Məhkəmə qərarları › İş №e-2(006)-2009/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2009/2023

24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2009/2023 24.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1, Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh2 ASC-yə qarşı «torpaq sahəsindən istifadəyə yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh2 ASC-yə qarşı «torpaq sahəsindən istifadəyə yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" QSC və Cavabdeh2 ASC tərəfindən ünvan ünvanında yerləşən, 0.12 ha ölçülü mülkiyyətində olan torpaq sahəsində aparılmış qazıntı işləri ilə əlaqədar olaraq ondan istifadəyə yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi və bununla bağlı cavabdehlərdən onun xeyrinə maddi zərərə görə 20.000 manat, mənəvi zərərə görə isə 10.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X5 mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində xüsusi mülkiyyətində olan ünvan ünvanında yerləşən, 0.12 ha ölçülü torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozulduğunu qeyd edərək, həmin torpaq sahəsində aparılmış qazıntı işləri ilə əlaqədar olaraq ondan istifadəyə yaranmış maneələrin aradan qaldırılmasını, torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsini və bununla bağlı cavabdehlərdən onun xeyrinə maddi zərərə görə 20.000 manat, mənəvi zərərə görə isə 10.000 manat pulun tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddianın predmeti Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsində Cavabdeh2 ASC-nin əməkdaşları tərəfindən qazıntı işlərinin aparıldığı, bu səbəbdən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşdırıldığı, qazıntı işlərinin aparılması nəticəsində torpaq sahəsinin yararsız hala düşməsi nəticəsində mülkiyyətçi olan iddiaçının hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçının hüquqlarının pozulduğunu qeyd etdiyi torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşdiyindən, indiki vəziyyətdə mübahisənin ərazi aidiyyəti müəyyənləşdirilərkən müstəsna aidiyyətlə bağlı normalar rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. - 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. - 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alıb məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh2 ASC-yə qarşı «torpaq sahəsindən istifadəyə yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin, 35.1, 44.2, 45.1, 45.2, 45.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh2 ASC-yə qarşı «torpaq sahəsindən istifadəyə yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar