Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1783/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X4 və cavabdehin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 29.11.2019-cu il tarixli, BPM**********89 nömrəli Kredit müqaviləsinə əsasən, əsas borc üzrə 724.09 manat olmaqla, cəmi 724.09 manat kredit borcunun tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30.00 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X2 arasında bağlanmış 29.11.2019-cu il tarixli, BPM**********89 №li kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə 24 ay müddətinə, 24 faiz dərəcəsi ilə 1700 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılmaı haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Bank tərəfindən müəyyən edilmişdir ki, X2 27.06.2020-ci il tarixində vəfat etmişdir. ünvan ünvanlanmış 23.12.2021-ci il tarixli, 1517 saylı məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh 28.12.2020-ci il tarixində onun X1 vərəsəsi olmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda adı çəkilən 29.11.2019-cu il tarixli, BPM**********89 nömrəli Kredit müqaviləsinə əsasən, 03.02.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 724.09 manat olmaqla, cəmi 724.09 manat borcu mövcuddur. Eyni zamanda Bank tərəfindən iddia ərizəsilə məhkəməyə müraciət etmək üçün 30.00 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə Cavabdeh 26.01.2022-ci il tarixində 22-1057/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh borcun müəyyən hissəsinin ödənilməsi üçün məhkəmədən vaxt istəmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdi. Hazırki məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 məhkəməyə maliyyə arayışı təqdim edərək izahatında bildirdi ki, 29.11.2019-cu il tarixli müqaviləyə əsasən ödənilən 1700 manat məbləğində kredit üzrə Cavabdeh tərəfindən 06.05.2022-ci il tarixə qədər və həmçinin, həmin tarixdən sonra 50 manat məbləğində ödəniş edilmiş, hazırki tarixə cavabdeh tərəfindən ödənilməli olan məbləğ 524,09 manat təşkil edir. Odur ki, Cavabdeh iddiaçının xeyrinə 524,09 manat məbləğində əsas borc və iddia ərizəsi üçün ödənilmiş 30.00 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi X7 iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" ASC ilə vətəndaş X2 arasında bağlanmış 29.11.2019-cu il tarixli, BPM**********89 №li kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən borcalana 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 1700 manat məbləğində kredit verilmiş, borcalan bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi, habelə kreditdən Müqavilənin 1.2-ci bəndində göstərilmiş təyinatı üzrə (şəxsi istehlak məqsədləri üçün) istifadə etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı Notariat Ofisinin 23 dekabr 2021-ci il tarixli, 1517 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşları X3, X7 və Cavabdeh - 27 iyun 2020-ci il tarixdə vəfat etmiş – X1 qanun üzrə vərəsələri kimi tanınmışlar. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174, mənzil 11də qeydiyyatda olan oğlu – Cavabdeh 28 dekabr 2021-ci il tarixindən 2V-126 və 2V-127 reyestr nömrəsilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə notarius tərəfindən verilmişdir. Bunu iş materiallarına əlavə edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiqlənmiş surətləri də təsdiq edir. İş materiallarında olan 03.02.2022-ci il tarixli, 1620 nömrəli Maliyyə arayışından görünür ki, cavabdehdən tələb edilən borc üzrə cəmi məbləğ 724.09 manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanan 25.01.2022-ci il tarixli “borcun qaytarılması tələbi”nə dair xəbərdarlıq məktubundan da görünür ki, 29.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, X1 vərəsəsi Cavabdeh əsas borc üzrə 724.09 manat və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. Öhdəliyin 5 gün ərzində yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin cavabdehdən tutulacağı barədə məhkəmə qərarının çıxarılmasının xahiş olunacağı barədə Cavabdeh xəbərdar edilmişdir. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən borc üzrə cəmi tələb edilən məbləğ 574.09 manat təşkil edir. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 427, 439, 442, 448, 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, əsas kredit borcu məbləğində pulun mərhum X1 vərəsəsi Cavabdeh tutulması barədə tələbi əsaslıdır və təqdim edilən maliyyə arayışına əsasən təmin edilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1146-cü maddəsinə görə, Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən, Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci eləcə də, 1146, 1255 və 1306cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti və 0,40 qəpik bank xidmət haqqı mərhum X1 vərəsəsi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, mərhum X1 vərəsəsi Cavabdeh 524 (beş yüz iyirmi dörd) manat 09 (doqquz) qəpik əsas borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı, cəmi 554,49 (beş yüz əlli dörd) manat (qırx doqquz) qəpik pul vəsaiti tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh X1 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 29.11.2019-cu il tarixli, BPM**********89 nömrəli kredit müqaviləsinə əsasən, əsas borc üzrə 524.09 manat olmaqla, cəmi 524.09 manat kredit borcu, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30.00 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildikdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1783/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1783/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver