Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1939/2022 17.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı «borc və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh qarşı «borc və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 avqust 2021-ci il tariхli, 2021/00194-01 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 90000 manat məbləğində qalıq, ona hesablanmış 14250 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 14670 manat məbləğində dəbbə pulu, cəmi 118920 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 408,92 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən 341 kv.m fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 255000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu 90000 manat məbləğində qalıq, ona hesablanmış 14250 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 14670 manat məbləğində dəbbə pulu, cəmi 118920 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 408,92 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2021-ci il tariхli, 2021/00194-01 №-li krеdit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 90000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən 341 kv.m fərdi yaşayış evini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Reyestr № **********16-11301, Qeydiyyat № **********, tarix: xx.xx.2019-cu il) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 06 avqust 2021-ci il tariхli, 2021/00194-01İP №-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri "xxxx" MMC tərəfindən 255000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. 16 fevral 2022-ci il tarixinə kreditin əsas borcu üzrə manat məbləğində 90000 manat məbləğində qalıq, ona hesablanmış 14250 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 14670 manat məbləğində dəbbə pulu, cəmi 118920 manat məbləğində borc yaranmışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC iddianın həcminin artırılmasına və dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 avqust 2021-ci il tariхli, 2021/00194-01 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 90000 manat məbləğində qalıq, ona hesablanmış 29925 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 33660 manat məbləğində dəbbə pulu, cəmi 153585 manat borcun, ekspertiza tədqiqatının dəyəri olan 500 manat və dövlət rüsumu kimi ödənilmiş 408,92 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən 341 kv.m fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 255000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu 90000 manat məbləğində qalıq, ona hesablanmış 29925 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 33660 manat məbləğində dəbbə pulu, cəmi 153585 manat borcun, ekspertiza tədqiqatının dəyəri olan 500 manat və dövlət rüsumu kimi ödənilmiş 408,92 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC iddianın həcminin artırılmasına və dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh kreditin əsas borcu üzrə 90000 manat məbləğində qalıq, ona hesablanmış 27000 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 34920 manat məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının uçot dərəcəsi əsasında hesablanan 1046,25 manat məbləğində faiz borcu, cəmi 152966,25 manat borcun, ekspertiza tədqiqatının dəyəri olan 500 manat və dövlət rüsumu kimi ödənilmiş 408,92 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən 341 kv.m fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 255000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu 90000 manat məbləğində qalıq, ona hesablanmış 27000 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 34920 manat məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının uçot dərəcəsi əsasında hesablanan 1046,25 manat məbləğində faiz borcu, cəmi 152966,25 manat borcun, ekspertiza tədqiqatının dəyəri olan 500 manat və dövlət rüsumu kimi ödənilmiş 408,92 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair sonuncu ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələri mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli 2019/00206-01 nömrəli istehlak kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC istehlak məqsədi üçün 24 (iyirmi dörd) ay müddətinə illik 30 (otuz) % ödəmək şərtilə borcalan Cavabdeh 50000 (əlli min) manat məbləğində kredit vermiş, borcalan Cavabdeh kreditdən həmin məqsəd üçün istifadə etməyi və müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür. Bu müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə tam Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində mülkiyyətində olan 0,11 ha torpaq sahəsi və üzərində yerləşən 341,0 kv.m ümumi sahədən ibarət 466K nömrəli bağ evi (çıxarış: dövlət reyestrində 176 nömrəli reyestr kitabının 17410 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********16-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) ipoteka qoyulur. İpoteka predmeti Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixində likvid dəyəri 255000 (iki yüz əlli beş min) manat məbləğində qiymətləndirilmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli 2020/00135-01 nömrəli istehlak kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC xx.xx.2019-cu il tarixli 2019/00206-01 saylı, xx.xx.2019-cu il tarixli 2019/00360-01 saylı və xx.xx.2020-ci il tarixli 2020/00026-01 saylı kreditlərin restrukturizasiyası üçün 27 (iyirmi yeddi) ay müddətinə illik 30 (otuz) % ödəmək şərtilə borcalan Cavabdeh 113000 (bir yüz on üç min) manat məbləğində kredit vermiş, borcalan Cavabdeh kreditdən həmin məqsəd üçün istifadə etməyi və müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür. Bu müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə tam Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində mülkiyyətində olan 0,11 ha torpaq sahəsi və üzərində yerləşən 341,0 kv.m ümumi sahədən ibarət 466K nömrəli bağ evi (çıxarış: dövlət reyestrində 176 nömrəli reyestr kitabının 17410 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********16-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) ipoteka qoyulur. İpoteka predmeti Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixində likvid dəyəri 255000 (iki yüz əlli beş min) manat məbləğində qiymətləndirilmişdir. Bu müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə tam Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942B məhəllə, ev 42A ünvanında yerləşən 57,8 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi (çıxarış: dövlət reyestrində 265 nömrəli reyestr kitabının 25085 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********50-05301-083001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) ipoteka qoyulur. İpoteka predmeti Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müstəqil qiymətləndirici “X4” MMC tərəfindən xx.xx.2019-cu il tarixində likvid dəyəri 101000 (yüz bir min) manat məbləğində qiymətləndirilmişdir. Bu müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə tam Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən 27,4 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi (çıxarış: dövlət reyestrində 272 nömrəli reyestr kitabının 25742 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********50-05301-083003, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) ipoteka qoyulur. İpoteka predmeti Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müstəqil qiymətləndirici “X4” MMC tərəfindən xx.xx.2020-ci il tarixində likvid dəyəri 51000 (əlli bir min) manat məbləğində qiymətləndirilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli 2021/00194-01 nömrəli istehlak kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC xx.xx.2020-ci il tarixli 2020/00135-01 saylı kreditin restrukturizasiyası üçün 12 (on iki) ay müddətinə illik 30 (otuz) % ödəmək şərtilə borcalan Cavabdeh 90000 (doxsan min) manat məbləğində kredit vermiş, borcalan Cavabdeh kreditdən həmin məqsəd üçün istifadə etməyi və müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür. Bu müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə tam Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində mülkiyyətində olan 0,11 ha torpaq sahəsi və üzərində yerləşən 341,0 kv.m ümumi sahədən ibarət 466K nömrəli bağ evi (çıxarış: dövlət reyestrində 176 nömrəli reyestr kitabının 17410 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********16-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) ipoteka qoyulur. İpoteka predmeti Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixində likvid dəyəri 255000 (iki yüz əlli beş min) manat məbləğində qiymətləndirilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, 0,11 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 341 kv.m. olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağ evi 466K xüsusi mülkiyyət hüququ əsasında tam mülkiyyət hüququ üzrə xx.xx.2019-cu ildən ********** qeydiyyat nömrəsi əsasında Cavabdeh məxsusdur. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli 2021/00194-01İP nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində mülkiyyətində olan 0,11 ha torpaq sahəsi və üzərində yerləşən 341,0 kv.m ümumi sahədən ibarət 466K nömrəli bağ evini xx.xx.2019-cu il tarixli 2019/00206-01 nömrəli istehlak kredit müqaviləsinə, xx.xx.2020-ci il tarixli 2020/00135-01 nömrəli istehlak kredit müqaviləsinə və xx.xx.2021-ci il tarixli 2021/00194-01 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 255000 (iki yüz əlli beş min) manat məbləğində müəyyən edilmişdir. Öhdəliyin yaranma əsası kredit müqaviləsi, öhdəliyin ölçüsü (məbləği) illik 30 faiz dərəcəsi ilə verilmiş 90000 (doxsan min) manat, öhdəliyin icra müddəti kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana (borcluya) faktiki təqdim edildiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək, ipoteka saxlayanın tələbinin əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilməsi qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ünvan 1nə (0,11 ha torpaq sahəsi və 341 kv.m) olan hüququ xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-xx.xx.2022-ci il müddətinə İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC xx.xx.2021-ci il tarixli 2021/00194-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh hesabına 90000 (doxsan min) manat məbləğində pul köçürmüşdür. Mülki işin materiallarında olan İddiaçı BOKT ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli 121-012022 saylı bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan İddiaçı BOKT ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 152-012022 saylı məktubdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə olan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən sonrakı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı BOKT ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********82 saylı cavab məktubundan görünür ki, ünvan 1nə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli 2021/00194-01 saylı kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə Cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli 307-022022 saylı borc haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 2021/00194-01 saylı istehlak kredit müqaviləsi üzrə həmin tarixə 90000 manat kredit borcu, 14250 manat faiz borcu, 14670 manat dəbbə pulu olmaqla, cəmi 118920 manat məbləğində borcu yaranmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4003 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 2021/00194-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 90000 manat məbləğində əsas borc, 14250 manat məbləğində faiz borcu olmaqla, cəmi 104250 manat məbləğində borcu olduğu müəyyən edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli LP-116/2022 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 341,0 kv.m. olan fərdi yaşayış evinin hazırki bazar qiyməti 330000 (üç yüz otuz min) manat, likvid dəyəri 300000 (üç yüz min) manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli 3149 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sifariş məktubuna əsasən qiymətləndirməyə görə "xxxx" MMC-nin hesabına 500 (beş yüz) manat məbləğində pul köçürmüşdür. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 408,92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 2019/00206-01 nömrəli istehlak krediti müqaviləsi bağlanmış və müqaviləyə əsaəsən, iddiaçı istehlak məqsədilə 24 ay müddətinə illik 30 % ödəmək şərtilə cavabdehə 50000 manat məbləğində kredit vermiş, cavabdeh kreditdən həmin məqsəd üçün istifadə etməyi və müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüş, müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq tam mülkiyyət hüququ ilə cavabdehə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi və üzərindəki 341,0 kv.m ümumi sahədən ibarət 466K nömrəli bağ evi xx.xx.2019-cu il tarixində likvid dəyəri 255000 manat məbləğində qiymətləndirilməklə ipoteka qoyulmuşdur. Bundan sonra, xx.xx.2020-ci il tarixdə tərəflər arasında 2020/00135-01 nömrəli istehlak krediti müqaviləsi bağlanmış və müqaviləyə əsaəsən, iddiaçı xx.xx.2019-cu il tarixli 2019/00206-01 saylı, xx.xx.2019-cu il tarixli 2019/00360-01 saylı və xx.xx.2020-ci il tarixli 2020/00026-01 saylı kreditlərin restrukturizasiyası məqsədilə 27 ay müddətinə illik 30 % ödəmək şərtilə cavabdehə 113000 manat məbləğində kredit vermiş, cavabdeh kreditdən həmin məqsəd üçün istifadə etməyi və müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüş və müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi və üzərindəki 341,0 kv.m ümumi sahədən ibarət 466K nömrəli bağ evi xx.xx.2019-cu il tarixində likvid dəyəri 255000 manat məbləğində qiymətləndirilməklə; tam mülkiyyət hüququ ilə cavabdehə məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942B məhəllə, ev 42A ünvanında yerləşən ümumi sahəsi 57,8 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixində likvid dəyəri 101000 manat məbləğində qiymətləndirilməklə; tam mülkiyyət hüququ ilə cavabdehə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 27,4 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixində likvid dəyəri 51000 (əlli bir min) manat məbləğində qiymətləndirilməklə ipoteka qoyulmuşdur. Nəhayət, tərəflər arasında xx.xx.2021-ci il tarixdə hazırki iddianın yaranma əsası olan 2021/00194-01 nömrəli istehlak krediti müqaviləsi bağlanmış və müqaviləyə əsasən, iddiaçı xx.xx.2020-ci il tarixli 2020/00135- 01 saylı kreditin restrukturizasiyası məqsədilə cavabdehə 12 ay müddətinə illik 30 % ödəmək şərtilə 90000 manat məbləğində kredit vermiş, cavabdeh kreditdən həmin məqsəd üçün istifadə etməyi və müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəliklərin icrasına təminat olaraq tam mülkiyyət hüququ ilə cavabdehə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi və üzərindəki 341,0 kv.m ümumi sahədən ibarət 466K nömrəli bağ evi xx.xx.2019-cu il tarixində likvid dəyəri 255000 manat məbləğində qiymətləndirilməklə cavabdeh tərəfindən iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu fakt, həmçinin, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 2021/00194-01İP nömrəli sonrakı ipoteka müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı ilə də təsdiqlənir. İddiaçı xx.xx.2021-ci il tarixli istehlak krediti müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək 90000 manat məbləğində pulu cavabdehin hesabına köçürsə də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müqavilə üzrə olan borcundan ümumilikdə heç bir ödəniş etməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, lakin cavabdeh bu xəbərdarlığa baxmayaraq, yenə də heç bir ödəniş etməmişdir. Bu səbəbdən də iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, sonrakı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya bildirilmişdir ki, ünvan 1nə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin “Cavabdeh kreditin əsas borcu üzrə 90000 manat məbləğində qalıq, ona hesablanmış 27000 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 34920 manat məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının uçot dərəcəsi əsasında hesablanan 1046,25 manat məbləğində faiz borcu, cəmi 152966,25 manat borcun tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan hesabdan çıxarış və borc haqqında arayış, həmçinin, xx.xx.2022-ci il tarixli ekspert rəyi əsasında müəyyən edilir ki, cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmiş və onun kredit müqaviləsi üzrə əsas borcu 90000 manat məbləğində müəyyən edilmişdir. Belə ki, cavabdehin sözügedən müqavilə üzrə iddiaçıya heç bir ödəniş etməməsi səbəbindən əsas borc üzrə tam məsuliyyət daşıması işin mübahisəsiz halıdır. Bu səbəbdən də iddiaçının iddia tələbi əsas borca münasibətdə haqlı olmuşdur və məhkəmənin qənaətinə görə, iddia əsas borca münasibətdə təmin edilməlidir. Əsas borca hesablanmış faiz borcuna münasibətdə qeyd edilməlidir ki, ekspert rəyində cavabdehin müqavilə üzrə olan faiz borcu xx.xx.2022-ci il tarixə 14250 manat məbləğində hesablanmışdır. Nəzərə alınmalıdır ki, müqavilə həmin tarixdə hələ də qüvvədə olmuş, belə ki, faizlərin hesablanması müqavilə müddətinin sonuna, yəni xx.xx.2022-ci ilədək davam etmişdir. Məhkəmə tərəfindən sadə riyazi hesablama əsasında müəyyən olunmuşdur ki, müqavilə bitən tarixə cavabdehin iddiaçıya 90000 manat əsas borc üzrə 27000 manat məbləğində faiz borcu olmuşdur: 90000 x 30 % = 27000 (1 ay = 30 gün, 1 il = 360 gün götürülməklə, müqavilə üzrə 1 günə 75 manat, 1 ilə görə isə 75 x 360 = 27000 manat məbləğində faiz borcu hesablanmışdır). Bu səbəbdən də iddiaçının iddia tələbi faiz borcuna münasibətdə də haqlı olmuşdur və məhkəmənin qənaətinə görə, iddia faiz borcuna münasibətdə təmin edilməlidir. Ödənişlərin gecikdirilməsinə görə hesablanmış 34920 manat məbləğində dəbbə pulunun məbləği məhkəmə tərəfindən diqqətəlayiq hallar nəzərə alınmaqla tənasübsüz surətdə yüksək kimi qiymətləndirilir və məhkəmə dəbbə pulunun 4500 manat məbləğinədək azaldılmalı olması qənaətinə gəlir. Bu səbəbdən də iddiaçının iddia tələbi dəbbə puluna münasibətdə qismən haqlı hesab edilir və məhkəmənin qənaətinə görə, iddia dəbbə puluna münasibətdə qismən təmin edilməlidir. AR Mərkəzi Bankının uçot dərəcəsi əsasında hesablanan 1046,25 manat məbləğində faiz borcuna münasibətdə qeyd edilməlidir ki, iddiaçı cavabdehin özündə saxladığı pul vəsaitindən faydalanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi bu hissədə əsassızdır və məhkəmənin qənaətinə görə, təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1-ci maddələrinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 425.1-425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Sözügedən Məcəllənin 442, 443.1, 445.1, 445.2, 448.1-ci maddələrinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-449.2-ci maddələrinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göstərilənlərə əsasən, iddia tələbi “Cavabdeh kreditin əsas borcu üzrə 90000 manat məbləğində qalıq, ona hesablanmış 27000 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 34920 manat məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının uçot dərəcəsi əsasında hesablanan 1046,25 manat məbləğində faiz borcu, cəmi 152966,25 manat borcun tutulması” hissəsində qismən təmin edilməli, belə ki, Cavabdeh 90.000 (doxsan min) manat məbləğində əsas borc, 27.000 (iyirmi yeddi min) manat məbləğində faiz borcu, 4.500 (dörd min beş yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 121.500 (yüz iyirmi bir min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən 341 kv.m fərdi yaşayış evinə yönəldilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, tələb ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m. olan fərdi yaşayış evinə yönəldilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Belə Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Məhkəmə iddia tələbinin “əmlakın likvid dəyərinin 255000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında ipoteka predmetinin likvid dəyərinin 300000 manat məbləğində müəyyən edilməsi nəzərə alınaraq, iddia tələbi bu hissədə “Cavabdeh məxsus ünvan 1 ünvanında 0,11 ha torpaq sahəsinin üzərində yerləşən 341 kv.m-dən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 300.000 (üç yüz min) manat məbləğində olmaqla açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 90.000 (doxsan min) manat məbləğində əsas borc, 27.000 (iyirmi yeddi min) manat məbləğində faiz borcu, 4.500 (dörd min beş yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 121.500 (yüz iyirmi bir min beş yüz) manat məbləğində pul İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməlidir” formasında təmin edilməlidir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılmalıdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə görə, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki,“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilənləri ümumiləşdirərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, - Cavabdeh 90.000 (doxsan min) manat məbləğində əsas borc, 27.000 (iyirmi yeddi min) manat məbləğində faiz borcu, 4.500 (dörd min beş yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 121.500 (yüz iyirmi bir min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməli, - tələb ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m. olan fərdi yaşayış evinə yönəldilməli, - Cavabdeh məxsus ünvan 1 ünvanında 0,11 ha torpaq sahəsinin üzərində yerləşən 341 kv.m-dən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 300.000 (üç yüz min) manat məbləğində olmaqla açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 90.000 (doxsan min) manat məbləğində əsas borc, 27.000 (iyirmi yeddi min) manat məbləğində faiz borcu, 4.500 (dörd min beş yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 121.500 (yüz iyirmi bir min beş yüz) manat məbləğində pul İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməli, - əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılmalı, - ünvan 1 ünvanında 0,11 ha torpaq sahəsinin üzərində yerləşən 341 kv.m-dən ibarət olan fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra həmin fərdi yaşayış evi ipoteka qoyan Cavabdeh tərəfindən 1 (bir) ay ərzində boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “ekspertiza tədqiqatının dəyəri olan 500 manat və dövlət rüsumu kimi ödənilmiş 408,92 manat məbləğində pulun iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, göstərilənlər məhkəmə xərcləri olduğundan və iddia qismən təmin edildiyindən məhkəmə xərcləri aşağıdakı normalara müvafiq olaraq tərəflər arasında aşağıda göstərilmiş qaydada bölüşdürülməlidir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğin 160 manat hissəsi cavabdehdən, 40 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pul vəsaitinin 400 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 100 manat hissəsi isə iddiaçıya aid edilməli, iş üzrə ödənilmiş 408,92 manat məbləğində dövlət rüsumunun 327 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 81,92 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 90.000 (doxsan min) manat məbləğində əsas borc, 27.000 (iyirmi yeddi min) manat məbləğində faiz borcu, 4.500 (dörd min beş yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 121.500 (yüz iyirmi bir min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m. olan fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh məxsus ünvan 1 ünvanında 0,11 ha torpaq sahəsinin üzərində yerləşən 341 kv.m-dən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 300.000 (üç yüz min) manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 90.000 (doxsan min) manat məbləğində əsas borc, 27.000 (iyirmi yeddi min) manat məbləğində faiz borcu, 4.500 (dörd min beş yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 121.500 (yüz iyirmi bir min beş yüz) manat məbləğində pul İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılsın. ünvan 1 ünvanında 0,11 ha torpaq sahəsinin üzərində yerləşən 341 kv.m-dən ibarət olan fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra həmin fərdi yaşayış evi ipoteka qoyan Cavabdeh tərəfindən 1 (bir) ay ərzində boşaldılsın. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğin 160 (yüz altmış) manat hissəsi Cavabdeh, 40 (qırx) manat hissəsi isə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına(Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pul vəsaitinin 400 (dörd yüz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin, 100 (yüz) manat hissəsi isə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə aid edilsin. İş üzrə ödənilmiş 408,92 (dörd yüz səkkiz manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumunun 327 (üç yüz iyirmi yeddi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin, qalan 81,92 (səksən bir manat doxsan iki qəpik) manat hissəsi isə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1939/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1939/2022
17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver