx.xx.2021-ci il tarixli 007/2021 TBM saylı, xx.xx.2021-ci il tarixli 008/2021 TBM saylı, xx.xx.2021-ci il tarixli 009/2021 TBM saylı, xx.xx.2021-ci il tarixli 010/2021 TBM saylı, xx.xx.2021-ci il tarixli 011/2021 TBM saylı, xx.xx.2021-ci il tarixli 012/2021 TBM saylı, xx.xx.2021-ci il tarixli 013/2021 TBM saylı, xx.xx.2021-ci il tarixli 014/2021 TBM saylı borc müqavilələri etibarsız hesab edilməsi, cavabdeh İddiaçı Cavabdeh MMC-nin kassasından götürdüyü və özünə məxsus bank hesabına ödədiyi 1298000,00 manat məbləğində pul vəsaitinin İddiaçı tələb edilib Cavabdeh MMC-yə ödənilməsi, İddiaçı Cavabdeh MMC-nin bank hesabından xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində 66 ədəd ödəniş tapşırığı əsasında öz şəxsi hesabına köçürdüyü ******* manat pulun tələb edilib Cavabdeh MMC-yə ödənilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrə 2581263.63 manat məbləğində kassadan nağd qaydada götürdüyü pul vəsaitlərinin İddiaçı tələb edilib Cavabdeh MMC-yə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 3241 manat dövlət rüsumunun cavabdehdən tələb edilib Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. lkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı il tarixdən 2021-ci il tarixədək Cavabdeh MMC-nin payçılarından biri olmuşdur. Təsisçisi olduğu Cavabdeh MMC AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş VÖEN ********** əsasında qeydiyyata alınmışdır. Cavabdehin 33% payı ona məxsus olmuşdur. O, eyni zamanda Cavabdeh MMC-də direktor vəzifəsində çalışmışdır. 2019-cu ildən 2021-ci il tarixədək "xxxx" ASC-də olan fiziki şəxs olaraq ona məxsus şəxsi hesabından hüquqi şəxs Cavabdeh MMC-nin cavabdehin korporativ hesabına borc müqavilələri əsasında şəxsi vəsaitindən ümumilikdə 2.000.000 manat vəsait köçürülmüşdür. Həmin vəsaitin köçürülməsini təsdiq edən borc müqavilələri və ödəniş tapşırıqları mövcuddur. Borc müqavilələri əsasında köçürülmüş 2.000.000 manat vəsaitdən 1.000.000 manat hissəsi hüquqi şəxsin hesabından, fiziki şəxs olaraq onun hesabına geri qaytarılmışdır. Onunla MMC-nin digər təsisçisi X6 arasında Bakı şəhəri, 6 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli müəssisədəki payın alqı-satqısı haqqında müqaviləyə əsasən təsisçisi olduğu Cavabdeh MMC-dəki 33% payını, nizamnamə kapitalına uyğun olaraq 16.5 satmışdır. Həmin alqı-satqı müqaviləsi də hal-hazırda məhkəmədə mübahisələndirilmişdir. Lakin, fiziki şəxs olaraq öz şəxsi vəsaitindən, şəxsi hesabından Cavabdeh MMC-nin hesabına köçürülən pul məbləğinin nizamnamə kapitalına və MMC-dəki təsisçi payına heç bir aidiyyatı yoxdur. Müəsissədəki təsis payının dəyəri 16.5 manat olduğundan, payın alqı-satqısı həmin qiymətə bağlanmışdır. Lakin, hal-hazırda Cavabdeh MMC ilə nə təsisçisi, nə də direktoru olmadığından borc olaraq verdiyi şəxsi vəsait olan 1.000.000 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh ona məxsus 1.000.000 manat təşkil edən vəsaiti qanunsuz olaraq özünsə saxlamaqla ona maddi ziyan vurur. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən də Cavabdeh MMCdən borc müqavilələri əsasında ödənilmiş 1.000.000 manat məhkəməyə müraciət üçün ödənilmiş 1290 manatın alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, izahatında bildirdi ki, qarşılıqlı iddianın əsaslılığına dair fikirlərini bildirməzdən əvvəl cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sübutların mötəbərliliyi barədə münasibətlərini bildirmək istərdi. Əvvəlcə qeyd edilməlidir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən gündəlik kassa hesabatları (nağd pul hesabatı) barədə sənədlər sübut kimi mötəbər deyil. Birincisi ona görə ki, göstərilən məbləğlər həqiqəti əks etdirmir. Real dövriyyə əslində daha çox olmuşdur. İkincisi ona görə ki, həmin sənədlərdəki imza İddiaçı məxsus deyil. Bu isə həmin hesabatın ümumiyyətlə cavabdeh müəssisəyə aid olubolmamasını şübhə altına qoyur. Üçüncüsü ona görə ki, həmin sənədlər surətdir. MPM-in 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməlidir. Cavabdeh tərəfindən təqdim edilən auditor rəyi də işin həll olunmasında mötəbər sübut kimi qəbul edilə bilməz. Birincisi ona görə ki, həmin rəy yuxarıda da göstərdikləri müəssisəyə aid olub-olmaması dəqiq müəyyən oluna bilməyən, həmçinin surətlərdən ibarət sənədlər əsasında tərtib olunmuşdur. İkincisi ona görə ki, həmin rəyin qərəzli olaraq verilməsində ciddi şübhələr var. Həmin şübhələrin yaranmasına əsas verən birinci amil rəyin adıdır. Auditor rəyi ümumiyyətlə mənfi və ya müsbət ola bilməz. Çünki bunlar biznes fəaliyyəti və maliyyə məsələlərinə münasibətdə nisbi anlayışlardır. Auditor rəyi sadəcə audit olunan müəssisədəki maliyyə vəziyyətinin nəticələrini əks etdirən sənəddir. Nəticənin mənfi və ya müsbət olmasını isə müəssisə rəhbərliyi müəyyən edir. Auditorun bunu birbaşa rəyin başlığında göstərməsi artıq həmin rəyin müəssisə rəhbərinin tapşırığı ilə və əvvəlcədən planlaşdırılmış nəticəyə yönələn qaydada aparılmasına ciddi şübhə yaradır. Digər tərəfdən, rəyi oxuyarkən auditorun yoxlayıcı funksiyasını aşaraq mühakimə edici funksiyanı icra edərək şəxslərin fəaliyyətinə hüquqi qiymət verməyə çalışdığını da görmək mümkündür. Bu isə həmin rəyin heç bir halda qarşı tərəfin istinad etdiyi halları təsdiq edən mötəbər sübut kimi qəbul edilməsini istisna edir. Həmin maddənin formal mənasına görə bu istənilən əqdə tətbiq edilməlidir. Lakin, əslində həmin maddəni bütövlükdə analiz etdikdə görülə bilər ki, burada söhbət müəssisənin ziyanına bağlanan əqdlərdən gedir. Bu o deməkdir ki, cavabdeh həmin borc müqavilələrinin qanunsuz və bu əsasla da etibarsız olmasını iddia etməzdən əvvəl onların müəssisəni hansı zərərə uğratdığını sübut etməlidir. Bu isə mümkün deyil, çünki həmin müqavilələr müəssisənin ziyanına yox, əksinə xeyrinə bağlanmışdır. Çünki, məhz həmin müqavilələr əsasında müəssisə əlavə nağd pul vəsaiti əldə etmişdir. Halbuki, həmin vəsaiti məsələn bankdan əldə etsəydi, yüksək məbləğdə faiz ödəyərək əlavə maliyyə yükü altına girmiş olacaqdı. Bu halda isə borc faizsiz olaraq müəssisəyə verilmişdir. İddiaçı təsisçi olaraq öz pulunu müəssisənin işinə dəstək olmaq üçün müəssisənin hesabına borc olaraq vermişdir ki, bu halda müəssisənin ümumi fəaliyyəti yaxşılaşır və gəlirdən digər təsisçi də faydalanmış olur. Amma İddiaçı həmin vəsaiti məsələn, hər hansı banka əmanət kimi qoyub yenə də gəlir əldə bilərdi. Tərəflər arasında bağlanan bütün borc müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı cavabdehin tələbinin isə məntiqli olmadığını hesab edir. Belə ki, həmin müqavilələr üzrə pulun borca verilməsi faktı işin mübahisəsiz halıdır. Borc nağdsız qaydada hesabdan hesaba köçürüldüyü üçün müqavilənin formal xarakter daşıması iddia oluna bilməz, çünki müvafiq pul vəsaitləri real olaraq cavabdehin hesabına keçirilib. Cavabdeh özü qarşılıqlı iddia ərizəsində MM-in 337.5-ci maddəsinə istinad edərək bildirir ki, əqdlər etibarsız hesab edildikdə əqd üzrə tərəflər aldıqlarını qarşı tərəfə geri qaytarmalıdır. Bütün borc müqavilələrində iddiaçı borc verən tərəf, cavabdeh isə borc alan tərəf kim çıxış edir. Əgər bütün bu müqavilələr etibarsız hesab olunsa, o halda borc kimi verilən bütün məbləğ iddiaçıya geri qaytarılmalıdır. İddiaçının hazırki tələbi borc kimi ödənilən ümumi məbləğin geri qaytarılmamış hissəsinin ona geri qaytarılmasından ibarətdir. Yəni, borc kimi ödənilmiş məbləğin bir hissəsi artıq iddiaçıya geri ödənilib. Qalan məbləğin də geri ödənilməsi ilə əslində elə müqavilələrin etibarsız hesab edilməsi halında baş verəcək hüquqi nəticə ilə eyni nəticə baş verəcək. Başqa sözlə, iddianın təmin edilməsi ilə qarşılıqlı iddianın müqavilələrin etibarsız hesab edilməsi hissəsində təmin edilməsi faktiki olaraq eyni nəticəyə gətirib çıxaracaq. Bu isə o deməkdir ki, qarşılıqlı iddia ilkin iddia üzrə tələbin qarşılıqlı ödənilməsinə yönəlməyib və ya qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır. Hansı ki bu halda qarşılıqlı iddia MPM-in 156.1.1 və 156.1.2-ci maddələrinin tələbinə cavab vermir. Qeyd olunanları nəzərə alaraq ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddianı müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddianı isə rədd edilməsi barədə qətnamə qəbul edilməsin məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə2 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, öz izahatında bildirmişdir ki, "Ştutqart” MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X1 04,07.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Cəmiyyətə ********** №-li VÖEN verilmişdir. "Ştutqart” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X9 qeydiyyatı idarəsi tərəfindən xx.xx.2021-ci il tarixlə qeydiyyata alınmışdır. Cəmiyyətin nizamnamə kapitalı 50,00 manat məbləğindədir. Cəmiyyətin təsisçisi və nizamnamə kapitalında mayaların miqdarı X2 məxsusdur. Cəmiyyət Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X1n xx.xx.2014-cü il tarixdə qeydiyyata alınarkən cəmiyyətin təsisçiləri İddiaçı 50% və X11 50% pay sahibləri olmuşlar. xx.xx.2015-ci il tarixdə cəmiyyətin paylarında dəyişiklər edilmiş, X12 67% və İddiaçı 33% pay sahibləri olmuşlar. “Ştutqart" MMC-nin təsisçilərində dəyişiklik olmuş və X6 nizamnamə kapitalında payların 67%-ə sahib olmuşdur. Cəmiyyət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X9 qeydiyyatı idarəsi tərəfindən xx.xx.2021-ci il tarixlə təkrar qeydiyyata alınmışdır. Təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı Əliyev Nərimana 67% , İddiaçı 53% sahib olmuşlar. Cəmiyyətin qanuni təmsilçisi (direktor) İddiaçı olmuşdur. “Ştutqart" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X9 qeydiyyatı idarəsi tərəfindən xx.xx.2021-ci il tarixlə qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı X6-67% və İddiaçı-33% olmuşdur. Qanuni təmsilçi (əvvəlki) (direktor) İddiaçı olmuşdur. Qanuni təmsilçi (hazırki) (direktor) X6 olmuşdur. Cavabdeh MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X9 qeydiyyatı idarəsi tərəfindən xx.xx.2021-ci il tarixlə təkrar qeydiyyata alınmışdır. Cəmiyyətin nizamnamə kapitalı 50,00 manat məbləğində tək təsisçi X2 məxsusdur. Qanuni təmsilçi (hazırki) X3r. İlk iddia üzrə İddiaçı oğiu Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə iddia ərizə ilə müraciət edərək cavabdeh "Ştutqart” MMC-dən borc müqaviləsi əsasında ödənilmiş 500,000 manat, məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun cavabdeh "Ştutqart” MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2022-ci i! tarixdə məhkəmə hazırlıq iclası gününə cavabdehə çatdırılmışdır. Mülki işə məhkəmə baxışından hazırlıq iclasında iddiaçı tərəfindən iddianın həcminin artırılması barədə ərizə təqdim edilmişdir. İddia ərizəsinə iddia tələbinin əsasını təşkil edən sənədlər və sübutlar məhkəməyə və cavabdeh tərəfə təqdim edilmədiyindən cavabdehə iddia ərizəsi ilə tələb edilən borcun hansı əsaslara görə tələbi aydın olmamışdır. İddia tələbi ilə əlaqədar məhkəməyə təqdim edilmiş müvəqqəti təmin tədbiri barədə ərizə üzrə qəbul edilmiş qərardad tərəflərindən alındıqdan sonra, 12 mart 2022-ci il tarixdən iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışla borcun tələb edilməsinə dair tələb qismən məlum olmuşdur. İddiaçı tərəfindən 1.000.000 manat işə əlavə edilmiş 02 iyun 2020-ci il tarixli İddiaçı tərəfindən bağlanmış borc müqaviləsi və xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə borcun tələb edilmə əsasları məlum olmuşdur. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrə Cavabdeh MMC-nin təsisçisi və direktoru olmuşdur. İddiaçı Cəmiyyətin təsisçisi və direktoru olduğu dövrdə "xxxx" ASC-də olan öz adına AZ24PAHA41010AZNFCO100001456 saylı hesab açmışdır. Cəmiyyətin fəaliyyət göstərən mağazalarından, xəzinəyə daxil olmuş pul vəsaitləri, əvvəlki günün sonuna kassada qalıq qalan pul və digər daxil olmuş pul vəsaitləri cəmiyyətin direktoru vəzifəsində işləyən İddiaçı tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə və öz qulluq mövqeyindən istifadə eltməklə ona etibar edilmiş Cəmiyyətin əmlakını talamaq məqsədi ilə nəğd qaydada götürülərək "xxxx" ASC-də öz adına açdığı AZ4PAHA41010AZNFCO100001456 saylı hesabına ödəmişdir. Öz adına açdığı bank hesabına ödənilmiş Cavabdeh MMC-yə məxsus pul vəsaitini fiziki şəxs olaraq öz adından və “Ştutqart MMC-nin təsisçisi və direktoru olmaqla Cəmiyyətin adından borc müqaviləsi bağlamaqla borc müqavilələri ilə Cəmiyyətin Azərbaycan Beynəlxalq Bankının Sənaye filialında olan hesablara ödəmişdir. Borc olaraq Cavabdeh MMC-nin ABB Sənaye filialında olun hesablarına ödədiyi pul vəsaitlərini heç bir əməliyyat aparmadan yenidən özünün, bank hesablarına qaytarmışdır. İddiaçı Cəmiyyətə məxsus pul vəsaitlərini xəzinədən götürməsi Cəmiyyətin xəzinədarı vəzifəsində işləmiş Bəşirzadə Kiçin tərəfindən tərtib edilmiş A4 formatında 2 vərəqədən ibarət gündəlik kassa hesabatları ilə təsdiq edilir. Gündəlik kassa hesabatının birinci vərəqəsində gün, ay və il göstərilməklə mağazaların adı, sıra sayı, mağazalardan gündəlik daxil olan pul vəsaitləri qeyd edilmişdir. Yekunda mağazalardan "Ştutqart” MMC-yə daxil olmuş pul vəsaitinin kassaya mədaxili, əvvəlki günün sonuna kassada qalıq məbləği və digər daxil olmalar əks etdirilmişdir. Gündəlik kassa hesabatının xərc bölməsində isə gündəlik yığılan pulların xərclənməsi qeyd olunmuşdur. Gündəlik kassa hesabatının xərc bölməsində İddiaçı kassadan götürdüyü pulun məbləği qeyd edilmişdir. İddiaçı kassadan götürdüyü pul vəsaitlərini "xxxx" ASC-də olan bank hesabına ödəmişdir. Cəmiyyətin xəzinədarının gündəlik kassa hesabatlarından 20,05,2020-ci il tarixdə 102000.00 manat, xx.xx.2020-ci il tarixdə 32000.00 manat, xx.xx.2020-ci il tarixdə 37000,00 manat, xx.xx.2020-ci tarixdə 45000,00 manat xx.xx.2020-ci il tarixdə 111000,00 manat xx.xx.2020-ci il tarixdə 136003,00 manat, xx.xx.2020-ci il tarixdə 60000.00 manat, xx.xx.2020-ci il tarixdə 130000,00 manat, xx.xx.2020- cİ i! tarixdə 40000,00 manat, xx.xx.2021-ci il tarixdə 64000,00 manat (Aqil), xx.xx.2021-ci il tarixdə 255.000 manat, xx.xx.2021-ci il tarixdə 60000,00 manat, 23,04.2021-ci il tarixdə 24000,00 manat, xx.xx.2021-ci il tarixdə 40000.00 manat, xx.xx.2021-ci il tarixdə 20000,00 manat, xx.xx.2021-ci il tarixdə 10000,00 manat xx.xx.2021-ci il tarixdə 42000,00 manat və xx.xx.2021-cİ il tarixdə 65000,00 manat, ümumilikdə 1298000,00 manat məbləğində pulu İddiaçı kassadan nağd olaraq götürmüşdür. Yuxarıda qeyd etdiyi 19 halda Cəmiyyətin xəzinəsindən nağd götürdüyü 1298000.00 manat məbləğində pulu İddiaçı və onun tapşırığı ilə "Ştutqart” MMC-nin işçiləri tərəfindən “PAŞA BANK’’ ASC-də olan İddiaçı bankda olan hesablaşma hesabına köçürülmüşdür. Yəni, İddiaçı bank hesabına köçürülmüş ******* manat məbləğində vəsait "Ştutqart” MMC-yə məxsus pul vəsaitləridir. İddiaçı yuxarıda qeyd olunan Cavabdeh MMC-nin bank hesabından şəxsi bank hesabına ödənilmiş 441000.00 manat pul vəsaitini xx.xx.2021-ci il tarixdə 136000,00 manat. xx.xx.2021 -ci il tarixdə 50000,00 manatı və xx.xx.2021-ci il tarixdə 255000,00 manat, cəmi 441000.00 manat məbləğində borc müqaviləsi əsasında Cavabdeh MMC-yə vermişdir. "Ştutqart“ MMC-nin direktoru vəzifəsində işləmiş İddiaçı Cəmiyyətin ondan borc pul alması və Cəmiyyətə borc verməsi barədə digər təsisçinin razılığın almamış, digər təsisçiyə məlumat vermədən, iştirakçıların, ümumi yığıncağının, direktorlar şurasının müşahidə şurasının qərarı olmadan həyata keçirmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə Cəmiyyətin 25 mağazası fəaliyyət göstərmişdir. Həmin mağazalarda qeyd olunan dövrdə ümumilikdə 3074591.63 manat məbləğində nağd pul vəsaiti mədaxil edilmişdir. Qeyd edilən dövrdə 142700.00 manat məbləğində müxtəlif banklardan nağd pul alınmışdır. Bundan əlavə banka 391485.00 manat məbləğində nağd pul qoyulmuşdur. 2021-ci ilin sentyabr ayında İddiaçı işdən çıxdığı vaxtda Cəmiyyətin kassa qalığı 2585806.63 manat məbləğində olmalı idi, Halbuki, 4543.00 manat məbləğində nağd pul xx.xx.2021-ci il larixdə xəzinədar Bəşirzadə Elçin tərəfindən, X7 4534.00 manat məbləğində pul təhvil verilmişdir. 2581263.63 (25858xx.xx-4543.00) manat məbləğində kassada əskiklik qalmışdır. Nəticədə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrə 2581263.63 manat məbləğində kassada nağd olaraq pul qalmalı idi. Lakin, kassada qeyd edilən məbləğ olmamışdır Kassada əskiklik yaranmışdır. Həmin məbləğ Cəmiyyətin direktoru İddiaçı tərəfindən qulluq mövqeyindən sui-istifadə etmə yolu ilə talanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 349.1-ci maddəsinə görə mülki hilquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və v« bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə görə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər mınsı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsləri və onun bütün iştirakçıların maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlanın öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifənin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, hal-hazırda Cavabdeh MMC-də çalışır. 2015-ci ildən 2021-ci ilin iyul ayınadək orada işləmişdir. Cavabdeh MMC-də təsisçi olduğu müddətdə direktor İddiaçı olmuşdur. Ümumi yığıncaqda iştirak etməmişdir. İddiaçı Ştutqart” MMC-yə borc pul verməsi ilə bağlı məlumatı olmamışdır. 6 il orada təsisçi olmuşdur. Nəriman bəy pul qoyub, təsisçi isə o olmuşdur. Əfqan ona müəyyən edilmiş qazancı verir, o da Nəriman bəyə verirdi. Qərar vermək səlahiyyəti olmamışdır, oradakı bütün qərarları Əfqan verirdi. Qərarları Nəriman bəydən xəbərsiz verdiyini bilmir. Əfqanın kassadan pullar götürdüyünü isə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, keçən ilə kimi Cavabdeh MMC-də işləyirdi. İddiaçı sürücüsü vəzifəsində çalışmışdır. İddiaçı bank hesablarına həm pul qoymuş, həm də pul çıxartmışdır. Qəbzlərdə onun da adı vardır. Həmin pulları Ştutqart” MMC-nin xəzinədarı olan Bəşirzadə Elçindən əldə etmişdir. Çox vaxt pulları Bəşirzadə Elçindən götürmüşdür. Pulları götürməyi İddiaçı deyirdi. Pulları götürüb həm İddiaçı hesabına, həm də Cavabdeh MMC-nin hesabına köçürürdü. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, hal-hazırda Cavabdeh MMC-də işləyir. Bu pulları qoymaq, daha sonra çıxartmaq kimi proseslərə 2020-ci ildən başlamışlar. Əvvəlcə pulları İddiaçı şəxsi cari hesabına, daha sonra Cavabdeh MMC-nin hesabına qoyurdular. Kassadan xəzinədar vəsait yığırdı. Audit hesabladı ki, 2020-ci ildə 3 milyon manat daxil olmalı idi, olmayıb. 2021-ci ildə 1 milyon vəsait cari hesaba, 1 milyon vəsait təsisçi hesaba qoyulub. Pullar Cavabdeh MMC-nin pulu olmuşdur. 1 milyon manat audit rəyinə əsasən 2021-ci ilin aprel, may aylarında İddiaçı hesabına pullar qoyulub. Bildiyi qədərilə onlar qaytarılmayıb. Gündəlik 100.000 manat Cavabdeh MMC-nin hesabından Əfqanın "xxxx" ASC-dəki şəxsi hesabına, oradan da yenidən Cavabdeh MMC-nin hesabına köçürülürdü. Beynəlxalq Bank hesabı da var idi. İddiaçı sentyabr ayının 8-də ofisə gəlib ona dedi ki, 100.000 manat onun şəxsi hesabına atsın. O da dediyini elədi. Cari hesaba borc müqaviləsi əsasında qoyulub və hələ də geri mədaxil olunmayıb. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iddia və qarşılıqlı iddia ərizələrini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X9 qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli Çıxarışından görünür ki, qurumun adı Cavabdeh MMC, qeydiyyata alındığı tarix xx.xx.2014-cü il, Cavabdeh MMC-nin Qanuni təmsilçisi X6. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X9 qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli Çıxarışından görünür ki, Cavabdeh MMC-nin Nizamnamə kapitalının miqdarı (ödənilmiş) 50.00 manat, Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (əvvəlki) İddiaçı – 33% və X6 – 67%. Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (hazırki) X6 – 100%. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentin Kommersiya X9 qeydiyyatı idarəsinin xx.xx.2016-cı il tarixli Çıxarışından görünür ki, Cavabdeh MMC-nin Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı X12 – 67% və İddiaçı – 33%. Qanuni təmsilçisi İddiaçı. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X9 qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli Çıxarışından görünür ki, Cavabdeh MMC-nin Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı X6 – 67% və İddiaçı – 33% . Qanuni təmsilçisi İddiaçı. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Müəsissədəki payın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə MMC-nin digər təsisçisi X6 arasında Bakı şəhəri, 6 saylı Notariat Ofisində müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, İddiaçı təsisçisi olduğu Cavabdeh MMC-dəki 33% payını, nizamnamə kapitalına uyğun olaraq 16.5 manata satmışdır. İş materiallarında olan 01 aprel 2020-ci il tarixli, 001/2020 TBM saylı, xx.xx.2020-ci il tarixli 002/2020 TBM, xx.xx.2020-ci il tarixli 003/2020 TBM, xx.xx.2020-ci il tarixli, 004/2020 TBM, xx.xx.2020-ci il tarixli 005/2020 TBM, xx.xx.2020-ci il tarixli 006/2020 TBM, xx.xx.2020-ci il tarixli 007/2020 TBM, xx.xx.2020-ci il tarixli 008/2020 TBM, xx.xx.2020-ci il tarixli 009/2020 TBM, xx.xx.2020-ci il tarixli 010/2020 TBM, xx.xx.2020-ci il tarixli 011/2020 TBM, xx.xx.2021-ci il tarixli 001/2021 TBM, xx.xx.2021-ci il tarixli 002/2021 TBM, xx.xx.2021-ci il tarixli 003/2021 TBM, xx.xx.2021-ci il tarixli 004/2021 TBM, xx.xx.2021-ci il tarixli 005/2021 TBM, xx.xx.2021-ci il tarixli 006/2021 TBM, xx.xx.2021-ci il tarixli 006/2021 TBM, xx.xx.2021-ci il tarixli 007/2021 TBM, xx.xx.2021-ci il tarixli 008/2021 TBM, xx.xx.2021-ci il tarixli 009/2021 TBM, xx.xx.2021-ci il tarixli 010/2021 TBM, xx.xx.2021-ci il tarixli 011/2021 TBM, xx.xx.2021-ci il tarixli 012/2021 TBM, xx.xx.2021-ci il tarixli 013/2021 TBM, xx.xx.2021-ci il tarixli 014/2021 TBM saylı borc müqavilələrinin surətindən görünür ki, bir tərəfdən Cavabdeh MMC-nin təsisçisi İddiaçı, digər tərəfdən də yenə Cavabdeh MMC-nin direktoru İddiaçı çıxış edərək müqavilələr bağlanılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2020-ci il tarixli 003/2020 TBM saylı müqaviləyə əsasən 32.000 manat; xx.xx.2020-ci il tarixli 002/2020 TBM saylı müqaviləyə əsasən 102.000 manat; 01 aprel 2020-ci il tarixli, 001/2020 TBM saylı müqaviləyə əsasən 85.000 manat; xx.xx.2020-ci il tarixli, 004/2020 TBM saylı müqaviləyə əsasən 37.000 manat; xx.xx.2020-ci il tarixli 005/2020 TBM saylı müqaviləyə əsasən 45.000 manat; xx.xx.2020-ci il tarixli 006/2020 TBM saylı müqaviləyə əsasən 78.000 manat; xx.xx.2020-ci il tarixli 007/2020 TBM saylı müqaviləyə əsasən 33.000 manat; xx.xx.2020-ci il tarixli 008/2020 TBM saylı müqaviləyə əsasən 136.000 manat; xx.xx.2020-ci il tarixli 009/2020 TBM saylı müqaviləyə əsasən 60.000 manat; xx.xx.2020-ci il tarixli 010/2020 TBM saylı müqaviləyə əsasən 130.000 manat; xx.xx.2020-ci il tarixli 011/2020 TBM saylı müqaviləyə əsasən 40.000 manat; xx.xx.2021-ci il tarixli 001/2021 TBM saylı müqaviləyə əsasən 400.000 manat; xx.xx.2021-ci il tarixli 002/2021 TBM saylı müqaviləyə əsasən 64.000 manat; xx.xx.2021-ci il tarixli 003/2021 TBM saylı müqaviləyə əsasən 136.000 manat; xx.xx.2021-ci il tarixli 004/2021 TBM saylı müqaviləyə əsasən 50.000 manat; xx.xx.2021-ci il tarixli 005/2021 TBM saylı müqaviləyə əsasən 255.000 manat; xx.xx.2021-ci il tarixli 006/2021 TBM saylı müqaviləyə əsasən 85.000 manat; xx.xx.2021-ci il tarixli 006/2021 TBM saylı müqaviləyə əsasən 60.000 manat; xx.xx.2021-ci il tarixli 007/2021 TBM saylı müqaviləyə əsasən 24.000 manat; xx.xx.2021-ci il tarixli 008/2021 TBM saylı müqaviləyə əsasən 255.000 manat; xx.xx.2021-ci il tarixli 009/2021 TBM saylı müqaviləyə əsasən 25.000 manat; xx.xx.2021-ci il tarixli 010/2021 TBM saylı müqaviləyə əsasən 40.000 manat; xx.xx.2021-ci il tarixli 011/2021 TBM saylı müqaviləyə əsasən 20.000 manat; xx.xx.2021-ci il tarixli 012/2021 TBM saylı müqaviləyə əsasən 10.000 manat; xx.xx.2021-ci il tarixli 013/2021 TBM saylı müqaviləyə əsasən 42.000 manat; xx.xx.2021-ci il tarixli 014/2021 saylı müqaviləyə əsasən 65.000 manat məbləğində pul vəsaitləri ödəyici kimi İddiaçı tərəfindən vəsait alan Cavabdeh MMC-nin bank hesabına köçürülmüşdü. İş materiallarında olan "xxxx" ASC məxsus Hesabdan çıxarışlardan görünür ki, müxtəlif vaxtlarda borc müqavilələri əsasında toplam 1.587.000 manat məbləğində pul cavabdehə məxsus hesabdan məxaric edilmişdi. İş materiallarında olan 29 mart 2022-ci il tarixli Mənfi Auditor rəyindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2.309.000 manat məbləğində vəsait qoymuşdur. Cəmiyyət tərəfindən İddiaçı bankdakı cari hesabına 1.868.000 manat məbləğində vəsait qaytarmışdır. Bundan əlavə Cavabdeh MMC tərəfindən 1.298.000 manat nağd pul İddiaçı nağd olaraq verildiyi sistem məlumatlarında öz əksini tapmışdır. Həmçinin, 255.000 manat məbləğində vəsait İddiaçı cari hesabından çıxardılmış və Cavabdeh MMC-nin kassa hesabına mədaxil edilmişdi. Nəticədə 602.000 manat məbləğində sonuncunun müəssisəyə borcu olduğu aşkar edilmişdi. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrə 251863.63 manat məbləğində kassada nağd olaraq pul qalmalı idi. Lakin, kassada qeyd edilən məbləğ olmamışdı. Yəni, kassada əskiklik yaranmışdır. Bu işə məsul şəxslər maliyyə meneceri (xəzinədar) X5 və direktor İddiaçı tərəfindən aydınlıq gətirilməlidir. Beləliklə, son nəticədə 3183263.63 manat məbləğində İddiaçı şirkətə borcu qalmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin "xxxx" ASC, “ABB” və “Bank Respublika”dakı cari hesablarına xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək nağd qoyulan pul vəsaitlərinin hesabatından görünür ki, ümumilikdə 1.054.225 manat məbləğində bank hesablarına pul qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 49.3-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir; 49.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. 49-1.1-ci maddəsinə əsasən, hüquqi şəxsə aidiyyəti olan şəxslə həmin hüquqi şəxs arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarından görünür ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur: «Prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olan məhkəmələr vicdanlı inamdan hakim qərəzliyinə və ya subyektivliyinə keçməmək üçün prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara dönmədən əməl etməlidirlər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir». Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, ilkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh MMC-nin birgə təsisçi və direktor olaraq 2016-çı ildən 2021-çi ilədək işləmişdir. Müəssisədə işlədiyi müddətdə İddiaçı fiziki şəxs olaraq ona məxsus şəxsi hesabından hüquqi şəxs Cavabdeh MMC-nin hesabına borc müqavilələri əsasında şəxsi vəsaitindən 2.000.000 manat pul vəsaiti köçürmüşdür. Borc müqavilələri əsasında köçürülmüş 2.000.000 manat vəsaitdən 1.000.000 manat hissəsi hüquqi şəxsin hesabından, fiziki şəxs olaraq İddiaçı hesabına geri qaytarılmışdır. Hal hazırda Cavabdeh MMC-nin nə təsisçi, nə də direktoru olmadığından, borc olaraq verdiyi şəxsi vəsaiti olan 1.000.000 manat cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarından müəyyən olundu ki, bağlanılmış borc müqavilələri əslində İddiaçı tərəfindən “uydurma əqd” formasında bağlanılaraq, guya iddia ərizəsində qeyd olunan pul vəsaitlərini Cavabdeh MMCnin bank hesabına köçürmüş, daha sonra MMC tərəfindən heç bir yerə xərclənmədiyi üçün həmin pul vəsaitlərini İddiaçı hesabına geri qaytarmışdır. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh MMC-nin direktoru vəzifəsində işləmiş İddiaçı Cəmiyyətin ondan borc pul alması və Cəmiyyətə borc verməsi barədə digər təsisçinin razılığını almamış, digər təsisçiyə məlumat vermədən, iştirakçıların ümumi yığıncağının, direktorlar şurasının (müşahidə şurası) qərarı olmadan həyata keçirilmişdir. Həmçinin, İddiaçı Cavabdeh MMC-nin fəaliyyəti ilə bağlı xərclənmiş pul vəsaitlərinin öz şəxsi pulun olması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Əksinə, müəyyən edilmişdir ki, həmin pul vəsaitləri Cavabdeh MMC-nin öz fəaliyyəti nəticəsində əldə edilmiş pul vəsaitləridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi üzrə iddiaçı A.Abdullayevin Cavabdeh MMC-dən 1.000.000 manat pulun tutulması barədə tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə həmçinin, hər iki iddia tələbi üzrə pulun qaytarılması ilə bağlı tələblərə münasibətdə bildirməyi zəruri hesab edir ki, borc müqavilələrində ümumilikdə, 1.298.000 manat pulun köçürüldüyü qeyd olunsa da, həmin məbləğin iş materiallarında olan sənədlər, şahid ifadələri və s. həmin pul vəsaitlərinin konkret olaraq nə üçün xərcləndiyini, hansı tərəfə məxsus olmasını sübuta yetirə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi qismən, “borc müqavilələrinin etibarsız hesab edilməsi” hissəsində təmin edilməli, pulun tutulması hissəsində isə rədd edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hər iki iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia tələbi rədd edildiyi üçün iş üzrə ödənilmiş 1290 (min iki yüz doxsan) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə İddiaçı özünə, qarşılıqlı iddia ərizəsi üzrə isə ərizə pulun tutulması hissəsində təmin edilmədiyi üçün qarşılıqlı iddia üzrə ödənilmiş 3241 (üç min iki yüz qırx bir) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə aid edilməlidir.. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 1290 (min iki yüz doxsan) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “borc müqavilələrinin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC arasında bağlanmış- xx.xx.2020-ci il tarixli 001/2020 TBM saylı; xx.xx.2020-ci il tarixli 002/2020 TBM saylı; xx.xx.2020-ci il tarixli 003/2020 TBM saylı; xx.xx.2020-ci il tarixli, 004/2020 TBM saylı; xx.xx.2020-ci il tarixli 005/2020 TBM saylı; xx.xx.2020-ci il tarixli 006/2020 TBM saylı; xx.xx.2020-ci il tarixli 007/2020 TBM saylı; xx.xx.2020-ci il tarixli 008/2020 TBM saylı; xx.xx.2020-ci il tarixli 009/2020 TBM saylı; xx.xx.2020-ci il tarixli 010/2020 TBM saylı; xx.xx.2020-ci il tarixli 011/2020 TBM saylı; xx.xx.2021-ci il tarixli 001/2021 TBM saylı; xx.xx.2021-ci il tarixli 002/2021 TBM saylı; xx.xx.2021-ci il tarixli 003/2021 TBM saylı; xx.xx.2021-ci il tarixli 004/2021 TBM saylı; xx.xx.2021-ci il tarixli 005/2021 TBM saylı; xx.xx.2021-ci il tarixli 006/2021 TBM saylı; xx.xx.2021-ci il tarixli 006/2021 TBM saylı; xx.xx.2021-ci il tarixli 007/2021 TBM saylı; xx.xx.2021-ci il tarixli 008/2021 TBM saylı; xx.xx.2021-ci il tarixli 009/2021 TBM saylı; xx.xx.2021-ci il tarixli 010/2021 TBM saylı; xx.xx.2021-ci il tarixli 011/2021 TBM saylı; xx.xx.2021-ci il tarixli 012/2021 TBM saylı; xx.xx.2021-ci il tarixli 013/2021 TBM saylı; xx.xx.2021-ci il tarixli 014/2021 TBM saylı borc müqavilələri etibarsız hesab edilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 3241 (üç min iki yüz qırx bir) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə aid edilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1754/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1754/2022
16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver