Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1989/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı «X1 Azərbaycan» QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc : 1,512.25 AZN (min beş yüz on iki manat, iyirmi beş qəpik), hesablanmış və ödənilməmiş faiz borcu: 191.89 AZN (yüz doxsan bir manat, səksən doqquz qəpik qəpik), cərimə borcu: 84.21 AZN (səksən dörd manat, iyirmi bir qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 AZN (iki manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 0.00 AZN (sıfır), cəmi borc : 1,790.35 AZN (min yeddi yüz doxsan manat, otuz beş qəpik) məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 37.9 AZN (otuz yeddi manat, 90 qəpik) məbləğində dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə "xxxx" QSC və Cavabdeh arasında bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 2000 manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”kın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti(krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.22.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borcların geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. İş materiallarından göründüyü kimi 2023, 2024-cü illlərdə kart limiti aktiv istifadə edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Mülki iş üzrə iddiaçı «X1 Azərbaycan» QSC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iş üzrə Bankın iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, «X1 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 2.000 manat məbləğində kredit xətti açılmış, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka cəmi 1790.35 AZN məbləğində borcu yaranmışdır. b) Mülki işin materialları: Mülki işin materiallarında olan «X1» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik” haqqında qarışıq müqavilənin 4.26-ci bəndinə əsasən bank 5 il müddətinə 2.000 manat məbləğində “Kart/əlavə kart sahibinə”, yəni Cavabdeh kredit kartı limitini (kredit xətti) açır. Cavabdeh isə həmin kredit kartı limiti üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə Banka qaytarmağı (ödəməyi) öhdəsinə götürür. Mülki işin materiallarında olan «X1» QSC tərəfindən verilən 2013-cü il tarixli 14 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olaraq “Direktor” vəzifəsində çalışır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Ümumi ştat Cədvəlinə uyğun olaraq, aylıq maaşı, vergilər çıxıldıqdan sonra 1411.0 (bir min dörd yüz on bir) manat təşkil edir. Mülki işin materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. "xxxx" QSC tərəfindən verilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi”nə əsasən əsas məbləğ üzrə borc 1,512.25 AZN, hesablanmış və ödənilməmiş faiz borcu 191.89 AZN ( yüz doxsan bir manat, səksən doqquz qəpik qəpik ), cərimə borcu 84.21 AZN ( səksən dörd manat, iyirmi bir qəpik ) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.00 AZN ( iki manat ), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 0.00 AZN (sıfır), cəmi borc 1,790.35 AZN ( min yeddi yüz doxsan manat, otuz beş qəpik ) məbləğində kredit borcu yaranmışdır. Mülki işin materiallarında olan ödəniş qəbzindən (№**********69) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 37.90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Eyni Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla xx.xx.2013-cü il tarixlərində bağlanmış “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə 50 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc üzrə 1,512.25 manat, faiz borcu üzrə 191,89 manat, cərimə borcu üzrə 50 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 02 manat, cəmi 1756,14 manat məbləğində pul alınaraq «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə elektron qəbz əsasında müəyyən edilmişdir ki, «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsinin verilməsinə görə 37.90 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən çəkilən məhkəmə xərci də cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 1,512.25 manat, faiz borcu üzrə 191,89 manat, cərimə borcu üzrə 50 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 02 manat, cəmi 1756,14 (bir min yeddi yüz əlli altı manat, on dörd qəpik) manat məbləğində pul alınaraq «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət rüsumu kimi ödənilmiş 37.9 AZN (otuz yeddi manat doxsan qəpik) Cavabdeh tutularaq «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1989/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1989/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver