Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-196/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı cavabdehlər LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Mərkəzi Kredit Reyestri Xidmətinə qarşı “gecikmə cəriməsinin və faiz məbləğinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Mərkəzi Kredit Reyestri Xidmətinə qarşı “gecikmə cəriməsinin və faiz məbləğinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Öz növbəsində, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı qarşı “daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-196/2023 saylı qərardadı ilə LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı “daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İşin məhkəmə hazırlıq iclası 01 fevral 2023-cü il tarixə, saat 14:30-a təyin olunmuş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Həmin vaxtda tərəflər məhkəmə hazırlıq iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələblərinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 14 saylı Qərarının 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər məhkəmə hazırlıq iclasına gəlmədiyindən, İddiaçı cavabdehlər LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Mərkəzi Kredit Reyestri Xidmətinə qarşı “gecikmə cəriməsinin və faiz məbləğinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Mərkəzi Kredit Reyestri Xidmətinə qarşı “gecikmə cəriməsinin və faiz məbləğinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-196/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-196/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver