Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1805/2022 25.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı İB-nin Cavabdeh qarşı «maddi zərərin ödənilməsi və s.» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı «maddi zərərin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 503,62 (beş yüz üç manat 62 qəpik) manat məbləğində zərərin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 533,62 (beş yüz otuz üç manat 62 qəpik) manat məbləğində pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********000000, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli AK-2/22046 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən, İddiaçı İB tərəfindən abonentə (cavabdehə) məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02090 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçının əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən sayğacsız qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 259,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 305,60 manat və xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat olmaqla, cəmi 766,40 manat məbləğində maddi zərərin iddiaçıya dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 263,38 manat məbləğində ödəniş etmişdir (766,40 – 263,38 = 503,02). Beləliklə, həmin zərərdən 503,02 manat məbləğində zərər hissəsi ödənilməmiş qalmışdır. Belə ki, saldo məlumata əsasən, 2020-ci ilin aprel-dekabr ayları üzrə 4,70 manat, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 89,58 manat, 2022-ci ilin yanvar-fevral ayları üzrə 43,32 manat sərfiyyat olmuşdur (4,70 + 89,58 + 43,32 = 137,60 manat). 2020-ci ilin aprel ayından 2022-ci ilin fevral ayına qədər cavabdeh 137 manat ödəniş etmişdir. Yuxarıda qeyd olunanlardan əlavə, cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə (debitor borc) 0,60 qəpik borcu qalmışdır (137,60 – 137 = 0,60 manat). Beləliklə, cavabdehin iddiaçıya ödənilməli olan borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 503,62 (beş yüz üç manat 62 qəpik) manat təşkil etməkdədir (503,02 + 0,60 = 503,62 manat). Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən ödəniş həyata keçirilmədiyi üçün İddiaçı İB tərəfindən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, İddiaçı İB tərəfindən təbii qazdan istifadə ilə bağlı onlara heç bir xəbərdarlıq edilmədiyini, qeyd edilən evdə uzun müddət yaşayış olmadığını və evin ucqar yerdə olduğunu, əvvəllər qaz çəkilməsi üçün hasarın olmadığını, sonradan onlar tərəfindən binanın özünə sayğacın qoşulduğunu, daha sonra isə hasar çəkilən zaman sayğacın yerinin dəyişdirilməsi ilə bağlı müraciət etdikdə İddiaçı İB tərəfindən məsələyə yenidən baxılacağının bildirilməsinə baxmayaraq, heç bir nəticənin olmadığını bildirərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iddia tələbinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixli AK-2/22046 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, paylayıcı (İddiaçı İB) bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını (Cavabdeh) keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.3.4-cü yarımbəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri Məhəbbət Mahmudov və Rza Quliyev tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent Cavabdeh (abonent kodu: **********02090) sayğacdan əvvəl rezin boru ilə təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələb olunmuşdur. Akt İddiaçı İB-nin əməkdaşları tərəfindən imzalanmış, abonent Cavabdeh isə aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamentinin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2017-ci il tarixli tələbnaməsindən görünür ki, xx.xx.2017-ci il tarixli ******* nömrəli Akta əsasən, abonent Cavabdeh (abonent kodu: **********02090) məxsus evdə sayğacdan kənar qaz xətti aşkar edilmiş, itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanunamüvafiq tədbirlər görülməsi, sayğacdan kənar qaz xəttinin ləğv edilməsi qərara alınmışdır. Qaz işlədicilərindən radiator sobanın maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 0.8 x 18 x 90 = 1296 m3 qazın itkiyə getdiyi hesablanmışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları Vüsal Əliyev, Fazil Adıgözəlov və Fədayət İsayev tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent Cavabdeh (abonent kodu: **********02090) sayğacdan əvvəl rezin boru ilə təbii qazdan qeyriqanuni istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələb olunmuşdur. Akt İddiaçı İB-nin əməkdaşları tərəfindən imzalanmış, abonent Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamentinin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədrinin xx.xx.2018-ci il tarixli tələbnaməsindən görünür ki, xx.xx.2018-ci il tarixli ******* nömrəli Akta əsasən, abonent Cavabdeh (abonent kodu: **********02090) məxsus evdə sayğacdan kənar qaz xətti aşkar edilmiş, itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanunamüvafiq tədbirlər görülməsi, sayğacdan kənar qaz xəttinin ləğv edilməsi qərara alınmışdır. Qaz işlədicilərindən radiator sobanın maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 95 gün, qış ayları üçün orta günlük iş rejimi 18 saat və hesabat müddəti 85 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 0.8 x 4 x 95 = 304 m3; 0.8 x 18 x 85 = 1224 m3 olmaqla, cəmi 1528 m3 qazın itkiyə getdiyi hesablanmışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri Məhəbbət Mahmudov və Rza Quliyev tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent Cavabdeh (abonent kodu: **********02090) sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmiş və dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. Akt İddiaçı İB-nin əməkdaşları tərəfindən imzalanmış, abonent Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamentinin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli ******* nömrəli Akta əsasən abonent Cavabdeh (abonent kodu: **********02090) yaşadığı evdə sayğacdan kənar qaz xətti aşkar edilmiş, , itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanunamüvafiq tədbirlər görülməsi, sayğacdan kənar qaz xəttinin ləğv edilməsi qərara alınmışdır. Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2 x 6 x 30 = 216 m3; 1.5 x 8 x 30 = 360 m3; 0.8 x 18 x 30 = 432 m3 olmaqla, 1008 m3 qazın itkiyə getdiyi hesablanmışdır. Mülki işin materiallarında olan “Azəriqaz" İstehsalat Birliyi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli Cavabdeh adına olan **********02090 saylı abonent saldosundan görünür ki, cavabdehin sərf edilmiş təbii qaza görə 2020-ci il üzrə ödəniş edilməməsi səbəbindən 503,62 manat borcu yaranmışdır. Mülki işin materiallarında olan İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli “GASREP” sənədindən görünür ki, abonent Cavabdeh (abonent kodu: **********02090) sərf edilmiş təbii qaza görə 2020-ci il tarixinə 503,62 manat borcu yaranmışdır. Mülki işin materiallarında olan iddia ərizəsində qeyd edilən dövlət rüsumu haqqında məlumatdan görünür ki, “Azəriqaz" İB tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli 10/2205 saylı ekspert rəyindən görünür ki, baxış zamanı Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təmin edən İddiaçı İB-yə məxsus 76 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilməmişdir. 76 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilmədiyinə görə, İddiaçı İB-yə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparılmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı ilə abonent Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli AK-2/22046 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən, İddiaçı İB tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02090 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçı iddia edir ki, cavabdeh qeyd edilən müqavilənin və “təbii qazdan istifadə qaydaları”nın tələblərini pozaraq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, Cavabdeh sayğacsız qaz xəttinə qoşulmaqla təbii qazdan qanunsuz olaraq istidafə etməsi faktları aşkar olunmuş və həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 259,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 305,60 manat və xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat olmaqla, cəmi 766,40 manat məbləğində maddi zərərin iddiaçıya dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 263,38 manat məbləğində ödəniş etmişdir (766,40 – 263,38 = 503,02). Beləliklə, həmin zərərdən 503,02 manat məbləğində zərər hissəsi ödənilməmiş qalmışdır. Belə ki, saldo məlumata əsasən, 2020-ci ilin aprel-dekabr ayları üzrə 4,70 manat, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 89,58 manat, 2022-ci ilin yanvar-fevral ayları üzrə 43,32 manat sərfiyyat olmuşdur (4,70 + 89,58 + 43,32 = 137,60 manat). 2020-ci ilin aprel ayından 2022-ci ilin fevral ayına qədər cavabdeh 137 manat ödəniş etmişdir. Yuxarıda qeyd olunanlardan əlavə, cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə (debitor borc) 0,60 qəpik borcu qalmışdır (137,60 – 137 = 0,60 manat). Beləliklə, cavabdehin iddiaçıya ödənilməli olan borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 503,62 (beş yüz üç manat 62 qəpik) manat təşkil etməkdədir (503,02 + 0,60 = 503,62 manat). İddiaçı yuxarıda qeyd edilən aktları imzalamaqdan imtina etmişdir. Məhkəmə tərəfindən mübahisənin hərtərəfli tədqiq edilməsi məqsədilə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli 10/2205 saylı ekspert rəyində qeyd edilmişdir ki, baxış zamanı Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təmin edən İddiaçı İB-yə məxsus 76 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilməmişdir. Həmçinin, iddiaçı tərəf məhkəməyə fotoşəkillər təqdim etmiş, lakin həmin şəkillərin məhz cavabdehə məxsus ünvanda yerləşən qaz xətti olmasına və nə vaxt çəkilməsinə dair hər hansı sübutu təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – Qaydalar) 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli 10/2205 saylı ekspert rəyinə əsasən, İddiaçı İB-nin Cavabdeh tərəfindən müqavilənin və “təbii qazdan istifadə qaydaları”nın tələblərinin pozularaq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmasına görə hesablanmış 503,02 manat maddi zərərin cavabdehdən tutulmasına dair hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə İddiaçı İB-nin Cavabdeh xx.xx.2017-ci il tarixli AK-2/22046 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi üzrə faktiki istifadə edilmiş dəyəri ödənilməmiş 0,60 (altmış qəpik) manat debitor borcuna münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh müqavilə ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış 0,60 (altmış qəpik) manat debitor borcu iddiaçıya ödəməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinin tələbinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə İddiaçı İB-nin Cavabdeh müqavilənin və “təbii qazdan istifadə qaydaları”nın tələblərinin pozularaq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmasına görə hesablanmış 503,02 manat maddi zərərin tutulmasına dair hissədə iddia tələbi təmin edilmədiyindən, yalnız müqavilə üzrə yaranmış 0,60 (altmış qəpik) manat debitor borcun iddiaçıya ödənilməsi təmin edildiyindən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərcləri - iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı İB-nə aid edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manat iddiaçıdan alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 0,60 (altmış qəpik) manat pul tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı İB-nə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manat İddiaçı İB-dən alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1805/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1805/2022
25.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver