Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1886/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29948.92 manat məbləğində əsas kredit borcunun, 1048.18 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 30997.1 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 182.09 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ASC MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ekspertin məhkəmənin sualına uyğun olaraq borcu xx.xx.2024-cü il tarixinə hesabladığı, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə cavabdehin bank hesabına ümumilikdə 6226.82 manat məbləğində vəsaitin daxil olduğu, xx.xx.2024-cü il tarixinə cavabdehin 25952.74 manat əsas borc, 1708.73 manat faiz borcu olmaqla, cəmi 27661.47 manat məbləğində borcu qaldığı qeyd edilərək, Cavabdeh Çıngiz qızından İddiaçı ASC-in xeyrinə 25952.74 manat əsas borc, 1708.73 manat faiz borcu olmaqla, cəmi 27661.47 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 182.09 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 2140***-*******01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 18 % dərəcəsi ilə 39000 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli 2140***-*******01 saylı kredit müqaviləsi xx.xx.2023-cü il tarixdə restruktruzasiya edilmişdir. xx.xx.2023-cü il tarixli 2290***-*******01R saylı restruktruzasiya müqaviləsinə əsasən 27536.72 manat əsas, 2411.52 manat faiz borcu olmaqla, cəmi 29948.24 manat kredit borcu restruktruzasiya edilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 idida tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC tərəfindən məhkəməyə ərizə ünvanlanıb, təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəkləri bildirilmiş və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alıb, mülki işə iddiaçı tərəfin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq olunmuş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli, 2140***-*******0 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 18% оlmaqla, 48 ay müddətinə ödənilməsi şərti ilə 39.000 manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2023-cü il tarixli, 2290***-*******01R saylı restrukturizasiya razılaşmasına əsasən bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 18% оlmaqla, 48 ay müddətinə ödənilməsi şərti ilə 39.000 manat məbləğində kredit verildiyi, restrukturizasiya razılaşmasının imzalanması tarixinə Cavabdeh həmin kredit üzrə qalıq əsas borcunun 27536,72 manat, faiz borcunun 2411,52 manat mövcud olduğu və digər mühüm şərtlər qeyd edilərək, kredit üzrə faiz dərəcəsi 18 faiz və kreditin son icra müddəti xx.xx.2027-ci ilədək müəyyən edilmişdir. - İddiaçı ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişinə əsasən Cavabdeh banka olan borcun ödənilməsi tələb edilmiş, əks halda kredit müqaviləsinin ləğv olunacağı və borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - məhkəmənin qərardadı əsasında daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2024-cü il tarixli 2527/2024 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 14 sentyabr 2021-ci il tarixli, 2140***-*******0 saylı kredit müqaviləsinin və 29 sentyabr 2023-cü il tarixli, 2290***- *******01R saylı restrukturizasiya razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarixə) banka olan əsas və faiz borcu 30635,84 manat məbləğində müəyyən olunur. O cümlədən: xx.xx.2024-cü il tarixə - əsas borc üzrə - 27718,15 manat; - faiz borcu üzrə - 2917,69 manat. - BP Exploration (Caspian Sea) LTD şirkətinin AR Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli 71156/2416835-33 saylı qərarına əsasən BP Exploration (Caspian Sea) LTD şirkətinin AR Nümayəndəliyində çalışan Cavabdeh aylıq əmək haqqından ümumi məbləğ 6226,82 manat kredit borcu İddiaçı ASC-nin xeyrinə və 436 manat dövlət rüsumu tutularaq Nəsimi rayon İcra şöbəsinə köçürülmüşdür. - məhkəmənin qərardadı əsasında daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2024-cü il tarixli 7957/2024 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cavabdehin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli, 2140***-*******0 saylı kredit müqaviləsinin və 29 sentyabr 2023-cü il tarixli, 2290***-*******01R saylı restrukturizasiya razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixə (pretenziya məktubunun göndərildiyi tarixə) qərardadın qəbul edildiyi tarixədək həyata keçirilmiş bütün ödənişlər nəzərə alınmaqla hesablanmalı əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2024-cü il tarixə - əsas borc üzrə - 24409,02 manat; - faiz borcu üzrə - 0,00 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Beləliklə iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən 39.000 manat məbləğində kredit almış, daha sonra bankla razılaşmasına əsasən kredit müqaviləsi restukturizasiya edilmiş, lakin cavabdeh ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş olsa da, ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Nəticədə bank məhkəməyə müraciət edib borcun ödənilməsini tələb etmək məcburiyyətində qalmışdır. İşin araşdırılması zamanı məhkəmə tərəfindən cavabdehin banka olan borc məbləğinin müəyyən edilməsindən ötrü məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və cavabdehin əsas və faiz borcunu əks etdirən rəy daxil olmuşdur. Lakin rəy daxil olduqdan sonra da cavabdeh tərəfindən ödənişlər həyata keçirildiyi üçün bank iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, məhkəmə tərəfindən yenidən ekspertiza təyin edilib, cavabdehin banka yalnız əsas borcunun olduğu müəyyən edilmişdir. Belə olan halda iddia tələbi qismən təmin edilərək, qalıq qalmış əsas borc cavabdehdən bankın xeyrinə ödənilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 182,99 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı isə qeyd edilməlidir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin lazımınca icra edilməməsi nəticəsində bankın məhkəməyə müraciət etməli olması nəzərə alınıb, tələb edilən 182,09 manat məbləğində dövlət rüsumu cavabdehdən bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 24409,02 manat əsas borc və dövlət rüsumunun əvəzi olaraq 182,09 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-yə ödənilməlidir. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 24409,02 manat əsas borc və dövlət rüsumunun əvəzi olaraq 182,09 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-yə ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1886/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1886/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver