Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2011/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1097.75 manat məbləğində maddi zərərin və 30.97 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X3 Azərbaycan” QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X3 Azərbaycan” QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2020-ci il tarixli, e-2(006)-2494/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəzərə çatdırır ki, iddiaçı “X3 Azərbaycan” QSC “X2” MMC ilə bağlanmış xx.xx.2016 -ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X2” MMC-yə sifariş etmişdir. “X2” MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək məhkəmə qətnaməsi üzrə ödənilməmiş pul borcu, o cümlədən xx.xx.2020-ci il tarixindəki 200 manat, xx.xx.2021-ci il tarixindəki 200 manat, xx.xx.2021-ci il tarixindəki 200 manat, xx.xx.2021-ci il tarixindəki 200 manat, xx.xx.2021-ci il tarixindəki 200 manat, xx.xx.2021-ci il tarixindəki 500 manat, xx.xx.2021-ci il tarixindəki 300 manat, xx.xx.2021-ci il tarixindəki 300 manat, xx.xx.2021-ci il tarixindəki 300 manat, xx.xx.2022-ci il tarixindəki 600 manat, xx.xx.2021-ci il tarixindəki 300 manat, xx.xx.2022-ci il tarixindəki 1685 manat tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən vəsait “X2” MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən “X2” MMC-yə 1097.75 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X1” MMC-yə cavabdeh(lər) tərəfindən “X3 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 25% (xx.xx.2022-ci il ə qədər) və 15% həcmində, yəni ümumilikdə 1097.75 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış müqavilənin 5 və 6-cı bəndində «Borcvеrən»-in hüquq və vəzifələri / Borcalanın hüquq və vəzifələri (öhdəlikləri)ndə qeyd edilmişdir ki : «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək. İddia tələblərini bir iddia ərizəsində birləşdirməklə bağlı isə onu qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2013-cü il qərarında isə qeyd olunur ki, iddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisənin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Mübahisənin predmeti mübahisənin obyektindən daha geniş şərh olunaraq onun maddi obyekti ilə yanaşı, subyektiv tələbin xarakterini də əhatə edir. İddiaçı qismində iştirak edən “X3 Azərbaycan” QSC tərəfindən məhkəməyə ərizəyə ünvanlanaraq, iddia tələbinin təmin edilməsini və məhkəmə iclasının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 250382 saylı kredit müqaviləsindən görünür ki, “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və müqavilədə qeyd edilən şərtlər əsasında Cavabdeh kredit verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(006)-2494/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 4281,28 (dörd min iki yüz səksən bir manat 28 qəpik) manat məbləğində əsas borc, 662,79 (altı yüz altmış iki manat 79 qəpik) məbləğində faiz borc, 10 (on) manat məbləğində cərimə (dəbbə pulu) borc, cəmi 4954,07 (dörd min doqquz yüz əlli dörd manat 07 qəpik) manat məbləğində kredit borcunun tutulması və iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabeh Cavabdeh 30 (otuz) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, “X3 Azərbaycan” QSC ilə “X2” MMC arasında bank qarşısında yaranan borcların alınması (qaytarılması) üzrə hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, “X3 Azərbaycan” QSC tərəfindən ilə “X2” MMC-nin hesabına 1097,75 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" QSC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30,19 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Borclu tərəfindən müqavilə üzrə tələblər yerinə yetirilməyincə, bank tərəfindən məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli, e-2(006)-2494/2020 saylı qətnamə çıxarılmışdır. Qeyd edilən qətnamədə cavabdehlərdən ümumilikdə 4954,07 (dörd min doqquz yüz əlli dörd manat 07 qəpik) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Digər tərəfdən qətnamənin icra edilməsi məqsədilə hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar “X3 Azərbaycan” QSC ilə “X2” MMC arasında müqavilə bağlanmışdır. Hazırda isə iddiaçı MMC-yə ödəmiş olduğu pul vəsaitini cavabdehdən tələb edir. Tələbini isə borclu Cavabdeh ilə bağlamış olduğu xx.xx.2019-cu il tarixli, 250382 saylı kredit müqaviləsinin müvafiq bəndlərini rəhbər tutaraq əsaslandırır. Məhkəmə iddiaçının hazırki tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinə - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; - tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; - tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; - icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; - bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər aid edilir. Yuxarıda sadalanan qanunvericiliyin tələbləri baxımından məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Belə ki, icra sənədi üzrə zəruri icra tədbirlərinin həyata keçirilməsi icra məmurunun vəzifələri sırasına aid edilmişdir. Səlahiyyətli icra məmuru icraatına daxil olmuş icra sənədi üzrə tələbin təmin edilməsi istiqamətində bütün məcburi icra tədbirlərini həyata keçirməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən könüllü şəkildə öz seçimi əsasında “X2” MMC ilə “Hüquqi xidmət haqqında” müqavilə bağlanmışdır. Həmçinin, iddiaçı “X3 Azərbaycan” QSC-nin “X2” MMC ilə müqavilə bağlamış olması və qanunverici tərəfindən müəyyən edilən üsul və vasitə qaydasını seçməməsi, iddiaçının göstərilmiş xidmətin qarşılığında müəyyən pul məbləğinin ödənilməsinə gətirib çıxarmışdır. Hazırda isə həmin pul məbləğinin cavabdehdən tələb edilməsi yolverilməzdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat 19 qəpik dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat 19 qəpik dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2011/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2011/2024
02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver