Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1816/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 01 fevral 2018ci il tarixdə AK-2/27071 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və həmin müqavilə əsasında İddiaçı abonent Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00021 saylı abonent kod verilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd olunan müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və «X3»nın tələblərinə əməl etmək) və «X1»nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoyulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğaclarına müxtəlif vaxtlarda baxış keçirilərkən, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, başqa sözlə qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan faktlarla bağlı birliyin əməkdaşları tərəfindən «Təbii X1nın pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən aşağıdakı həcmdə təbii qazın talanması faktı müəyyən edilmişd və buna uyğun olaraq zərərin məbləği hesablanmışdır: 30.01.2018-ci il tarixli ******* №-li akt əsasında 3423 kub metr qazın talanması faktı və buna uyğun olaraq 684,60 manat ziyanın vurulması, 28.03.2017-ci il tarixli 000741 №-li akt əsasında 9720 kub metr qazın talaması faktı və buna uyğun olaraq 1944 manat ziyanın vurulması olmaqla, cəmi 2628 manat məbləğində İddiaçınə maddi zərərin dəydiyini müəyyən olunmuşdur. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2628 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 49,29 manat məbləğində dövlət rüsumunun və pozulmuş hüquqlarının bərpası üçün hüquq şirkətinə ödədiyi 300 manat, ümumilikdə isə 2977,29 manatməbləğində pulun cavabdehdən alınaraq məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NAZ********************, SWİFT İBAZAZ2X,Azəriqaz İB, VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanladığı ərizədə iddianı tam müdafiə etməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə İddiaçı İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onların evində qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma halı yoxdur. Ümumilikdə 3 dəfə qaz sayğacı dəyişilmişdir. Birinci dəfə sayğac özözünə yanmışdır və buna görə dəyişilmişdir, ikinci dəfə sayğacda deşik olduğu aşkarlanmışdır. Üçüncü dəfə isə yeni nəsil sayğaclara keçilməsi ilə əlaqədar dəyişilmişdir. Sayğaclara yalnız bu zaman müdaxilə olunmuşdur və müdaxilə onun tərəfindən aparılmamışdır. Akt tərtib olunarkən onun sayğacına heç bir baxış keçirilməyib. 10 ildir ki, həmin evdə yaşayır və vaxtlı-vaxtında ödənişlərini həyata keçirmişdir. Odur ki, iddia tələbinin rədd olunma barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, İddiaçı İB ilə Cavabdeh arasında 01.02.2018-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AK-2/27071 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər.
7. Həmin müqavilənin 2.3.4-ü yarımbəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir.
8. İş üzrə təbii X1nın pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, baxış keçirilən zaman sayğacın çıxış borusu kənar təsir nəticəsində deşilməsi aşkar olunmuşdur. Sayğacın yenisi ilə əvəz olunması, dəymiş ziyanın hesablanması göstərilmişdir.
9. İş üzrə İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş 31.01.2018-ci il tarixli qərarın surətindən görünür ki, istehlakçı Akif Rəhimov (abonent kodu: **********00021) ******* saylı 30.01.2018-ci il tarixli akt əsasında sayğacdan kənar qaz xətti aşkar olunmuş, 89 və 91 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 3423 kub metr əlavə sərfiyyat, yəni 684,60 manat məbləğində ödəniş hesablanmışdır.
10. İş üzrə təbii X1nın pozulması haqqında 29.03.2018-ci il tarixli 000741 saylı aktın surətindən görünür ki, MSK-29/1710-00092-1 saylı akta əsasən sayğacın çıxış plastmas borusu deşilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir.
11. İş üzrə İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş 30.03.2018-ci il tarixli qərarın surətindən görünür ki, istehlakçı Cavabdeh (abonent kodu: **********00021) 000741 saylı 28.03.2018-ci il tarixli akt əsasında laboratoriyanın aktına qüsur aşkar olunmuş, 180 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 9720 kub metr əlavə sərfiyyat, yəni 1944 manat məbləğində ödəniş hesablanmışdır.
12. İş üzrə İddiaçı Qaz sayğacının yoxlanılması barədə 01.03.2018-ci il tarixli MSK- 29/1710-00092-1 saylı akta əsasən iddiaçıya aid 1502AZ**********53 No-li sayğacın minimal sərfiyyatda - 100% nisbi xətayla işləməsi, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi, sayğacın klapanı işlək deyil, sayğacın çıxış plastmas borusunun deşilməsi, “qaz itkisi, müdaxilə” halının olması müəyyən edilmişdir.
13. İş materiallarındakı Cavabdeh adına olan **********00021 saylı abonentin saldosunun surətindən görünür ki, cavabdehin sərf edilmiş təbii qaza görə 2018-ci ilin yanvar ayı üçün 684,60 manat, 2018-ci ilin mart ayı üçün 1944 manat, cəmi 2628 manat borcu yaranmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı İB-nin abonenti olmaqla aralarında 01.02.2018-ci il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanılmışdır. İddiaçı təşkilat tərəfindən cavabdeh barəsində X1nın pozulması haqqında 30.01.2018-ci il tarixli ******* saylı və 29.03.2018-ci il tarixli 000741 saylı aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında iddiaçı tərəfindən qəbul edilmiş qərarla itirilmiş qazın bərpası üçün əlavə sərfiyyat hesablanmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə aktlar tərtib edilmiş və bununla əlaqədar cəmi 2628 manat məbləğində dəymiş ziyanın hesablanmışdır. Bu səbəbdən iddiaçı həmin ziyanın tutulmasını məhkəmədən xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, AR Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 No-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydadarı”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 16.«Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinin ikinci və ücüncü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. 17.Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, İddiaçı İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən İddiaçı İB ilə iddiaçı arasında qazın alğı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir. 18.«Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. 19.«Qaz istifadə Qaydaların»ın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 20.«Qaz istifadə Qaydaların»na 2 nömrəli Əlavədə nümunəsi verilmiş “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsi”nin 2.2.5-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısının istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ var. 21.Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh barəsində qazdan qeyriqanuni istifadəyə görə aktlar tərtib edilsə də, məhkəmə tərəfindən cavabdehin qazdan hansı vaxtdan qeyri-qanuni istifadə edilməsi halı öz təsdiqini tapmamışdır.
22. Belə ki, iddiaçı tərəfindən cavabdeh barəsində tərtib edilmiş 30.01.2018-ci il tarixli aktda sayğacın çıxış borusu kənar təsir nəticəsində deşilməsi aşkar olunması, 29.03.2018-ci il tarixli aktda isə laboratoriyanın MSK-29/1710-00092-1 saylı akta əsasən sayğacın çıxış plastmas borusu deşilməsi göstərilsə də, qaz sayğacına məhz cavabdeh tərəfindən müdaxilə edilməsini iddiaçı tərəf sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında cavabdeh izahat verərək qaz sayğacına hər hansı müdaxilənin edilməməsini və tərtib edilmiş aktın qanunsuz olmasını göstərmişdir.
23. Məhkəmə qeyd edir ki, iddiaçı təşkilat tərəfindən 30.01.2018-ci il tarixli aktı tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilədən əvvəl tərtib olunmuş aktıdır. Həmçinin qeyd olunan sonuncu akt isə istehlakçı hazırki cavabdeh yox, digər şəxs Akif Rəhimov barəsində tərtib edilmişdir.
24. Bu halda məhkəmə hesab edir ki, iddiaçının sırf 30.01.2018-ci il tarixli akt üzrə tələb hüququnu hazırki cavabdehə münasibətdə tələb edə bilməz.
25. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı təşkilat cavabdehin qaz sayğacına qanunsuz olaraq müdaxilə edilməsini iddia etsə də, bu halları təsdiq edən sübutları təqdim edə bilməmiş, qanunsuz qoşulma halı olsa da belə bu halın nə vaxtdan olduğunu müəyyən edə bilmədiyindən və bu halın riskini iddiaçı tərəf daşıdığından iddia rədd edilməlidir.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).
27. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
28. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
29. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
30. Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir.
31. Beləliklə iddiaçı tərəfindən cavabdehin qaz sayğacına qanunsuz müdaxilə edilməsi ilə bağlı tərtib edilmiş aktların həqiqiliyi öz təsdiqini tapmadığından, onun sübut növü kimi qəbul edilməsi yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə həmçinin prosessual qənaət prinsipini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu 29,29 manat və pozulmuş hüquqlarının bərpası üçün hüquq şirkətinə ödənilmiş 300 manat iddiaçıya aid edilməlidir.
40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov