Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1887/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə və Cavabdeh2 MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bankın restrukturizasiya öhdəliyindən irəli gələn hərəkətlərin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bankın restrukturizasiya öhdəliyindən irəli gələn hərəkətlərin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, onun xx.xx.2014-cü il tarixli 4846nkBKX/14 saylı kredit müqaviləsinə əsasən yaranmış kredit borcu üzrə edilmiş bütün ödənişlər, eləcə də Fərmana əsasən silinməli olan məbləğlərin yenidən hesablanaraq əsas borcdan çıxılması, 01 mart 2019-cu il tarixinə mövcud olan əsas borcdan qalan qalıq məbləğlə bağlı restrukturizasiya şərtləri əsasında yeni müqavilənin bağlanması, MKR məlumatlarında düzəliş edilərək sözügedən borc üzrə gecikdirilmiş günlərin silinərək “0” qeyd olunması barədə cavabdehin üzərinə öhdəlik qoyulması və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxıldığı dövrdə iddiaçının ərizəsi əsasında Cavabdeh2 MMC cavabdeh qismində cəlb edilmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.2014-cü il tarixli 4846nkBKX/14 saylı kredit müqaviləsinə əsasən yaranmış kredit borcu üzrə edilmiş bütün ödənişlər, eləcə də Fərmana əsasən silinməli olan məbləğlərin yenidən hesablanaraq əsas borcdan çıxılması, 01 mart 2019-cu il tarixinə mövcud olan əsas borcdan qalan qalıq məbləğlə bağlı restrukturizasiya şərtləri əsasında yeni müqavilənin bağlanması” hissəsində iddia tələbindən imtina etdiyini qeyd edərək, onun Mərkəzləşdirilmiş Kredit Reyestri məlumatlarında düzəliş edilərək sözügedən borc üzrə gecikdirilmiş günlərin silinərək sayının “0” qeyd olunması barədə Cavabdeh2 MMCnin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixində "xxxx" KB ASC-dən 4846nkBKX/14 saylı kredit müqaviləsinə əsasən 2200 ABŞ dolları məbləğində istehlak kediti götürmüşdür. Növbəti aydan etibarən kredit ödənişlərini vaxtıvaxtında həyata keçirmişdir. Lakin daha sonra ölkədə baş verən devalvasiya səbəbindən ödənişlərində gecikmələr yaranmış və sonrasında isə maddi sıxıntılar səbəbindən ödənişləri həyata keçirə bilməmişdir. Tərəfindən sonuncu ödəniş 17 aprel 2015-ci il tarixində həyata keçirilmişdir. Bundan sonra isə bankın məhkəməyə müraciəti əsasında onun əmək haqqından tutulmalar həyata keçirilməyə başlamışdır. Daha sonra, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 588 №li Fərmanı ilə fiziki şəxslərin xarici valyutada olan kredit borclarına kompensasiyaların hesablanması və problemli kreditlərin restrukturizasiyası prosesinə başlanılmışdır. Qeyd edir ki, onun həmin tarixə (1 mart 2019-cu il tarixinə) olan Mərkəzləşdirilmiş Kredit Reyestri məlumatlarında yalnız 2 aktiv borc göstərilmişdir. "xxxx" ASC və “X7” QSC-yə olan borclar. "xxxx" KB ASC-yə olan borc məbləği isə göstərilməmiş, əksinə "xxxx" KB ASC borcu bağlanmış öhdəliklərinin sırasında göstərilmişdir. Bunun səbəbi isə "xxxx" KB ASC tərəfindən onun borc öhdəliyi barədə məlumatların MKR-ə daxil edilməməsi olmuşdur. Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına olan müraciətinə gələn cavab məktubunda da qeyd edilmişdir. Restrukturizasiya isə MKR-də qeyd edilən məlumatlar əsasında həyata keçirildiyinə görə, onun digər iki banka olan borc öhdəliyi restrukturuzasiyaya şamil edilsə də, "xxxx" KB ASC-yə olan borcu şamil edilməmişdir. Digər iki banka olan borcu ilə bağlı isə onunla əlaqə saxlanılaraq restrukturizasiya şərtləri ilə yenidən müqavilə bağlanılmışdır və o, həmin borcların birini dərhal bağlamış, digərini isə artıqlaması ilə vaxtı-vaxtında ödəyir. Həmçinin ona, Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanına əsasən "xxxx" KB ASC-yə olan kreditinə görə cəmi 1340.71 manat məbləğində kompensasiya hesablanmışdır. Bu səbəbdən də o, daha əvvəl xeyli miqdarda onun əmək haqqından tutulmalar da həyata keçirildiyinə görə, haqlı olaraq "xxxx" KB ASC-yə olan qalıq borcunun da kompensasiya hesabına ödəndiyini və "xxxx" KB ASC-yə borcu qalmadığını, bu səbəbdən MKR məlumatlarında "xxxx" KB ASC-yə olan borcunun onun bağlanmış öhdəliklərinin sırasında göstərildiyini hesab etmişdir. Beləliklə, xx.xx.2019-cu il tarixli MKR məlumatlarından da göründüyü kimi, onun "xxxx" KB ASC-yə olan borcu bağlanmış kreditlər arasında göstərilmiş, eləcə də Mərkəzi Bankın portalı olan PK məlumatlarında həmin kreditə görə kompensasiya hesablansa da, yenə də 01 mart 2019-cu il tarixinə mövcud olan kredit borcları sırasında göstərilməmişdir. O, isə əmək haqqından tutulmaların da 2018-ci ildən yandığını nəzərə alaraq və borcunun "0" göstərilməsinə əsaslanaraq "xxxx" KB ASC-yə borcu qalmadığını hesab etmişdir. Lakin daha sonra Abşeron rayon İcra və probasiya şöbəsinin əməkdaşının onunla əlaqə yaratmasından sonra o, sözügedən borcunun silinmədiyini, 1064,19 ABŞ dolları məbləğində borcu olduğunu və borcun ödənilməsi ilə bağlı gecikdirilmiş günlərin də üstüstə yığıldığını öyrənmişdir. Belə ki, onun kredit tarixçəsində əvvəl gecikmə günü 0 olsa da, həmin vaxtda artıq 2000-ə yaxın gecikdirilmiş gün göstərilirdi. Bununla bağlı "xxxx" KB ASC-yə müraciət etmiş və onun borcuna restrukturizasiya qaydalarının şamil edilməsini, yığılmış gecikmə günlərinin və borcların silinməsini xahiş etmiş, "xxxx" KB ASC isə məsələnin həllinə heç bir cəhd belə göstərməyərək kredit borcunun “BOA Kollektor Agentliyi" ASC-yə satıldığını və onlara müraciət etməli olduğunu bildirmişdir. Halbuki, onun hüququnu pozan "xxxx" ASC deyil, "xxxx" KB ASC olmuşdur. Bu qədər müddət ərzində isə ona nə "xxxx" KB ASC, nə də "xxxx" ASC rəfindən aktiv borcu olması barədə məlumat belə verilməmişdir. O, daha sonra bu problemlə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmiş və Mərkəzi Bankın Apelyasiya Komissiyası tərəfindən cavab olaraq bildirilmişdir ki, problemli kreditlərlə bağlı portalın yaradılması zamanı Mərkəzi Kredit Reyestrindən əldə olunmuş məlumatlarda onun "xxxx" KB ASC qarşısında mövcud kreditinə dair aktiv qalıq borc öhdəliyi aşkar olunmadığından həmin kreditin restrukturizasiyaya şamil edilməmişdir. Bu isə birbaşa bankın öz öhdəliyini pozmasından irəli gəlir. Çünki kreditlər barədə məlumatların MKR-ə daxil edilməsi bankların birbaşa vəzifəsidir və bunun pozulmasına görə banklar məsuliyyət daşıyır. Daha sonra o, Mərkəzi Banka müraciət edib sözügedən kredit borcunun restrukturizasiya olunmalı kreditlər sırasına daxil olmasını xahiş etmişdir. Mərkəzi Bankdan imtina cavabı aldıqda isə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək sözügedən öhdəliyin Mərkəzi Bankın üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə tərəfindən onun hüquqlarını pozan subyektin Mərkəzi Bank deyil, "xxxx" KB ASC olması səbəbindən iddiası mümkün sayılmamışdır. 2022-ci ilin oktyabr ayından etibarən isə Abşeron rayon İcra və probasiya şöbəsindən gələn məktuba əsasən onun əmək haqqından yenidən 50% həcmində tutulmalar edilməsi nəzərdə tutulmuşdur. Belə bir tutulmanın həyata keçirilməsi isə onu maddi olaraq olduqca çətin bir vəziyyətə salır. Çünki o, xx.xx.2021-ci il tarixində ailə həyatı qurmuş və özü ilə yanaşı ailəsini də saxlamaq öhdəliyi daşıyır. Əgər Fərmana əsasən hesablanan kompensasiya, silinməli olan faiz və cərimələr nəzərə alınsa və borc öhdəliyi vaxtında "xxxx" KB ASC tərəfindən MKR sisteminə daxil edilib onun krediti də restrukturizasiya olunsaydı onun borcu indiyədək ödənmiş olacaqdı və ya aylıq cüzi bir məbləğ ödənişi olacaqdı və o, həmin məbləği də digər borcları kimi asanlıqla vaxtıvaxtında ödəyəcəkdir. Ən əsası isə onun kredit tarixçəsində gecikdirilmiş gün olmayacaqdı. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəyişdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 daha öncədən məhkəməyə ünvanladıqları etiraz ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, iddia tələbi əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli ********** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərima, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəууən edilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən, kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanıın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərın siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkılatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitın məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Bankına təqdim edir. Нəmin Qaydanın 8.8ci bəndinə görə fiziki şəxsə kompensasiya ödənilməli olduqda və bu barədə məlumat bu Qaydanın 4.1-ci bəndində göstərilən siyahıda əks etdirilmədikdə və ya həmin məlumatda səhv olduqda, Komissiyanın qərarına əsasən Palata fiziki şəxsın adını həmin siyahıya daxil edir (məlumatlarda düzəliş edir) və bu Qaydaya uyğun olaraq kompensasiyanın fiziki şəxsə ödənilməsini təmin edən tədbirlər görür. Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamı da Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətlərı, istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. İddiaçının kredit borcunun Fərmanın təsiri altına düşüb-düşməməsi məsələsi mülki mühakimə icraatı qaydasında deyil, inzibati icraat qaydasında həll edilməli olan məsələdir. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli məktubu ilə MKR məlumatlarında aktiv qalıq borc öhdəliyi aşkar edilmədiyindən kreditin restrukturizasiyaya şamil edilməməsi barədə məlumat verilmişdir. Bu məlumatı aldıqdan sonra iddiaçı növbəti addım kimi kredit öhdəliyinin mövcud olduğunu təsdiq edən sənədləri (kredit müqaviləsi, məhkəmə qətnaməsi və s.) təqdim etməklə onun kompensasiya verilməsi nəzərdə tutulan şəxslərin siyahısına daxil edilməsini Mərkəzi Bankdan tələb etməli idi. Lakin iddiaçı inzibati orqana müraciət etmək əvəzinə hazırki iddianı qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 1 mart 2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. X6 xx.xx.2022-ci il tarixli məktubu imtina məktubu olsaydı, müraciətin dəlilləri araşdırılmalı, bunun üçün Bankdan kredit sənədləri tələb edilməli, müraciətin təmin edilməsindən imtina ediləcəyi halda bu imtina əsaslandırılar və məktubda məhkəməyə müraciət etmək qaydası və müddəti izah edilmiş olardı. X4 MKR və PK məlumat bazalarına əsasən iddiaçının barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi üzrə aktiv öhdəliyi göstərilməmişdirsə mübahisəsinin daha çevik və hərtərəfli araşdırılması habelə iddiaçının müraciəti əsasında yekun mövqeyin bildirilməsi məqsədilə iddiaçıdan, yaxud onun müraciəti əsasında "xxxx" ASC-dən həqiqətən də kredit müqaviləsinin mövcudluğu, mövcud olduğu təqdirdə müqavilənin təsdiq olunmuş surəti təqdim olunmaqla bu müqavilə üzrə əsas kredit borclarını əks etdirən ssuda hesabından çıxarışın, baş vermiş devalvasiya günlərinə (21 fevral 2015-ci il və 21 dekabr 2015-ci il tarixlərinə günün əvvəlinə) və hazırki günə əsas kredit borcunun qalıq məbləği barədə müvafiq arayışın götürülərək tədqiq edilməsi zəruri idi. Qeyd edilən məlumatlar inzibati orqana təqdim edildikdən və iddiaçının kredit tarixçəsi kompleks şəkildə yenidən yoxlanıldıqdan sonra Mərkəzi Bank tərəfindən müraciətə yekun münasibətin bildirilməsi mümkün ola bilərdi. "İnzibati icraat haqqında" Qanunun 24.2-ci maddəsına görə inzibati organ maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qeyd edilənlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən kompensasiya ödənilməli şəxslərin siyahısına daxil edilməsi ilə bağlı müraciət edilməmişdir. Bank tərəfindən Mərkəzi Kredit Bürosuna məlumatların təqdim edilməməsi o demək deyil ki, kredit öhdəliyi mövcud deyil. Mərkəzi Bank (ondan əvvəl isə Maliyyə Bazarlarına Nəzarət Palatası) MKR məlumatları əsasında ilkin siyahını tərtib edir. Hansısa səbəbdən, o cümlədən MKR-də məlumatları düzgün göstərilməmiş şəxslər daha sonra kredit öhdəliyinin mövcudluğunu təsdiq edən sənədləri təqdim etməklə siyahıya daxil edilməsi üçün müraciət etməklə kompensasiya almağa nail ola bilər, bununla bağlı kifayət qədər analoji məhkəmə qərarları mövcuddur. "İnzibati icraat haqqında" Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İddiaçı kompensasiya ilə bağlı müraciət etmiş olsaydı, Azərbaycan Respublikasının Mərkəzi Bankı (ləğv olunmuş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətlərini həyata keçirən qurum kimi) onu Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil etmiş olacaq. Belə olan halda ona Dövlət büdcəsi hesabına kompensasiya ödəniləcək. Müraciətdən imtina ediləcəyi təqdirdə isə iddiaçı İPM-in 2.2.3cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) ilə inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçının öz üzərinə düşən bütün lazımi addımları atmadan Banka qarşı hazırki iddianı irəli sürməsi əsassızdır. Belə olan halda, nə qədər ki, iddiaçıya dövlət büdcəsi hesabına kompensasiya verilib-verilməməsi məsələsi inzibati icraat qaydasında həll edilməyincə, iddianın "iddiaçının xx.xx.2014-cü il tarixli 4846nkBKX/14 saylı "Kredit müqaviləsi"nə əsasən yaranmış kredit borcu üzrə edilmiş bütün ödənişlər, eləcə də Fərmana əsasən silinməli olan məbləğlərin yenidən hesablanaraq əsas borcdan çıxılması barədə cavabdehin üzərinə öhdəlik qoyulması" hissəsinin təmin edilməsi mümkün deyildir. Digər tərəfdən nə qədər ki, iddiaçının kredit öhdəliyinin Fərmanın təsiri altına düşüb-düşməməsi məsələsi inzibati icraat qaydasında həll edilməmişdir, belə olan halda, restrukturizasiya öhdəliyinin qoyulması tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Bundan əlavə iddianın "MKR məlumatlarında düzəliş edilərək sözügedən borc üzrə gecikdirilmiş günlərin silinərək "0" qeyd olunması barədə cavabdehin üzərinə öhdəlik qoyulması" hissəsi ilə bağlı qeyd edirik ki, bu tələbə də mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır və iddiaya cavab verməli şəxs bank (məlumat təchizatçısı) deyil, kredit bürosudur (kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayan, saxlayan, təhlil edən və kredit hesabatlarını verən kommersiya hüquqi şəxsi). "Kredit büroları haqqında" Qanunun 18-ci maddəsinə görə, kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir (maddə 18.1). Kredit bürosu, kredit tarixçəsi subyektinin müraciətini aldıqdan sonra növbəti iş günündən gec olmayaraq kredit tarixçələrinin məlumat bazasının müvafiq hissəsinə "dəqiqləşdirilir" qeydini daxil edir və məlumatın düzgünlüyünün yoxlanılması üçün məlumat təchizatçısına sorğu göndərir. Müraciət kredit tarixçəsində olan bu Qanunun 6.4-cü maddəsində göstərilən məlumatla bağlı olduqda, kredit bürosu 2 iş günü müddətində məsələni araşdırır və nəticəsindən asılı olaraq səhvi düzəldir və səhv kredit hesabatını almış məlumat istifadəçilərinə xidmət haqqı tələb edilmədən yeni kredit hesabatını verir, məlumatın düzgün olduğunu müəyyən etdikdə isə kredit tarixçəsinin subyektinə müraciətin baxılmasının nəticələri barədə əsaslandırılmış cavab verir (maddə 18.2). Məlumat təchizatçısı sorğunu aldığı gündən 3 iş günü müddətində kredit tarixçəsinin subyekti haqqında kredit bürosuna verdiyi məlumatın düzgünlüyünü yoxlayır, məlumatın düzgün olması və ya aşkar edilmiş səhvin aradan qaldırılması barədə kredit bürosuna müvafiq məlumat göndərir (maddə 18.3.) Səhvin aradan qaldırılması barədə məlumat daxil olduğu gündən kredit bürosu 2 iş günü müddətində kredit tarixçəsində səhvi düzəldir, səhv kredit hesabatını almış məlumat istifadəçilərinə xidmət haqqı tələb edilmədən yeni kredit hesabatını verir. Bu Qanunun 18.3-cü maddəsinə uyğun olaraq məlumatın düzgün olması barədə məlumat daxil olduğu gündən kredit bürosu 2 iş günü müddətində kredit tarixçəsinin subyektinə müraciətin baxılmasının nəticələri barədə əsaslandırılmış cavab verir (maddə 18.4.). Bu Qanunun 18.2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq müvafiq qeyd daxil edildiyi andan bu Qanunun 18.2-ci maddəsinin ikinci cümləsinə və 18.4-cü maddəsinin birinci cümləsinə uyğun olaraq yeni kredit hesabatı və ya əsaslandırılmış cavab verilənədək kredit bürosu müvafiq kredit tarixçəsindən kredit hesabatını "dəqiqləşdirilir" qeydi ilə məlumat istifadəçilərinə verməlidir (maddə 18.5.). Şikayətin araşdırılması nəticəsində məlumat təchizatçısı kredit bürosuna verdiyi məlumatın düzgün olduğunu müəyyən edərsə və kredit tarixçəsinin subyekti bu nəticə ilə razılaşarsa, kredit tarixçəsində heç bir dəyişiklik edilmir (maddə 18.6.). Kredit tarixçəsinin subyekti araşdırmanın nəticələri ilə razı olmadıqda, kredit bürosu kredit tarixçəsində bu barədə qeyd aparır. Bu zaman kredit tarixçəsinin subyektinə narazılığının səbəblərini izah edən qeydlərin qısa olaraq kredit tarixçəsində yerləşdirilməsi üçün imkan yaradılmalıdır (maddə 18.7.). Kredit tarixçəsinin subyekti araşdırmanın nəticələri ilə razı olmadıqda, nəzarət orqanına və məhkəməyə şikayət verə bilər (maddə 18.8.). İddiaçı Kredit bürosuna müraciət etməmiş, inzibati icraat qaydasında müraciət etməli olduğu halda, mülki icraat qaydasında baxılması və təmin edilməsi mümkün olmayan hazırki əsassız tələbi irəli sürmüşdür. Beləliklə qeyd edilənlərə əsasən iddia tələbinin tamamilə əsassız olduğu qənaətindədirlər. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" KB ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, məhkəmənin icraatında olan e-2(006)-1887/2024 nömrəli mülki iş üzrə iddiaçı xx.xx.2014-cü il tarixli 4846nkBKX/14 nömrəli kredit müqaviləsi üzrə yaranmış kredit borcu üzrə edilmiş bütün ödənişlər, eləcə də Fərmana əsasən silinməli olan məbləğlərin yenidən hesablanaraq əsas borcdan çıxılmasını, 01 mart 2019-ci il tarixinə mövcud olan əsas borcdan qalan qalıq məbləğlə bağlı restrukturizasiya şərtləri əsasında yeni müqavilənin bağlanması və MKR məlumatlarında düzəliş edilərək sözügedən borc üzrə gecikdirilmiş günlərin silinərək “0” qeyd olunmasını xahiş edir. Həmin kredit müqaviləsi üzrə Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli 2(012)- 3045/2015 nömrəli məhkəmə əmri vardır. Həmin məhkəmə aktı qanuni qüvvəsini almışdır. Qüvvədə olan həmin borcun azaldılması tələbini iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 588 №li Fərmanı üzrə 2019-cu ildə kompensasiya almalı olması ilə əsaslandırır. Elektron portalıdakı məlumatlardan görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixində tərtib edilmiş, xx.xx.2024-cü il tarixdə elektron məhkəmə portalına yerləşdirilmişdir. Yəni iddiaçının öz iddiasını əsaslandırdığı hal ilə iddia ərizəsinin verilməsi tarixləri arasında təxminən 5 il müddət keçmişdir. AR MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. AR MM-in 375.2-ci maddəsinə əsasən məhkəmənin icraatında olan e-2(006)-1887/2024 nömrəli mülki iş üzrə iddia tələblərinə iddia müddətinin tətbiq edilməsi xahiş edilmişdir. Cavabdehlər "xxxx" KB ASC və Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər "xxxx" KB ASC və Cavabdeh2 MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-3045/2015 saylı məhkəmə əmri ilə ünvan 1 ünvanında yaşayan borclu İddiaçı kreditor "xxxx" KB ASC-nin xeyrinə 1573,88 ABŞ dolları əsas, 34,56 ABŞ dolları, 11,77 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1620,21 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, göründüyü kimi, tərəflər arasında daha öncədən müqavilə münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliklərin icra edilməməsi səbəbilə bank tərəfindən məhkəməyə müraciət edilmiş və nəticə etibarı ilə məhkəmənin yuxarıda qeyd edilən məhkəmə əmri çıxarılmışdır. İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanda və ya xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nda qalıq əsas kredit borcunun güzəştli məzənnə ilə restrukturizasiyasına dair hər hansı müddəa öz əksini tapmamışdır. Qeyd edilmişdir ki, Fərmana əsasən Portalın yaradılması üçün Mərkəzi Kredit Reyestrindən əldə olunmuş məlumatlarda İddiaçı "xxxx" KB ASC qarşısında mövcud olan kreditinə dair aktiv qalıq borc öhdəliyi aşkar edilmədiyindən Fərman çərçivəsində restrukturizasiyaya şamil edilməmişdir. - "xxxx" KB ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı "xxxx" KB ASC-də xx.xx.2014-cü il tarixində 24 ay müddətinə 4846nkBKX/14 saylı kredit müqaviləsi üzrə 2200 ABŞ dolları məbləğində nağd kredit rəsmiləşdirildiyi, rəsmiləşdirilmiş kredit müqaviləsi və təqdim edilmiş ödəniş şərtləri razılaşdırılaraq R.Ocaqlının imzası ilə təsdiqləndiyi, “BOA” Agentliyi və "xxxx" KB ASC bağlanmış kreditlərin qaytarılması üzrə xidmət göstərilməsi haqqında olan müqaviləyə əsasən kreditlərin qaytarılmasının agentliyə güzəşt edildiyi bildirilmiş, hazırda yaranmış problemlə bağlı “BOA” Agentliyinə müraciət etməsi tövsiyyə edilmişdir. - "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı "xxxx" KB ASC arasında bağlanmış 4846nkBKX/14 saylı kredit müqaviləsi üzrə tələb hüququ müqavilə əsasında xx.xx.2021-ci il tarixdən etibarən "xxxx" ASC-yə ötürülmüşdür. Həmin tarixdə borcun məbləği 1064,19 ABŞ dolları təşkil etmişdir. Bundan sonra İddiaçı tərəfindən heç bir ödəniş edilmədiyindən, borc məbləği bu günədək dəyişməz qalır. Eyni zamanda bildirilmişdir ki, sözügedən müqavilə üzrə borc qalığının silinməsi üçün əsas müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərman imzalanmışdır. Fərmanın 3.1 və 7.3-cü bəndlərinin icrası məqsədilə xx.xx.2019-cu il tarixində “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. İddiaçı Mərkəzləşdirilmiş Kredit reyestrindən əldə olunmuş məlumatlarda xx.xx.2019-cu il tarixinə "xxxx" KB ASC-yə olan kredit borcu üzrə kredit borcu əks olunmadığından restrukturizasiya hissəsində Fərmana şamil edilməmişdir. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərman imzalanmışdır. Fərmanın 3.1 və 7.3-cü bəndlərinin icrası məqsədilə xx.xx.2019-cu il tarixində “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərman çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanmışdır. İddiaçı ilə "xxxx" KB ASC arasında rəsmiləşdirilmiş xarici valyutadaki kredit müqaviləsi Fərmanın əhatə dairəsinə düşdüyündən kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına cəmi 1340,71 manat məbləğində kompensasiya ayrılmışdır. Fərmana əsasən fiziki şəxslərə çatacaq kompensasiyanın ilk növbədə onların banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş (10 gündən artıq gecikməsi olan) əsas kredit borclarının ödənilməsinə yönəldilməsi, yalnız bundan sonra qalan məbləğin həmin fiziki şəxslərin sərəncamına verilməsi müəyyən edilmişdir. Kompensasiya məbləği proporsional qaydad xx.xx.2019-cu il tarixinə İddiaçı digər banklar qarşısında 10 gündən artıq gecikməsi olan kredit borcunun azaldılmasına yönəldilmişdir. Bu məlumatlar pk.cbar.az saytında ona məxsus şəxsi səhifəsində əks olunmaqdadır. Əlavə olaraq bildirilmişdir ki, “Büroya məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən Büroya borc haqqında məlumatları (kreditin əsas borcunun müqavilə ilə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərin (gecikdirilmiş günlərin) sayı, faizlərin müqavilə üzrə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərinin sayı və digər məlumatlar) məlumat təchizatçıları təqdim edirlər. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinə əsasən kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadiçələr verilməsini təmin edir. Qanunun 10.2-ci maddəsinə müvafiq olaraq kredit tarixçəsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətdən tez məhv olunmasını tələb edə bilməz. Qanunvericiliklə müəyyən edilmiş əsaslar (məhkəmə qərarı, texniki səhv və s.) olmadığı təqdirdə mövcud gecikmələrə düzəliş edilməsi mümkün hesab edilmir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı 4846nkBKX/14 saylı kredit müqaviləsi üzrə 956,85 ABŞ dolları məbləğində kredit borcu qalmaqdadır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə aydın olur ki, tərəflər arasında daha öncədən müqavilə münasibətləri mövcud olmuşdur. Lakin iddiaçı müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyini icra etmədikdə tərəflər arasında yaranmış mübahisə məhkəmənin həllinə verilmiş və mübahisəyə baxan məhkəmə iş üzrə 29 may 2015-ci il tarixdə məhkəmə əmri çıxarmışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 588 №li Fərmanı ilə fiziki şəxslərin xarici valyutada olan kredit borclarına kompensasiyaların hesablanması və problemli kreditlərin restrukturizasiyası prosesinə başlanılmışdır. Mərkəzləşdirilmiş Kredit Reyestri məlumatlarında iddiaçının digər banklara olan aktiv borcları göstərilsə də, "xxxx" KB ASC-yə olan borc öhdəliyi həmin məlumatlar sırasında aşkar edilməmişdir. Səbəb olaraq isə bankın iddiaçının öhdəlikləri barədə məlumatları Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməməsi olmuşdur. Bununla da, iddiaçının digər banklara olan öhdəliklərinə restrukturizasiya şamil edilsə də, "xxxx" KB ASC qarşısında olan öhdəliyi, məlumatların daxil edilməməsi səbəbilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 588 №li Fərmanının təsir dairəsinə düşməmiş və iddiaçının öhdəliyinə restrukturizasiya şamil olunmamışdır. Belə olduğu təqdirdə isə Mərkəzləşdirilmiş Kredit Reyestri məlumatlarında İddiaçı xx.xx.2014-cü il tarixli 4846nkBKX/14 saylı kredit müqaviləsinə əsasən öhdəliyi üzrə gecikmələr hesablanmağa başlanılmış və bu gecikmələr bankın təqsiri nəticəsində yaranmışdır. İddiaçı Mərkəzləşdirilmiş Kredit Reyestri məlumatlarında düzəlişlərin edilməsini və bununla da bankla aralarında bağlanmış olan müqaviləyə əsasən yaranmış kredit borcu üzrə gecikdirilmiş günlərin silinməsinə dair banka müraciət etsə də, bank tərəfindən iddiaçının müqavilə üzrə tələb hüququnun "xxxx" ASC-yə ötürüldüyü bildirilmişdir. İddiaçının "xxxx" ASC-yə müraciəti də arzuolunan nəticə verməmişdir. İşdə olan və yuxarıda sadalanmış materillarla görünür ki, iddiaçı hazırki tələbi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına da müraciət etmişdir. Lakin iddiaçının müraciəti, gecikmələrlə bağlı düzəlişlərin edilməsi üçün əsasın (məhkəmə qərarının və s.) olmaması səbəbilə təmin edilməsi mümkün olmamışdır. Nəticədə iddiaçı pozulmuş hüququnun bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun: - 6.1-ci bəndinə əsasən kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir. - 6.3-cü bəndinə əsasən kredit tarixçələrinin formalaşdırılması və kredit hesabatlarının verilməsi üzrə kredit bürosunun fəaliyyəti məlumat təchizatçıları və məlumat istifadəçiləri ilə (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş neqativ məlumatları təqdim edən məlumat təchizatçıları, 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçiləri istisna olmaqla) bağlanan müqavilələr əsasında həyata keçirilir. Müqavilədə tərəflərin qarşılıqlı hüquq və öhdəlikləri, o cümlədən məlumat təchizatçısının və məlumat istifadəçisinin bu Qanunla nəzərdə tutulmuş vəzifələri, təqdim edilən məlumatın tərkibi və təqdimetmə müddətləri, kredit hesabatının alınması üçün sorğuların təqdim edilməsi və kredit hesabatlarının verilməsi qaydası, habelə tərəflərin məsuliyyəti öz əksini tapmalıdır. - 10.1-ci bəndinə əsasən kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. - 10.2-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətdən tez məhv olunmasını tələb edə bilməz. - 18.1-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2021-ci il tarixli, 32/1 saylı Qərarının 3-cü bəndinə əsasən kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə kredit təşkilatı tərəfindən yazılı məlumat verilməklə, köhnə və yeni nömrələrin siyahısı təqdim edilir. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlərlə Mərkəzləşdirilmiş Kredit Reyestri məlumatlarında iddiaçının barəsində müqavilə üzrə düzgün olmayan məlumatların qeyd edilməsi öz təsdiqini tapdığından, həmin məlumatlarda düzəlişlərin edilməsi zəruridir. Əlavə olaraq məhkəmə "xxxx" KB ASC-nin iddia müddətinin tətbiqi barədə dəlilinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən hazırki iş üzrə iddia müddətinin tətbiqi istisna olunur. Belə ki, iddia müddətinin tətbiqi məsələləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci fəsli ilə tənzimlənir. Məcəllənin 367.1-ci maddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliklə ümumi iddia müddəti ilə yanaşı müqavilə tələbləri, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə və digər tələblər üzrə iddia müddətləri təsbit edilmişdir. Lakin qeyd edilməlidir ki, hazırki işdə irəli sürülmüş tələb müqavilə üzrə əmələ gələn tələb növünə aid olmamaqla, iddiaçının tələbi bankın təqsiri nəticəsində Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 588 №li Fərmanı ilə müəyyən edilmiş güzəştlərdən məhrum olması və bu səbəbdən pozulmuş hüququnun bərpasından ibarətdir. Həmin tələb növünə isə müqavilə tələbləri üzrə müəyyən edilmiş iddia müddətini tətbiq etmək yolverilməzdir. Bununla da məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə onu da qeyd edir ki, işdə olan sənədlərlə müəyyən edildiyi kimi, "xxxx" KB ASC ilə "xxxx" ASC arasında bağlanmış olan müqaviləyə görə bank iddiaçıya qarşı olan tələb hüququnu "xxxx" ASC-yə güzəşt etmiş və öhdəlik sonuncunun xeyrinə icra edilməlidir. Belə olan halda isə məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli, 4846nkBKX/14 saylı kredit müqaviləsi üzrə tələb sahibi "xxxx" ASC olduğundan, həmin müqavilə üzrə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi də onun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Mərkəzləşdirilmiş Kredit Reyestri məlumatlarında düzəliş edilərək, xx.xx.2014-cü il tarixli, 4846nkBKX/14 saylı kredit müqaviləsinə əsasən yaranmış kredit borcu üzrə gecikdirilmiş günlər silinərək sayının “0” qeyd olunması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Mərkəzləşdirilmiş Kredit Reyestri məlumatlarında düzəliş edilərək, xx.xx.2014-cü il tarixli, 4846nkBKX/14 saylı kredit müqaviləsinə əsasən yaranmış kredit borcu üzrə gecikdirilmiş günlər silinərək sayının “0” qeyd olunması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi "xxxx" ASC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1887/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1887/2024
17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver