Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-179/2025 16.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı «borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 2023/4103 saylı kredit müqaviləsi üzrə 4.716,24 manat əsas borc, 746,98 manat faiz, 1.185 manat dəbbə pulu olmaqla, cəmi 6.648,22 manat pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" BOKT MMC-yə ödənilməsi; tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 0,01 ha torpaq sahəsi və üzərindəki 595B saylı fərdi yaşayış evinə yönəldilməsi; göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" BOKT MMC-yə 6.648,22 manat məbləğində borcun, bildirişin qeydə alınması ilə əlaqədar 51 manat rüsum və 87 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, xx.xx.2025-ci il tarixdə iddiaçı "xxxx" BOKT MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 2023/4103 saylı kredit müqaviləsi üzrə ümumilikdə 6.302,66 manat (4.716,24 manat əsas borc, 921,42 manat faiz, 665 manat dəbbə pulu) məbləğinin tutularaq "xxxx" BOKT MMC-yə ödənilməsi; tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 0,01 ha torpaq sahəsi və üzərindəki 595B saylı fərdi yaşayış evinə yönəldilməsi; göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" BOKT MMC-yə 6.302,66 manat məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 420 manat xidmət haqqı, bildirişin qeydə alınması ilə əlaqədar 51 manat və 87 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, xx.xx.2025-ci il tarixdə iddiaçı "xxxx" BOKT MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 2023/4103 saylı kredit müqaviləsi üzrə 4.716,24 manat əsas borc, 2.170,69 manat faiz, 2.155 manat dəbbə pulu olmaqla, cəmi 9.041,93 manat pul vəsaitinin tutularaq "xxxx" BOKT MMC-yə ödənilməsi; tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 0,01 ha torpaq sahəsi və üzərindəki 595B saylı fərdi yaşayış evinə yönəldilməsi; göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" BOKT MMC-yə 9.041,93 manat məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 420 manat xidmət haqqı, bildirişin qeydə alınması ilə əlaqədar 51 manat və 111 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə imzalanmış 2023/4103 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 36 ay müddətinə, illik 32 % faiz olmaqla 5.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli 2023/4103 saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2023-cü il tarixində 2023/4103-İP saylı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 0.01 ha torpaq sahəsi və üzərindəki 595B saylı fərdi yaşayış evi "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, Reyestr nömrəsi **********80-10301, Qeydiyyat nömrəsi-**********, Qeydiyyat tarixi xx.xx.2023). Lakin Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 2023/4103 saylı kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Belə ki, xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh "xxxx" BOKT MMC-yə xx.xx.2023-cü il tarixli 2023/4103 saylı kredit müqaviləsi üzrə cəmi 6.648,22 manat (4.716,24 manat əsas borc, 746,98 manat faiz, 1.185 manat dəbbə pulu) məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izahatında kredit götürdüyünə etiraz etmədiyini, müəyyən məbləğdə borcunun olduğunu və maddi vəziyyəti yaxşı olmadığına görə ödənişləri taraz həyata keçirə bilmədiyini bildirərək, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlildir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli 2023/4103 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" BOKT MMC-dən 36 ay müddətinə 32 % dərəcəsi olmaqla 5.000 manat məbləğində kredit almışdır. - xx.xx.2024-cü il tarixli 3060 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2023-cü il tarixli 2023/4103 saylı kredit müqaviləsi üzrə 4.716,24 manat əsas borc, 746,98 manat faiz, 1.185 manat dəbbə pulu olmaqla, cəmi 6.648,22 manat borcunun olduğu qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7729 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli 4103/203 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2023-cü il tarixə: Əsas borc üzrə – 4.580,36 manat; Faiz üzrə – 506,04 manat. Həmçinin hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən sonra 1.170 manat məbləğində ödəniş edilmişdir. Lakin hazırki tədqiqatla borc qalığının hesablanması xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarix) aparıldığından sonradan ödənilən 1.170 manat məbləğində ödəniş nəzərə alınmadı. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli 4103/203 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimənin hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə hesablanmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2239 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4103/203 saylı kredit müqaviləsinə əsasən Cavabdeh kreditin təyin edildiyi tarixdən etibarən qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə xx.xx.2023-cü il tarixədək iddiaçı "xxxx" BOKT MMC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixə: əsas borc üzrə – 4.817,62 manat; - faiz üzrə – 281,08 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli 2023/4103-İP saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,01 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş 595B saylı fərdi yaşayış evini xx.xx.2023-cü il tarixli 2023/4103 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə "xxxx" BOKT MMC-yə ipotekaya qoyulmuşdur. - "xxxx" MMC-nin 14 noyabr 2025-ci il tarixli ƏEM/N 31- 772/25 saylı ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən evə baxış keçirilməsinə şərait yaradılmadığından ekspert qarşısında qoyulmuş 1-ci suala cavab verilməmişdir. Beləliklə, aparılmış hesablamalara və təhlillərə əsasən, Cavabdeh mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,01 ha torpaq sahəsi və üzərindəki 595B saylı fərdi yaşayış evinin analoji satışlara uyğun olaraq 14 noyabr 2025-ci il tarixə bazar dəyəri 70.000 manat, likvid dəyəri 65.000 manat təşkil edir. Qiymətləndirmə xidmətinin dəyəri 400 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli 2786 saylı ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, "xxxx" BOKT MMC borclu (ipoteka qoyan) Cavabdeh müraciət edərək, xx.xx.2023-cü il tarixə yaranmış borc məbləğinin ödənilməsini tələb etmiş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulan addımlar atılacağı barədə xəbərdar etmişdir. - 13.12.2023-cü il tarixli 2841 saylı məktubdan görünür ki, "xxxx" BOKT MMC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilərək, borclu (ipoteka qoyan) Cavabdeh məxsus ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 32332/2-15401/23 saylı məktubundan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən 595B saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı aparılmışdır. - 13.12.2023-cü il tarixli bildirişlərdən görünür ki, iddiaçı tərəfindən ƏMDX DƏDK və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə 15 manat və 36 manat olmaqla, cəmi 51 manat məbləğində rüsum ödənilmişdir. - 29.03.2024-cü il tarixli BD6 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün 420 manat ödəniş edilmişdir. - 12.03.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 87 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 24 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: - 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. - 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. - 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatıəks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etməüsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Qeyd edilən MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Həmçinin qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Beləliklə müəyyən edilmişdir ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə imzalanmış 2023/4103 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 36 ay müddətinə, illik 32 % faiz olmaqla 5.000 manat məbləğində kredit verilmiş, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan "xxxx" BOKT MMC ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakı açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etmədiyi üçün onun qarşısında mülki məsuliyyət daşıyıcıdır. İddiaçının tələbinin əsaslı olmasının təsdiq edən ekspertiza rəyi ilə bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Lakin məhkəmə hesab edir ki, ekspertiza rəyi faiz hissəsində sübut növü kimi qəbul olunmalıdır. Belə ki, rəydə əsas borc üzrə – 4.817,62 manat göstərilsə də iddiaçı tələbində xx.xx.2023-cü il tarixli 2023/4103 saylı kredit müqaviləsi üzrə əsas borcu 4.716,24 manat məbləğində tələb etdiyi üçün iddia bu hissədə Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinin tələbi baxımından təmin edilməlidir. Lakin faiz borcu ekspertiza rəyində müəyyən edilmiş 281,08 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tələbin 2.155 manat dəbbə pulu tutulması hissəsi ilə bağlı qeyd edir ki, qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəkildə bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulunun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulunun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Qeyd edilən normanın məzmunundan daha sonra göründüyü kimi, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməklə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etmədikdə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. İş materiallarından görünür ki, hazırki iş üzrə kreditorun gəliri, kredit müqavilələri üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən (faizdən) məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə görə əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə götürülmüş kreditin, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edib, əsas borcun və ona hesablanmış faizlərin cavabdehin ödəməli olmasından gələcəkdə qətnamənin icrasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, iddiaçının onun barəsində 2.155 manat məbləğində cərimə pulu hesablanması, həm əsas borca mütənasib olmamasına, həm də cavabdeh tərəfin maddi vəziyyətinə uyğun olmadığından, həmin məbləğ azaldılaraq, iddiaçının tələb etdiyi məbləğdə deyil, 200 manat məbləğində tutulmalı daha məqsədəuyğun, ağlabatan və ədalətlidir. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə rəyinə qiymət verərək hesab edir ki, qiymətləndirmə rəyi real vəziyyəti özündə əks etdirən sübut kimi qəbul edilməli və ipoteka predmetinin ilkin satış qiyməti 65.000 manat manat müəyyən edilməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, ipoteka predmeti olan əmlakın satıldıqdan sonra boşaldılması «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələbindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4.716,24 manat əsas borc, 281,08 manat faiz, 200 manat dəbbə pulu, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum və iş üzrə ödənilmiş 87 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalı; tələb Cavabdeh məxsus olan ünvan 1ndə yerləşən 0,01 ha torpaq sahəsi və üzərindəki 595B saylı fərdi yaşayış evinə yönəldilməli; fərdi yaşayış evinin ilkin satış qiyməti 65.000 manat müəyyən edilməli; həmin fərdi yaşayış evi açıq hərracda satılmalı; satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməli; borcun ödənilməsindən sonra qalan vəsait Cavabdeh qaytarılmalı; ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq hərracda mənzil əldə edən şəxsə təqdim edilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. 400 manat xidmət haqqı Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4.716,24 manat əsas borc, 281,08 manat faiz, 200 manat dəbbə pulu, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsum və iş üzrə ödənilmiş 87 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh məxsus olan ünvan 1ndə yerləşən 0,01 ha torpaq sahəsi və üzərindəki 595B saylı fərdi yaşayış evinə yönəldilsin. Fərdi yaşayış evinin ilkin satış qiyməti 65.000 manat müəyyən edilsin. Həmin fərdi yaşayış evi açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilsin. Borcun ödənilməsindən sonra qalan vəsait Cavabdeh qaytarılsın. İpoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq hərracda mənzil əldə edən şəxsə təqdim edilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. 400 manat xidmət haqqı Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-179/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-179/2025
16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver