Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1831/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2.391 manat 40 qəpik məbləğində zərər, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc və ödənilmiş 51 manat 10 qəpik məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2.742 manat 50 qəpik məbləğində pul vəsaitinin Cavabdeh məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında 20 fevral 2017-ci il tarixdə T/16178 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd olunan müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və «X1»nın tələblərinə əməl etmək) və «X1»nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii X1nın pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən aşağıdakı həcmdə təbii qazın talanması faktı müəyyən edilmiş və buna uyğun olaraq zərərin məbləği hesablanmışdır: - 02/2016-cı il tarixə tərtib edilmiş akt əsasında müəyyən edilmiş 521,50 manat ziyanın vurulması; - 16.08.2016-cı il tarixli ******* saylı akt əsasında 1728 m3 qazın talanması faktı və buna uyğun olaraq 172,80 manat ziyanın vurulması; - 08.09.2016-cı il tarixli ******* saylı akt əsasında 442 m3 qazın talanması faktı və buna uyğun olaraq 44,20 manat ziyanın vurulması; - 18.10.2016-cı il tarixli ******* saylı akt əsasında 552 m3 qazın talanması faktı və buna uyğun olaraq 55,20 manat ziyanın vurulması; - 29.12.2016-cı il tarixli ******* saylı akt əsasında 2073 m3 qazın talanması faktı və buna uyğun olaraq 207,30 manat ziyanın vurulması; - 23.01.2017-ci il tarixli ******* saylı akt əsasında 1944 m3 qazın talanması faktı və buna uyğun olaraq 388,80 manat ziyanın vurulması; - 24.02.2017-ci il tarixli ******* saylı akt əsasında 691 m3 qazın talanması faktı və buna uyğun olaraq 138,20 manat ziyanın vurulması; - 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 4317 m3 qazın talanması faktı və buna uyğun olaraq 863,40 manat ziyanın vurulması – olmaqla, cəmi 2.391 manat 40 qəpik məbləğində İddiaçı İB-yə maddi zərərin dəyməsi müəyyən olunmuşdur. İddiaçı İB məhkəməyə ərizə göndərərək, İddiaçı İB ilə bağlı olan mülki işlər üzrə məhkəmələrdə təyin edilmiş məhkəmə iclaslarının bir-biri ilə üst-üstə düşməsi səbəbindən nümayəndələrinin məhkəmə iclasına üzürlü səbəbdən gələ bilmədiyini, iddianı tam müdafiə etdiklərini bildirmiş, məhkəmədən mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 20 fevral 2017-ci il tarixdə T/16178 saylı müqavilədən görünür ki, İddiaçı İB-nin Bakı RQSD ilə istehlakçı Cavabdeh arasında «qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə» müqavilə bağlanmışdır. Müqavilənin predmetini – paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir. Müqavilədə tərəflərin vəzifələri və hüquqları, qazın qiyməti və dəyərinin ödənilməsi şərtləri, qaz qurğularına dair tələblər, xüsusi müddəalar və mübahisələrin həlli qaydası, fors-major hallar, müqavilənin qüvvədə olma müddəti və tərəflərin hüquqi ünvanları və rekvizitləri təsbit olunmuşdur. İş materiallarına əlavə olunmuş abonentin saldosundan, həmçinin tərtib edilmiş aktlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə – 02/2016-cı il tarixli akt əsasında müəyyən edilmiş 521,50 manat; - 16.08.2016-cı il tarixli ******* saylı akt əsasında 1728 m3 qazın talanması faktı və buna uyğun olaraq 172,80 manat; - 08.09.2016-cı il tarixli ******* saylı akt əsasında 442 m3 qazın talanması faktı və buna uyğun olaraq 44,20 manat; - 18.10.2016-cı il tarixli ******* saylı akt əsasında 552 m3 qazın talanması faktı və buna uyğun olaraq 55,20 manat; - 29.12.2016-cı il tarixli ******* saylı akt əsasında 2073 m3 qazın talanması faktı və buna uyğun olaraq 207,30 manat; - 23.01.2017-ci il tarixli ******* saylı akt əsasında 1944 m3 qazın talanması faktı və buna uyğun olaraq 388,80 manat; - 24.02.2017-ci il tarixli ******* saylı akt əsasında 691 m3 qazın talanması faktı və buna uyğun olaraq 138,20 manat; - 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 4317 m3 qazın talanması faktı və buna uyğun olaraq 863,40 manat olmaqla, cəmi 2.391 manat 40 qəpik məbləğində itirilmiş qaz sərfiyyatına görə borc yazılmışdır (hesablanmışdır). Aktlarla yanaşı dəymiş ziyanın bərpasına dair tələbnamələr tərtib edilmiş, hər bir hal üzrə cavabdehə rəsmi xəbərdarlıq ünvanlanmış, lakin cavabdeh tərəfindən bu xəbərdarlıqlara məhəl qoyulmamış və hər dəfə təbii qazdan sayğacdan kənar istifadə etmə halı təkrarlanmışdır. İddiaçı hazırda qeyd olunan 2.391 manat 40 qəpik pulun cavabdehdən tutulmasını tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda sayğacdan kənar təbii qazdan istifadə hallarının mövcudluğu aşkar edilmiş və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir (aktlar, fotoşəkillər). Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş «X1»nın 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 51 manat 10 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Digər ödəniş qəbzindən isə görünür ki, iddiaçı pozulmuş hüquqların bərpası üçün “Mirzəyev və partnoyorları” Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul vəsaiti ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış cəmi 2.391 manat 40 qəpik borc, pozulmuş hüquqların bərpası üçün hüquq şirkətinə ödənilmiş 300 manat pul vəsaiti və ödənilmiş 51 manat 10 qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə (iddia ərizəsində qeyd edilən bank rekvizitləri üzrə) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış cəmi 2.391 manat 40 qəpik borc, pozulmuş hüquqların bərpası üçün hüquq şirkətinə ödənilmiş 300 manat pul vəsaiti və ödənilmiş 51 manat 10 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə (iddia ərizəsində qeyd edilən bank rekvizitləri üzrə) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-1831/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1831/2022
05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver