Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1801/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “borc məbləği barədə qeydiyyatın silinərək sıfırlanması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı "borc məbləği barədə qeydiyyatın silinərək sıfırlanması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh3 ASC-yə olan 3351 manat 10 qəpik borc məbləği barədə qeydiyyatın Azərbaycan Respublikasının Mərkəzi Bankının “Mərkəzləşdirilmiş Kredit Reyestri”ndən (MKR) silinərək sıfırlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh3 ASC-dən aralarında bağlanmış 13.05.2014-cü il tarixli 4331 №-li kredit müqaviləsinə əsasən illik 26% olmaqla, 24 ay müddətinə ödəmək şərtilə 5000 manat kredit götürmüş, həmin müqavilə üzrə kredit məbləğinin böyük hissəsini ödəmiş, bankın fəaliyyəti dayandırıldığından, qalan 1545 manat 48 qəpik məbləğində borcunu ödəyə bilməmişdir. İddiaçı 29.07.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq banka olan borc məbləğinin restrukturizasiya edilməsi üçün müraciət etsə də, Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona heç bir cavab verilməmişdir. Sonradan LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 3351 manat 10 qəpik məbləğində pulun İddiaçı və zamin X1 müştərək qaydada tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Biləsuvar Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(022)-676/2020 saylı qətnaməsinə əsasən, “iddia müddətinin keçməsi ilə əlaqədar” iddia rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(106)-548/2021 saylı qətnaməsi ilə Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəsini almışdır. LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbinin rədd edilməsi barədə məhkəmə qətnamələrinin qanuni qüvvəsini almasına baxmayaraq İddiaçı adında olan borc öhdəliyi silinməmişdir. Qeyd edilən borc Mərkəzi Bankın “Mərkəzləşdirilmiş Kredit Reyestri”ndə İddiaçı adına qalıq borcu kimi qalmaqdadır. İddiaçı tərəfindən qeyd edilən borcun “Mərkəzləşdirilmiş Kredit Reyestri”ndən silinərək sıfırlanması barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona heç bir cavab verilməmişdir. müraciətlər edilməsinə baxmayaraq, məsələnin məhkəmə müstəvisində baxılmasının zəruriliyinə şərait yaradılmışdır. İddiaçı ərizə təqdim edərək, cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu LPO Cavabdeh3 ASC ilə əvəz edilməsini, "xxxx" MMC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla LPO Cavabdeh3 ASC ilə bağlanmış 13.05.2015-ci il tarixli, 4331 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin LPO Cavabdeh3 ASC -yə həvalə edilməsini xahiş etmişdir. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla LPO Cavabdeh3 ASC ilə bağlanmış 13.05.2014-cü il tarixli, 4331 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin LPO Cavabdeh3 ASC -yə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib, iddiaçının bank qarşısında öhdəliklərini icra etmədiyindən problemli müştəri olduğunu, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmasında məqsədi iddiaçı kimi problemli müştərilərdən digər kredit təşkilatlarını xəbərdar etmək olduğunu bildirib, iddianın rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1801/2022 saylı, 18 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı “Azərbaycan Kredit Bürosu" MMC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Ləğv prosesində olan Cavabdeh3 ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “borc məbləği barədə qeydiyyatın silinərək sıfırlanması" tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikasının Mərkəzi Bankına münasibətdə xitam verilmişdir. Mülki işin materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(022)-676/2020 saylı və Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(106)- 548/2021 saylı qətnamələrindən görünür ki, LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər İddiaçı və X1 müştərək qaydada 13.05.2014-cü il tarixli 4331 №-li kredit müqaviləsi üzrə 3351 manat 10 qəpik, habelə dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən LPO Cavabdeh3 ASC-nin xeyrinə tutulması barədə iddiası rədd edilmiş və yuxarı instansiya məhkəməsi bu nəticə ilə 16.02.2021-ci il tarixində razılaşmışdır. Mülki işin materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin İddiaçı ünvanladığı 17.03.2022-ci il tarixli cavab məktubundan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(106)-548/2021 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Mülki işin materiallarında olan İddiaçı ərizəsindən görünür ki, o Ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq Ləğv prosesində olan Cavabdeh3 ASC ilə bağlanılan müqavilə üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən elektron portalda müəyyənləşdirilən cəmi 1545,48 manat borcun restrukturizasiyasını, məhkəmə və icra orqanlarında olan işinə xitam verilməsinə və bankın elektron sistemi üzrə ona hesablanmış faizlərin silinməsini xahiş etmişdir. Mülki işin materiallarında olan İddiaçı 20.12.2021-ci il tarixli ərizəsindən görünür ki, o Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edərək Biləsuvar Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(022)-676/2020 saylı və Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2021ci il tarixli 2(106)-548/2021 saylı qətnamələrini nəzərə alaraq LPO Cavabdeh3 ASC-yə olan borc məbləğinə dair qeydiyyatın MKR-dən silinməsi məsələsinə baxılması barədə göstəriş verilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının İddiaçı ünvanladığı 30.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, LPO Cavabdeh3 ASC-yə olan borc məbləğinə dair qeydiyyatın MKR-dən silinməsi məsələsinin araşdırılması barədə müraciət Əmanətlərin Sığortalanması Fonduna göndərilməsi və nəticəsi barədə Fond tərəfindən məlumat təqdim ediləcəyi bildirilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının İddiaçı ünvanladığı 27.01.2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası məqsədilə 27.03.2019-cu il tarixində Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırılmaqla “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndində göstərilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Mülki işin materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı 30.12.2021-ci və 26.01.2022-ci il tarixli cavab məktubundan görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(022)-676/2020 saylı və Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(106)-548/2021 saylı qətnamələri ilə Fondun üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmadığı qeyd edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 04.03.2022-ci il tarixli SF-5670 saylı Çıxarışdakı “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı 13.05.2014-cü il tarixli kredit müqaviləsi üzrə LPO "xxxx" ASC-yə kreditin qalıq məbləği üzrə 1.545,48 AZN, o cümlədən faiz məbləği üzrə 2271,16 AZN məbləğində borcu vardır. Mülki işin materiallarında olan 14.02.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddianın verilməsi ilə əlaqədar 54 manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh LPO Cavabdeh3 ASC arasında bağlanmış kredit müqaviləsi üzrə bank borcluya illik 26% olmaqla, 24 ay müddətinə ödəmək şərtilə 5000 manat kredit vermiş, borc alan isə borcu qəbul edib, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəf kredit müqaviləsi üzrə iddiaçının banka borclu olmasına baxmayaraq kredit məbləğinin qaytarılması üçün mülki prosessual qanunvericiliyə uyğun olaraq borcun tutulması üzrə müvafiq hərəkətləri vaxtında yerinə yetirmədiyindən iddia müddətini ötürmüşdür. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(022)-676/2020 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı və X1 müştərək qaydada 13.05.2014-cü il tarixli 4331 №-li kredit müqaviləsi üzrə 3351 manat 10 qəpik, habelə dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən LPO Cavabdeh3 ASC-nin xeyrinə tutulması barədə iddiası rədd edilmişdir. Həmin qətnamədən cavabdeh LPO Cavabdeh3 ASC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(106)-548/2021 saylı qətnaməsi ilə Biləsuvar Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(022)-676/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmasına və qətnamə 26.05.2021-ci il tarixdə qanuni qüvvəsini almasına baxmayaraq "xxxx" MMC tərəfindən verilmiş 04.03.2022-ci il tarixli SF-5670 saylı Çıxarışdakı “Borcalanın aktiv öhdəlikləri” qrafasının 3.4-cü bəndindən görünür ki, İddiaçı LPO Cavabdeh3 ASC-yə 13.05.2014-cü il tarixli 4331 №-li kredit müqaviləsi üzrə borclu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, LPO Cavabdeh3 ASC kredit məlumatlarının təchizatçısı kimi İddiaçı tərəf olduğu 13.05.2014-cü il tarixli 4331 №-li kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsini təmin etməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı LPO "xxxx" ASC ilə bağlanmış 13.05.2014-cü il tarixli 4331 №-li kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi LPO "xxxx" ASC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1801/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1801/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver