Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1953/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 dekabr 2007-ci il tarixli, 344 nömrəli kredit müqaviləsinə əsasən 16 noyabr 2021-ci il tarixə 4,690 manat əsas borc, 2,625.40 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Kontitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2832,05 manat faiz borcu, cəmi 10,147.45 manat, 121 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan “Mersedes-Benz-230” markalı (tip:sedan, Ban:WDB12402361B430597, Rəngi Alüminium, buraxılış ili-1990, 10GE193 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka premdetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin 15 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 07.12.2007-ci il tarixli, 344 nömrəli kredit müqaviləsinə əsasən “Mersedes-Benz-230” markalı (tip:sedan, Ban:WDB12402361B430597, Rəngi Alüminium, buraxılış ili-1990, 10GE193 dövlət qeydiyyat nişanlı avtomobilinin alınması məqsədilə cavabdehə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 5,100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Mersedes- Benz-230” markalı (tip:sedan, Ban:WDB12402361B430597, Rəngi Alüminium, buraxılış ili- 1990, 10GE193 dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 07 dekabr 2007 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciət olunması barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 07 dekabr 2007-ci tarixli 344 nömrəli kredit müqaviləsinə əsasən 16 noyabr 2021-ci il tarixə 4,690 manat əsas borc, 2,625.40 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2,832.05 manat faiz borcu, cəmi 10,147.45 manat təşkil edir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verib hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2007-ci il tarixli, 344/15 №-li kredit müqaviləsindən görünür ki, kreditor borcluya 24 ay müddətinə illik 28 faiz ödəməklə 5100 manat Mersedes-Benz-230 Mühərrik M-230N-S Ban WDB1240261B430597 buraxılış ili 1990-cı il markalı minik avtomobilinin alınması üçün pul vəsaiti vermişdir. İş materiallarında olan 07dekabr 2007-ci il tarixli 344/15 №-li Girov müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq girovqoyan Mersedes-Benz-230 Mühərrik M-230N-S Ban WDB1240261B430597 buraxılış ili 1990-cı il avtomobili girovsaxlayana girov kimi təqdim etmişdir. Tərəflərin razılığı ilə girov predmeti 7500 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan 16 noyabr 2021-ci il tarixli AR DİN BDYİ-yə ünvanlanan “ipoteka predmetinə tutmanın qeydə alınması” barədə Ərizədən görünür ki, İddiaçı ASCnin xeyrinə yüklü edilmiş Cavabdeh məxsus və kredit hesabına alınan **-GE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz-230” markalı avtomobilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması İddiaçı ASC tərəfindən xahiş olunmuşdur. İş materiallarında olan 17 noyabr 2021-ci il tarixli Cavabdeh ünvanlanan “ipoteka predmetinə tutma yönəldilməsi”nə dair Bildirişdən görünür ki, 11.11.2021-ci il tarixinədək ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməmiş 10147.45 manat məbləğində kredit borcu vardır. Tərəflər arasında olan münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədilə 10147.45 manat məbləğində borcun 3 gün müddətində banka ödənilməsi və ya ipoteka predmetinə tutma yönəldilməsi, əks təqdirdə bankın kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin avtomobilin hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim etmək üçün verilən 16 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, 07 dekabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 10,147.45 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəlikləri yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC-nin 15 saylı filialı ilə Cavabdeh arasında 07.12.2007-ci il tarixli, 344 nömrəli kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən, “Mercedes-Benz-230” markalı, **-GE- *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün cavabdehə 24 ay müddətinə, illik 28 faiz dərəcəsilə 5,100 manat məbləğində kredit verilmişdir. 07.12.2007-ci il tarixli, 344 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan “Mercedes-Benz-230” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə ipoteka müqaviləsi bağlanmışdır. Bank kredit müqaviləsinə nəzərdə tutulan öhdəliklərini tam icra etsə də, cavabdeh öz üzərinə düşən öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, öhdəlik icra edilmədiyindən borc tutulmalı, borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılmalı, əgər girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 07.12.2007-ci il tarixli, 344 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc məbləği Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2832,05 manat faiz borcunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan borc məbləği Plenum qərarına əsasən 3 illik faiz dərəcəsi ilə hesablanmalı və həmin faiz dərəcəsi üzrə 1660 (min altı yüz altmış) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 07 dekabr 2007-ci il tarixli, 344 nömrəli kredit müqaviləsinə əsasən, 16 noyabr 2021-ci il tarixə 4.690 (dörd min altı yüz doxsan) manat əsas borc, 2.625,40 (iki min altı yüz iyirmi beş manat, qırx qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1660 (min altı yüz altmış) manat faiz borcu, cəmi 8975,4 (səkkiz min doqquz yüz yetmiş beş manat, qırx qəpik) manat, ödənilmiş 121 (yüz iyirmi bir) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma ipoteka predmeti olan “Mersedes-Benz-230” markalı (Tip: Sedan, Ban: WDB12402361B430597, rəngi Aliminium, buraxılış ili-1990, **- GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və həmin avtomobil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutularaq, LPO İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 07 dekabr 2007-ci il tarixli, 344 nömrəli kredit müqaviləsinə əsasən, 16 noyabr 2021-ci il tarixə 4.690 (dörd min altı yüz doxsan) manat əsas borc, 2.625,40 (iki min altı yüz iyirmi beş manat, qırx qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1660 (min altı yüz altmış) manat faiz borcu, cəmi 8975,4 (səkkiz min doqquz yüz yetmiş beş manat, qırx qəpik) manat, ödənilmiş 121 (yüz iyirmi bir) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan “Mersedes-Benz-230” markalı (Tip: Sedan, Ban: WDB12402361B430597, rəngi Aliminium, buraxılış ili-1990, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və həmin avtomobil açıq hərracdan satılsın. Satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutularaq, LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1953/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1953/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver