Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1880/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 dekabr 2018-ci il tarixdə borc verdiyi 35.000 manat və həmin pulu kredit müqaviləsində nəzərdə tutulan vaxtda, yəni 28 fevral 2019-cu il tarixədək müddətdə qaytarmayıb ondan faydalandığından bank uçot dərəcəsinə əsasən illik 5 faiz olmaqla 5.250 manat, ümumilikdə 40.250 manat məbləğində pul vəsaitinin, həmçinin məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 210 manat 75 qəpik dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, tanışı olan Cavabdeh 30 dekabr 2018-ci il tarixdə 35.000 manat borc pul vermişdir. Aralarında olan borc münasibətlərini həmin gün rəsmiləşdirərək 1 saylı Bakı «ASAN xidmət» mərkəzi notariat ofisində kredit müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə görə Cavabdeh aldığı borcu 28 fevral 2019cu il tarixədək qaytarmağı, müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağına dair öhdəlik götürmüşdür. Cavabdehla uzun illərdir ki, tanışlığı olduğundan kredit müqaviləsində borcun qaytarılması müddəti bitsə də, aldığı borcu qaytaracağını düşünüb, ondan məhkəməyə iddia ərizəsi verməmişdir və yalnız ondan borcunu şifahi olaraq tələb etməklə kifayətlənmişdir. Hesab etmişdir ki, imkanı olmadığına görə borcu qaytara bilmir, imkanı olan kimi qaytaracaqdır. Bir neçə ay bundan əvvəl Cavabdeh verdiyi borcu və müqavilənin şərtlərinə görə faizləri qaytarmasını tələb etdikdə, cavabdeh ona hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Araşdırıb öyrənmişdir ki, cavabdehin ona borcunu qaytarmaması imkansızlığı ilə bağlı deyil, sadəcə borcu qaytarmaq fikri yoxdur və ona olan borcunu ödəmək istəmir. Bundan sonra, cavabdehin ona olan borcunu maddi vəziyyətinin pisləşməsi, imkansızlığından qaytara bilməməsi barədə dediklərinin bir bəhanə olduğunu başa düşmüşdür və cavabdehin ona olan borcunu qaytarması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən 11.01.2020-ci il tarixdə 1.100 manat, 04.03.2021-ci il tarixdə 800 manat, 06.05.2021-ci il tarixdə 1.200 manat olmaqla, cəmi 3.100 manat məbləğində ödəniş həyata keçirilmişdir. Qalan borc ödənilməmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 1 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 30.12.2018-ci il tarixli 3M- 402 reyestr saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 28.02.2019-cu il tarixədək qaytarmaq şərti ilə İddiaçı faizsiz olaraq 35.000 manat borc almışdır. İddiaçı tərəfin bildirdiyinə görə, cavabdeh 11.01.2020-ci il tarixdə 1.100 manat, 04.03.2021-ci il tarixdə 800 manat, 06.05.2021-ci il tarixdə 1.200 manat olmaqla, cəmi 3.100 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə iddiaçıdan borc almış, aldığı borcu müqavilədə qeyd olunan müddətədək qaytaracağına dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ödənişlər nəzərə alınmaqla (11.01.2020-ci il tarixdə 1.100 manat, 04.03.2021-ci il tarixdə 800 manat, 06.05.2021-ci il tarixdə 1.200 manat olmaqla, cəmi 3.100 manat; 35.000 manat – 3.100 manat = 31.900 manat) 31.900 manat əsas borc, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5.250 manat faiz, ödənilmiş 210 manat 75 qəpik dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 31.900 manat əsas borc, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5.250 manat faiz, cəmi 37.150 manat borc və ödənilmiş 210 manat 75 qəpik dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-1880/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1880/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver