Məhkəmə qərarları › İş №e-2(006)-1923/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1923/2025

17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1923/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçı "xxxx" X2 nümayəndəsi X1, cavabdeh X6 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı "xxxx" X2 cavabdehlər X6 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X4 cavabdehlər X6 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, mübahisə ilə bağlı müvafiq arayış əldə edilməsinə baxmayaraq şəxsin inzibati məsuliyyətini müəyyən edən qərarın əldə edilməsi mümkün olmamışdır. Lakin, iş üzrə təqdim edilmiş digər sənədlərdən hadisənin törədilməsində cavabdehin təqsirini müəyyən etmək mümkündür. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı tərəf qeyd edir ki, cavabdeh tərəf işi yersiz uzatmağa çalışır. Lakin, qeyd edilməlidir ki, bu ədalət mühakiməsidir və işin halları ətraflı araşdırılmalıdır. Tərəf qeyd edir ki, cinayət işinin başlanmasının rədd qərarı var. Ümumiyyətlə qeyd edilməlidir ki, əgər yol hərəkəti hadisəsi baş verirsə, təqsirkar sürücü ya inzibati, ya da cinayət məsuliyyəti daşıyır. Hazırki vəziyyətdə subroqasiya hüququnun əsasının olduğuna dəlalət edən hallar var. Çünki, sürücü özü də etiraf edib ki, içkili olub. Bununla bağlı müvafiq protokol da tərtib olunub. Lakin, protokol inzibati tənbeh vermə qərarı deyildir. Bununla bağlı yekun qərar qəbul edilməlidir ki, mülki məsuliyyət faktının yaranması təsdiq olunsun. Həmçinin gələcək subroqasiya hüququnu həyata keçirə bilsinlər ki, hüquqları pozulmasın. Ona görə də hesab edir ki, yekun qərar olmadan iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən cavabdeh olmalı tərəf haqqında məlumatlar və sənədlər natamam təqdim edildiyindən və bu da məhkəmə üçün qeyri-müəyyən olduğundan hazırkı mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd edilən iddia ərizəsi araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçıya ziyan dəyməsini faktı müvafiq orqanın arayışı və ya məhkəmə qərarı əsasında müəyyən edilə bilər. Hazırki işdə zərər vurmuş şəxs hesab edilən digər cavabdehin məsuliyyətini müəyyən edən məhkəmə qərarı yoxdur.Belə olan təqdirdə məhkəmə işə baxıb obyektiv yekun qərar qəbul etmək imkanına malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, hakim ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" X2 cavabdehlər X6 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar