Məhkəmə qərarları › İş №e-2(006)-1815/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1815/2022

16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1815/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 2.100 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, 42 manat dövlət rüsumu, ümumilikdə 2.242 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, e-2(006)-1815/2022 saylı mülki işin aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanda yaşayır. Maddi imkanının aşağı olması ilə əlaqədar o, Bərdə rayonundan Bakı şəhəri Nəsimi rayonuna gedib-gələ bilməyəcək. Həmçinin, cavabdeh kimi qeyd edilmiş Cavabdeh1 tanımır və heç bir zaman üzünü görməmişdir. İddia ərizəsinə Bakı şəhərində baxılması üçün tanımadığı bir şəxs cavabdeh kimi qeyd edilmiş və orada baxılması istənilmişdir. Bununla əlaqədar olaraq e- 2(006)-1815/2022 saylı mülki işin aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməsini istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizənin əsassız olduğunu qeyd edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 Bərdə şəhəri, M.F.Axundov küçəsi, ev 14 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 13.02.2021-ci il tarixli, 57 saylı icarə müqaviləsindən görünür ki, qeyd edilən müqavilə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmaqla, tərəflər arasında hüquqi münasibətlərin yaranmasına əsas olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən maddənin məzmunundan göründüyü kimi, qanunla başqa hal nəzərdə tutulmayıbsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 ünvan 4 ünvan üzrə qeydiyyatdadır və iddiaçının hazırki tələbi ilə müraciət etməsinə əsas məhz onunla Cavabdeh2 arasında bağlanmış 13.02.2021-ci il tarixli, 57 saylı icarə müqaviləsi olmuşdur. Habelə iş üzrə Cavabdeh2 ilə yanaşı Cavabdeh1 da cavabdeh qismində cəlb edilsə də, digər cavabdehdən fərqli olaraq, onunla bağlanmış hər hansı bir müqavilə iş materiallarında aşkar edilməmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia ərizəsində iddiaçının Cavabdeh1 qarşı yönəlmiş tələbinin konkret olaraq nədən ibarət olması, habelə həmin şəxsə qarşı iddiaçının tələbinin əsası olaraq istinad etdiyi sübutlar (sənədlər) iş materiallarına əlavə edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, Cavabdeh2 məhkəməyə ünvanlamış olduğu ərizəsində də, Cavabdeh1la hər hansı bir əlaqəsinin olmaması və sonuncunu ümumiyyətlə tanımaması, yuxarıda qeyd edilən halları özü-özlüyündə təsdiq etmiş olur. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, hazırki ərizə mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyindən, mülki iş aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin, 35.1, 44.2, 45.1, 45.2, 45.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilə Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar