Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1873/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 17183.37 AZN əsas; 1215.41 AZN faiz; cəmi 18398.78 AZN məbləğində vəsaitin və ödənilmiş 145.2 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx/xx/2024–cü il tarixli, RGTK9018586B226 saylı Kredit müqaviləsinə əsasən ona illik 17 faiz dərəcəsi ilə 83 ay müddətinə 17183.37 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, pul vəsaitinin cavabdehə nəğd qaydada verilməsini təsdiq edən Xəzinə Məxaric orderi,cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 17183.37 AZN əsas; 1215.41 AZN faizc; əmi 18398.78 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, onun banka qarşı borcu mövcuddur. Lakin hal-hazırda işsiz olduğu və himayəsində 5 nəfərin olduğu üçün ayda 500-600 manat məbləğində ödəniş etməyə imkanı yoxdur. Əvvəllər 10.000 manat məbləğində kredit götürmüş və həmin borcun tamamını ödəmişdir. Lakin sonradan ehtiyac yarandığından təkrar olaraq bankdan kredit götürmüşdür. Əvvəllər işlədiyi dövrdə əmək haqqısı yüksək olduğu üçün ödənişləri yerinə yetirə bilirdi, lakin hazırda işsiz olduğu üçün bu imkanı yoxdur. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK9018586B226 saylı “Kredit müqaviləsi”nə əsasən bank cavabdehə 83 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 17183.37 AZN məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verməyi, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, RGTK9018586B226 saylı kredit müqavilə üzrə ödəniş cədvəli üzrə xx.xx.2024-xx.xx.2031-ci il dövrü ərzində cəmi 17183.37 manat əsas məbləğ, 12141.28 manat faiz məbləği ödənilməsi nəzərdə tutulmuşdur. - İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli son bildirişdən görünür ki, Cavabdeh Bank qarşısında olan gecikdirilmiş öhdəliyinin dərhal yerinə yetirilməsi tələb olunmuşdur. - İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK9018586B226 saylı kredit müqaviləsinə əsasən 17183.37 manat əsas, 1215.41 manat faiz borcunun, cəmi 18398.78 manat borcu yaranmışdır. - ödəniş qəbzindən (No:**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 145.20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2132 saylı, xx.xx.2025-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh kreditin təyin edildiyi tarixdən etibarən Maliyyə arayışında göstərilən xx.xx.2025-ci il tarixədək iddiaçı olan İddiaçı ASC-yə olsn borcu aşağıdakl kimi müəyyən edilmişdir:
1. xx.xx.2025-ci il tarixinə: - əsas borc üzrə 17.183,37 AZN - faiz borcu üzrə 1.403,79 AZN
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Qeyd edilən Məcəllənin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qeyd edilən Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh iddia tələbi ilə razı olmuş və bu protokolda qeyd edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 145.2 AZN dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə cavabdehin iddia tələbini etiraf etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 17.181,37 manat, faiz borcu üzrə 1.215,41 manat, ümumilikdə 18.398,78 manat (on səkkiz min üç yüz doxsan səkkiz manat, yetmiş səkkiz qəpik) və 145.2 (yüz qırx beş manat, iyirmi qəpik) ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 17.181,37 manat, faiz borcu üzrə 1.215,41 manat, ümumilikdə 18.398,78 manat (on səkkiz min üç yüz doxsan səkkiz manat, yetmiş səkkiz qəpik) və 145.2 (yüz qırx beş manat, iyirmi qəpik) ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.