Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1981/2024 23.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Rəhı̇ mli Ramı̇ l Qələndər oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Rəhı̇ mli Ramı̇ l Qələndər oğlunun cavabdehlər "Respublika Dı̇ aqnostı̇ ka Mərkəzi" Açıq Səhmdar Cəmı̇ yyətinə, "Tibbi Ərazi Bölmələrı̇ ni İdarəetmə Bı̇ rlı̇ yı̇ " Publı̇ k Hüquqı̇ Şəxsinə, Azərbaycan Respublikası Səhı̇ yyə Nazı̇ rlı̇ yi "Milli Hematologı̇ ya və Transfuzı̇ ologı̇ ya Mərkəzi" Publı̇ k Hüquqı̇ Şəxsı̇ nə, Azərbaycan Respublikası Səhı̇ yyə Nazı̇ rlı̇ yı̇ nə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X15rşı "maddi ziyanın ödənilməsi tələbinə dair" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Rəhı̇ mli Ramı̇ l Qələndər oğlu cavabdehlər "Respublika Dı̇ aqnostı̇ ka Mərkəzi" Açıq Səhmdar Cəmı̇ yyətinə, "Tibbi Ərazi Bölmələrı̇ ni İdarəetmə Bı̇ rlı̇ yı̇ " Publı̇ k Hüquqı̇ Şəxsinə, Azərbaycan Respublikası Səhı̇ yyə Nazı̇ rlı̇ yi "Milli Hematologı̇ ya və Transfuzı̇ ologı̇ ya Mərkəzi" Publı̇ k Hüquqı̇ Şəxsı̇ nə, Azərbaycan Respublikası Səhı̇ yyə Nazı̇ rlı̇ yı̇ nə və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət, Sosial İnnovasiyalar üzrə X13 Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X15rşı "maddi ziyanın ödənilməsi tələbinə dair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 noyabr 2019–cu il tarixdə anadan olmuş X5 talessemiya “Beta major” xəstəliyinin müalicəsi üçün sümük iliyinin köçürülməsinə lazım olan 90000 (doxsan min) ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 04 dekabr 2017–ci il tarixdə X14 ilə rəsmi nikaha daxil olmuşam. Nikah qeyd etməzdən əvvəl mövcud qanunvericiliyin tələbinə uyğun olaraq Gəncə “ASAN” Xidmət Mərkəzində fəaliyyət göstərən müvafiq tibbi qurumda tibbi müayinədən keçmişlər. Tibbi müayinənin nəticəsində Güldanə Rəhimlinin talassemiya daşıyıcısı olduğu, onun isə sağlam olmağı müəyyən edilmişdir. Həmin tibbi arayışa əsasən onlar nikaha daxil olmuşlar və onların birgə nikahlarından 26 noyabr 2019–cu il tarixdə anadan olmuş X16 doğulmuş və onda talessemiya “Beta major” xəstəliyi olması aşkar edilmişdir. Bundan sonra onlar Respublika talassemiya mərkəzinə müraciət etmişlər və aparılmış müayinələr zamanı hər ikisinin talassemiya daşıcısı olmağı müəyyən edilmişdir. Xəstəlik aşkar olunduqdan sonra müvafiq müalicələrə başlamışlar. Lakin xəstəliyin yeganə və əsas müalicəsi sümük iliyinin köçürülməsidir ki, həmin əməliyyatın da icra edilməsi üçün onun maddi imkanım çatmır. Apardığı araşdırmalar nəticəsində sümük iliyinin köçürülməsinin Türkiyə Cumhuriyyətində mümkün olduğu, müalicə xərclərinin isə 90000 (doxsan min) ABŞ dolları olması müəyyən edilmişdir. Onun isə həmin xərci qarşılamaq üçün maddi imkanı yoxdur. Nikaha daxil olarkən analizlərin cavabları düzgün verilmiş olsaydı, onların uşaqlarının sağlam doğulması üçün müvafiq tədbirlər görmüş olardılar. Hesab edir ki, vaxtında düzgün analiz aparılmaması səbəbindən onun uşağı xəstə doğulmuş və bu gün də o onun həm mənəvi, həm də maddi sıxıntısını çəkir. Hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən cavabdeh ona ödəməli olduğu maddi ziyan vurmuşdur ki, həmin ziyanın ödənilməsi üçün birbaşa məsuliyyət daşıyır. Hətta etmiş olduğu müraciətlərə birbaşa cavab verilməmişdir. Müraciət etdiyi hər bir dövlət orqanı ona cavab verilməsi üçün müraciətimi digərinə yönəltmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə X4 Hüquqi şəxs tərəfindən verilmiş cavabda isə sümük iliyi transplantasiyası əməliyyatlarının gözləmə siyahısına uyğun olaraq növbəli şəkildə həyata keçirildiyini və onlara növbə çatdığı zaman bizimlə əlaqə saxlanılacağı bildirilmişdir. Qeyd edir ki, hazırda uşağın 4 yaşı tamam olmuşdur. Bu cür əməliyyatın isə 6 yaşadək olması daha effektiv təsir edir. Lakin onların növbənin nə vaxt çatacağı qeyri–müəyyən olduğu üçün o dəymiş ziyanın ödənilməsini və həmin ödəniş hesabına da özü müalicəni davam etdirmək istəyir. Daha sonra iddiaçı Rəhı̇ mli Ramı̇ l Qələndər oğlu “iddia tələbinin dəqiqləşdirilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 26 noyabr 2019–cu il tarixdə anadan olmuş X5 talessemiya “Beta major” xəstəliyinin müalicəsi üçün sümük iliyinin köçürülməsinə lazım olan 90000 (doxsan min) ABŞ dolları məbləğində pul vəsaitinin və 444 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Bundan sonra cavabdeh "Respublika Dı̇ aqnostı̇ ka Mərkəzi" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi Vəkil2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsinə ona maddi ziyanın vurulmasında Respublika Diaqnostika Mərkəzi ASC-nın təqsirini, iddia ərizəsində qeyd etdiyi faktları sübuta yetirən sənədləri əlavə etməmişdir. Qeyd olunması zəruridir ki, Cavabdeh1 ASC-nın “ASAN Xidmət” Mərkəzləri ilə arasında olan qarşılıqlı razılaşmaya əsasən birinci tərəfindən sonuncunun tibbi müayinə otaqlarında nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi həyata keçirilir. Müayinə zamanı şəxslərdən götürülmüş qan nümunələri onlarda talassemiyya xəstəliyinin (daşıyıcılıq) olub-olmadığının müəyyən olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinə göndərilir. Və həmin Mərkəzdən göndərilən nəticələrə əsasında şəxslərə tibbi müayinədən keçdiklərinə və müvafiq məsləhətlərin verildiyinə dair arayış təqdim olunur. Göründüyü kimi şəxsin talassemiya xəstəsi və ya daşıyıcı olması qan nümunələri əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən müəyyən olunur. Cavabdeh1 ASC sadəcə şəxsə həmin nəticələr əsasında tibbi müayinədən keçdiyinə və müvafiq məsləhətlərin ona verildiyinə dair arayış verir. Göründüyü kimi iddia tələbinin əsası kimi istinad edilən hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bu baxımdan iddia rədd edilməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Rəhı̇ mli Ramı̇ l Qələndər oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "Respublika Dı̇ aqnostı̇ ka Mərkəzi" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi Vəkil2 etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X17 nümayəndəsi X10 izahat verərək uşağı artıq qeydiyyata alındığını və növbəlilik qaydasında lazımı prosedurların tətbiq olunacağını bildirərək hazırki iddianın isə rədd olunmasını xahiş etmişdir. Cavabdehlərə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: b) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Gəncə Asan xidmət qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 243294 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Rəhı̇ mli Ramı̇ l Qələndər oğlu ilə X11 arasında xx.xx.2017-ci ildə nikah bağlamış və 2461 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. - xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 388756 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2020-ci ildə Gəncə şəhərində doğulmuşdur. Onun atası Rəhı̇ mli Ramı̇ l Qələndər oğlu, anası X6r. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmet” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli iş 2(006)-1981/2024 nömrəli məktuba cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə nazirinin 12 fevral 2016-cı il tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında təlimatın 11-12-ci hissələrinə və həmin təlimata 15 nömrəli əlavə Azərbaycan Respublikası Ədliyyə nazirliyinin rayon ( şəhər) və “ASAN xidmət” mərkəzlərində qeydiyyat şöbələrində, nikah evlərində Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində işlərin nomenklaturası”na əsasən 1 saylı Gəncə regional “ASAN xidmət “mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində saxlama müddəti başa çatmış, elmi-tarixi dəyəri olmayan və əməl əhəmiyyətini itirmiş sənədlər 16.08.23-cü il tarixdə məhv edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 xx.xx.2024-cü il tarixli, 670/KEŞ saylı ekspert rəyindən görünür ki, 2019-cu il təvəllüdlü X7 iş materiallarına əlavə edilmiş nəlumatlara və məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.“X3 Rəhimlinin adma tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2023cü il tarixdən “Beta talassemiya major (böyük Forma)” diaqnozu ilə qeydiyyata götürülmüşdür. Valideyinlərdən biri daşıyıcı olduğu üçün Bəyaz Rəhimlidə “Beta talassemiya major”xəstəliyi anadangəlmə irsi olaraq yaranmışdır.
2. . “Beta talassemiya” xəstəliyi gen daşıyıcılığı valideynlərdən uşağa irsi ötürülən əstəlikdir. Valideynlərdən biri daşıyıcı olduğu halda, doğulacaq uşaqlar həm sağlam, kəm də daşıyıcı ola bilər. Valideynlərin hər ikisi daşıyıcı oduğu təqdirdə isə 25% sağlam, 50% daşıyıcı, 25% xəstə uşaq doğulma ehtimalı vardır. - Talassemiya X1 ambulator xəstənin kartından çıxarışdan görünür ki, X12 betatalassemiya (Böyük forma) diaqnozu qoyulmuşdur. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixində 04 dekabr 2017-ci il tarixdə İddiaçı ilə X14 arasında bağlanmış 2461 nömrə ilə dövlət qeydiyyatına alınmış nikahın bağlanmasına səbəb olmuş sənədlərin (tibbi müayinə daxil olmaqla) məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmet” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Gəncə regional “ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində saxlama müddəti başa çatması, elmi-tarixi dəyəri olmayan və əməl əhəmiyyətini itirmiş sənədlərin xx.xx.2023-cü il tarixdə məhv edilməsi müəyyən edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İddia tələbindən göründüyü kimi iddiaçı nikaha daxil olarkən Gəncə “ASAN” Xidmət Mərkəzində fəaliyyət göstərən müvafiq tibbi qurumda tibbi müayinədən keçdiklərini və Tibbi müayinənin nəticəsində arvadı Güldanə Rəhimlinin talassemiya daşıyıcısı olduğu, onun isə sağlam olmağının müəyyən edildiyini bildirərək, həmin qurum tərəfindən verilmiş tibbi arayışa əsasən onların nikaha daxil olduqlarını və onların birgə nikahlarından 26 noyabr 2019–cu il tarixdə anadan olmuş X5 talessemiya “Beta major” xəstəliyi olması aşkar edildiyini və bundan sonra onların Respublika talassemiya mərkəzinə müraciət etdiklərini və və aparılmış müayinələr zamanı hər ikisinin talassemiya daşıcısı olmağı müəyyən edildiyinə əsaslanaraq hesab etmişdir ki, nikaha daxil olarkən analizlərin cavabları düzgün verilmiş olsaydı, onların uşaqlarının sağlam doğulması üçün müvafiq tədbirlər görmüş olardılar. Odur ki, vaxtında düzgün analiz aparılmaması səbəbindən onun uşağı xəstə doğulmuş və bu gün də o onun həm mənəvi, həm də maddi sıxıntısını çəkir. Hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən cavabdehlər ona maddi ziyan vurmuşlar ki, həmin ziyanın ödənilməsi üçün birbaşa məsuliyyət daşıyırlar. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: Maddə 11. Nikahın bağlanma şərtləri 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir. Maddə 13. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi 13.1. Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər. 13.2. Bu Məcəllənin 13.5-1-ci maddəsində göstərilən hal istisna olmaqla, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbigenetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçirilir. 13.3. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Həmin arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsinin rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir və dərhal elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və bu Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir. 13.4. Nikaha daxil olmaq barədə ərizə təqdim edilən zaman nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı elektron informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. 13.5. Bu Məcəllənin 13.5-1-ci maddəsində göstərilən hal istisna olmaqla, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.5-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları bu Məcəllənin 13.1-ci maddəsində nəzərdə tutulmuş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin (konsulluq idarəsinin) akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçə bilərlər. 13.5-2. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə verilmiş ərizəyə bu Məcəllənin 13.5-1ci maddəsində nəzərdə tutulan tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənəd əlavə olunur. 13.6. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilməmişdir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçının talassemiya daşıcısı olmasına baxmayaraq ona nikaha daxil olmadan əvvəl tibbi müayinənin nəticəsində səhvən sağlam olmasını bildirdiklərini qeyd etsə də, bu xüsusatlarla bağlı məhkəməyə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut (mübahisələndirdiyi tibbi müayinənin nəticəsini göstərən sənəd və arayış) təqdim olunmamışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Həmin maddələrin məzmunundan bir daha görünür ki, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tərəfə təqdim edilmiş və həmin arayışı məhkəməyə təqdim etmək öhdəliyi sırf iddiaçının öhdəliyindədir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı Rəhı̇ mli Ramı̇ l Qələndər oğlunun cavabdehlər "Respublika Dı̇ aqnostı̇ ka Mərkəzi" Açıq Səhmdar Cəmı̇ yyətinə, "Tibbi Ərazi Bölmələrı̇ ni İdarəetmə Bı̇ rlı̇ yı̇ " Publı̇ k Hüquqı̇ Şəxsinə, Azərbaycan Respublikası Səhı̇ yyə Nazı̇ rlı̇ yi "Milli Hematologı̇ ya və Transfuzı̇ ologı̇ ya Mərkəzi" Publı̇ k Hüquqı̇ Şəxsı̇ nə, Azərbaycan Respublikası Səhı̇ yyə Nazı̇ rlı̇ yı̇ nə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X15rşı "maddi ziyanın ödənilməsi tələbinə dair" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Rəhı̇ mli Ramı̇ l Qələndər oğlunun cavabdehlər "Respublika Dı̇ aqnostı̇ ka Mərkəzi" Açıq Səhmdar Cəmı̇ yyətinə, "Tibbi Ərazi Bölmələrı̇ ni İdarəetmə Bı̇ rlı̇ yı̇ " Publı̇ k Hüquqı̇ Şəxsinə, Azərbaycan Respublikası Səhı̇ yyə Nazı̇ rlı̇ yi "Milli Hematologı̇ ya və Transfuzı̇ ologı̇ ya Mərkəzi" Publı̇ k Hüquqı̇ Şəxsı̇ nə, Azərbaycan Respublikası Səhı̇ yyə Nazı̇ rlı̇ yı̇ nə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X15rşı "maddi ziyanın ödənilməsi tələbinə dair" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.