Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1832/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.055.050 ABŞ dollarının ödəniş gününə manata olan məzənnəsi ilə və ödənilmiş 1.700 manat dövlət rüsumunun cavabdeh "xxxx" QSC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh "xxxx" QSC-nin əsl cavabdeh "xxxx" QSC ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «X14» QSC ilə onun arasında 01/03 saylı 30.07.2019-cu il tarixli 165150 ABŞ dolları, 01/04 saylı 06.08.2019-cu il tarixli 85150 ABŞ dolları, 01/09 saylı 17.10.2019-cu il tarixli 190.000 ABŞ dolları, 01/07 saylı 10.09.2019-cu il tarixli 164.150 ABŞ dolları, 01/05 saylı 19.08.2019-cu il tarixli 100.150 ABŞ dolları, 01/10 saylı 23.10.2019-cu il tarixli 150.150 ABŞ dolları, 01/08 saylı 24.09.2019-cu il tarixli 100.150 ABŞ dolları, 01/06 saylı 27.08.2019-cu il tarixli 100.150 ABŞ dolları məbləğlərində, ümumilikdə 1.055.050 ABŞ dolları məbləğində borc müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 1.1, 1.4 və 1.6-cı maddələrinə əsasən, cavabdeh aldığı borcu müqavilələr ilə müəyyən olunan şərtlərlə və qaydada ona ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, cavabdeh borc müqavilələri üzrə ümumilikdə nəzərdə tutulan 1.055.050 ABŞ dolları məbləğində borcu indiyədək ödəməmişdir. Cavabdeh ümumilikdə nəzərdə tutulan borcunun olduğunu etiraf və təsdiq edir, lakin borcunu hələ də ödəməmişdir. Cavabdehin nümayəndələri ilə dəfələrlə görüşlər keçirərək və telefonla edilən xəbərdarlıqlara baxmayaraq, qeyd edilən borcun icrasını yerinə yetirməkdən boyun qaçırırlar və öhdəliyin icrasını pozan halları aradan qaldırmaq üçün indiyə qədər heç bir addım atmırlar. Odur ki, cavabdehin müqavilə üzrə öz öhdəliyini yerinə yetirməməsi ucbatından onun maliyyə vəziyyətinə və gələcək planlarına ciddi zərər dəyir. Mülki Məcəllənin 430-cu maddəsinin 1-ci bəndinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Buna baxmayaraq, cavabdeh yuxarıdakı müqavilədən irəli gələn öhdəliklərini icra etməkdən boyun qaçırır. Bu isə onun qanunla qorunan hüquqlarını pozur. Dəfələrlə yazılı və şifahi müraciətlər edilməsinə baxmayaraq cavabdeh yuxarıdakı müqavilələr üzrə borcunu könüllü surətdə ödəməkdən boyun qaçırır. Bu səbəbdən də, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmış, iddia qaldırılması üçün 1.700 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsinə əlavə edilən sübutlarla müəyyən edilir ki, cavabdehin 1.055.050 ABŞ dolları məbləğində borcu vardır. Buna görə də, həmin məbləğ və ödədiyi dövlət rüsumu cavabdehdən tutulub ona ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı etiraf etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin təsisçilərindən X8 və X10 məhkəmə iclasında QSC-yə qarşı qaldırılmış iddia ilə bağlı ayrılıqda göstərmişlər ki, təsisçiləri olduqları QSC-nin iddiaçı ilə aralarında olan borc müqavilələri üzrə ümumilikdə nəzərdə tutulan 1.055.050 ABŞ dolları məbləğində borc mövcuddur və bu borcun indiyədək ödəməmələrinin səbəbi maddi çətinliklərlə bağlı olmuşdur. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, təsisçilərin iddia üzrə mövqelərini öyrənərək, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan və cavabdeh iddianı etiraf etdiyindən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı İdarəsinin 23.04.2020-ci il tarixli çıxarışlarından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) olmaqla, dövlət qeydiyyatından keçmişdir. "xxxx" QSC-nin təsisçiləri İddiaçı, X8 və X7r. İddiaçı həmçinin QSC-nin qanuni təmsilçisi olmaqla, nizamnamə payı 70%-dir. Digər təsisçilərin ayrılıqda payları 15%-dir. - 30.07.2019-cu il tarixli 01/03 saylı borc müqaviləsindən görünür ki, "xxxx" QSC dövriyyə vəsaitinə olan zəruri ehtiyacını ödəmək məqsədi ilə İddiaçı 24 ay müddətinə faizsiz 165.150 ABŞ dolları borc almışdır; - 06.08.2019-cu il tarixli 01/04 saylı borc müqaviləsindən görünür ki, "xxxx" QSC dövriyyə vəsaitinə olan zəruri ehtiyacını ödəmək məqsədi ilə İddiaçı 24 ay müddətinə faizsiz 85.150 ABŞ dolları borc almışdır; - 19.08.2019-cu il tarixli 01/05 saylı borc müqaviləsindən görünür ki, "xxxx" QSC dövriyyə vəsaitinə olan zəruri ehtiyacını ödəmək məqsədi ilə İddiaçı 24 ay müddətinə faizsiz 100.150 ABŞ dolları borc almışdır; - 27.08.2019-cu il tarixli 01/06 saylı borc müqaviləsindən görünür ki, "xxxx" QSC dövriyyə vəsaitinə olan zəruri ehtiyacını ödəmək məqsədi ilə İddiaçı 24 ay müddətinə faizsiz 100.150 ABŞ dolları borc almışdır; - 10.09.2019-cu il tarixli 01/07 saylı borc müqaviləsindən görünür ki, "xxxx" QSC dövriyyə vəsaitinə olan zəruri ehtiyacını ödəmək məqsədi ilə İddiaçı 24 ay müddətinə faizsiz 164.150 ABŞ dolları borc almışdır; - 24.09.2019-cu il tarixli 01/08 saylı borc müqaviləsindən görünür ki, "xxxx" QSC dövriyyə vəsaitinə olan zəruri ehtiyacını ödəmək məqsədi ilə İddiaçı 24 ay müddətinə faizsiz 100.150 ABŞ dolları borc almışdır; - 17.10.2019-cu il tarixli 01/09 saylı borc müqaviləsindən görünür ki, "xxxx" QSC dövriyyə vəsaitinə olan zəruri ehtiyacını ödəmək məqsədi ilə İddiaçı 24 ay müddətinə faizsiz 190.000 ABŞ dolları borc almışdır; - 23.10.2019-cu il tarixli 01/10 saylı borc müqaviləsindən görünür ki, "xxxx" QSC dövriyyə vəsaitinə olan zəruri ehtiyacını ödəmək məqsədi ilə İddiaçı 24 ay müddətinə faizsiz 150.150 ABŞ dolları borc almışdır; - Pul öhdəliyinin icrasına dair 16 sentyabr 2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş pretenziyadan görünür ki, İddiaçı cavabdehə müraciət edərək, kredit müqavilələri üzrə cəmi 1.055.050 ABŞ dolları məbləğində borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişdir. - X5 və X4 (cavabdeh QSC-nin təsisçiləri), həmçinin cavabdehin nümayəndəsi X2 ərizələrindən görünür ki, onlar iddianı etiraf edirlər. Beləliklə də müəyyən edilmişdir ki, "xxxx" QSC 25.07.2015-ci ildə dövlət qeydiyyatına alınmış, 24.08.2018-ci ildə nizamnaməsinə dəyişiklik edilmiş, İddiaçı nizamnamə kapitalında 70% X8 və X10 isə hər biri ayrılıqda 15% paya malik olmaqla cəmiyyətin təsisçiləridirlər. QSC-nin qanuni təmsilçisi İddiaçıdur. İş materiallarından görünür ki, «X14» QSC ilə iddiaçı arasında 01/03 saylı 30.07.2019-cu il tarixli 165150 ABŞ dolları, 01/04 saylı 06.08.2019-cu il tarixli 85150 ABŞ dolları, 01/05 saylı 19.08.2019-cu il tarixli 100.150 ABŞ dolları, 01/06 saylı 27.08.2019-cu il tarixli 100.150 ABŞ dolları, 01/07 saylı 10.09.2019-cu il tarixli 164.150 ABŞ dolları, 01/08 saylı 24.09.2019-cu il tarixli 100.150 ABŞ dolları, 01/09 saylı 17.10.2019-cu il tarixli 190.000 ABŞ dolları, 01/10 saylı 23.10.2019-cu il tarixli 150.150 ABŞ dolları məbləğlərində, ümumilikdə 1.055.050 ABŞ dolları məbləğində borc müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 1.1, 1.4 və 1.6-cı maddələrinə əsasən, cavabdeh aldığı borcu müqavilələr ilə müəyyən olunan şərtlərlə və qaydada ona ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə ümumilikdə nəzərdə tutulan 1.055.050 ABŞ dolları məbləğində borcu indiyədək ödəməmişdir. Cavabdehin nümayəndəsi iddianı etiraf edərək iddiaçının borc müqavilələri üzrə cəmi 1.055.050 ABŞ dolları məbləğində borc verməsini, lakin indiyə kimi həmin məbləğin ona qaytarılmamasını etiraf etmiş və bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Həmçinin cavabdehin digər təsisçiləri yazılı qaydada məhkəməyə təqdim etdikləri ərizələrində iddiaçının QSC-yə borc müqavilələri üzrə cəmi 1.055.050 ABŞ dolları məbləğində borc verməsini, lakin indiyə kimi həmin məbləğin ona qaytarılmamasını göstərmişlər. Azərbaycan Respublikası MPM-nin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildkdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianın etiraf edilməsinin qanunun tələblərinə zidd olmamasını, iddianın etiraf edilməsinin üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin (həm cavabdeh şirkətin nümayəndəsinin, həmçinin cavabdeh şirkətin təsisiçilərinin) iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 1.700 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1.055.050 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 1.700 manat dövlət rüsumu cavabdeh "xxxx" QSC-dən İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.055.050 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 1.700 manat dövlət rüsumu cavabdeh "xxxx" QSCdən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1832/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1832/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver