Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1857/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nüməyəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Mahmudov Sabı̇ r Nahid oğluna qarşı "alimentin artırılması tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X7 və 01 fevral 2011-ci il təvəllüdlü X5 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(006)-658/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş 175 manat sabit pul məbləğində alimentin artırılaraq hər bir uşağa görə hər ay 235 (iki yüzi otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat olmaqla sabit pul məbləğində alimentin, 01 fevral 2011-ci il təvəllüdlü X5 adlı övladları xx.xx.2023-cü il tarixində İİİ qrup əlillik dərəcəsi müəyyən edildiyindən əlavə xərclərə cəlb ediməklə hər ay sabit pul məbləğində 100 (bir yüz) manat olmaqla, cəmi 570 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə el adəti üzrə 2009-cu ci il tarixində toy edərək ailə həyatı qurmuşlar. Bu fakt Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 fevral 2009-cu il tarixində 81 sayı ilə qeyd edilmiş və AZ-İ № 470076 saylışəhadətnamə ilə rəsmiləşdirilmişdir. Cavabdehlə ailə həyatı qurduqları gündən başlayaraq münasibətləri əvvəllər normal olsa da, sonradan aralarında olan münasibətlər qeyri-normal hal almış, birgə yaşamaqları qeyri-mümkün olmuşdur. Nəticədə Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(006)-658/2021 saylı qətnaməsi ilə aralarında rəsmiləşdirilmiş nikah qeydi pozulmuş, uşaqların onun yanında qalması müəyyən edilmiş və cavabdehdən sabit pul məbləgində hər uşağa görə hər ay 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin birgə nikahlarından doğulmuş xx.xx.2009-cü il təvəllüdlü X7 və 01 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Lakin dəfələrlə cavabdehə uşaqların saxlanılması üçün məhkəmə tərəfindən qət olunmuş alimenti ödəməsi barədə müraciət etməyinə baxmayaraq müraciəti nəticəsiz qalmışdır. Cavabdeh ümumiyyətlə 3 ildən artıq müddətdə uşaqlarla maraqlanmamış və onların heç bir probleminin həllində iştirak etməmiş, Türkiyə Respublikasına gedərək məhkəmənin müəyyən etdiyi alimenti ödəməkdən yayınmışdır. Digər tərəfdən qeyd etmək istəyir ki, alimentin artırılmasına zərurət yaranmışdır. Belə ki, azyaşlı uşaqları onun himayəsində yaşayır. Cavabdeh isə bir valideyn kimi ona aliment ödəməyə borcludur. Lakin aliment ödəmir. Qiymətlər isə hər il müəyyən miqdarda qalxmaqda davam edir. Elə bu səbəbdən də alimentin də sabit məbləği hər il dəyişir və 2024-cü il üçün ölkəmizdə qanunla bir uşağa görə sabit pul məbləğində aliment 235 manat müəyyən edilmişdir. Digər tərəfdən, 01 fevral 2011-ci il təvəllüdlü X5 adlı övladları xəstədir və AR İcbari Tibbi Sığorta X9 Tibbi Ərazi Bölmələrinin X6 X12 Hüquqi Şəxs Ə.Qarayev adına 2 saylı Uşaq xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışı əsasında onun İİİ qrup əlillik dərəcəsi müəyyən olunmuşdur. Bu isə artıq müainə və müalicə üçün əlavə xərclər tələb edir. Odur ki, cavabdehdən birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün müəyyən olunmuş aliment dəyişdirilməsi və xx.xx.2023-cü il tarixindən bir övladının 3-cü qrup əlilliyinin müəyyən olunması ilə əlaqədar cavabndehin əlavə xərclərə cəlb edilməsi məsələsinə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddia təlləbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nüməyəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Mahmudov Sabı̇ r Nahid oğluna qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ №368559 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə cavabdeh Mahmudov Sabı̇ r Nahid oğlunun 25 fevral 2009cu il təvəllüdlü X7 adında yetkinlik yaşına çatmamış uşaqları vardır. İş materiallarına əlavə edilmiş Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ №648972 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə cavabdeh Mahmudov Sabı̇ r Nahid oğlunun 01 fevral 2011-ci il təvəllüdlü X5 adında yetkinlik yaşına çatmamış uşaqları vardır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(006)-658/2021 saylı qətnaməsinin surətindən görünür ki, Mahmudov Sabı̇ r Nahid oğlundan 25 fevral 2009-cu il təvəllüdlü X4 və 01 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq 31 dekabr 2020-ci il tarixədək hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat, 01 yanvar 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması barədə şəhadətnamənin surətindən görünür ki, Mahmudov Sabı̇ r Nahid oğlu ilə İddiaçı arasında nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 18 yanvar 2021-ci il tarixdə, 07 saylı nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta X9 TƏBİB X11 PHŞ-nin Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasının xx.xx.2023-cü il tarixli, №111 saylı Arayışının surətindən görünür ki, 01 fevral 2011-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə otorinolarınqoloq tərəfindən müayinədən keçmişdir. Ona xx.xx.2023-cü il tarixdə Kind Səs-Eşitmə mərkəzində Audometriya müayinəsi əsasında “ikitərəfli xroniki sensonevral (İİİ-İV) dərəcəli ağıreşitmə” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, 01 fevral 2011-ci il təvəllüdlü X3 Eşitmənin neyrosensor tipli ikitərəfli itirliməsi, ikitərəfli koxlear nevrit, neyrosensor ağıreşitmə İV dərəcəli, anadangəlmə nitqin pozulması diaqnozu qoyulmuş 3-cü dərəcəli əlillik dərəcəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı 2 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/2-0038 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etsə də, cavabdeh tərəf Mahmudov Sabı̇ r Nahid oğlu ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər 21 fevral 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 25 fevral 2009-cu il tarixdə X7 və 01 fevral 2011-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında olan nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-658/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan olan uşaqların - 25 fevral 2009-cu il təvəllüdlü X4 və 01 fevral 2011-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları, cavabdeh Mahmudov Sabı̇ r Nahid oğlundan 25 fevral 2009-cu il təvəllüdlü X4 və 01 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq 31 dekabr 2020-ci il tarixədək hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat, 01 yanvar 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(006)-658/2021 saylı qətnaməsi ilə 25 fevral 2009-cu il təvəllüdlü X4 və 01 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Mahmudov Sabı̇ r Nahid oğlundan tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün ayrılıqda 235 manat məbləğində olmaqla təyin edilməsi, həmçinin 01 fevral 2011-ci il təvəllüdlü övladları X2 İİİ qrup əlillik dərəcəsi müəyyən edildiyindən hər ay 100 (bir yüz) manat olmaqla əlavə xərclərə cəlb ediməklə, cəmi 570 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinin tələbinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Yuxarıda qeyd edilən qanunvericiliyin məzmunundan göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddələrin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən «2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir». «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iddia tələbinin İİİ qrup əlillik dərəcəsi müəyyən edilmiş azyaşlı uşağın saxlanılması üçün əlavə xərclərin ödənilməsi hissəsində qismən təmin edilməsini və əlavə xərclərə görə cavabdehdən iddiaçının xeyrinə hər ay 50 manat məbləğində pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə, mövcud qanunvericiliyin tələblərinə əsasən uşaqlar üçün yaşayış minimumunun əvvəlki illərlə müqayisədə artmasını, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(006)-658/2021 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq cavabdeh Mahmudov Sabı̇ r Nahid oğlundan 25 fevral 2009-cu il təvəllüdlü X4 və 01 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment və 50 (əlli) manat məbləğində maddi yardım alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, miqdarı dəyişdirilmiş həmin alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Nəticə hissəsi: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2, 234.2.1-ci maddələrinin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(006)-658/2021 qətnaməsi ilə 25 fevral 2009-cu il təvəllüdlü X4 və 01 fevral 2011-ci il təvəllüdlü X1 üçün cavabdeh Mahmudov Sabı̇ r Nahid oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh Mahmudov Sabı̇ r Nahid oğlundan 25 fevral 2009-cu il təvəllüdlü X4 və 01 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment və 50 (əlli) manat məbləğində maddi yardım tutularaq İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin alimentin tutulması hesablansın. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1857/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1857/2024
22.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver